Məhkəmə qərarları › İş №e-2(064)-102/2025

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-102/2025

16.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-102/2025 16.01.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, X1 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “əmək müqaviləsi bildirişinə düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəmə inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin üzərinə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə səhvən daxil etdiyi əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməsi ilə bağlı məlumatın Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə əvəz edilməsinə dair müraciətin edilməsi vəzifəsinin qoyulması və bu müraciət əsasənda düzəlişin mərkəzləşdirilmiş elektron inormasiya sisteminə daxil edilməsinin X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixində Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq anbardar köməkçisi vəzifəsi üzrə işə qəbul edilmişdir. xx.xx.2021-ci il tarixdə öz ərizəsinə əsasən işdən çıxarılmışdır. İddiaçı əmək kitabçasını alarkən ikinci bənddə 70-ci maddənin ç bəndi ilə işdən çıxarılmış, lakin sonradan qeyd yazaraq etibarsız hesab edilmişdir. Həmin əmrlə onun Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə yəni öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Lakin mediasiya sessiyasına müraciət etməmişdən qabaq dövlət orqanında işə düzəlmək istəyərkən ona məlum olmuş ki, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin alt sistemində 72-ci maddə ilə xitam verilişdir. Odur ki, bununla bağlı Cəbrayıl rayin 1 saylı mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehlər mediasiya sessiyasında iştirak etmədiyindən Mediasiya haqqında qanunun 21.8-ci maddəsinə əsasən ona mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmənin iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçı və nümayəndəsi gəlməmişlər, lakin İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini və iddia tələbini müdafiə etdiklərini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli, 01 nömrəli əmrə əsasən xx.xx.2021-ci il tarixdən Cavabdeh MMC-yə anbardar köməkçisi vəzifəsi üzrə işə qəbul edilmişdir. Əmək kitabçasının 02 qeydi ilə İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 8 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Lakin 02 nömrəli qeyd etibarsız hesab edilmiş və İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 8 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (işçinin öz xahişi ilə) xitam verilmişdir. - 05113 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə iştirakçısıdır. - Mediasiya Sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tətbiq edilməsinə dair əmrin ləğv edilməsi tələbi ilə xx.xx.2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2024-cü il tarixdə Cəbrayıl 1 saylı Mediasiya təşkilatı tərəfindən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 29.2-ci maddəsinə əsasən "İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış verilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı ilə "Favorit-Dad” MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanılmış və onun əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 8 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (işçinin öz xahişi ilə) xitam verilmişdir. Lakin həmin müqaviləyə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin alt sistemində 72-ci maddə ilə xitam verilmişdir. İddiaçının tələbinin əsasını formal olaraq, anbardar köməkçisi vəzifəsinə təyin edilməsi, sonradan öz təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad edilməsi, onun adına olan əmək müqaviləsinin 68-ci maddəyə əsasən xitam verilməsi, lakin həmin müqaviləyə elektron informasiya sistemində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməsi təşkil etmişdir. İddiaçı əmək müqaviəsinin Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə səhvən yerləşdirilmiş məlumatın düzəldilməsi barədə işəgötürənə müraciət etmiş, lakin müraciəti nəticəsiz qalmışdır. Pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qurumlara müraciət netsə də, səhv yerləşdirilmiş xitam əmrinin düzəldilməsindən imtina edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyət orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən hüquq münasibətlərini tənzim etdiyindən məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün əmək qanunvericiliyinin normaları tətbiq olunmalıdır. Həmin Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci bəndinin "a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa İşəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə, günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində netməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyət orqanı olan X2 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişə düzəliş edilməsi X2 Xidmətinin üzərinə qoyulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli əmək müqaviləsi xitam verilmiş hesab edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə səhvən daxil edilmiş “əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməsi” ilə bağlı məlumatın “Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə” əvəz edilməsinə dair müraciətin edilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalı və bu müraciət əsasənda düzəlişin mərkəzləşdirilmiş elektron inormasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "Favorit-Dad” MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı elektron informasiya sisteminə səhvən daxil edilmiş “əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsi ilə xitam verilməsi” ilə bağlı məlumatın Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə” əvəz edilməsinə dair müraciətin edilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun və bu müraciət əsasənda düzəlişin mərkəzləşdirilmiş elektron inormasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elmir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar