Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-105/2025 02.04.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X9 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1 qarşı «qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum əri X7 1-ci arvadı X1 ona miras qalmış əmlaklardan X7 payının müəyyən edilməsini və X4 muras qalmış Göygöl rayonu Balçılı kəndində yerləşən 311.2 kv.m olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0.20 ha torpaq sahəsinin ½ hissəsi və Göygöl rayonu, Balcılı kəndində yerləşən kənd təsərrufatı təyinatlı olan 0.68 ha torpaq sahəsində X8 məxsus hissəsindən miras əmlak payının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X10 ilə 2014cü il tarixdən tel:13.11.2023xx.xx.2023-cü il tarixə qədər ailə kimi bir yerdə yaşamış və birgə təssərüfat aparmışlar. Onlar 2014-cu il tarixdən bir yerdə yaşasalar da, rəsmi nikahları tel:01.07.2017xx.xx.2017-ci ildə Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydiyyata alınmışdır. Rəsmi qaydada nikaha daxil olduqlarına görə onlara tel:01.07.2017xx.xx.2017-ci il tarixli 33 nömrəli, AZ İİ № 166549 saylı nikah haqqında şəhadətnamə verilmişdir. Mərhum əri X10 ondan əvvəl X5 adlı şəxslə evli olmuşdur. X7 1-ci arvadı X1 Cavabdeh2 və Cavabdeh1 adlı iki övladları olmuşdur. X5 vəfat etmiş və vəfat edəndən sonra onun miras əmlakını mərhum əri X11 qəbul etmişdir. X11 tel:13.11.2023xx.xx.2023-cü il tarixdə vəfat etmiş və o vəfat edənə qədər bir yerdə yaşamışlar. Mərhum əri X11 vəfat edəndən sonra ondan ünvan 1ində 311.2 kv.m olan fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi 0.20 ha torpaq sahəsinin ½ hissəsi, həmçinin Göygöl rayonu Balçılı kəndində yerləşən 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi miras kimi qalmışdır. X11 vəfat edəndən sonra mərhumun oğlu Cavabdeh1 onu döyüb evdən qovmuşdur. Həmin əmlaklarla bağlı Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri 3 saylı Gəncə Ərazi İdarəsi Xidmətinin 3-21-3-33/2- 11683/2024 saylı arayışı mövcuddur. Həmin arayışı iddia ərizəsinə əlavə edir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən məhkəməyə cavabdeh qismində cəlb olunma barədə ərizə təqdim edilmişdir. Həmin ərizədə göstərmişdir ki, məhkəmənin icraatında olan mülki iş üzrə iddia həcmini artırmaq istəyirlər. Belə ki, mülki iş üzrə məhkəmə baxışında müəyyən edilmişdir ki, miras qoyanın Cavabdeh2 adlı vərəsəsi vardır. İş üzrə Cavabdeh2 mülki işə cəlb edilməlidir. Odur ki, məhkəmədən Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə görə başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göstərilənlərə əsasən məhkəmə iddiaçının nümayəndəsinin “cavabdehin mülki işə cəlb edilməsi” barədə ərizəsini məqsədəuyğun hesab edərək, Cavabdeh2 hazırki mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbini müdafiə etdi və əlavə olaraq göstərdi ki, iş üzrə İddiaçı mərhum X12 ilə 2014-cü il tarixdə rəsmi nikaha daxil olmadan evlənmişlər. Onlar 2014-cü ildə bir yerdə yaşasalar da, birgə təsərrüfat aparsalar da, nikahlarını xx.xx.2017-ci ildə Gəncə ASAN xidmət mərkəzində qeydiyyata aldırmışlar. X14 İddiaçı əvvəl Şərqiyə adında həyat yoldaşı olmuşdur. U.Hüseynov xx.xx.2023-cü ildə vəfat etmişdir. Onun ölümündən sonra miras əmlaklar qalmışdır. Şərqiyə xanım vəfat etdikdən X21 sağlığında Şərqiyədən qalan mirası qəbul etmişdir. Şərqiyə Hüseynova 2012-ci ildə vəfat etmişdir. Miras qalan əmlak Göygöl rayonunun Balçılı kəndində yerləşən 311.2 kvm olan fərdi yaşayış evi, həmin evin yerləşdiyi 0.20 ha torpaq sahəsi və 0.68 ha kənd təsərrüfatı təyinatlı əkin torpaq sahəsi olmuşdur. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Urflanın, Şərqiyənin və İlqarın adına olmuşdur. Ev tam mülkiyyət hüququ üzrə Urflan Hüseynova, evin yerləşdiyi 0.20 ha torpaq sahəsinin isə 10 sotu mərhum Uflan Hüseynova məxsusdur. Urflan birgə nikah dövründə bəzi əmlaklar almışdır. O başqa məhkəmə mübahisəsinin predmetidir. Bununla bağlı iddia ilə məhkəməyə müraciət edəcəklər. Urflan birgə nikahda olan zaman həyat yoldaşına və oğlu İlqara 2022-ci ildə vəsiyyətnamə qoymuşdur. O əmlaklarının ½ hissəsini İddiaçı, ½ hissəsini oğlu İlqara vəsiyyət etmişdir. Ondan sonra 29 avqust 2023-cü ildə də yenidən vəsiyyətnamə vermişdir. Həmin vəsiyətnamə ilə bütün mirasını vərəsəsi olan Cavabdeh1 vəsiyyət etmişdir. 1-ci vəsiyyətnamədə göstərmişdir ki, Balçılıda yerləşən bütün miras əmlakını İddiaçı ilə Cavabdeh1 bərabər hissədə vəsiyyət etmişdir. 2023-cü ildə isə əmlakını Cavabdeh1 tam hissədə vəsiyyət etmişdir. 2023-cü ildə onun vəfatından sonra vərəsələr arvadı Maral, oğlu İlqar və Vüqar notariusa gedib vərəsəlik işinin açılması ilə bağlı müraciət etmişlər. Gəncə 1 saylı Asan xidmət mərkəzində vərəsəlik işi açılmışdır. Hal-hazırda iddiaçının tələbi odur ki, Urflan Hüseynovun birinci arvadı Şərqiyə Hüseynovadan miras qalmış əmlaklardan Urflanın payı müəyyən edilsin. Faktiki olaraq Urflan Hüseynov arvadı Şərqiyənin payını da qəbul etmişdir. Şərqiyə Hüseynovanın payı da açıq qalmışdır. Urflandan miras qalmış Göygöl rayonunun Balçılı kəndində yerləşən 311.2 kvm olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.20 torpaq sahəsinin ½ hissəsi Urflanın adına olduğuna görə həmin mirasdan həyat yoldaşı İddiaçı çatan payı istəyirlər. Bundan başqa Göygöl rayonu Balçılı kəndində yerləşən həm Urflanın adına həm də arvadı Şərqiyədən Urflana irsi transmisiya ilə keçən miras payın da İddiaçı payına düşən hissəsinin müəyyən edilməsini istəyirlər. Burada heç bir qeyri adilik yoxdur. Vərəsəliyi qəbul etmişlər. Sadəcə mirası kimlərin vaxtında qəbul edib-etməməsini araşdırmaq lazımdır. Hər iki vəsiyyətanməyə münasibətləri belədir ki, Qanunvericilik də göstərir ki, vəsiyyətnamə veriləndən sonra 1-ci vəsiyyətnamənin qüvvədən düşməsi ilə bağlı vəsiyət verən şəxs notariusa ərizə verməldir. Vəsiyyətnamənin qüvvədən düşməsi ilə bağlı notariusa sorğu vermişlər. Məhkəmə araşdırılmasında cavabdehlər məhkəməyə vəsiyyətnamələr təqdim etmişlər. Müəyyən olunmuşdur ki, vəsiyyətnamələrdən biri qüvvədən düşüb, digəri isə qüvvədədir. X16 və İlqar adlı iki uşağı olmuşdur. Onlar da miras qalmış əmlakdan paylarını istəyirlər. Cavabdehlərə pay verilməsinə etirazları yoxdur. Tələbləri miras qalmış əmlaklardan ½ hissədə İddiaçı payının müəyyən edilməsi olmuşdur. Sonradan cavabdehlər vəsiyyətnamələr təqdim etdiklərindən və faktiki olaraq miras əmlakı qəbul etmələrinə görə Göygöl rayonunun Balçılı kəndində 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Urflana müanasibətdə qalan miras paydan İddiaçı 1/3 də bir hissəsinə, Balçılı kəndində yerləşən 311.2 kvm olan fərdi yaşayış evinin 1/3 bir hissəsinə və həmin evin yerləşdiyi torpaq sahəsinin Urflan Hüseynova münasibətdə 1/3 hissəsinə İddiaçı payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, hər iki qardaş, yəni Vüqar və İlqar əvvəlki məhkəmə iclaslarında yalan ifadə vermişlər. Belə ki, mübahisəli evdə yaşadıqları vaxt özü onların su işlətmələrinə qadağa qoymamışdır. Onlar xəstə atalarını sağ olanda dəfələrlə döymüşlər. Onların əlindən atalarını güclə almışdır. Ataları əməliyyat olunan vaxt İlqar və Vüqarın heç biri atalarının yanında olmamışdır. Əli onun arvadına dəyməmişdir, əksinə Vüqarın arvadı onu döymüşdür. Odur ki, miras əmlaklardan 1/3 hissədə payının müəyyən edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etməyərək göstərmişdir ki, atası 2023-cü ildə vəfat etmişdir. Atası İddiaçı ilə 2017-ci ildən birgə yaşamışdır. Atası 2023-cü ildə ölümünə 2 ay yarım qalmış Marala evdən çıxıb getməsin deyə yalvarmışdır. Maral ərə gəldiyi vaxt onun üstündə təkcə əl çatnası olmuşdur. Evdən çıxıb gedəndə isə bütün var dövləti yığıb aparmışdır. X23 də vermişdir. Anası rəhmətə gedən vaxt onunla evdə atası yaşamışdır. Qardaşı işi ilə əlaqədar olaraq onlara arabir gəlib getmişdir. Anası vəfat edəndə qardaşı Vüqar atasına məxsus evdə yaşamamışdır. Ancaq anasının öldüyü vaxta qədər Vüqar onlarla yaşamışdır. Anası vəfat edəndən sonra özü Moskva şəhərində olmuşdur. Vüqar kirayə evə çıxanda anası sağ olmuşdur. İddiaçı sonra atası ilə birgə yaşamışdır. Ataları 69 yaşında vəfat etmişdir. Atası rəhmətə gedəndən sonra Vüqar evə gəlib getmişdir. Bütün əmlakı atası ona vəsiyyət etmişdir. İddiaçı atasını qoyub evdən gedəndə atası ona yalvarmışdır ki, onu o vəziyyətdə qoyub getməsin. Yenə də Maral ona məhəl qoymamışdır. Sonra atası onunla mümkün olmamasını görəndə ona bildirmişdir ki, gedək Asan xidmətə Marala verdiyi vəsiyətnaməni ləğv etdirək. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, 2019-cu ildə bu məhkəmədə işləri olmuşdur. Qeyd etdiyi vaxt iddianı özü atasına qarşı qaldırmış və iddiası təmin edilmişdir. Maralgil onun ailəsini evdən qovmuşlar. Onların işi Polisə də düşmüşdür. Sonra Maral gəlib evdə onun arvadını da döymüşdür. Özü mübahisəli evə 5000 manat məbləğində material almışdır. Onun hətta körpə uşağına da təsir göstərmişlər. O da məcbur olub 2019-cu ildə həmin evi tərk etmiş və həmin vaxtdan da kirayələrdə qalmışdır. Kirayələrə ödədiyi pullara görə də tezliklə iddiaçıdan təzminat tələb edəcəkdir. Evin biri zəbt olunan yerdə tikilmişdir. Aşağıda yerləşən mülkdə isə özü köçüb yaşamaq istəyir. Başqa yerdə özünün evi yoxdur. Adına heç bir mülk yoxdur. Özü notariusa da müraciət etmişdir ki, vərəsə olaraq ev onun adına rəsmiləşdirilsin. Atasının qardaşına vəsiyyətnamə verməsindən atasının öldüyündən sonra xəbəri olmuşdur. 2012-ci ildə anası rəhmətə gedəndən sonra atası şəkər xəstəliyi tapmış və təxminən 1 il evdə xəstə yatmışdır. Maral atasının ölümünə 3 ay qalmış onu evdə xəstə vəziyyətdə qoyub getmişdir. Maral sentyabr ayında çıxıb getmiş, atası noyabr ayında rəhmətə getmişdir. Özü buralarda yaşamamışdır. Çox vaxt kirayələrdə yaşamışdır. Ata mülkündə qaldığı vaxt İddiaçı onlara çəndən işlədilən suyu belə verməmiş, özü məcbur olub 5 il qonşudan su alıb işlətmişdir. Maralgil onun yoldaşını da döymüşlər. Bunu kəndin sahə müvəkkili da bilir. Atasının 40 mərasimi qutarandan sonra atadan qalan miras paya görə 1 saylı Asan xidmətə də müraciət etmişdir. 1996-1998-ci illərdə torpaq islahatları getdiyinə görə və onun 18 yaşı tamam olduğundan Göygöl rayonu Qırıxlı kəndində ona həyətyanı torpaq sahəsi alınmışdır. Atasıgilin evindən qeydiyyatdan çıxıb başqa yerdə qeydiyyatda oluğuna görə onun adı kənd təsərrüfatı təyinatlı torpağa dair Dövlət Aktında qeyd edilməmişdir. Onun adına aldıqları torpaq isə sonra rəsmi qaydada satılmışdır. Həmin vaxtı Göygöl rayonu Qırıxlı kəndində torpaq bölgüsü 1996-cı ildə, Balçılı kəndində isə 1998-ci ildə olmuşdur. Ona görə o artıq 1998-ci ildə oranı aldığı vaxt bütün torpaqlar bölünmüşdür. İlqar evin kiçik oğlu olduğuna görə atası bütün əmlakı ona vəsiyyət etmişdir. Atadan və anadan miras qalmış əmlakların qardaşının adına rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə İddiaçı 07 yanvar 2017-ci ildə nikahlarını rəsmiləşdirmişlər, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Verdiyeva soyadı verilmişdir. xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Göygöl rayonu Balçılı kəndində 0.20 ha torpaq sahəsində yerləşən 311.2 kv.m yaşayış məntəqələrinin torpaqları təyinatlı fərdi yaşayış evi X7 mülkiyyətinə və həmin evin yerləşdiyi 0.20 ha torpaq sahəsi X7 və Cavabdeh1 mülkiyyətinə ½ hissədə verilmişdir. JN-950 saylı, KOD 50804018 nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 06 avqust 2000-ci il tarixli, 12 saylı qərarı ilə X6, X3 və Cavabdeh1 Uruflan oğlunun mülkiyyətinə 0.68 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 15 fevral 2025-ci il tarixli məhkəməyə ünvanlanmış məktubundan görünür ki, tel:13.11.2023xx.xx.2023-cü il tarixdə ölmüş X4 irs qalmış miras əmlakı oğlu-Cavabdeh1 (AZE tel:17051516********, ASAN-GƏNCƏ, FİN:xxxxxxx, D/T:tel:28.02.1982xx.xx.1982), oğlu-Cavabdeh2 (AZE tel:13719971********, GÖYGÖL RPŞ, D/T:tel:02.12.1979xx.xx.1979) və arvadı-İddiaçı (AA*******, ASAN-GƏNCƏ, D/T:tel:09.09.1969xx.xx.1969) 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisində ərizələrinə əsasən qəbul etmişlər və miras qoyana vərəsəlik işi açılmışdır, lakin vərəsəlik şəhadətnaməsi verilməmişdir. Əlavə olaraq X11 tərəfindən qoyulmuş, tel:29.08.2023xx.xx.2023-cü il tarixdə 1 saylı Gəncə regional ASAN xidmət mərkəzində notariat ofisində təsdiq olunmuş 2V-919 reyestr nömrəli vəsiyyətnamənin surəti göndərilmişdir. İddiaçı notariat ofisində təsdiq edilmiş ərizəsindən görünür ki, xx.xx.2023-cü ildə onun ünvan 1i ünvanında yaşayan əri-X11 ölmüş və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış mirası qəbul etmişdir. Mirasın tərkibinə daxil olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Göygöl rayonu Balçılı kəndində qeydiyyatda olan və yaşayan X11 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus bütün əmlakını Göygöl rayonu Balçılı kəndində qeydiyyatda olan oğlu Cavabdeh1 vəsiyyət etmişdir. xx.xx.2022-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Göygöl rayonu Balçılı kəndində qeydiyyatda olan X11 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq özünə məxsus bütün əmlakını Göygöl rayonu Balçılı kəndində qeydiyyatda olan oğlu Cavabdeh1 və ünvan 2i ünvanında qeydiyyatda olan arvadı İddiaçı bərabər hissədə vəsiyyət etmişdir. xx.xx.2023-cü il tarixli, AZ-İİ 386785 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə müəyyən etdi ki, miras qoyan X11 ilə X3 birgə nikahlarından Cavabdeh1 və Cavabdeh2 adlı iki övladları olmuşdur. Şərqiyə Hüseynova 2012-ci ildə vəfat edəndən X21 İddiaçı ilə 2017-ci ildə nikaha daxil olaraq ailə qurmuşdur. Şərqiyyə Hüseynovanın ölümündən sonra oğlu Cavabdeh2 ata mülkündən yaşamamış və mirası qəbul etməmişdir. Cavabdeh2 orada yaşamadığına görə Şərqiyyə Hüseynovadan qalmış miras onun həyat yoldaşı Urflan Hüseynov və onun digər oğlu Cavabdeh1 tərəfindən qəbul edilmişdir. X21 bütün əmlakı vəsiyyətnamə əsasında İddiaçı vəsiyyət etmişdir. U.Hüseynov 1 il keçdikdən sonra 29 avqust 2023-cü ildə həmin vəsiyyətnaməni ləğv etdirərək bütün əmlakını oğlu Cavabdeh1 vəsiyyət etmişdir, Urflan Hüseynov xx.xx.2023-cü ildə vəfat etmişdir. Onun vəfatından sonra İddiaçı və Cavabdeh2 vərəsə kimi miras əmlaklardan məcburi paylarını almaları üçün notariusa müraciət etmişlər, lakin vərəsəlik işi açılsa da, vərəsəlik hüquqi haqda şəhadətnaməsi verilməmiş və miras əmlak vərəsələr arasında bölünməmişdir. Urflan Hüseynovdan qalmış miras əmlak Göygöl rayonu Balçılı kəndində yerləşən 311.2 kvm fərdi yaşayış evindən, həmin evin yerləşdiyi 0.20 ha torpaq sahəsinin ½ hissəsindən və Göygöl rayonu Balçılı kəndində yerləşən 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyanların paylarına uyğun hissəsindən ibarətdir. Belə ki, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Göygöl rayonu Balçılı kəndində 0.20 ha torpaq sahəsində yerləşən 311.2 kv.m yaşayış məntəqələrinin torpaqları təyinatlı fərdi yaşayış evi X7 mülkiyyətində olmuş və həmin evin yerləşdiyi 0.20 ha torpaq sahəsi X7 və Cavabdeh1 hər birinin ½ hissədə mülkiyyətinə olmuşdur. Göygöl rayonu Balçılı kəndində yerləşən 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN-950 saylı, KOD 50804018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı əsasında X6, X3 və Cavabdeh1 Urufllan oğlunun mülkiyyətinə verilmişdir. Şərqiyyə Hüseynova 2012-ci ildə vəfat etdiyindən və oğlu Cavabdeh2 onun ölümündən sonra ondan qalan mirası qəbul etmədiyindən, X2 miras qalmış Göygöl rayonu Balçılı kəndində yerləşən 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissədə payına düşən hissəsi üzrə miras əmlak faktiki olaraq Urflan Hüseynov və Cavabdeh1 tərəfindən qəbul etmiş, hər birinin miras qoyan X2 Göygöl rayonu Balçılı kəndində yerləşən 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən miras qalmış 1/3 hissəsi üzərindən ½ hissədə bərabər payları olmaqla ümumu torpaq sahəsinin üzərində ½ hissədə Urflan Hüseynovun və Cavabdeh1 payları olmuşdur. Yuxarıda qeyd edilən sənədlərlə təsdiq olunur ki, hazırkı mülki iş üzrə miras qoyan Urflan Hüseynovdan qalan miras əmlak ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********64-10301 olan çıxarışla mülkiyyət hüququ ilə qeydə alınmış Göygöl rayonu Balçılı kəndində yerləşən 311.2 kvm fərdi yaşayış evindən, həmin evin yerləşdiyi 10 ha torpaq sahəsindən və Torpağın Mülkiyyətə Verilməsinə dair JN 950, KOD 50804018 saylı Dövlət aktı ilə Göygöl rayonu Balçılı kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlak olmaqla miras əmlakın kütləsinə daxildir. İş üzrə Urflan Hüseynovun birinci növbə vərəsələri İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dur. Tərəflər hər biri ayrı-ayrılıqda mirası qəbul etmələri barədə notariat kontoruna müraciət etməklə mirasdan pay almaq istəmələrini bildirmişlər, tərəflər arasında mirasın qəbul edilməsi ilə bağlı mübahisə yoxdur. Onların hər birinə çatacaq hissədə miras payın müəyyən edilməsini məhkəmədən xahiş edirlər. Həmçinin İddiaçı nümayəndəsi iddia tələbində miras qalmış əmlaklardan ½ hissədə payın müəyyən edilməsini tələb etsə də, məhkəmə iclasında cavabdehlər tərəfindən məhkəməyə vəsiyyətnamə təqdim edildiyindən, İddiaçı adına olan vəsiyyətnamənin qüvvədən düşməsinə və cavabdehlərin faktiki olaraq miras əmlakı qəbul etmələrinə görə Göygöl rayonunun Balçılı kəndində 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Urflan Hüseynova münasibətdə qalan miras paydan Balçılı kəndində yerləşən 311.2 kvm olan fərdi yaşayış evinin 1/3 hissəsinə və həmin evin yerləşdiyi 0.20 ha torpaq sahəsinin Urflan Hüseynova münasibətdə 1/3 hissəsinə İddiaçı payının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci madəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014-cü il tarixli Qərarında da göstərmişdir ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 iyun 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və Vİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, bu Qərar, qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında vərəsəlik münasibətləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı qüvvəyə minməmişdən əvvəl yarandığından həmin Qərar hazırki mülki işə şamil edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmçinin həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə İddiaçı Urflan Hüseynovun birinci növbə vərəsəsi olması nəzərə alınmaqla hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik olsa da, İddiaçı adına olan vəsiyyətnamənin qüvvədən düşməsi, hazırda Cavabdeh1 adına olan xx.xx.2023-cü il tarixli vəsiyyətnamənin qüvvədə olması, Şərqiyyə Hüseynovanın vəfatından sonra Cavabdeh2 Göygöl rayonu Balçılı kəndində yerləşən 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirası qəbul etməməsi və həmin torpaq sahəsində Şərqiyyə Hüseynovanın payına düşən hissəsinin miras əmlak olaraq 1/3 hissəsi Urflan Hüseynov və Cavabdeh1 qəbul etməsi, miras qoyan Urflan Hüseynov bütün miras əmlakını birinci növbə vərəsəsi olan Cavabdeh1 vəsiyyət etməsi səbəbindən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, miras qoyan Urflan Hüseynovun üç nəfər birinci növbə vərəsi olmasına baxmayaraq, bütün miras əmlakını birinci növbə vərəsəsi olan Cavabdeh1 vəsiyyət etmişdir. Bu səbəbdən birinci növbə vərəsələr Cavabdeh2 və İddiaçı miras əmlakdan onlara çatacaq 1/3 hissəsinin yarısı həcmində məcburi pay almaq hüquqları vardır. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlakda payların müəyyən edilməsi» iddia tələbi qismən təmin edilməli, miras qoyan X4 miras qalmış ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********64-10301 olan çıxarışla mülkiyyət hüququ ilə qeydə alınmış Göygöl rayonu Balçılı kəndində yerləşən 311.2 kvm fərdi yaşayış evindən, həmin evin yerləşdiyi 0.20 ha torpaq sahəsinin miras əmlak olan ½ hissəsi 10 ha hissəsi üzərində və Torpağın Mülkiyyətə Verilməsinə dair JN 950, KOD 50804018 saylı Dövlət aktı ilə Göygöl rayonu Balçılı kəndində yerləşən 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin miras əmlak olan ½ hissəsi 34 ha torpaq sahəsindən üzərində birinci növbə vərəsələr Cavabdeh1 4/6 (altıda dörd) hissədə, Cavabdeh2 1/6 (altıda bir) hissədə və İddiaçı 1/6 (altıda bir) hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. X4 miras qalmış ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışla qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il, reyestr nömrəsi **********64-10301 olan çıxarışla mülkiyyət hüququ ilə qeydə alınmış Göygöl rayonu Balçılı kəndində yerləşən 311.2 kvm fərdi yaşayış evindən, həmin evin yerləşdiyi torpaq sahəsinin mirasa daxil olan 10 ha hisəsi üzərində və Torpağın Mülkiyyətə Verilməsinə dair JN 950, KOD 50804018 saylı Dövlət aktı ilə Göygöl rayonu Balçılı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.34 ha hissəsindən ibarət miras əmlaklar üzərində birinci növbə vərəsələr Cavabdeh1 4/6 (altıda dörd) hissədə, Cavabdeh2 1/6 (altıda bir) hissədə və İddiaçı 1/6 (altıda bir) hissədə payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərci ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-105/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-105/2025
02.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver