Məhkəmə qərarları › İş №e-2(062)-2897/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-2897/2025

11.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-2897/2025 11.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məsimov Fərid Eldar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı 2 saylı X4 Mərkəzinin Cavabdeh qarşı “tikilinin sökülərək əvvəlki vəziyyətə gətirilərək, iddiaçıya qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinə xitam verilməsi, torpaq üzərindəki tikililərin sökülərək, torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia belə əsasladırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Departamentinin (hazırda Meşələrin İnkişafı Xidməti) Tovuz X4 Mərkəzi (hazırda 2 saylı X4 Mərkəzi)Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”na əsasən vətəndaş Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə 26 nömrəli istifadə müqaviləsi bağlamışdır. Belə ki, Tovuz X4 Mərkəzi ilə (bundan sonra Mərkəz) Cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən, Mərkəzin Cırdaxan meşəbəyliyinin 27 saylı kvartalında meşə bərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən turizmrekreasiya məqsədi ilə 0.20 ha sahəsi 5 il müddətinə Cavabdeh verilmişdir. 2 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən icarəyə verilmiş sözügedən torpaq sahəsinə baxış keçirilərkən əsaslı tikililərin tikilməsi faktları müəyyən edilmişdir. Aşağıda göstərilən əsaslara görə Cavabdeh ilə bağlanmış müqavilənin ləğv edilməsini və icarəyə verilmiş torpaq sahəsində olan əsaslı tikintilərin sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilərək Mərkəzə qaytarılmasını xahiş edir. Cavabdeh ilə bağlanmış icarə müqaviləsinin 4.1.1, 4.1.9 maddələrinə əsasən, istifadəçi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda və bu Müqavilənin tələblərinə əməl edilmədikdə bu müqaviləyə xitam verilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmitədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları”nın 3-cü bəndinə əsasən müqavilə, kütləvi meşə servitutu istisna olmaqla, meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilməklə meşə istifadəçisinə əsaslı tikinti aparılmadan meşə fondu müvafiq sahələrindən müvəqqəti istifadə hüququ verir. Həmin Qaydaların 4-cü bəndinə əsasən meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə zamanı meşə istifadəçisi meşə fondu sahələrindən mövcud qanunvericiliyə uyğun istifadə etməyə, müqavilənin şərtlərinə əməl etməyə, meşə fondundan istifadə üçün haqları vaxtında ödəməyə, istifadə olunan sahənin və onun ətrafının zibillənməsinə yol verməməyə, digər sanitariya qaydalarına əməl etməyə, sahəyə mal-qaranın buraxılmasına yol verməməyə, istifadə olunan sahəyə bitişik meşənin qanunsuz qırılmasına yol verməməyə, istifadəyə verilmiş meşə fondu sahələrindən meşə yanğını təhlükəsizliyi qaydalarına riayət etməyə və ərizədə yanğın baş verdikdə onun söndürülməsini təmin etməyə, meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən qaydada bərpa etmək və ya dəymiş ziyanı ödəməyə borcludur. Qaydaların 7-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə fondu sahələrindən istifadə hüququna yalnız aşağıdakı hallarda məcburi xitam verə bilər: meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda; fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə; meşə istifadəçisi tərəfindən meşə fondu sahələrinin istifadə haqqının müəyyən olunmuş müddətdə ödənilmədikdə; meşə istifadəçisi tərəfindən müqavilədə nəzərdə tutulmuş şərtlər pozulduqda; meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədikdə; Azərbaycan Respublikası Meşə Məcəlləsinin 16-cı maddəsinin tələblərinə əsasən, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin əsasında yaranır. Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər. Meşə Məcəlləsinin 17-ci maddəsinə əsasən, meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin. Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır. İddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək “tikilinin sökülərək əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması”na dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabehin iştirtakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarə müqaviləsindən görünür ki, tərəflər arasında 1 il müddətinə icarə müqaviləsi bağlanılmışdır. Məhkəmə öncə tərəflər arasında bağlanılmış icarə müqaviləsinə münasibətdə onu qeyd edir ki, həqiqətən də tərəflər arasında 5 il müddətinə icarə müqaviləsi bağlanılsa da, bu bu müqavilə dövlət qeydiyyatına alınmamışdır. Halbuki Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 75.6-cı maddəsinə əsasən torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsi qanunun tələbləri baxımından dövlət qeydiyyatına alınmasa da tərəflərdən heç biri bu halı mübahisələndirməmişlər. Ancaq müqavilə müddəti bitdikdən sonra tərəflərdən hər hansı biri dövlət qeydiyyatına alınmayan müqaviləyə istinad edərək icarə hüquqlarını özüqndə saxlamaqda haqlı deyillər. Belə olduğu halda məhkəmə bu qənatə gəlir ki, tərəflər arasında icarə hüquq münasibətlərinə elə müqavilə müddətinin sonunda xitam verilmişdir. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (152.5). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir (157.5). Məhkəmə hesab edir ki, tərəflər arasında icarə hüquq münasibətlərinin davam etdirilməməsi qənaətinə gəlindiyindən verilmiş ekspertiza rəyinə hüquqi qiymət verilməsinə lüzum yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Tovuz rayonu Cırdaxan meşəbəyliyinin 27-ci kvartalında yerləşən və Cavabdeh icarə müqaviləsi əsasında verilmiş 0,20 ha torpaq sahəsindəki tikili sökülərək əvvəlki vəziyyətə gətirilməli və torpaq sahəsi iddiaçıya qaytarılmalıdır. İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Tovuz rayonu Cırdaxan meşəbəyliyinin 27-ci kvartalında yerləşən və Cavabdeh icarə müqaviləsi əsasında verilmiş 0,20 ha torpaq sahəsindəki tikili sökülərək əvvəlki vəziyyətə gətirilsin və torpaq sahəsi Cavabdeh tərəfindən 2 saylı X1ytarılsın. 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində Cavabdeh qızndan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar