Məhkəmə qərarları › İş №e-2(064)-1711/2023

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-1711/2023

12.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-1711/2023 12.10.2023 FÜZULİ RAYON MƏHKƏMƏSİ Mən, Füzuli Rayon Məhkəməsinin hakimi Həşimov Yaşar Xanoğlan oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, MÜƏYYƏNETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 1.372,77 manat əsas borcun, 33,73 manat dövlət rüsumunun və 0.40 manat xidmət xərcinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********52 saylı, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən sonuncuya şəxsi istehlak məqsədilə iki tərəfli tam kart ödəniş kartı olan plastik kart verilmişdir. Həmin müqavilənin 1.1.6-ci bəndinə əsasən müştəriyə, borcalana overdraftın təqdim edilməsi barədə Tərəflər arasında razılaşma olmadığı halda tam kart vasitəsilə kart, cari hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması “Texniki overdraft” adlandırılmışdır. Bundan başqa, müqavilənin 7.2.17-ci bəndinə əsasən bankın texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində 4.1.1.2-ci yarımbənddə qeyd olunan Razılaşmada və ya 4.1.2.4-cü yarımbənddə qeyd olunn SMSdə göstərilən ilik faiz dərəcəsi ilə hesablanmış faizləri və bankın tariflərində və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərinin müştəridən tələb etmək və müqavilənin 7.3.7-ci bəndinə əsasən borcalan texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində 4.1.1.2-ci yarımbənddə qeyd olunan Razılaşmada və ya 4.1.2.4-cü yarımbənddə qeyd olunn SMS-də göstərilən ilik faiz dərəcəsi ilə hesablanmış faizləri və bankın tariflərində və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərinin banka ödəmək vəzifəsidir. Cavabdeh xx.xx.2023-cü il tarixində 1000 manat, 90 manat, 1000 manat, 700 manat, 10 manat, 165 manat, xx.xx.2023-cü il tarixində 50 manat olmaqla, cəmi 3015 manat kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununlada hüquqi əsası olmadan Bankın vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdeh hesabdan artıq edilən əməliyyatdan – 3015 manat məbləğindən cəmi 1642.23 manat müəyyən vaxtlarda ödəniş etmişdir. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında tərəfimizdən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2023-cü il tarixə cavabdeh tərəfindən Banka 1372.77 manat məbləğində vəsait qaytarılmalıdır. Beləliklə, əsassız varlanma nəticəsində əldə edilən vəsait cavabdeh tərəfindən könüllü qaytarılmadığından, həmin vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırki mübahisə üzrə iddia qiyməti 1.372.77 manat olduğundan, tərəfimizdən 33,73 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Ona görə də, hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək və iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********52 saylı, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən sonuncuya şəxsi istehlak məqsədilə iki tərəfli tam kart ödəniş kartı olan plastik kart verilmişdir. Həmin müqavilənin 1.1.6-ci bəndinə əsasən müştəriyə, borcalana overdraftın təqdim edilməsi barədə Tərəflər arasında razılaşma olmadığı halda tam kart vasitəsilə kart, cari hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması “Texniki overdraft” adlandırılmışdır. Bundan başqa, müqavilənin 7.2.17-ci bəndinə əsasən bankın texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində 4.1.1.2-ci yarımbənddə qeyd olunan Razılaşmada və ya 4.1.2.4-cü yarımbənddə qeyd olunn SMSdə göstərilən ilik faiz dərəcəsi ilə hesablanmış faizləri və bankın tariflərində və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərinin müştəridən tələb etmək və müqavilənin 7.3.7-ci bəndinə əsasən borcalan texniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu, həmin məbləğə 4.1.1.1-ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində 4.1.1.2-ci yarımbənddə qeyd olunan razılaşmada və ya 4.1.2.4-cü yarımbənddə qeyd olunn SMS-də göstərilən ilik faiz dərəcəsi ilə hesablanmış faizləri və bankın tariflərində və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərinin banka ödəmək vəzifəsidir. Cavabdeh xx.xx.2023-cü il tarixində 1000 manat, 90 manat, 1000 manat, 700 manat, 10 manat, 165 manat, xx.xx.2023-cü il tarixində 50 manat olmaqla, cəmi 3015 manat kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununlada hüquqi əsası olmadan Bankın vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdeh hesabdan artıq edilən əməliyyatdan – 3015 manat məbləğindən cəmi 1642.23 manat müəyyən vaxtlarda ödəniş etmişdir. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında tərəfimizdən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Göründüyü kimi, iddiaçı üzərinə düşən öhdəliyə əməl etsə də cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə olan halda iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan başqa, AR MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması iləəlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 33,73 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının da cavabdehdən tutulmasını əsaslı hesab edir. Beləliklə də, göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ M: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1.372,77 manat əsas borc, 33,73 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Yaşar Həşimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar