Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-1351/2024 28.08.2024 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi İsmayılov Elmir Akif oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh Vüqar qızına qarşı verdiyi borcun ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh Vüqar qızına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi üzrə 147.67 manat məbləğində bоrcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçının məhkəməyə göndərdiyi yazılı ərizəsində iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 263.2-ci maddəsinə əsasən məhkəmə iddianı baxılmamış saxladıqda qərardad çıxarır. Məhkəmə göstərilən qanunvericilik normaları və işin mövcud olan prosessual halına əsaslanaraq belə nəticəyə gəlir ki, iddiaçının verdiyi iddia ərizəsi baxılmamış saxlanılmalı, ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.11, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı ASCnın Cavabdeh Vüqar qızına qarşı verdiyi borcun ödənilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-1351/2024
Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-1351/2024
28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver