Məhkəmə qərarları › İş №e-2(062)-511/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(062)-511/2025

14.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № e-2(062)-511/2025 14.03.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zaminlik müqaviləsi üzrə ödənilmiş pulun reqress qaydada geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı “zaminlik müqaviləsi üzrə ödənilmiş pulun reqress qaydada geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********24 saylı zaminlik müqaviləsi üzrə cavabdehin əvəzinə "xxxx" ASC-nin hesabına ödədiyi 12464.79 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə hərbçi olmușlar. Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət etmişlər. Cavabdeh maddi problemləri olduğu üçün pul lazım olduğunu və bu məbləğin də hər hansı bir bankın zaminsiz və girovsuz vermədiyini bildirmişdir. Beləliklə cavabdeh ona zamin durmaq üçün müraciət etmiş və o da öz növbəsində cavabdehin bu fikri ilə razılaşmışdır. Cavabdeh "xxxx" ASCnin Gəncə filialında xx.xx.2018-ci il tarixli, BPM**********24 saylı kredit müqaviləsi bağlanmışdır. Həm də onunla "xxxx" ASC-nin Gəncə filialında xx.xx.2018-ci i tarixli BPM**********24 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bununla da cavabdeh bankdan 60 ay müddətində 14500 manat olmaqla kreditdən istifadəyə görə illik 23 faiz olmaqla Bankdan pul götürmüşdür. Cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi kredit müqaviləsinin ilk aylarında lazımi qaydada ödəmişdir. İlk olaraq xx.xx.2020-ci il tarixdə ondan 423 manat, xx.xx.2020-ci il tarixdə 816 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 424 manat, xx.xx.2021-ci il tarixdə 0.82 manat, xx.xx.2021-ci İ tarixdə 0.98 manat, xx.xx.2021-ci il tarixdə 817 manat, xx.xx.2024-cü il tarixdə 2.737.13 manat, xx.xx.2024-cü il tarixdə 1859.60 manat, xx.xx.2024-cü il tarixdə 960.35 manat ona məxsus olan bank kartı hesabından pul silinmişdir. xx.xx.2024-cü il tarixdə tərəfindən Bankın müxbir hesabına 3440 manat pul ödənişi edilməklə cavabdehin banka olan borcu bağlanmışdır. Bu halı təsdiq edən ödəniş cədvəlləri məhkəməyə təqdim etmişdir. Bundan əlavə son ödənişi kartdan silinmə ilə deyil, birbaşa ödəmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2018-ci il tarixli BPM**********24 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 60 ay müddətinə aylıq 23% dərəcəsi ilə 14500 manat məbləğində kredit verilmişdir. xx.xx.2018-ci il tarixli BPM**********24 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı (zamin) Cavabdeh xx.xx.2018-ci il tarixli BPM**********24 saylı kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi üçün Borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Azərbaycan Beynəlxalq Bankı ASC-dən verilmiş xx.xx.2025-ci il tarixli 6-2-47/2- 226/2025 nömrəli arayışda göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı ASC Gəncə filialında Cavabdeh (ş/v: AA*******, Asan-Gəncə tərəfindən xx.xx.2020-ci il) İddiaçı (ş/v: AA*******, Asan-Mingəçevir tərəfindən xx.xx.2020-ci il) zaminliyi ilə xx.xx.2018-ci il tarixində 14500 AZN (on dörd min beş yüz manat 0 qəpik) (255TKZL1********) məbləğində nağd kredit rəsmiləşdirilmişdir. Zamin İddiaçı əmək haqqı kartından kredit borcuna görə 9026.46 AZN vəsait tutulmuş və 3440.73 AZN vəsait də zamin tərəfindən nağd ödənilmişdir. Ümumilikdə 12467.19 AZN vəsait Zamin İddiaçı tərəfindən ödənilmişdir. Müştərinin Cavabdeh bu kredit üzrə borcu tam ödənmiş və İddiaçı zaminliyi ləğv edilmişdir. M/V №107054 nömrəli veteran vəsiqəsinə əsasən, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.4. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh həmin müqavilə öhdəliklərini icra etməmiş, həmin öhdəlik zamin İddiaçı tərəfindən tamamilə icra edilmişdir. Odur ki, sadalanan qanunvericilik normalarının tələblərinə uyğun olaraq zamin İddiaçı borclu Cavabdeh əvəzinə məsuliyyətlə bağlı çəkdiyi zərərin əvəzini ödəməyi tələb etməkdə haqlıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilməli olan 127.39 manat məbləğində dövlət rüsumu iddiaçı müharibə veteranı olduğundan dövlət rüsumunun ödənilməsindən azad olduğu üçün ödənilməmişdir. Bu məbləğ iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 12464.79 manat (on iki min dörd yüz altmış dörd manat yetmiş doqquz qəpik) məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilməmiş 127.39 manat (yüz iyirmi yeddi manat otuz doqquz qəpik) məbləğdə dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar