Məhkəmə qərarları › İş №e-2(062)-1268/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-1268/2024

22.05.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-1268/2024 22.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi X7, Cavabdeh nümayəndəsi X3 iştrakları ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, onun və yetkinlik yaşına çatmayan oğlu Ayazla birlikdə cavabdeh X1 faktiki istifadəsində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun baldızıdır. O cavabdehin qardaşı X8 ilə 2013-cü ilin aprel ayında rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Nikahları həmin vaxt Tovuz rayon Qeydiyyat Şöbəsində rəsmi qeydə alınmışdır. Birgə rəsmi nikahlarından xx.xx.2014-cü ildə X12 adlı bir uşaqları doğulumuşdur.O cavabdehin qardaşı Araz Qurban oğlu ilə ailə quranda cavabdehin yaşadığı evə gəlin köçmüşdur. O həmin evə gəlin köçəndə mərhum qaynatası sağ idi. O, onu heç bir qeyd şərt göstərmədən ailəyə qəbul etmişdir. Hazırda o və uşağı həmin evdə pasport qeydiyyatındadır. Gəlin köçdüyü bir neçə otaqlı olmaqla, yaşayış və qeyri-yaşayış sahəsindən ibarətdir. Ona məxsus olan cehiz əşyaları toyları olan gün həmin evə yığılmışdır. Hazırda uşağına və ona məxsus olan bütün əşyalar həmin evdədir. 2023-cü ilin iyun ayına kimi həmin evdə mübahisəsiz yaşamışlar. 2023-cü ilin iyun ayında cavabdeh onunla dava etmiş, uşaqla birlikdə onu yaşadığı evdən qovmuşdur. Həmin vaxtdan o azyaşlı uşağı ilə birlikdə atası evində yaşayır. Çünki cavabdeh onları mübahisə predmeti olan evdə yaşamağına imkan vermir. Köçmək istədiyi fərdi yaşayış evi cavabdehin faktiki istifadəsindədir. Ona görə də, onun və yetkinlik yaşına çatmayan oğlu Ayazla birlikdə cavabdeh X1 faktiki istifadəsində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2013-cü ildə ailə qurmuşlar və aralarında əvvəllər mübahisə olmadığından aralarında heç bir müqavilə bağlanmamışdır.Ona görə də iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə bildirdi ki, iddiaçı iş üzrə cavabdehin baldızıdır. İddiaçı cavabdehin qardaşı Arazla 2013-cü ildə evlənib və birgə nikahdan bir övladları doğulub. Evlənərkən mübahisəli evə gəlin köçüb və həmin evə gəlin köçəndə Arazın atası Qurban kişi həyatda olubdur. İddiaçıya məxsus cehiz əşyaları həmin mübahisəli evdə yerləşir. Hazırda iddiaçı oğlu ilə birlikdə həmin mübahisəli evdə pasport qeydiyatındadırlar. Aralarında olan narazılığa görə 2020-ci ildə ayrılıblar. Mübahisə oluduğundan iddiaçının həmin evdə yamağına icazə vermir.İddiaçı evə gəlin köçərkən ev iddaiçının qaynatasının mülkiyyətində olub. Ailə quran zaman aralarında mübahisə olmadığından evin tərkib istifadə hüququ ilə bağlı müqavilə bağlamayıblar. O, ailə üzvü kimi şərtsiz qəbul olunub. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 bildirdi ki, iddianı qəbul etmir. Belə ki, atası 2019-cü ildə vəfat etmişdir. Belə ki, həmin vaxt iddiaçı deyirdi ki, o həmin evdə yaşamaq istəmir. Ona görə də, qardaşı Ayaz öz istəyi ilə evdən imtina etmişdi. Bacısı Fərqanə də, həmin evdən imtina etmişdir. İddiaçı Şəmkirdə yaşayır və uşağı rus sektorunda oxuyur, orada yaşamayacaqlar. Əgər iddiaçı həmin evdə daimi yaşayacaqsa orda yaşamağına etiraz etmir.Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib iş materilallarını araşdıraraq belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə X9 xx.xx.2013-cü ildə evlənmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 birgə nikahlarıəndan xx.xx.2014-cü ildə Ayaz adlı bir övladları olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın Dövlət Kadastr və Reyestr PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdaərisinin arayışdan görünür ki, ünvan 2 ünvanda yerləşən 0.08 hə həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 313.7 kv.m olan fərdi yaşayış evinə dair X2 adına tam mülkiyyət hüququ ilə 17 mart 20211-cı ıl tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, cavabdeh X6 iddiaçının baldızıdır. İdiaçı cavabdehin qardaşı X8 ilə 2013-cü ildə ailə qurmuş və nikahları rəsmi qeydə alınmışdır. Birgə rəsmi nikahlarından xx.xx.2014-cü ildə X12 adlı bir uşaqları doğulumuşdur. İddiaçı cavabdehin qardaşı Araz Qurban oğlu ilə ailə qurmuş və cavabdehin yaşadığı evə gəlin köçmüşdür.İddiaçı həmin evə gəlin köçərkən, mərhum qaynatası sağ olmuş, idiaçı heç bir qeyd şərt göstərmədən ailəyə qəbul etmişdir. Hazırda iddiaçı və uşağı həmin evdə pasport qeydiyyatındadır. 2023-cü ilin iyun ayına kimi həmin evdə mübahisəsiz yaşamışlar. Həmin vaxtdan iddiaçı azyaşlı uşağı ilə birlikdə ata evində yaşayır. Çünki cavabdeh onları mübahisə predmeti olan evdə yaşamağına imkan vermir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmusuna və iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan hüquq normalarının tələblərinə uyğun obyektiv və qərəzsiz qiymət verib belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası təmin olunmamalıdır. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstutusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi). İşin hallarından göründüyü kimi tərəflər biri-birinin ailə üzvləri deyildirlər. Cavabdeh miras qoyana münasibətdə mirasın açıdlğı andan mülkiyyətçidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 124.2-ci maddəsinə müvafiq olaraq iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar