Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1264/2024 14.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərilmiş hüquqi yardıma görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş 1000 (bir min) manat vəkil xidmət haqqının, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclu Cavabdeh xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən 28-ci PŞ-nə aparılmış X1 hüquqlarının müdafiəsi ilə bağlı müqavilə bağlamaq üçün cavabdeh ona müraciət etmişdir. xx.xx.2024-cü il tarixli müqavilənin 2.1-ci maddəsinə əsasən Hüquqi yardıma görə haqq qarşılıqlı razılaşma əsasında 1000 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir, Hüquqi yardıma görə ödənilən məbləğ vəkilə həvalə edilən işin haqqıdır və tapşırığın nəticəsindən asılı deyildir. xx.xx.2024-cü il tarixli Müqavilənin 2.3-cü bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan haqq xx.xx.2024-cü il tarixdə ödənilməsini müraciət edən şəxs öz üzərinə götürür və haqq ödənilməyənə qədər vəkil tapşırığın icrasına başlamaya bilər. Əgər haqq ödənilmədən vəkil tapşırığın icrasına başlamışsa, icranı dayandırmağa haqlıdır.xx.xx.2024-cü il tarixli Müqavilənin 3.1.6-cı bəndinə əsasən hüquqi yardıma görə haqqı və tapşırığın icrası ilə əlaqədar vəkilin çəkdiyi və ya çəkməli olduğu xərcləri müqavilədə (və ya Əlavədə) nəzərdə tutulmuş qaydada və müddətdə ödəmək müraciət edən şəxsin vəzifəsidir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilənin tələblərinə əsasən müraciət edən şəxs Cavabdeh hüquqi yardım göstərilən şəxs X1 hüqularının müdafiəsi üçün xx.xx.2024-cü il tarixədək 1000 manat vəkil xidmət haqqını vəkilə ödəməsinə dair öhdəliyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası DİN-nin Bakı Şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin rəsi Hüseyn İmanov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Bakı Şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nə gətirilmiş X1 hüquqları vəkil İddiaçı tərəfindən müdafiə olunmuşdur. Göründüyü kimi Cavabdeh tərəflər arsında bağlanmış müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi vicdanlılığın tələb etdiyi tərzdə icra etməmiş, öhdəliyi icra edəcəyinə dair vədlər versə də, hal-hazıradək öz üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Ona gərə də, göstərilmiş hüquqi yardıma görə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş 1000 (bir min) manat vəkil xidmət haqqısının, eləcə də ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli müqaviləsinin surətindən görünür ki, tərəflər hüquqi yardıma görə haqq qarşılıqlı razılaşma əsasında 1000 (bir min) manata razılaşmışlar. -işə əlavə olunmuş araşışdan görünür ki, 17 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə gətirilmiş X1 hüquqları vəkil İddiaçı tərəfindən müdafiə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərazad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin İ hissəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilə üzrə İddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh göstərilmiş hüquqi yardıma görə 1000 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №e-2(062)-1264/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1264/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver