Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № e-2(061)-831/2025 06.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı MMC-in səlahiyyətli nümayəndəsi X4, Cavabdeh iştirakları ilə İddiaçı MMC-in Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC, Cavabdeh qarşı 10394 (on min üç yüz doxsan dörd) manat 92 (doxsan iki) qəpik pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 71 (yetmiş bir) manat 18 (on səkkiz) qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-ə ödənilməsi tələbinə dair Tərtər Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 10394 (on min üç yüz doxsan dörd) manat 92 (doxsan iki) qəpik pul vəsaitini müəssisəsinin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-ə vurduğu 10394 (on min üç yüz doxsan dörd) manat 92 (doxsan iki) qəpik məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Yuxarıda göstərilənlərə əsasən 10394 (on min üç yüz doxsan dörd) manat 92 (doxsan iki) qəpik pul vəsaitinin, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin, həmçinin məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 71 (yetmiş bir) manat 18 (on səkkiz) qəpik dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-in səlahiyyətli nümayəndəsi X6 məhkəmə iclasında göstərmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmış, xx.xx.2024cü il tarixdə işdən çıxmışdır. Cavabdehin işlədiyi müddət ərzində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək keçirilmiş audit yoxlaması zamanı diskolasiyasına aid olan ərazidə 10394 (on min üç yüz doxsan dörd) manat 92 (doxsan iki) qəpik pul vəsaitinin əskik gəlməsi aşkarlanmışdır. Bununla bağlı akt tərtib olunmuşdur. Özünə daxili qaydada təhvil-təslim ilə bağlı audit yoxlaması keçiriləcəyi barədə teleqram vasitəsi ilə məlumat verilmişdir. Həmin teleqramı alsa da iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verməmişdir. Bununla bağlı təhviltəslim aktı, tam maddi məsuliyyət müqaviləsi, vəzifə təlimatı və əmək müqaviləsini məhkəməyə təqdim etmişlər. Göstərdiklərinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat vermiş Cavabdeh göstərmişdir ki, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayına qədər müqavilə əsasında İddiaçı MMC-ə satış nümayəndəsi işləmiş, aylıq 700-800 manat əmək haqqı almşdır. Onun işi öz avtomobili ilə müştərilərdən sifarişləri toplamaq olmuşdur. Bundan sonra şirkət tərəfindən mallar çatdırılmış, o da ayın sonu pulları müştərilərdən yığmışdır. Onun burnu bir neçə dəfə sındığı üçün nəfəs almasında problem yaranmışdır. Səhhəti ilə bağlı bölgə müdirinə məlumat vermiş, xəstəxanaya gedəcəyini demişdir. Sonuncu dəfə ərazidə olanda vəziyyəti pisləşmiş, onu xəstəxanaya aparmışlar. Xəstəxana onu 2 gündən sonra əməliyyat olması üçün analiz verməyə görə dəvət etmişdir. xx.xx.2023-cü tarixdə xəstəxanaya getmiş, həmin gün əməliyyat olmuş, sonra 20 gün ərzində gipsdə qalmış, qan axma çox olduğu üçün ayaq üstə çox yeriyə bilməmişdir. Yəni heç bir fiziki iş görə bilməmiş, avtomobil idarə edə bilməmişdir. Ona Cəmiyyətdən bölgə müdiri zəng edərək səhhəti ilə bağlı soruşmuş, ona əməliyyat olunduğunu, 20-25 gün vaxt verilməsini, işinə davam edəcəyini bildirmişdir. Lakin ərizə yazması ilə bağlı heç bir söz deməmişlər. Bir müddət sonra ona işdən azad olunması və ərazinin təhvil-təslim olunması barədə teleqram gəlmişdir. Halbu ki, o, malı müştəriyə satmışdır. Pul sahibi olmuş, məsuliyyət daşımış, lakin başqa bir şəxs onun ərazisinə işə götrülmüş və özünün iştirakı olmadan həmin şəxsin iştirakı ilə ərazini təhvil-təslim edilmişdir. Onun əskiyi hardan yaranmışdır ona məlum olmamışdır. Tərtib olunmuş aktdan məlumatı olmamışdır. İddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə olan İddiaçı MMC üzrə xx.xx.2023-cü il tarixli 4109-K saylı işə qəbul etmə haqqında əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə kiçik satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. Əsas Cavabdeh ərizəsi və onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi olmuşdur. İşdə olan İddiaçı MMC üzrə xx.xx.2023-cü il tarixli 469-K saylı işə qəbul etmə haqqında əmrdən çıxarışın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən aylıq əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə satış üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. Əsas Cavabdeh ərizəsi və onunla bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavə olmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviəni hər iki tərəf imzalamışdır. İşdə olan satış üzrə nümayəndənin vəzifə təlimatının surətindən görünür ki, Cavabdeh satış üzrə nümayəndə kimi vəzifə təlimatı ilə tanış olmuş və nümayənədlər, Cavabdeh təlimatı imzalamışlar. İşdə olan İddiaçı MMC-in nümayəndəsi X2 Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, dislokasiyasına daxil olan ərazidə təhvil-təslim olacaqdır. xx.xx.2024-cü il tarixində 09-00-da İddiaçı MMC-in X14 küçəsində yerləşən baş ofisə gəlməsinin zəruri olduğu göstərilmişdir. Əks təqdirdə təhvil-təslimin iştirakı olmadan aparılacağı göstərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli teleqramın surətindən görünür ki, İddiaçı MMC-in nümayəndəsi X3 Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramı almışdır. İşdə olan xx.xx.2024-cü il tarixli İddiaçı MMC-in satış şöbəsinin satış təmsilçisi Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair xx.xx.2024-ü il tarixli 046 saylı əmrə əsasən komissiyanın üzvü İddiaçı MMC-in sadıt audit şöbəsinin auditi X5, bölgə müdiri X7 iştirakları ilə tərtib olunmuş 046 saylı AKT-ın surətindən görünür ki, Cavabdeh işlədiyi müddət ərzində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək keçirilmiş audit yoxlaması zamanı diskolasiyasına aid olan ərazidə 10394 (on min üç yüz doxsan dörd) manat 92 (doxsan iki) qəpik pul vəsaitinin əskik gəlməsi aşkarlanmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli 0154 nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh işlədiyi müddət ərzində şirkətə 10394,92 manat ziyan vurduğu və həmin ziyanın qısa müddət ərzində ödəməsinin zəruri olduğu, əks təqdirdə borcun ondan məcburi qaydada alınması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun olaraq, lazımi hüquqi müdafiə vasitələrindən istifadə edəcəkləri, 5 iş günü ərzində borcun ödənilməsini təmin etməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan 087916 saylı poçt sənədinin surətindən görünür ki, xəbərdarlıq Cavabdeh poçt vasitəsi ilə göndərilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiaysında iştirak edilməməsi barədə Mediasiya arayışından görünür ki, İddiaçı MMC-in Cavabdeh qarşı əmək mübahisəsinə dair 10394 manat 92 qəpik pul tələbidir. Tərəflərə mediasiya sessiyasının keçirildiyi 21 fevral 2025-ci il saat 14:00-a müəyyən edilmiş və tərəflərə bu barədə bildiriş göndərilmişdir. Axundov X1 iştirak etməyən tərəf olmuşdur. İddiaçı MMC tərəfindən 50 manat xidmət haqqı ödənilmişdir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin, cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC üzrə xx.xx.2023-cü il tarixli 4109-K saylı işə qəbul etmə haqqında əmrlə Cavabdeh kiçik satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilməsi, xx.xx.2023-cü il tarixli 469-K saylı işə qəbul etmə haqqında əmrlə Cavabdeh satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilməsi əmr edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il ildə İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdeh vəzifə funksiyaları, vəzifə səlahiyyətləri və vəzifə məsuliyyətləri ilə tanış olmuş və təlimatla tanış olduğunu imzası ilə təsdiq etmişdir. Eləcə də Cavabdeh xx.xx.2024-cü ildə ərizə verərək xx.xx.2024-cü ildən onun əmək müqaviləsinə öz xahişi ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 izahatında Cavabdeh xx.xx.2023-cü il tarixdən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışdığını, xx.xx.2024-cü il tarixdə işdən çıxdığğını, cavabdehin işlədiyi müddət ərzində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək keçirilmiş audit yoxlaması zamanı diskolasiyasına aid olan ərazidə 10394 (on min üç yüz doxsan dörd) manat 92 (doxsan iki) qəpik pul vəsaitinin əskik gəlməsinin aşkarlandığını, bununla bağlı akt tərtib olunduğunu, özünə daxili qaydada təhvil-təslim ilə bağlı audit yoxlaması keçiriləcəyi barədə teleqram vasitəsi ilə məlumat verildiyini, həmin teleqramı alsa da iştirak etmədiyini, iştirak etməməsi barədə məlumat vermədiyini, bununla bağlı təhvil-təslim aktı, tam maddi məsuliyyət müqaviləsi, vəzifə təlimatı və əmək müqaviləsini məhkəməyə təqdim etdiklərini göstərməklə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin göstərdiyi xüsusatlar məhkəmə iclasında elan edilmiş mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Məhkəmə iclasında izahat vermiş Cavabdeh həqiqətən 2023-cü ilin sentyabr ayından 2024-cü ilin fevral ayına qədər müqavilə əsasında İddiaçı MMC-ə satış nümayəndəsi işlədiyini, aylıq 700-800 manat əmək haqqı aldığını, burnu bir neçə dəfə sındığı üçün nəfəs almasında problem yarandığını, səhhəti ilə bağlı bölgə müdirinə məlumat verdiyini, xəstəxanaya gedəcəyini dediyini, sonuncu dəfə ərazidə olanda vəziyyəti pisləşdiyini, onu xəstəxanaya apardıqlarını, xx.xx.2023-cü tarixdə əməliyyat olduğunu, sonra 20 gün ərzində gipsdə qaldığını, qan axma çox olduğu üçün ayaq üstə çox yeriyə bilmədiyini, yəni heç bir fiziki iş görə bilmədiyini, avtomobil idarə edə bilmədiyini, Cəmiyyətdən bölgə müdiri zəng edərək səhhəti ilə bağlı soruşduğunu, əməliyyat olunduğunu, ona 20-25 gün vaxt verilməsini, işinə davam edəcəyini bildirdiyini, lakin ərizə yazması ilə bağlı heç bir söz deyilmədiyini göstərsə belə bu xüsusatlarla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Cavabdeh məhkəmə iclası zamanı iddianın təkzib edilməsi üçün hər hansı bir sənədi məhkəməyə tədim edə bilməmişdir. Məhkəmədə elan olunmuş İddiaçı MMC-in nümayəndəsi X2 Cavabdeh ünvanladığı xx.xx.2024cü il tarixli teleqramdan görünür ki, onun dislokasiyasına daxil olan ərazidə təhvil-təslim olacağı, xx.xx.2024-cü il tarixində 09-00-da İddiaçı MMC-in X14 küçəsində yerləşən baş ofisə gəlməsinin zəruri olmasının göstərildiyi, əks təqdirdə təhvil-təslimin iştirakı olmadan aparılacağı göstərilmişdir. Məhkəmədə elan olunmuş digər xx.xx.2024-cü il tarixli teleqramın surətindən görünür ki, İddiaçı MMC-in nümayəndəsi X3 Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramı almışdır. Eləcə də məhkəmədə elan olunmuş xx.xx.2025-ci il tarixli 0154 nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh işlədiyi müddət ərzində şirkətə 10394,92 manat ziyan vurduğu və həmin ziyanın qısa müddət ərzində ödəməsinin zəruri olduğu, əks təqdirdə borcun ondan məcburi qaydada alınması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun olaraq, lazımi hüquqi müdafiə vasitələrindən istifadə edəcəkləri, 5 iş günü ərzində borcun ödənilməsini təmin etməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmədə elan olunmuş 087916 saylı poçt sənədinin surətindən görünür ki, xəbərdarlıq Cavabdeh poçt vasitəsi ilə göndərilmişdir. Bütün bunlara baxmayaraq Cavabdeh yoxlamada iştirak etməmiş, iştirak etməməsinin səbəbləri və ya yoxlamanın təxirə salınması barədə İddiaçı MMC-ə yazılı məlumat verməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Bunlarla yanaşı cavabdeh işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, cavabdehdən dəymiş maddi zərərə görə 10394,92 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarma müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanışı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 71 (yetmiş bir) manat 18 (on səkkiz) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC-in Mediasiya sesiyyasında ödədiyi 50 (əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı MMC-in xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətanmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarını, iddiaçının salahiyyətli nümayəndəsinin və cavabdehin izahatınları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 10394 (on min üç yüz doxsan dörd) manat 92 (doxsan iki) qəpik, mediasiya xərci üçün ödənilmiş 50 (əlli beş) manat xidmət haqqı, ödənilmiş 71 (yetmiş bir) manat 18 (on səkkiz) qəpik məbləğində dövlət rüsumu tutulub İddiaçı MMC-ə ödənilməsi tələbinə dair iddiası təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 10394 (on min üç yüz doxsan dörd) manat 92 (doxsan iki) qəpik, mediasiya xərci üçün ödənilmiş 50 (əlli beş) manat xidmət haqqı, ödənilmiş 71 (yetmiş bir) manat 18 (on səkkiz) qəpik məbləğində dövlət rüsumu tutulub İddiaçı MMC-ə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №e-2(061)-831/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(061)-831/2025
06.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver