Məhkəmə qərarları › İş №e-2(066)-127/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-127/2024

27.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-127/2024 27.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənizadə İlham İbadət oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və X7 qarşı «Miras mülkə payın tanınması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasınada baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və X7 qarşı «Miras mülkə payın tanınması tələbinə dair» iddia ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X2 miras qalmış, ünvan 1 ünvanında yerləşən 26,3 kvadrat metr sahəsi olan evə onun bütövlükdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə etməklə izahat verərək bildirdi ki, İddiaçı valideyinləri X8 ilə Məmişova (Mustafayeva) Bəsti İsrəfil qızı 1951-ci ildə fakitiki qaydada, 07 iyul 1957-ci il tarixdə isə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Onların birgə nikahlarından xx xxxxxxxx 1953-cü ildə X9, 11 mart 1953-cü ildə Cavabdeh1, xx xxxx 1962-ci ildə Cavabdeh3, xx xxxx 1965-ci ildə İddiaçı və 26 aprel 1964-cü ildə X13 anadan olmuşdur. X10 30 noyabr 1986-cı ildə ölmüşdür. Bundan sonra X8 26 aprel 1991-ci ildə X19 ilə rəsmi nikah münasibətinə girməklə evlənmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdır. Cavabdeh3 ilə X12 arasında bağlanmış 22 may 1989-cu il tarixli dəyişdirmə müqaviləsinə əsasən hazırkı ünvan 1 ünvanında yerləşən 26,3 kvadrat metr sahəsi olan ev ilə Ermənistan Respublikası Stepanavan rayonu, Puşkin kəndində olan ev dəyişdirilmişdir. Sonra Xanlar rayonu İcra hakimiyyəti başçısının 31 iyul 1992-ci il tarixli 301 nömrəli sərancamına əsasən həmin ev Cavabdeh3 atası X5 əvəzsiz olaraq verilmiş və bu barədə 5/94 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. X8 01 iyul 2009-cu il tarixdə ölmüşdür. Ondan qalan miras əmlakı isə İddiaçı idarə etmiş, komunal xərclərini də ödəmişdir. X3 arvadı X15 da öz evində baxmışdır. X19 07 mart 2018-ci il tarixdə ölmüşdür. Odur ki, o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş еtdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, X8 26 aprel 1991-ci ildə X19 ilə rəsmi nikah münasibətinə goirməklə evlənmişlər. Onların birgə nikahlarından uşaqları olmamışdır. Onların birgə nikahda olduqları müddət ərzində X5 Xanlar rayonu İcra hakimiyyəti başçısının 31 iyul 1992-ci il tarixli 301 nömrəli sərancamına əsasən hazırkı ünvan 1 ünvanında yerləşən ev verilmişdir. X8 01 iyul 2009cu il tarixdə ölmüşdür. X19 onun yaxın qohumudur. Sonuncu xəstə və kimsəsiz olmasına görə o, X16 rəsmi qaydada himayəsinə götürüb, ona baxmışdır. Ona görə də X19 24 fevral 2016-cı il tarixli vəsiyyətnaməyə əsasən ünvan 2 ünvanında yerləşən evi ona vəsiyyət etmişdir. Odur ki, o, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş еtdi. Cavabdehlər Cavabdeh3, X6 və X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi (səbəbləri) barədə məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə görə, mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Cavabdeh1 məhkəməyə teleqram ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasına gəlməməsini, iddianını qəbul etməsini bildirmişdir. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin, Cavabdeh2 izahatını dinləyib iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq mübahisənin həllində tətbiq edilməli olan hüquq normalarına əsaslanıb hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işə əlavə edilmiş “Doğum haqqında şəhadətnamələrin” surətindən məlum olur ki, X9 xx xxxxxxxx 1953-cü ildə, Cavabdeh1 11 mart 1953-cü ildə, Cavabdeh3 xx xxxx 1962-ci ildə, İddiaçı xx xxxx 1965-ci ildə və X13 26 aprel 1964-cü ildə andan olmuşlar, onların ataları kimi X8 və anaları kimi isə X10 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş “Nikah haqqında şəhadətnamənin” surətindən məlum olur ki, X8 ilə X17 07 iyul 1957-ci il tarixdə isə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra arvada “Mustafayeva” soyadı verilmişdir. Mülki işə əlavə edilmiş Xanlar rayonu İcra hakimiyyəti başçısının 31 iyul 1992-ci il tarixli 301 nömrəli sərancamından olan çıxarışdan məlum olur ki, Xanlar şəhər Qarabağ küçəsində ev 63 ünvanında yerləşən, 53,8 kvadrat metr sahəsi olan ev X5 verilmişdir. Mülki işə əlavə edilmiş 5/94 nömrəli qeydiyyat vəsiqəsindən məlum olur ki, Xanlar şəhər Qarabağ küçəsində ev 63 ünvanında yerləşən, sahələri 27,2 kvadrat metr 26,4 kvadrat metr olan A və B evləri Xanlar rayonu İcra hakimiyyəti başçısının 31 iyul 1992-ci il tarixli 301 nömrəli sərancamına əsasən X3 mülkiyyətlərindədir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********7-05101-093002, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 iyul 2018-ci il olan çıxarışında məlum olur ki, Göygöl şəhər S.Hacıyev küçəsində ümumi sahəsi 53,9 kvadrat metr olan ev 63 mənzil 6 X3 mülkiyyətlərindədir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********7-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 30 iyul 2018-ci il olan çıxarışında məlum olur ki, Göygöl şəhər S.Hacıyev küçəsində ümumi sahəsi 30,9 kvadrat metr olan ev 63 mənzil 1 X3 mülkiyyətlərindədir. Mülki işə əlavə edilmiş “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən” məlum olur ki, İddiaçı X2 miras qalmış əmlaklar Göygöl şəhər S.Hacıyev küçəsində ümumi sahəsi 53,9 kvadrat metr olan ev 63 mənzil 6 və Göygöl şəhər S.Hacıyev küçəsində ümumi sahəsi 30,9 kvadrat metr olan ev 63 mənzil 1-dən irs alnmalıdır. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********7-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29 avqust 2018-ci il olan çıxarışında məlum olur ki, Göygöl şəhər S.Hacıyev küçəsində ümumi sahəsi 29,4 kvadrat metr olan ev 63 mənzil 1 İddiaçı mülkiyyətlərindədir. Mülki işə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********7-05101-093002, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29 avqust 2018-ci il olan çıxarışında məlum olur ki, Göygöl şəhər S.Hacıyev küçəsində ümumi sahəsi 44 kvadrat metr olan ev 63 mənzil 6 İddiaçı mülkiyyətlərindədir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakı Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 03 saylı Gəncə Ərazi İdarəsiniı 16 may 2024-cü il tarixli, 3-21-3-33/2- 479/2024 saylı məktubundan məlum olur ki, məhkəmə qətnaməsinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrinində RX seriyalı, ******* nömrəli, reyestr nömrəsi **********7-05101-093002, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 29 avqust 2018-ci il olan çıxarış ləğv edilmişdir. Mülki işə əlavə edilmiş “Ölüm haqqında şəhadətnamə”-lərin surətindən görünür ki, X10 30 noyabr 1986-cı il tarixdə, X8 01 iyul 2009-cu il tarixdə və X19 07 mart 2018-ci il tarixdə ölmüşdür. Mülki işə əlavə edilmiş 24 fevral 2016-cı il tarixli vəsiyyətnamədən məlum olur ki, X4 şəhər Qarabağ küçəsində 63 nömrəli ünvanında yerləşən evini Cavabdeh2 vəsiyyət etmişdir. Mülki işə əlavə edilmiş Təbii qazdan istifadəyə dair sənədlərdən məlum olur ki, ünvan 1-in abonenti olaraq İddiaçı qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Göygöl rayon İH başçısının 21 yanvar 2016-cı il tarixli 02 saylı sərancamından Cavabdeh2 22 noyabr 1930-cu il təvəllüdlü X14 üzərində patronaj təyin edilmişdir. Mülki işə əlavə edilmiş Göygöl MKTİB-nin 06 mart 2019-cu il tarixli arayışından məlum olur ki, X19 07 mart 2018-ci il tarixdə ölən vaxta kimi ona Cavabdeh2 baxmış və dəfn xərclərini ödəmişdir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, X1 Qızbəs Xəlil qızı 26 aprel 1991-ci ildə ilə rəsmi nikah münasibətinə girməklə evlənmişlər. Onlar evləndikdən sonra X8 mübahisəli evi əldə etmişdir. O, 01 iyul 2009-cu il tarixdə öldükdən sonra isə X19 həmin evdə olan öz payını 24 fevral 2016-cı il tarixli vəsiyyətnamə əsasında Cavabdeh2 vəsiyyət etmişdir. X19 07 mart 2018-ci il tarixdə ölən vaxta kimi ona Cavabdeh2 baxmışdır. İddiaçı X2 miras qalmış daşınmaz əmlakı qəbul etməsini bildirmiş olsa da həmin halları təsdiq edən hər hansı mötəbər subutu məhkəməyə təqdim etmədi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmasına görə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası təmamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) üsullarını müəyyən edir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi gördüyünü müəyyən etmək olur. Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-cı maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6 və X7 qarşı «Miras mülkə payın tanınması tələbinə dair» iddiası təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar