Məhkəmə qərarları › İş №e-2(062)-2890/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №e-2(062)-2890/2025

02.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № e-2(062)-2890/2025 02.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı 2 X2 Təsərrufatı Mərkəzinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı 2 X2 Təsərrufatı Mərkəzi məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən qanunsuz olaraq 2 saylı RMTM-nin Kirən meşəbəyliyinin 16 saylı dolayının 19 saylı kvadratında quraşdırılmış olduğu tikililərin sökülməsinə və həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin əsasında mülki başlanmışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş üzrə məhkəmə baxışı iclası 02.012.2025-ci il tarixinə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş, Cavabdeh məhkəmə iclasına gəlmiş, iddiaçının nümayəndəsi isə mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmiş, səbəbin üzrlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə iclasına gəlmiş cavabdehi isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmiş, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə hakim iddia ərizəsini baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı 2 X2 Təsərrufatı Mərkəzinin Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar