Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-2628/2025 19.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi, Hüseynzadə Fərid Səid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Füzuli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 756,23 manat məbəğində (5%) faiz borc, bildiriş (pretenziyanı) göndərilməsi üçün ödənilmiş 1,80 manat məbəğində pul və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbəğində dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqı olmaqla cəmi 788, manat məbəğində pul tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılımasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh arasında bağlanmış 02 dekabr 2012-ci il tarixli, 5697 saylı alqı-satqı müqaviləsinə əsasən borcluya 1776 manat olan aldığı malın dəyərinin ödənilməsi məqsədilə 16 ay müddətinə hissə-hissə ödənilməsilə bağlı üzərinə öhdəlik götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq kreditin ödənilməsinə ayrılmış aylıq qrafik üzrə ödənişlərdən yayınmışdır. Daha sonra gecikdirilmiş borcun ödənilməsi üçün məhkəməyə müraciət olunmuş və Füzuli Rayon Məhkəməsinin 2(064)- 223/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclu Cavabdeh cəmi 1797 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almış və 08 il, 05 ay, yəni (101 ay) müddətində xx.xx.2022-ci il tarixdə icra olunmuşdur (ödənilmişdir). Cavabdeh qəbul olunmuş məhkəmə qərarı üzrə məbləği zamanında ödəyərək icra etsə idi, iddiaçı, öz sahəsində istifadə etməklə daha çox gəlir əldə edə bilərdi. Lakin, cavabdehin məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə iddiaçı, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də məhkəmə qərarı üzrə kreditora ödənilən 1797 manat borca görə məhkəmə qərarı qanuni qüvvəsini aldığı müddətdən icra olunanadək illik (5%) faiz hesablanmaqla məhkəmə qərarı üzrə ümumi məbləğdən əlavə faiz ödənilməlidir. Bu da, (1797 azn x 0,05 % = 89,85 azn / 12 ay = 7,48 azn x 101 ay = 756,23 azn) təşkil edir. Bununla bağlı qanunvericilikdə nəzərə tutulmuş qaydada, işin məhkəmədən kənar həll olunması üçün cavabdehə rəsmi qaydada bildiriş (pretenziya) göndərilmiş və 5 gün müddətində icra olunması (ödənilməsi) xahiş olunmasına baxmayaraq cavabdeh icra etməmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə Məhkəməyə müraciət edərək İddiaçının iddia müddətini ötürdüyünü bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iclasda iştirak edə bilməyəcəyini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan: - Füzuli Rayon Məhkəməsinin 2(064)-223/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinin surətinə əsasən müəyyən olunur ki, Cavabdeh cəmi 1797 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. - Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-223/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə xitam verilmişdir. Borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı qarşı olan borc məbləği tamamilə ödənilmişdir. Məhkəmə hazırki tələblə bağlı hüquqi qiymətləndirmə aparılması üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. AR Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, ... mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarından da görünür ki, Füzuli Rayon Məhkəməsinin 2(064)- 223/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə Cavabdeh cəmi 1797 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə Füzuli Rayon Məhkəməsinin 2(064)-223/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə xitam verilmişdir, ona görə ki, borclu tərəfindən tələbkara qarşı olan borc məbləği tamamilə ödənilmişdir. İddiaçı isə əsaslandırmağa çalışır ki, cavabdeh məhkəmə qərarını vaxtında icra etsəydi, o, həmin vəsaiti dövriyyəyə buraxmaqla daha çox gəlir əldə edə bilərdi və cavabdehin öhdəliyi gec icra etməsi nəticəsində o, bu imkandan məhrum olmuşdur. Mülki qanunvericiliyə əsasən isə mülki hüquq münasibətlərinin yarandığı dövrə görə müqavilə tələbləri barədə iddia müddəti üçün 3 il nəzərdə tutulmuşdur. Həmin icra sənədinin icraatına icra orqanının xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə xitam verilmişdir. Bu isə onu müəyyən etməyə əsas verir ki, irəli sürülmüş tələb üzrə 3 ildən çox vaxt keçmiş, bununla iddia müddəti ötürülmüşdür. İddia müddətinin cavabdehin müraciətinə əsasən tətbiq edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisənin predmeti olan hüquq münasibətlərinə iddia müddəti tətbiq edilməlidir. Beləliklə, məhkəmə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddəti tətbiq edilməklə, iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir İsmayılov
Məhkəmə qərarları › İş №e-2(064)-2628/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-2628/2025
19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver