Məhkəmə qərarları › İş №e-2(062)-2724/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2724/2025

14.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2724/2025 14.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, İddiaçı 2 saylı X5 Mərkəzinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı 2 saylı X5 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dаir mülki işə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı 2 saylı X5 Mərkəzinin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 2 saylı X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixdə 177 nömrəli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin Cavabdeh tərəfindən sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək 2 saylı X1ytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin (hazırda Meşələrin İnkişafı Xidməti) Tovuz X5 Mərkəzi (hazırda 2 saylı X5 Mərkəzi) Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”na əsasən vətəndaş Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə 177 nömrəli istifadə müqaviləsi bağlamışdır. Müqavilənin şərtlərinə əsasən, Mərkəzin Cırdaxan meşəbəyliyinin 30-cu kvartalında meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizm-rekreasiya məqsədi ilə 0,40 ha sahəsi 1 il müddətinə Cavabdeh verilmişdir. 2 saylı X5 Mərkəzinin əməkdaşları tərəfindən icarəyə verilmiş sözügedən torpaq sahəsinə xx.xx.2025-ci il tarixdə baxış keçirilərkən 6.00x3.60x2.10 m ölçüdə 1 ədəd taxta dirəklər üzərində yeri torpaq söhbətgah, 4.90x3.50x2.60 m ölçüdə 1 ədəd çay daşları ilə tikilmiş yeri daş üzlüklə döşənmiş əl damı, 3.20x2.60x2.10 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri daş üzlüklə döşənmiş söhbətgah, 4.20x2.00x2.00 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri daş üzlüklə döşənmiş söhbətgah, 3.80x3.10x2.00 m ölçüdə 1 ədəd, 3.80x2.80x2.00 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri daş üzlüklə döşənmiş söhbətgahlar, 3.90x2.90x2.00 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri daş üzlüklə döşənmiş söhbətgah, 5.60x3.60x2.00 m ölçüdə 1 ədəd bişmiş kərpiclə tikilmiş ayaq yolu, 8.10x5.00x2.00 m ölçüdə taxtadan yeri daş üzlüklə döşənmiş otaqlar, 10.00x3.30x2.00 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində manqalxana, 5.60x4.50x2.10 m ölçüdə 1 ədəd taxta dirəklər üzərində dəmir budka söhbətgah, 4.00x3.00x2.20 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində söhbətgah, 7.50x2.70x2.00 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri torpaq söhbətgah, 3.50x2.60x2.00 m ölçüdə 3 ədəd dəmir dirəklər üzərində yeri beton söhbətgah, 3.70x3.00x2.20 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri beton söhbətgah, 9.60x2.20x2.00 m ölçüdə 1 ədəd, 3.20x2.80x2.20 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri torpaq söhbətgahlar əsaslı tikililərin tikilməsi faktları müəyyən edilmişdir. Aşkar edilmiş faktlar barədə xx.xx.2025-ci il tarixdə 004887 saylı akt tərtib edilmişdir. Sözügedən müqavilənin 4.1-ci bəndinin tələbini pozduğundan Cavabdeh ilə bağlanmış icarə müqavilələrinə xitam verilməsi barədə təklifimizi, müvafiq təklifə ona daxil olduğu vaxtdan 10 gün müddətində rəsmi cavab verməklə, razılaşıb və ya imtina etdiyi barədə mövqeyinin bildirilməsi xahiş edilən 2 saylı RMTM-in xx.xx.2025-ci il tarixli 3-14-27-12/2-060/2025 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. Xəbərdarlıq məktubu xx.xx.2025-ci il tarixdə Cavabdeh ünvanına daxil olmasına baxmayaraq onun tərəfindən məktubda qeyd edilən müddətdə hər hansı cavab bizə daxil olmamışdır. Cavabdehilə bağlanmış xx.xx.2011-ci il tarixdə 177 nömrəli icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, istifadəçi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda və bu Müqavilənin tələblərinə əməl edilmədikdə bu müqaviləyə xitam verilir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdehə məhkəmə bildirişində digər hüquqları ilə yanaşı iddia tələbinə etiraz etmək hüquqları izah edilmiş, lakin iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2011-ci il tarixdə 177 nömrəli icarə müqaviləsinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin (hazırda Meşələrin İnkişafı Xidməti) Tovuz X5 Mərkəzi (hazırda 2 saylı X5 Mərkəzi) Cırdaxan meşəbəyliyinin 30-cu kvartalında meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizm-rekreasiya məqsədi ilə 0,40 ha sahəsi 1 il müddətinə Cavabdeh icarəyə verilmişdir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən istifadəçi meşə torpaqlarından istifadə dayandırıldıqda istifadə etdiyi sahənin müvafiq qaydada təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, istifadəçi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda və bu Müqavilənin tələblərinə əməl edilmədikdə bu müqaviləyə xitam verilir. xx.xx.2025-ci il tarixli 004887 saylı aktdan görünür ki, xx.xx.2011-ci il tarixdə 177 nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə verilmiş torpaq sahəsinə xx.xx.2025-ci il tarixdə baxış keçirilərkən 6.00x3.60x2.10 m ölçüdə 1 ədəd taxta dirəklər üzərində yeri torpaq söhbətgah, 4.90x3.50x2.60 m ölçüdə 1 ədəd çay daşları ilə tikilmiş yeri daş üzlüklə döşənmiş əl damı, 3.20x2.60x2.10 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri daş üzlüklə döşənmiş söhbətgah, 4.20x2.00x2.00 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri daş üzlüklə döşənmiş söhbətgah, 3.80x3.10x2.00 m ölçüdə 1 ədəd, 3.80x2.80x2.00 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri daş üzlüklə döşənmiş söhbətgahlar, 3.90x2.90x2.00 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri daş üzlüklə döşənmiş söhbətgah, 5.60x3.60x2.00 m ölçüdə 1 ədəd bişmiş kərpiclə tikilmiş ayaq yolu, 8.10x5.00x2.00 m ölçüdə taxtadan yeri daş üzlüklə döşənmiş otaqlar, 10.00x3.30x2.00 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində manqalxana, 5.60x4.50x2.10 m ölçüdə 1 ədəd taxta dirəklər üzərində dəmir budka söhbətgah, 4.00x3.00x2.20 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində söhbətgah, 7.50x2.70x2.00 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri torpaq söhbətgah, 3.50x2.60x2.00 m ölçüdə 3 ədəd dəmir dirəklər üzərində yeri beton söhbətgah, 3.70x3.00x2.20 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri beton söhbətgah, 9.60x2.20x2.00 m ölçüdə 1 ədəd, 3.20x2.80x2.20 m ölçüdə 1 ədəd dəmir dirəklər üzərində yeri torpaq söhbətgahlar əsaslı tikililərin tikilməsi faktları müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 719. Torpaq icarəsi müqaviləsinə xitam verilməsi və onun qüvvəsinin uzadılması. Müqavilənin ləğvi 719.1. Torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Maddə 722. İcarəyə götürülmüş torpağın qaytarılması 722.1. Müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. İcarəçinin icarəyə verənə qarşı tələbləri əsasında torpaq sahəsini saxlamaq hüququ yoxdur. Əgər icarəçi icarəyə götürdüyü torpağı hər hansı üçüncü şəxsin istifadəsinə vermişsə, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəyə verən torpağın qaytarılmasını həmin üçüncü şəxsdən də tələb edə bilər. Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”nın 3-cü bəndinə əsasən müqavilə, kütləvi meşə servitutu istisna olmaqla, meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilməklə meşə istifadəçisinə əsaslı tikinti aparılmadan meşə fondu müvafiq sahələrindən müvəqqəti istifadə hüququ verir. Həmin Qaydaların 4-cü bəndinə əsasən meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə zamanı meşə istifadəçisi meşə fondu sahələrindən mövcud qanunvericiliyə uyğun istifadə etməyə, müqavilənin şərtlərinə əməl etməyə, meşə fondundan istifadə üçün haqları vaxtında ödəməyə, istifadə olunan sahənin və onun ətrafının zibillənməsinə yol verməməyə, digər sanitariya qaydalarına əməl etməyə, sahəyə mal-qaranın buraxılmasına yol verməməyə, istifadə olunan sahəyə bitişik meşənin qanunsuz qırılmasına yol verməməyə, istifadəyə verilmiş meşə fondu sahələrindən meşə yanğını təhlükəsizliyi qaydalarına riayət etməyə və ərizədə yanğın baş verdikdə onun söndürülməsini təmin etməyə, meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən qaydada bərpa etmək və ya dəymiş ziyanı ödəməyə borcludur. Qaydaların 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu sahələrindən istifadə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verə bilər: meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrinin istifadə haqqının müəyyən olunmuş müddətdə ödənilmədikdə; meşə istifadəçisi tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər pozulduqda; meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə; Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinin tələblərinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin əsasında yaranır. Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər. Meşə Məcəlləsinin 17-ci maddəsinə əsasən, meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən, meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı hallarda həyata keçirilir: meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər pozulduqda; meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə; meşə fondu sahələri dövlət ehtiyacları üçün alındıqda. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının meşə qanunvericiliyinə görə meşə istifadəçisinin intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir. Meşə Məcəlləsinin 22-ci maddəsinə əsasən, meşə fondu torpaqlarının subicarəsi qadağandır. Meşə Məcəlləsinin 50-ci maddəsində meşə fondundan istifadə zamanı meşə istifadəçiləri əməl etməli olduğu vəzifələr geniş sadalanmışdır. Bunlardan bəziləri - meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq istifadə etmək, meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl etmək, əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq, meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsullarla istifadə etmək, istifadəyə verilmiş meşə fondu sahələrini (torpaqlarını) öz hesabına meşə fondu sahələrinin icarəsi barədə müqavilədə göstərilmiş vəziyyətə gətirmək, meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəmək və s.-dir. Meşə Məcəlləsinin 8-ci maddəsinə əsasən, meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2011-ci il tarixli 177 nömrəli icarə müqaviləsinə əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin (hazırda Meşələrin İnkişafı Xidməti) Tovuz X5 Mərkəzi (hazırda 2 saylı X5 Mərkəzi) Cırdaxan meşəbəyliyinin 30-cu kvartalında meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizm-rekreasiya məqsədi ilə 0,40 ha sahəsi 1 il müddətinə Cavabdeh icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2012-ci il tarixdə qurtarmışdır. İddiaçının tələbi xx.xx.2011-ci il tarixdə 177 nömrəli icarə müqaviləsinə xitam verilməsi və icarəyə verilmiş torpaq sahəsində olan tikililərin Cavabdeh tərəfindən sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək 2 saylı X1ytarılmasından ibarətdir. Müqaviləyə xitam verilməsi ilə bağlı tələbə münasibətdə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə mahiyyətcə torpaq icarəsi müqaviləsidir. Mülki Məcəllənin 719.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. Yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin (hazırda Meşələrin İnkişafı Xidməti) Tovuz X5 Mərkəzi (hazırda 2 saylı X5 Mərkəzi) və Cavabdeh arasında xx.xx.2011-ci il tarixli 177 nömrəli icarə müqaviləsi xx.xx.2012-ci il tarixində öz qüvvəsini itirmiş və onunla bağlı yaranan hüquq münasibətlərinə xitam verilmişdir. Bu səbəbdən, müddəti qurtarmış müqavilənin xitamı barədə əlavə araşdırma aparılması və bunun yenidən təsbit edilməsi hüquqi nəticə doğurmur. İcarəyə verilmiş torpaq sahəsində olan tikililərin Cavabdeh tərəfindən sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməklə 2 saylı X1ytarılması ilə bağlı tələbə münasibətdə məhkəmə hesab edir ki, Mülki Məcəllənin 722.1-ci maddəsinə əsasən müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı təyinatı üzrə lazımi istifadədən sonra qaytarılma məqamında uyğun gəlməli olduğu vəziyyətdə qaytarmağa borcludur. Bundan başqa xx.xx.2011-ci il tarixli 177 nömrəli icarə müqaviləsinin 2.5-ci bəndinə əsasən istifadəçi meşə torpaqlarından istifadə dayandırıldıqda istifadə etdiyi sahənin müvafiq qaydada təhvil verməyi öhdəsinə götürmüşdür. Bu baxımdan iddiaçının tələbi bu hissədə əsaslıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı 2 saylı X5 Mərkəzi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə uyğun olaraq dövlət rüsumundan azad edilmişdir. Belə olan halda ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 2 saylı X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli 177 nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə verilmiş torpaq sahəsində olan tikililər Cavabdeh tərəfindən sökülərək icarəyə verilmiş torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməli və 2 saylı X1ytarılmalı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 2 saylı X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixdə 177 nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə verilmiş Cırdaxan meşəbəyliyinin 30-cu kvartalında meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizm-rekreasiya məqsədi ilə 0,40 ha sahəsində olan tikililər Cavabdeh tərəfindən və onun hesabına sökülərək icarəyə verilmiş torpaq sahəsi əvvəlki vəziyyətə gətirilsin və 2 saylı X1ytarılsın. İddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verdiliyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar