Məhkəmə qərarları › İş №e-2(064)-718/2025

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №e-2(064)-718/2025

21.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № e-2(064)-718/2025 21.02.2025 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “töhmət intizam tənbehinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə ə qarşı “töhmət intizam tənbehinin ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daxil olmuş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinin tələblərinə uyğun olaraq imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti “X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarına əsasən inzibati orqandır. İnzibati orqanların publik səlahiyyətləri ilə bağlı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətlər inzibati münasibətlərdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə müəyyən olunur ki, iddia tələbi üzrə iddiaçı dövlət qulluqçusu, cavabdeh Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti inzibati orqan və tərəflər arasındakı münasibətlər dövlət qulluqçusu ilə dövlət arasında olan publik hüquq münasibətləri olduğundan və iddia ərizəsində qeyd olunan mübahisə predmeti inzibati orqanın publik (hakimiyyət xarakterli) fəaliyyəti nəticəsində qəbul edilmiş qərarla əlaqədar olduğundan inzibati orqanın hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı iddia mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında qaldırılmalıdır. Bundan əlavə, iddiaçı hazırki mübahisə ilə əlaqədar mediasiya sessiyasından keçməsi barədə məhkəməyə əlavə ərizə ünvanlasa da, buna dair sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da, tələb üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada mediasiya prosedurasına əməl edilib-edilməməsi məsələsi qeyri-müəyyən qalır. Həmçinin, iddia ərizəsi aydın, anlaşılan formada tərtib edilməmiş, iddia tələbi ilə bağlı ilkin sənəd, sübut və ya materiallar ərizəyə əlavə edilməmiş, bununla da, MPM-in 149 və 150-ci maddələrinin tələbləri pozulmuşdur. Yuxarıda göstərilən qanunvericilik aktının tələbindən göründüyü kimi, hazırki iddia tələbinə inzibati mübahisələrə dair işlər üzrə məhkəmələrdə baxılmalıdır. Qeyd olunanlar nəzərə alınmaqla, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddiaçının irəli sürdüyü mübahisə inzibati mübahisə olduğundan iddia ərizəsinin qəbulundan imtina olunmalı, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalı və yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmaqla iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati mübahisələrə baxan məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “əmrin ləğvi barədə” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. İddiaçıya izah olunsun ki, onun hazırkı iddia ərizəsi ilə aidiyyəti üzrə müvafiq inzibati mübahisələrə baxan məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Füzuli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar