Məhkəmə qərarları › İş №e-2(066)-1761/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-1761/2025

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-1761/2025 04.03.2026 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dаir ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********88 saylı Kredit müqaviləsinə əsasən cəmi 2195,31 manat əsas borc və ödənilmiş 41,96 (qırx bir manat, doxsan altı qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli BPM**********88 saylı kredit müqaviləsinə əsasən ona 30 ay müddətinə 2330 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2020-ci il tarixdə borclu X6 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********88 saylı kredit müqaviləsinə əsasən kredit üzrə cəmi 2195,31 manat əsas borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli AZ-İİ № 100431 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Daşkəsən rayon Dövlət Notariat ofisinin xx.xx.2023-cü il tarixli 2V-60 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X2 qalmış mirası Cavabdeh qəbul etmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə borclu X4 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin elektron kabinet vasitəsilə ərizə göndərərək, iddia tələbini tam müdafiə etdiklərini, məhkəmə iclasının onların iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikrini bildirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini qərara almışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı,15928851 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1956-cı ildə Xanlar rayonunun Çaylı kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********88 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X5 illik 20 %-lə 30 ay müddətinə 2330 manat kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, BPM**********88 saylı məxaric orderindən görünür ki, X6 BPM**********88 saylı kredit müqaviləsinə əsasən 2306.7 manat pulu qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli, AZ-İİ 100431 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci il avqust ayının 21-də 546 nömrəli qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Daşkəsən rayon Dövlət notariat ofisi tərəfindən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, vərəsəlik işinin nömrəsi V-53/2023 olan “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi: ünvan 1 ünvanında qeydiyyatda olan oğlu Cavabdehdur (AZE ********, xx.xx.2015-Göygöl RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1976) və o miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak-ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2016 tarixdə X5 verilmiş **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsindən ibarətdir. X2 qalmış mirası Cavabdeh qəbul etmişdir. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, borclu X4 xx.xx.2025-ci il tarixədək banka cəmi 2195,31 (iki min bir yüz doxsan beş manat, otuz bir qəpik) manat əsas borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair” bildiriş məktubundan görünür ki, Cavabdeh borcun ödənilməyəcəyi halda məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə X6 arasında bağlanmış BPM**********88 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X5 illik 20 %-lə 30 ay müddətinə 2330 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X6 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Daşkəsən rayon Dövlət notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, V- 53/2023 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən” görünür ki, X2 qalmış mirası Cavabdeh qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X4 Banka ödənilməmiş cəmi 2195,31 manat əsas borcu qalmışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu qalmışdır. Cavabdeh borclunun vərəsəsi olaraq mirası qəbul etməsinə baxmayaraq miras qoyanın bank qarşısında əsas borcunu vaxtında ödəməmişdir, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas borcu tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, X4 "xxxx" ASC-yə BPM**********88 saylı, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borclu olduğu cəmi 2195,31 manat əsas borc onun mirasını qəbul etmiş vərəsəsindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi təmin edilməli, X4 mirasını qəbul etmiş vərəsəsi Cavabdeh xx.xx.2020-ci il tarixli, BPM**********88 nömrəli kredit müqaviləsi üzrə 2195,31 (iki min bir yüz doxsan beş manat, otuz bir qəpik) manat borc məbləği tutularaq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-cimaddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 41,96 (qırx bir manat, doxsan altı qəpik) manat dövlət rüsumu, 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2195,31 (iki min bir yüz doxsan beş manat, otuz bir qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 41,96 (qırx bir manat, doxsan altı qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar