Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-20/2025 23.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X4 iclas katibliyi, iddiaçı X2 və nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində inşa etdirdiyi tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin İddiaçı istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.1957-ci il tarixdə Daşkəsən rayonundan anadan olmuşdur və hazırda Göygöl rayonu, Yeni Qızılca Ərazi Dairəsi, Yeni Qızılca kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. İşin mahiyyəti ondan ibarətdir ki, ona 16 fevral 1998-ci il tarixdə JN-636 saylı Dövlət Aktına əsasən Göygöl rayonu, Yeni Qızılca Ərazi Dairəsi, Yeni Qızılca kəndi ərazisində 0.32 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi maddi imkansızlıqdan onun tərəfindən hasara alınmamışdır və bundan istifadə edən kənar şəxslər torpaq sahəsini zəbt etmişlər. Daha sonra həmin torpaq sahəsini yerində ona göstərilməsi ilə bağlı AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi tərəfindən onun iştirakı ilə həmin torpaq sahəsinə müayinə baxışı keçirilmiş, torpaq sahəsinin naturada sənəd üzrə göstərilmiş koordinatlarla yeri təyin edilmişdir. Torpağı öz adına sənədləşdirmək istəsə də, cavabdeh şəxslər həmin torpaq sahəsini zəbt etdiyindən və orada ev tikdiyindən bu mümkün olmamışdır. Onlardan torpaq sahəsini könüllü boşaltmalarını, tikilini sökmələrini tələb etsə də, onlar buna razı olmamış və torpaq sahəsinin özlərinə məxsus olduğunu bildirmişlər. Ona görə də məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin bu hərəkətləri mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehlərlə aralarında razılıq ola bilər. onların imkanı varsa torpaq sahəsinin pulunu versinlər, əgər verə bilmirlərsə torpaq sahəsinin özünü qaytarsınlar. Cavabdehin təklif etdiyi məbləğlə razılaşmır. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə izahatında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, ekspert rəyində torpaq sahəsinin hansı ölçüdə zəbt edilməsi qeyd edilmişdir. Həmin ərazidə torpaq sahəsinin 1 sotu 1000 manatdır. Cavabdehlər razılığa gəlməklə bağlı təklif edilsə də razılağa gələ bilməmişlər. İddiaçı torpaq sahəsinin yerini müəyyən etmək üçün mütəxəssis dəvət edib torpaq sahəsini ölçdürdükdən sonra ona məlum olmuşdur ki, onun torpaq sahəsi zəbt edilmişdir. Əvvəllərdə iddiaçı cavabdehlərə razılığa gəlmələri barədə təklif etmişdir, lakin heç bir razılığa gəlməmişlər. Odur ki, iddia tələbinin təmin edilməsini torpaq sahəsinin zəbtdən azad edilərək iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Cavabdeh2 izahatında göstərdi ki, iddiaçı tərəf qəbul edərsə 344.0 kvm torpaq sahəsinə görə 1000 manat verə bilər. Həmin torpaq sahəsini təxminən 2008-2009-cu illərdə kəndin bələdiyyəsindən 1000 manata almışdır. Torpaq sahəsinə qanunsuz girməmişdir. Bələdiyyədən almışdır. Torpaq sahəsində ev tikərək 19 yaşından evlənmiş və həmin evdə yaşamışdır. Evin bütün kommunalları onun adınadır. Maddi imkanı olmadığına görə iddiaçının istədiyi məbləğlə razılaşa bilmir. Çalışıb iddiaçı ilə razılaşmaq isdəyir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 izahatında göstərdi ki, onun heç bir təqsiri yoxdur. İcra nümayəndəsi icazə verdikdən sonra həmin yerdə ev tikilmişdir. Torpaq sahəsində təxminən 10-15 il bundan əvvəl ev tikilmişdir. Evdə o yaşamır. Onun ikinci küçədə başqa evi var orda yaşayır. Həmin evdə oğlu Elvin yaşayır. Evin qazı, işığı və suyu Elvinin adınadır. Evin sənədi yoxdur. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq, iş üzrə tərəfləri dinləyərək və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan «Torpağa mülkiyyət mülkiyyət hüququna dair” JN-636 KOD 50807005 saylı Dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd olunur ki, Göygöl rayonu, Yeni Qızılça kənd ərazisində yerləşən “Torpağa Mülkiyyət Hüququna Dair” JN-636 (kod-********) nömrəli Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2 (iki) hissədən (0.25 ha və 0.07 ha) ibarətdir. Mübahisəli əraziyə baxış keçirilərkən iddiaçı tərəf mülkiyyətlərində olan 0.32 ha torpaq sahəsinin yalnız 0.07 ha hissəsinin cavabdehlər tərəfindən faktiki istifadə edildiyini bidldirmişdir. Həmin mübahisəli 0.07 ha torpaq sahəsini, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən araşdırma aparılmışdır. Belə ki, mübahisəli JN-636K nömrəli 0.07 ha (700.0 kv.m) torpaq sahəsinin 344.0 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olduğu müəyyən olunmuşdur. Mübahisəli JN-636K nömrəli 0.07 ha (700.0 kv.m) torpaq sahəsinin 194.0 kv.m hissəsi isə başqa şəxs və ya şəxslərin istifadəsində olduğu müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən JN-636K nömrəli 0.07 ha (700.0 kv.m) torpaq sahəsinin 344.0 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində və 194.0 kv.m hissəsi isə başqa şəxs və ya şəxslərin istifadəsində olduğu müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən JN-636K nömrəli 0.07 ha (700.0 kv.m) torpaq sahəsinin 344.0 kv.m hissəsi üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikili aşkarlanmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən JN-636K nömrəli 0.07 ha (700.0 kv.m) torpaq sahəsinin 344.0 kv.m hissəsi üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş 76.0 kv.m tikili (fərdi yaşayış evi) mövcuddur. Həmin 76.0 kv.m tikili (fərdi yaşayış evi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olduğu müəyyən edilmişdir. Qeyd edirik ki, mübahisəli JN-636K nömrəli 0.07 ha (700.0 kv.m) torpaq sahəsinin 524.0 kv.m hissəsi, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən **********93 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa dair X5 adına tərtib olunmuş xx.xx.2019-cu il tarixli, A-394813 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.0735 ha (735.0 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 524.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Lakin, **********93 reyestr nömrəli Çıxarışa əsasən X5 mülkiyyətində olan 0.0735 ha (735.0 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında JN-641K nömrəli, **********93 reyestr nömrəli, sahəsi - 0.07 ha olaraq müəyyən edilmişdir. İşdə olan məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/2424 saylı rəyinin nəticə hissəsindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kənd ərazisində yerləşən “Torpağa Mülkiyyət Hüququna Dair” JN-636 (kod-********) nömrəli Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 2 (iki) hissədən (0.25 ha və 0.07 ha) ibarət olduğu müəyyən edilmişdir. Mübahisəli əraziyə baxış keçirilərkən iddiaçı tərəf mülkiyyətlərində olan 0.32 ha torpaq sahəsinin yalnız 0.07 ha hissəsinin cavabdehlər tərəfindən faktki istifadə edildiyini bildirdi. Həmin mübahisəli 0.07 ha torpaq sahəsini, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlə haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən sahəsinin 344.0 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olduğu müəyyən olundu. Mübahisəli JN-636K nömrəli 0ş07 ha (700.0 kv.m) torpaq sahəsinin 194.0 kv.m hissəsi isə başqa şəxs və ya şəxslərin istifadəsində olduğu müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən JN-636K nömrəli 0.07 ha (700.0 kv.m) torpaq sahəsinin 344.0 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində və 194.0 kv.m hissəsi isə başqa şəxs vəya şəxslərin istifadəsində olduğu müəyyən olunmuşdur. Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən JN-636K nömrəli 0.07 ha (700.0 kv.m) torpaq sahəsinin 344.0 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş tikili aşkarlandığı müəyyən edilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarına istinadən JN-636K nömrəli 0.07 ha (700.0 kv.m) torpaq sahəsinin 344.0 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş 76.0 kv.m tikili (fərdi yaşayış evi) mövcud olduğu müəyyən olunmuşdur. Həmin 76.0 kv.m tikili (fərdi yaşayış evi) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadələrində olduğu müəyyən edilmişdir. Qeyd edirik ki, mübahisəli JN-636K nömrəli 0.07 ha (700.0 kv.m) torpaq sahəsinin 524.0 kv.m hissəsi, “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmakın Dövlət reyestrindən **********93 reyestr nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa dair X5 adına tərtib olunmuş xx.xx.2019-cu il tarixli, A-394813 nömrəli torpaq sahəsinin 524.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. lakin, **********93 reyestr nömrəli çıxarışa əsasən X5 mülkiyyətində olan 0.0735 ha (735.0 kv.m) kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 524.0 kv.m hissəsi ilə üst-üstə düşdüyü müəyyən edildi. Lakin, **********93 reyestr nömrəli Çıxarışa əsasən X5 mülkiyyətində olan 0.0735 ha (735.0 kv.m) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016- cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında JN-641K nömrəli, **********93 reyestr nömrəli, sahəsi - 0.07 olaraq müəyyən edilmişdir. Məhkəmə iş materiallarının tam və hərtərəfli araşdırılması nəticəsində müəyyən etdi ki, «Torpağa mülkiyyət mülkiyyət hüququna dair” JN-636 KOD 50807005 saylı Dövlət aktına əsasən Xanlar rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli, 02 saylı qərarı ilə İddiaçı mülkiyyətinə 0.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Lakin iddiaçıya məxsus 0.32 ha torpaq sahəsinin 344.0 kvm hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilərək həmin torpaq sahəsindən Cavabdeh2 tərəfindən 76.0 kv.m tikili inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olmaları təsbit edilir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir (MM139.3-cü mad). Həmin Məcəllənin 139-1.1.1.-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (MM 146.2). Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır(MM 146.3). Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5–ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui– istifadə olmasın. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasənmülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir MM(157.5).Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (MM 157.8).Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (158.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (MM 158.4). Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4–cü maddəsində göstərilən şərtlərin cavabdehə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehlərə münasibətdə məcmu halında mövcuddur. Cavabdehlər iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etməklə sözügedən torpaq sahəsində tikililər inşa etmişlər. Nəticədə, iddiaçının mülkiyyətindən sərbəst istifadə etməsinə manelər yaranmışdır. Cavabdehlərin isə həmin torpaq sahəsi üzərində heç bir hüquqları qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəlləsinin 158-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ ilə yanaşı göstərilənlər də əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 162-ci maddəsinin tələblərinə görə əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 163.1.-ci maddəsinin tələblərinə görə Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Həmin Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Mülki Məcəllənin 148.2.-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci mаddəsinin tələbinə görə, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın və mütəxəssisin verdiyi rəyləri sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, rəylərdən göründüyü kimi İddiaçı «Torpağa mülkiyyət mülkiyyət hüququna dair” JN-636 KOD 50807005 saylı Dövlət aktına əsasən Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanuni sahibidir və onun həmin torpaq sahəsinə qanunvericiliyə uyğun olaraq öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin həmin mübahisəli torpaq sahəsinə dair cavabdehlərin hər hansı bir hüququnun olmasını təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Lakin iddiaçıya məxsus 0.32 ha torpaq sahəsinin 344.0 kvm hissəsi Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilərək 76.0 kv.m tikili inşa edilərək iddiaçının hüquqları pozulmuşdur. Cavabdehlər iddiaçının qanuni sahibliyində olan daşınmaz əmlaka hüquqlarının həyata keçirilməsinə heç bir qanuni əsas olmadan maneəçilik törətmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Göygöl rayonu Yeni Qızılca kəndində yerləşən 0,32 ha torpaq sahəsi «Torpağa mülkiyyət mülkiyyət hüququna dair” JN-636 KOD 50807005 saylı Dövlət aktına əsasən İddiaçı mülkiyyətində olmasını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında və məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/2424 saylı rəyinin nəticə hissəsində göstərilən 344.0 kvm hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilərək qeyd olunan torpaq sahəsində cavabdehlər tərəfindən 76.0 kvm tikili inşa edilməsi, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsi, bununla da onun mülkiyyət və istifadə hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “Torpağa Mülkiyyət Hüququna Dair” JN-636, KOD 50807005 nömrəli Dövlət Aktı əsasında İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən zəbt edilmiş 344.0 kv.m hissəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və həmin torpaq sahəsinin zəbt edilmiş 344.0 kv.m hissəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş 76.0 kv.m tikili onların öz vəsaitləri hesabına sökülməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən müştərək qaydada məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 ödənilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. “Torpağa Mülkiyyət Hüququna Dair” JN-636, KOD 50807005 nömrəli Dövlət Aktı əsasında İddiaçı mülkiyyətində olan Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən zəbt edilmiş 344.0 kv.m hissəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılsın. Həmin torpaq sahəsinin zəbt edilmiş 344.0 kv.m hissəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş 76.0 kv.m tikili onların öz vəsaitləri hesabına sökülsün. Cavabdeh1 və Cavabdeh2 məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul müştərək qaydada tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X3 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE**********00********) köçürülsün. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-20/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-20/2025
23.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver