Məhkəmə qərarları › İş №e-2(066)-1127/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1127/2023

20.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1127/2023 20.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbə qarşı əmrlərin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə iddia icraatı qaydasında 20 sentyabr 2023-cü il tarixdə, Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbə qarşı əmrlərin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilmə və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edib, Göygöl şəhəri İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi X7 tərəfindən İddiaçı barəsində verilən, sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin ləğv edilməsinə, eyni zamanda xx.xx.2023-cü il tarixli 100 nömrəli əmri ləğv edərək İddiaçı əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsi”nə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin “Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi X7 tərəfindən İddiaçı barəsində verilən, sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi barədə xx.xx.2023-cü il tarixli 100 nömrəli əmrin və işdən çıxarılma barədə xx.xx.2023-cü il tarixli 107 nömrəli əmri ləğv edərək İddiaçı əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsi” kimi qəbul edilib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə peşə fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçıya işə gecikməsi səbəbindən bir dəfə xəbərdarlıq ünvanlanmışdır. Bundan sonra iddiaçının intizam xətası olmamış və ona hər hansı intizam tənbeh tədbiri verilməmişdir. Halbuki, iddiaçının törətdiyi nə bir intizam xətası, nə də bununla bağlı öncədən aldığı xəbərdarlıqdan əlavə mövcud olan bir töhmət intizam tənbehi olmamışdır. Məktəb rəhbərliyi heç bir halda mövcud olmayan halları əsas gətirərək xəbərdarlıqdan sonra iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Bu hal heç bir halda nə məktəbin daxili qaydaları ilə, nə də ki Əmək qanunverciliyinin mahiyyəti ilə bir araya sığmır. Əvvəla, mövcud olan bir töhmət intizam tənbeh tədbiri yoxdur, ikincisi belə bir töhmət varsa belə İddiaçı töhmət almasına səbəb olacaq halla bağlı izahatı mövcud deyildir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, məktubda “6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə pedaqoji şuranın xx.xx.2023-cü il tarixli 7№ qərarı və işə vaxtında gəlmədiyiniz günlərdə tərtib olunmuş aktlara əsasən” ifadəsi ilə məktəb rəhbərliyi yenə öz-özü ilə əks mövqedə dayanmışdır. Belə ki, İddiaçı №61 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunduğu kimi xəbərdarlıq almışdır. Aradan 7 gün keçdikdən sonra ona xx.xx.2023-cü il tarixli pedaqoji şuranın qərarı və tərtib olunmuş aktlara əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Əvvəla, xx.xx.2023-cü il tarixdə xəbərdarlıq aldıqdan sonra xx.xx.2023-cü il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi məntiqə zidd bir haldır. Belə ki, məktəb rəhbərliyi orda “tərtib olunmuş aktlar” ifadəsi işlətmişdir. Halbuki, iddiaçının tanış olduğu “aktlar” nədən ibarətdir iddiaçının özünün bundan xəbəri yoxdur. Qaldı ki, belə aktlar xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə tərtib olunubsa bu nə dərəcədə inandırıcı ola bilər. Digər bir məqam ondan ibarətdir ki, pedaqoji şuranın xx.xx.2023-cü il tarixli iclasından iddiaçının xəbəri yoxdur və iclasda iştirakı təmin olunmamışdır. İddiaçının sonuncu xəbərdarlıqla şiddətli töhmət almasına səbəb olacaq halla bağlı izahatı yoxdur. Eyni zamanda xx.xx.2023-cü il tarixdə iddiaçının xəbəri və iştirakı olmadan keçirilən pedaqoji şuranın iclasında çıxarılan 7№ nömrəli qərarla tanış olmamışdır. Bundan başqa iddiaçının işdən çıxarılması ilə bağlı xx.xx.2023-cü il tarixli 107 nömrəli əmri qanunsuzdur və həmin əmr verilərkən həmkarlar təşkilatının razılığı alınmamışdır. Odur ki, Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi X7 tərəfindən İddiaçı barəsində verilən sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi barədə xx.xx.2023-cü il tarixli 100 nömrəli əmrin ləğv edilməsinə, eyni zamanda xx.xx.2023-cü il tarixli 107 nömrəli işdən çıxarılma barədə əmri ləğv edərək İddiaçı əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verib bildirdi ki, İddiaçı barəsində olan şiddətli töhmət intizam tənbehi barədə xx.xx.2023-cü il tarixli 100 nömrəli əmr iddiaçının guya xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə işə gəlməməsi səbəbindən verilsə də iş materiallarına əlavə edilən işçilərin işə davamiyyəti barədə kitabından çıxarışdan görünür ki, iddiaçı həmin tarixlərdə işdə olmuşdur və bu səbəbdən də qeyd edilən əmr əsassız olduğundan ləğv edilməlidir. Daha sonra iddiaçının nümayəndəsi izahatında bildirdi ki, Göygöl şəhər 1 nömrəli tam orta məktəbin X4 xx.xx.2023-cü il tarixli iclasında İddiaçı işdən çıxarılması barədə səsvermədə heç kim İddiaçı işdən çıxarılmasının lehinə səs verməsə də iclas bitdikdən sonra məktəbin direktor əvəzinin təzyiqləri nəticəsində sonradan Həmkarlar Təşkilatının protokolunda düzəliş edilib İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsi barədə razılıq verilmişdir. Həmin iclasın nəticələrinin saxtalaşdırılması iş materiallarına əlavə edilmiş Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli iclasının bütövlükdə səs yazısı ilə də təsdiq olunduğundan iddiaçının işdən çıxarılması barədə xx.xx.2023-cü il tarixli 107 nömrəli əmri də əsassız olduğundan ləğv edilərək İddiaçı Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbinə kitabxana müdiri vəzifəsinə bərpa edilməli və işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməlidir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul xahiş etdi. Cavabdeh Göygöl Rayon üzrə Təhsil Sektoru Göygöl Şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin etibarnamə üzrə nümayəndəsi X10 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək izahatında bildirdi ki, bütün problemlər iddiaçının əri N.Hacıyev ilə bağlı olmuş və onun məktəbin direktorunun barəsində müxtəlif orqanlara yazdığı məktublar məktəbin direktoru ilə İddiaçı münasibəltlərinin pişləşməsinə və sonda iddiaçının işə gecikməsi və işə gəlməməsi səbəbindən iddiaçının barəsində əvvəlcə şiddətli töhmət intizam tənbehi, daha sonra işdən çıxarılma barədə əmr verilmişdir. Ona görə də, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində ifadə verən X1 ifadəsində bildirmişdir ki, məktəbdə müəllimə işləyir və xx.xx.2023-cü il tarixdə məktəbin Həmkarlar Təşkilatının sədri kimi iclasda iştirak edib iclası o aparmışdır. İclasda İddiaçı işdə nizam intizam qaydalarını pozduğuna görə məktəbin direktorunun verdiyi təqdimat əsasında həmkarlar təşkilatı İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsi barədə razılıq verilmişdir. Daha sonra K.Mustafayeva ifadəsində bildirmişdir ki, iclas vaxtı iştirakçıların əksəriyyəti İddiaçı işdən çıxarılmasının əleyhinə səs versə də, sonradan qeyd edilən qərar qəbul edilmişdir. İş üzrə cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində ifadə verən X8 ifadəsində bildirmişdir ki, məktəbdə müəlimə işləyir və xx.xx.2023-cü il tarixdə məktəbin Həmkarlar Təşkilatının iclas katibi kimi iclasda iştirak etmişdir. İclasda İddiaçı barəsində işdən çıxarılma barədə səsverməsində heç kim onun işdən çıxarılmasının lehinə səs verməmişdi. İclas bitdikdən sonra direktorun otağında həmkarlar təşkilatının protokol və qərarı əsasında İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsi barədə razılıq verilmişdir. İş üzrə cavabdehin nümayəndəsinin vəsatəti ilə şahid qismində ifadə verən X2 ifadəsində bildirdi ki, məktəbdə xadimə vəzifəsində işləyir və məktəbdə işçilərin işə davamiyyət kitabı - tabel direktorun katibəsinin stolunun üstündə olur. İddiaçının əri Niyaməddin İlahənin katibənin otağına girməsinə icazə vermədiyinə görə tabel kitabına qol çəkməsi üçün hər dəfə o, İlahənin yanına aparmış və sonuncu da işə gəldiyi günlər üçün həmin kitaba imza etmiş və daha sonra o həmin kitabı katibənin otağına aparmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Gəncə 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya üçün müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə mediasiya prosesi təyin edilsə də cavabdeh məktəb mediasiya prosesində iştirak etməmişdir. İş materiallarında olan Gəncə 2 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə mediasiya üçün müraciət edilmiş və xx.xx.2023-cü il tarixdə mediasiya prosesi təyin edilsə də cavabdeh məktəb mediasiya prosesində iştirak etməmişdir. İş materiallarında olan işçilərin işə davamiyyəti kitabından çıxarışlardan görünür ki, şiddətli töhmət intizam tənbehinin verilməsinə səbəb olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə İddiaçı işdə olmuş və həmin kitaba işə gəlibgetməsi ilə bağlı müvafiq imza etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 107 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin kitabxana müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək funksiyasını vəzifə öhdəliklərini yerinə yetirmədiyinə görə, əmək və icra intizamının normal ahəngini pozduğuna, əmək funksiyasını pozması ilə əlaqədar əvvəllər intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrar əmək funksiyasını pozduğuna görə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas: xx.xx.2022-ci il tarixli 43 nömrəli, xx.xx.2023-cü il tarixli 100 nömrəli əmrlər, çox saylı aktlar əsasında pedaqoji şuranın xx.xx.2023-cü il tarixli 7 nömrəli qərarı, məktəbin X4 xx.xx.2023-cü il tarixli 163 nömrəli qərarı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 100 nömrəli əmrdən çıxarışdan görünür ki, məktəbin kitabxana müdiri İddiaçı əmək funksiyasını vəzifə öhdəliklərini yerinə yetirmədiyinə yaşadığı ünvanlanan xx.xx.2023-cü il tarixli 61 nömrəli məktuba, xx.xx.2022-ci ildə verilmiş töhmətin, xx.xx.2023-cü ildə işə gəlmədiyi üçün verilmiş intizam tənbehini nəzərə almadığına görə, xx.xx.2023-cü ildə pedaqoji şuranın 7 nömrəli qərarını nəzərə alaraq şiddətli töhmət verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 98 nömrəli əmrdən görünür ki, məktəbin kitabxana müdiri İddiaçı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixdə üzrsüz səbəbdən işə gəlmədiyi üçün 4 (dörd) günlük əmək haqqı tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 43 nömrəli əmrdən görünür ki, məktəbin kitabxana müdiri İddiaçı xx.xx.2022-ci il tarixdə üzrsüz səbəbdən işə gəlmədiyi üçün töhmət verilməklə 1 (bir) günlük əmək haqqı tutulmuşdur. İş materiallarında olan Göygöl şəhər 1 nömrəli tam orta məkltəbin X4 163 nömrəli xx.xx.2023-cü il tarixli iclas protokolu və qərarından görünür ki, məktəb direktor əvəzinin təqdimatına əsasən məktəbin kitabxana müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. İş materiallarında olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2022 və xx.xx.2023-cü il tarixli aktlardan görünür ki, məktəbin kitabxana müdiri İddiaçı müvafiq tarixlərdə üzrsüz səbəbdən işə gəlməmişdir. İş materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq edilən olan Göygöl şəhər 1 nömrəli tam orta məkltəbin X4 xx.xx.2023-cü il tarixli iclasının səs yazısından görünür ki, məktəbin kitabxana müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏMnin 70-ci maddəsinin “Ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməmişdir. İş materiallarından göründüyü kimi, tərəflər arasında yaranmış hüquq münasibətləri şiddətli töhmət intizam tənbehi barədə və əmək müqaviləsinə xitam verilməsi barədə əmrlərin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı verilməsi ilə bağlı yaranan mübahisədir və məhkəmənin qənaətinə görə mübahisə Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıda göstərilən müddəaları əsasında təhlil olunmalıdır. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçıya şiddətli töhmət intizam tənbehi vermənin əsası kimi xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə işə gəlməməsidir və bu barədə müvafiq aktlar tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “b” bəndinə görə, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verə bilər. Məhkəməyə təqdim edilmiş işçilərin işə davamiyyəti kitabından çıxarışdan görünür ki, cavabdeh məktəbin iddiaçının işdə olmamağı barədə akt tərtib etdiyi tarixlərdə iddiaçı müvafiq kitaba işə gəlib-getməyi ilə bağlı imzaları mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh məktəbin iddiaçının üzrsüz səbəbdən işə gəlməməyi barədə tərtib etdiyi aktlar da əsassız olmaqla iddiaçının işçilərin işə davamiyyəti kitabında müvafiq tarixlərdə olan imzaları işçinin işdə olmaması barədə halları təkzib edir. Bundan başqa cavabdeh məktəb tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 98 nömrəli əmrdən görünür ki, məktəbin kitabxana müdiri İddiaçı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixdə üzrsüz səbəbdən işə gəlmədiyi üçün 4 (dörd) günlük əmək haqqı tutulmuşdur. xx.xx.2023-cü il tarixli 98 nömrəli əmrin qərəzli olması əmr verilən tarixdən sonra xx.xx.2023, xx.xx.2023-cü il tarixdə iddiaçının əmək haqqının tutulmasında özünü ehtiva etməklə həmin əmrin və bununla bağlı işə gəlməmə barədə müvafiq aktların sonradan tərtib edilməsini sübut edir və bu hal da iddiaçının həmin tarixlərdə işdə olmasını birbaşa sübut edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddiasının Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi X3 İddiaçı barəsində şiddətli töhmət intizam tənbehi barədə xx.xx.2023-cü il tarixli 100 nömrəli əmrinin ləğv edilməsi hissəsində əsaslıdır. Bundan başqa məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Həmin bənddə deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Göstərilən Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, ƏM-in 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Adıçəkilən Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən intizam tənbehi kimi əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qeyd olunan Məcəllənin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı,qərarı) ilə verilir. İşçi həmin qərarla tanış edilməli və onun tələbi ilə əmrin surəti ona verilməlidir. Qanunvericiliyin qeyd olunan tələblərindən aydın olur ki, Əmək Məcəlləsinin müddəalarının və əmək qanunvericiliyinə aid digər normativ-hüquqi aktların tələblərini yetirmək işəgötürənin əsas vəzifəsidir. Lakin iş materiallarından görünür ki, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin müddəalarına əməl edilməmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixli əmrlə işdən azad edilən zaman onun bu intizam tənbehi verilməmişdən qabaq yazılı izahatı alınmamış, əgər bu ona təklif olunsa belə, onun izahat verməkdən imtina etməsi barədə akt tərtib edilməmişdir. Bu hal isə özlüyündə Azərbaycan Respubikası Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Həmçinin Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixli iclasında məktəbin direktorunun məlumatı nəzərə alınaraq iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilmiş olsa belə, həmin qərar işin bütün halları araşdırılmaqla çıxarılmamış, işəgötürən iddiaçı ilə əmək müqaviləsini pozmaqla Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Belə ki, Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, həmkarlar təşkilatının xx.xx.2023-cü il tarixli iclasının protokolunda məktəbin direktor əvəzinin təqdimatının nəzərə alınması qeyd olunsa da, Əmək Məcəlləsinin 80.2-ci maddəsində nəzərdə tutulmuş təqdimat verilməmiş, yalnız işçinin işə gəlməməsi barədə aktlar nəzərə alınmışdır. Bu hal müzakirə olunan məsələ ilə bağlı düzgün nəticəyə gəlmək üçün vacib amil idi. Nəzərə alınmalıdır ki, həmkarlar təşkilatı işçilərin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək üçün yaradılır («Həmkarlar ittifaqı haqqında» Qanunun 1-ci maddəsi, Əmək Məcəlləsinin 19-cu maddəsi). İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi barədə həmkarlar təşkilatının qərarı, həm də işəgötürənin əmri Əmək Məcəlləsinin 79-cu maddəsinə zidd olmuşdur. Eyni zamanda məhkəmə bildirir ki, istənilən intizam pozuntusunun mövcudluğu özlüyündə əmək müqaviləsinə 70-ci maddənin «ç» bəndinə əsasən xitam verilməsi üçün yetərli deyildir. Belə ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Baxılan işdə iddiaçıya irad tutulan halların iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Bu hal ona dəlalət edir ki, iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilməsi üçün Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərildən əsas olmamışdır. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmçinin məhkəmə bildirir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 3-cü hissəsinin tələblərinə də əməl olunmamış, iddiaçı işdən azad olunması barədə əmrlə tanış edilməmiş, həmin əmrin surəti ona verilməmişdir. Həmin əmrin iddiaçıya təqdim olunması barədə iş materiallarında heç bir sübut yoxdur Yalnız iddiaçının vəkilinin sorğusu əsasında xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Bu hal iddiaçının vəkilinin mübahisələndirilən əmrlərin məhkəmədə sorğu edilib alınması barədə vəsatəti iləı təsdiq edilir. İddia tələbinin məcburi iş buraxma üçün əmək haqqı hesablanılıb ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin hissədə də iddia əsaslıdır. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin “qeyd” hissəsinə əsasən, «dəymiş zərərin məbləği» dedikdə, işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək müqaviləsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülür. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur “M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbin direktor əvəzi X3 İddiaçı barəsində şiddətli töhmət intizam tənbehi barədə xx.xx.2023-cü il tarixli 100 nömrəli əmri və iddiaçının işdən çıxarılması barədə xx.xx.2023-cü il tarixli 107 nömrəli əmri ləğv edilsin. İddiaçı Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli tam orta məktəbinə kitabxana müdiri vəzifəsinə bərpa edilsin və işə bərpa edilən günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanıb ödənilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hаkim: Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar