Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № e-2(064)-623/2025 14.05.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Səkinəxanım Naib qızının sədrliyi, Məmmədli İqbal Sifayəddin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsində Cavabdeh "xxxx" ASC-nin xeyrinə əsassız varlanma nəticəsində əldə etdiyi 387,96 manat pulun, 17,03 manat faiz borcu olmaqla, cəmi 404,99 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 2(064)-623/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı «Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qaşı “pul tələbi”nə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Əhmədli filialı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, CO0215352 saylı tam kart üzrə kart hesabının açılması və ödəniş kartından istifadəyə dair online müqavilə bağlanmışdır. Adı çəkilən müqavilənin 6.4-cü bəndində qeyd edilir: Müştəri bu müqaviləni imzalamaqla təsdiq edir ki, “Tam Digicard debet” məhsuluna dair aşağıdakı məsələlər üzrə ABB-in rəsmi internet səhifəsində yerləşdirilmiş sonuncu tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə, Standart Şərtlərin 27-ci bəndində əks olunan tam kart bölməsinin tam kartın debet hissəsinə şamil edilən müvafiq müddəalarla tanışdır və ona aşağıda sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərin 1.11-ci maddəsi Texniki overdraft - Müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq həcmində pul vəsaitinin milli və xarici valyuta olmasından asılı olmayaraq illik maksimum 30% dərəcəsi ilə kreditləşdirilməsi. Texniki overdraft üzrə faizlərin hesablanmadığı güzəşt müddəti Texniki overdraftın yarandığı gündən 45 gün, faizlərin hesablandığı maksimum müddət çərçivəsi isə 46-120-ci günlər aralığı hesab olunur, 121-ci gündən etibarən faizlərin hesablanması dayandırılır. Standart Şərtlərin Kredit/Kredit xəttinə aid müddəaları Texniki overdraft üzrə kreditləşməyə də şamil edilir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixində müştəri hesabında 55.32 AZN vəsait olmasına baxmayaraq, 400 AZN vəsait istifadə edərək, 344.68 AZN məbləğində əsassız olaraq varlanmışdır. xx.xx.2024-cü il tarixində 48.54 AZN vəsait istifadə edərək, 393.22 AZN əsassız olaraq varlanmışdır. Eyni zamanda cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində 1 AZN, xx.xx.2024-cü il tarixində 4.09 AZN, xx.xx.2024-cü il tarixində 0.1 AZN, xx.xx.2024-cü il tarixində 0.04 AZN, xx.xx.2024-cü il tarixində 0.02 AZN və 0.01 AZN məbləğində ödənişlər edilərək, cəmi 5.26 AZN məbləğində ödənişlər edilmişdir. Bankın Əhmədli filialı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka əsas borc üzrə 387.96 AZN, faiz borcu üzrə 17.03 AZN (faiz dərəcəsi 5 % olmaqla), cəmi 404.99 AZN borcu mövcuddur. Eyni zamanda bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2025-ci il tarixində 6-2- 22/2-473/2025 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməklə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini etiraf edərək bildirmişdir ki, istifadəsində iddiaçı tərəfindən verilmiş bank kartı var. Bir dəfə həmin kartdan pul nağdlaşdırarkən kartında əlavə pulun olduğunu görmüş, həmin vaxt pula ehtiyacı olduğundan pulu kartdan çıxarıb ehtiyacları üçün xərcləmişdir. Bundan sonra bankın əməkdaşı onunla əlaqə saxlamış və pulun geri qaytarılmasını tələb etmişdir. Onun isə imkanı olmadığından ödəniş edə bilməmişdir. Hazırda qəbul edir ki, həmin pulu ödəməlidir. Lakin tam şəkildə deyil, ayda hisə-hissə ödəniş etməklə qaytara bilər. Qeyd olunanlara əsasən tələb olunan pul məbləğinin ondan hissələr şəklində tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli maliyyə arayışın dan görünür ki, Cavabdeh banka əsas borc üzrə 387,96 manat, faiz borcu üzrə 17,03 manat (faiz dərəcəsi 5 % olmaqla), cəmi 404,99 manat borcu mövcuddur. -iddiaçı bank tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, banka məxsus kart hesabından istifadə zamanı balansda faktiki olaraq kifayət qədər vəsait olmadığından hesabın kreditləşməsi baş vermiş və 387,96 manat məbləğində borc yaranmışdır. Qeyd olunan vəsaitin 5 təqvim günü ərzində karta mədaxil edilməsi xahiş olunmuş, əks halda həmin vəsaitin qaytarılması ilə bağlı tərəflərindən məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. -dövlət rüsumunun ödənilməsinə dair qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində rüsum və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıda olan cavabdehə məxsus bank hesabında (bank kart hesabında) cavabdeh tərəfindən mədaxil olunmayan müəyyən pul vəsaiti məbləğində hesab (vəsait) yaranmış və cavabdeh hər hansı bir əsas olmadan həmin vəsaiti istifadə etmişdir. Bununla da o, hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul vəsaiti) əldə etmiş və həmin vəsaiti iddiaçıya qaytarmamışdır. Eyni zamanda iş üzrə cavabdeh, məhkəmə iclasında bu halı mübahisələndirməməklə iddia tələbinə qarşı hər hansı bir etirazı olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh əsassız varlanmış şəxs kimi əldə etdiyini məhrum olana, yəni iddiaçıya geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 387,96 manat əsas, 17,03 manat faiz borcu olmaqla, cəmi 404,99 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 387,96 manat əsas, 17,03 manat faiz borcu olmaqla, cəmi 404,99 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Füzuli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim SəkinəXanım Məmmədli
Məhkəmə qərarları › İş №e-2(064)-623/2025
Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №e-2(064)-623/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver