Məhkəmə qərarları › İş №e-2(063)-51/2025

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №e-2(063)-51/2025

17.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № e-2(063)-51/2025 17.03.2025 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Bədəlov Xəyal Natiq oğlunun sədrliyi, X15 oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbi barədə iddiası üzrə mülki işə Ucar şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 11 aprel 2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin 4 x 12 m hissəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin sonuncunun hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması və onun zəbt etdiyi torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə iddiaçı tərəfindən onunla əsaslandırılmışdır ki, Ucar rayon X16 İcraiyyə Komitəsinin 17 avqust 1989-cu il tarixli, 57 A nömrəli sərəncamı iə şəhərin 18-ci məhəlləsindən 80x60 metr (0.48 ha) torpaq sahəsində pambıqtəmizləmə zavodunun işçiləri üçün nəzərdə tutumuş 48 mənzilli yaşayış evinin yarımçıq qalmış tikilisi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən Müəssisələrin (obyektlərin) alqı-satqısına dair 17 fevral 2010- cu il tarixli 2142 saylı müqavilə ilə X4. Bundan sonra isə özəlləşdirilən müəsisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqısatqısına dair müqavilə ilə həmin tikili üçün ayrılmış torpaq sahəsinin 0.3923 ha hissəsi X3. X5 əmlak ve torpaq sahəsi 13 aprel 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X14 mülkiyyətində olan 0.3923 ha torpaq sahəsini və orada yerləşən çoxmənzilli yaşayış binasının yarımçıq qalmış tikilisini 21 fevral 2014-cü il tarixli alqı-satqı müüqaviləsi əsasında ona satmışdır. Bundan sonra həmin torpaq sahəsi və yaşayış binasının yarımçıq qalmış tikilisi 11 aprel 2014-cü il tarixdə mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsi tərəfindən onun adına qeydiyyata alınmış bə bununla bağlı RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Onun tərəfindən həmin torpaq sahəsi və yarımçıq tikili alındıqdan sonra mütəxəssislərlə məsləhətləşdirilərkən yarımçıq tikilinin binasının (özülünün) korroziyaya uğradığından həmin tikili başa çatdırılsa belə orada insanların məskunlaşdırılmasının təhlükəli olması qənatinə gəlinmiş və tikilinin davam etdirilməməsi qərarı alınmışdır. Hazırda həmin ərazidə ona məxsus heç bir yaşayış və ya qeyri-yaşayış sahəsi yoxdur. Lakin, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahesini girişində qanunsuz olaraq 4 x12 metr ölçüdə qeyri yaşayış obyekti inşa oİnmuşdur. O, cavabdehə şifahi müraciət edərək qeyri-yaşayış obyektinin özləri tərəfindən sökülməsini təklif etdikdə sonuncu qanunsuz tikdirdiyi obyekti sökdürəcəyinə dair şifahi söz versə də bu günə kimi sözünə əməl etməmişdir. Bununla da, o, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində hazırda öz əmlakının çox hissəsindən faktiki olaraq məhrum olmuş, habelə torpağının zəbt edilmiş hissəsindən istifadə etmək və ona dair sərəncam vermək hüquqları məhdudlaşmışdır. Bu səbəbdən də, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, müdafiə etdiyi iddia ərizəsinə əlavə izahatı və dəqiqləşdirməsi olmayan iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən, Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, uzun müddətdir ki, mübahisə predmeti olan tikili və torpaq sahəsi onun istifadəsindədir və bununla bağlı müvafiq dövlət rüsumları da ödənilmişdir. Hesab edir ki, ona qarşı qaldırılan iddia əsassızdır və odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdəki sənədləri tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 2002-ci il tarixli baxış aktından görünür ki, Ucar Bələdiyəsinin sədr müavini İ.İsmayılovun, Ucar rayon İH-nin tikinti və memarlıq şöbəsinin müdiri N.Adıyevin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar Rayon Şöbəsinin mütəxəssisi Ş.İbrahimovun, Ucar Rayon Elektrik Şəbəkəsinin rəisi A.Məmmədovun, Ucar Rayon Qaz İdarəsinin rəisi A.Əhədovun, Ucar Rayon Yanğından Mühafizə Dəstəsinin rəisi N.Mehdiyevin, Ucar Rayon Sanitar-Epidemoloji stansiyasının baş həkimi F.Kərimovun, Ucar Telekommunukasiya İdarəsinin rəisi Ə.Zeynalovun, Ucar Su-kanalizasiya İdarəsinin müdiri S.Əliyevin və Ucar şəhər sakini Cavabdeh iştirakları ilə Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi almaq barədə Ucar Bələdiyyəsinə müraciəti ilə əlaqədar Ucar şəhəri, Azərbaycan küçəsi ərazisinə baxış keçirilmiş və həmin ərazidə mağaza tikintisi altında 30 kv.m torpaq sahəsinin sonuncuya verilməsi məqsədə müvafiq hesab edilmişdir. İşdə olan Ucar Bələdiyyəsinin 26 dekabr 2002-ci il tarixli iclasının 12 saylı protokolundan çıxarışdan və torpaqların alqı-satqısına dair aktdan görünür ki, Cavabdeh Ucar Bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Ucar şəhəri, Azərbaycan küçəsi ərazisində mağaza tikintisi altında 30 kv.m torpaq sahəsi satılmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin üzərindəki çoxmərtəbəli yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində **********89- 05301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan 25 oktyabr 2006-cı il tarixli müqavilədən görünür ki, X12 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar rayon Ərazi İdarəsinin 28 avqust 2006-cı il tarixli MH seriyalı, ******* nömrəli reyestrdən çıxarışa və 11 sentyabr 2006-cı il tarixli27/627 nömrəli arayışa əsasən ona məxsus olan Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 0,0025 ha torpaq sahəsini 300 manat müqabilində X1. İşdə olan Ucar Rayonu İcra Hakimiyyəti Başçısının 03 may 2011-ci il tarixli 54 saylı sərəncamından çıxarışdan görünür ki, Ucar şəhəri, Oğuz küçəsi, döngə 1, 5 saylı evin sakini X7 Ucar rayon X10 bağlanmış 25 oktyabr 2006-cı il tarixli YƏ-85 saylı reyestrlə qeydə alınmış müqavilə əsasında şəhərin Azərbaycan küçəsində aldığı 0,0025 hektar torpaq sahəsində tikdirdiyi mağaza binasında yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 08 noyabr 2013-cü il tarixli, 2(063)-676/2013 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Ucar Bələdiyyəsinin 26 dekabr 2002ci il tarixli 12 saylı iclasının protokoluna əsasən ona satılmış Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 30 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə (qeyriyaşayış sahəsinə) mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Ucar Rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli, 2(063)-172/2014 saylı qətnaməsinin surətindən görünür ki, 25 oktyabr 2006-cı il tarixli notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında X13 tərəfindən X2 Ucar şəhəri, Azərbaycan küçəsində yerləşən 25kv.m torpaq sahəsinə və onun üzərində yerləşən tikiliyə (qeyri-yaşayış sahəsinə) sonuncunun mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin 14 mart 2024cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh şikayət ərizəsi əsasında toplanmış 19-C-24 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 26 noyabr 2024-cü il tarixli, 3-21-3-36/2-5139/2024 saylı mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 yanvar 2025-ci il tarixli, 10/10000 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 26 noyabr 2024-cü il tarixli, 3-21-3-36/2-5139/2024 saylı mütəxəssis rəyinə əsasən 11 aprel 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin 53.3 kv.m hissəsi Cavabdeh tərəfindən naturada istifadə olunduğu mütəxəssis tərəfindən müəyyən edilmişdir. Həmçinin, 11 aprel 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən 11.1 x 4.8 m ölçüdə tikili inşa edilməsi mütəxəssis tərəfindən müəyyən edilmiş və sxemdə göstərilmişdir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 95 (doxsan beş) manat, iddia üzrə ödənilmiş dövlət rüsumu isə 100 (bir yüz) manat təşkil edir. Eyni zamanda, iş materiallarında olan 25 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcini təşkil edən 95 (doxsan beş) manat vəsaiti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ucar filialındakı hesablaşma hesabına ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-u maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasəntorpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 15 aprel 2002-ci il tarixdən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məcəllələri üzrə Avropa məhkəməsinin yuridiksiyasının məcburliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yuridiksyası altında olan insanların Konvensiyada nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd edilir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyət hüququndan maneəsiz istifadəyə hər hansı müdaxilə qanuni olmalıdır. Bundan başqa, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinə xasdır. Belə nəticəyə gəlinir ki, cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilibedilməməsi məsələsi yalnız o halda əhəmiyyətli ola bilər ki, müdaxilə qanunilik tələbinə cavab versin və özbaşına olmasın. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir . Göründüyü kimi, iddiaçı mülkiyyətində olan əmlakından maneəsiz istifadə hüquqlarından məhrum olmuşdur. Bu hal onun hüquqlarını məhdudlaşdırır və əmlakından mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-180.2-ci maddələrinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək-onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Bu Məcəllənin 180.4-cü maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə iclasında tədqiq edilən mötəbər sübutlarla, o cümlədən mütəxəssis və ekspert rəyləri, mübahisə predmeti olan torpaq sahəsinin ölçü planı, eləcə də işin faktiki halları ilə müəyyən edildi ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, lakin, Cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan bu torpaq sahəsinin hüdudları daxilində 11.1 x 4.8 m ölçüdə tikili inşa inşa etdirərək, sonuncunun mülkiyyətindən maneəsiz istifadə hüququnu pozmuşdur. Bu səbəbdən də, iddiaçı yuxarıda qeyd edilən qanunun normalarının tələblərinə müvafiq olaraq həmin torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını bərpa etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə toplanmış sübutlara tətbiq olunmalı hüquq normalarına uyğun məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən 4 x 12 m ölçüdə inşa edilmiş tikili sonuncunun hesabına sökülməklə cavabdeh oradan çıxarılmalı, torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilib iddiaçının sahibliyinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilməli, həmçinin Cavabdeh İddiaçı xeyrinə sonuncu tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ucar filialındakı hesablaşma hesabına keçirilmiş iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair 95 (doxsan beş) manat ekspertiza xərci tutulmalı, eyni zamanda, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,3923 ha torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən 4x12 m ölçüdə inşa edilmiş tikili cavabdehin hesabına sökülsün, cavabdeh həmin sahədən çıxarılsın və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Cavabdeh İddiaçı xeyrinə sonuncu tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ucar filialındakı hesablaşma hesabına keçirilmiş iş üzrə aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair 95 (doxsan beş) manat ekspertiza xərci tutulsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ucar Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Xəyal Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar