Məhkəmə qərarları › İş №e-2(063)-1073/2025

Ucar Rayon Məhkəməsi Qərardad — İş №e-2(063)-1073/2025

20.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ucar rayonu İş № e-2(063)-1073/2025 20.11.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, iddiaçı Məmmədova (Rəhimova) Fəridə Arif qızının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Məmmədova (Rəhimova) Fəridə Arif qızının Cavabdeh qarşı birgə nikah müddətində əldə edilmiş payların müəyyən edilməsi haqqında iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, məhkəmənin hazırlıq iclasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı birgə nikah müddətində əldə edilmiş payların müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi və vəkili ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək yaranmış zərurətlə əlaqədar iddiaçının iddia ərizəsini və ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi, məhkəmə iclasında iştirak edən cavabdeh isə iddia ərizəsinin geri qaytarılmasına etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 və 5.1.2ci maddələrinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia ərizəsi ona qaytarılmalıdır. Həmçinin, iddiaçının qeyd olunan ərizəsi ona qaytarıldığından iddiaçı tərəfindən 01 aprel 2025-ci ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, mədaxil qəbzinin nömrəsi **********) 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, qərardadın həmin hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114, 170.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Məmmədova (Rəhimova) Fəridə Arif qızının Cavabdeh qarşı birgə nikah müddətində əldə edilmiş payların müəyyən edilməsi haqqında iddia ərizəsi iddiaçı Məmmədova (Rəhimova) Fəridə Arif qızına qaytarılsın. İddiaçı Məmmədova (Rəhimova) Fəridə Arif qızı tərəfindən 01 aprel 2025-ci ildə ödənilmiş (Ucar Rayon Məhkəməsinə, mədaxil qəbzinin nömrəsi **********) 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın və qərardadın həmin hissədə icrası Ucar rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ucar Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar