Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-32/2025 23.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Hüseynzadə Leyla Vəliyyəddin qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və onun vəkili Nümayəndə2 Gülzar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Toğana kəndi ərazisindən 0.05 ha torpaq sahəsi alınmışdır, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmişdir. Cavabdeh tərəfindən müdaxilə və maneələrin olması səbəbindən torpaq sahəsindən istifadə edə bilmədiyinə əsaslanaraq hazırki iddia tələbini irəli sürmüşdür.
Məhkəmədə icraat:
2. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında **********95 reyestr nömrəsi ilə İddiaçı məxsus Göygöl rayonu, Toğana kəndi ərazisində yerləşən 0.05 ha qanunsuz zəbt edilmiş torpaq sahəsindən Cavabdeh çıxarılması; torpaq sahəsində tikilmiş qanunsuz tikilinin Cavabdeh vəsaiti hesabına sökülməsi; hüquqi yardım üçün ödənilmiş 300 manat və 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun, cəmi 400 manat pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Toğana kəndi ərazisindən 0.05 ha torpaq sahəsi alınmışdır. Aldığı torpaq sahəsini iddiaçı Daşınmaz Əmlakın Reyestr Xidmətində qeydiyyatdan keçirdərək çıxarış almışdır. İddiaçı torpağı alan zaman ona göstərilən torpaq sahəsi ilə sənəd arasında uyğunsuzluq mövcud olduğu müəyyən edilmişdir. Həmin uyğunsuzluq araşdırılarkən aşkar edilmişdir ki, iddiaçıya satılan torpaq sahəsi əvvəllər iş üzrə Cavabdeh mülkiyyətində olmuşdur. Cavabdeh torpağı satarkən sənəddə göstərilən yeri deyil, zəbt etdiyi torpaq sahəsini göstərmişdir. Cavabdehin bu qanunsuzluğa görə iddiaçıya göstərilən torpaq sahəsi iddiaçının əlindən alınmışdır. Çünki həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsidir. İddiaçı sənəd üzrə aldığı torpaq sahəsi ilə iddiaçıya göstərilən torpaq sahəsi bitişik torpaq sahəsi və ünvan kimi Toğana kəndi yazılması iddiaçının aldadılması ilə nəticələnmişdir. Hazırda iddiaçıya məxsus torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindədir və həmin torpaq sahəsindən çıxarılmalıdır. Beləliklə, Cavabdeh illərdir ki, iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsini zəbt edərək çıxmır və qanunsuz istifadə edir. Bununla belə həmin torpaq sahəsində qanunsuz olaraq köməkçi tikili inşa etmişdir. Qeyd edib ki, Cavabdeh torpaq sahəsindən çıxaraq iddiaçıya təhvil verməsi və tikilinin sökülməsi barədə aparılmış danışıqlar nəticə verməmişdir.
4. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı X1 Rayon Məhkəməsində ona qarşı aşağıdakı məzmunda iddia ərizəsi qaldırmışdır: Tələb 1. Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X11 Hüquqların dövlət qeydiyyatı haqqında **********95 reyestr nömrəsi ilə İddiaçı məxsus Göygöl rayonu Toğanalı kəndi ərazisində yerləşən 0,05 ha qanunsuz zəbt edilmiş torpaq sahəsindən Cavabdeh çıxarılması; 2. Torpaq sahəsində tikilmiş qanunsuz tikilinin Cavabdeh öz vəsaiti hesabına sökülməsi; 3. Hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat və 100 manat məbləğində dövlət rüsumunun, cəmi 400 manat pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qərardad qəbul edilsin; İddiaçının onu cavabdeh qismində cəlb etdiyi iddia ərizəsi ilə tanış olub və bildirir ki, iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. İddiaçı qeyd edir ki, iş üzrə maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs2 xx.xx.2022-ci il tarixdə bağladığı alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu Toğana kəndi ərazisindən 0,05 ha torpaq sahəsi almışdır. İddiaçı DƏDRX-dən Çıxarış almışdır. İddiaçı torpaq sahəsini alan zaman torpaq sahəsi ilə sənəd arasında uyğunsuzluğun mövcud olduğu müəyyən edilmişdir. Daha sonra iddiaçı göstərir ki, həmin uyğunsuzluq araşdırılarkən aşkar edilmişdir ki, iddiaçıya satılan torpaq sahəsi əvvəllər iş üzrə Cavabdeh mülkiyyətində olmuşdur. Cavabdeh torpağı satarkən sənəddə göstərilən yeri deyil zəbt etdiyi torpaq sahəsini göstərmişdir. Cavabdehin bu qanunsuzluğuna görə iddiaçıya göstərilən torpaq sahəsi iddiaçının əlindən alınmışdır. Çünki, həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsidir. İddiaçı sənəd üzrə aldığı torpaq sahəsi ilə iddiaçıya göstərilən torpaq sahəsi bitişik torpaq sahəsi və ünvan kimi Toğana kəndi yazılması iddiaçının aldadılması ilə nəticələnmişdir. Hazırda iddiaçıya məxsus torpaq sahəsi cavabdehin qanunsuz istifadəsindədir və həmin torpaq sahəsindən çıxarılmalıdır. Cavabdeh bildirib ki, o, Göygöl rayonu Toğanalı kəndində atasından miras qalmış evdə yaşayır və evin çıxarışı, mərhum atasının adınadır. Bundan əlavə atasının mülkiyyətində 0,25 ha torpaq sahəsi olub. Həmin 0.25 ha torpaq sahəsindən 0.05 hektarı bir neçə il bundan əvvəl bir vətəndaşa satılıb və həmin vətəndaş da torpaq sahəsini iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 satmışdır. Öz növbəsində Maraqlı şəxs2 həmin 0.05 ha torpaq sahəsini 2022-ci ildə iddiaçıya satmışdır və iddiaçının özü də iddia ərizəsində torpaq sahəsini Maraqlı şəxs2 aldığını etiraf edir. Belə olan halda hansı əsasla iddiaçı X6 məni cavabdeh qismində işə cəlb edir? O, iddiaçıya torpaq sahəsi satmayıb və Nailənin ona satdığı torpaq sahəsini də zəbt etməyib. Onda olan məlumata görə iddiaçının Maraqlı şəxs2 aldığı 0.05 ha torpaq sahəsi iş üzrə maraqlı şəxs olan DƏDRX-i tərəfindən "torpağın sürüşməsi" bəhanəsi ilə həmin torpaq sahəsi Göygöl Milli Parkının ərazisinə qatılmışdır. İddiaçının əlində aldığı torpaq sahəsinə dair çıxarış olduğu halda o, DƏDRX-nə qarşı, inzibati məhkəməyə müraciət edib özünün mülkiyyət hüququnu müdafiə etmək əvəzinə Göygöl Rayon Məhkəməsində ona qarşı, əsassız iddia qaldırıb və göstərib ki, guya ona məxsus torpaq sahəsində qeyri-yaşayış sahəsini qanunsuz inşa etdirib. Həmin qeyri-yaşayış sahəsi onun həyətyanı torpaq sahəsində yerləşir və ətraf çəpərə alınıb və iddiaçı ilə heç bir əlaqəsi yoxdur. İddiaçı məhkəməyə yalan məlumat verərək göstərib ki, guya onun çıxarışında olan torpaq sahəsini yox başqa yeri göstərib və o adla da ona torpaq satılıb. Maraqlı şəxs2 0.05 ha torpaq sahəsini iddiaçıya satmamışdan əvvəl iddiaçıya satdığı torpağın yerini göstərmiş və iddiaçı da həmin yerə baxdıqdan sonra torpaq sahəsini almaq qərarına gəlib və bundan sonra notarial qaydada alqı-satqı bağlayıblar. Ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Qeyd edir ki, işin mahiyyəti yuxarıda göstərilənlərdən ibarətdir və iddiaçı həqiqətə nail olmaq üçün əlində olan çıxarışa əsasən ona satılmış 0.05 ha torpaq sahəsinin hansı əsasla Göygöl Milli Parkın ərazisinə daxil edilməsini müəyyən etməli idi. Lakin, iddiaçı yalan böhtandan ibarət məlumatları Göygöl Rayon Məhkəməsinə təqdim edib. Sözügedən 0.05 ha torpaq sahəsi X10 yaradılan zaman qoruq ərazisinin sərhədlərinə bitişik olmuşdur. Sonradan Göygöl Milli Parkı status alan zaman Meşə Təsərrüfatından, Dövlət torpaqlarından və X10 ilə həmsərhəd olan Toğanalı kəndi bələdiyyə torpaqları və bir çox kənd sakinlərinin xüsusi mülkiyyətində olan torpaq sahələrinin də, hətta bəzi yaşayış evlərinin də Göygöl Milli Parkının son vaxtlar işlənmiş xəritəsinə daxil etmişlər. Bu ona görə belə olmuşdur ki, Göygöl Milli Parkının ərazisi müəyyən hektarla böyüyərək standarta uyğun olaraq status ala bilsin. Və belə olduğu halda Dövlət aidiyyəti olan vətəndaşlara kompensasiya ödəməklə torpaq sahələrini alaraq Milli Parkın ərazisinə daxil etməli idi. Əksinə olaraq sözügedən 0.05 ha torpaq sahəsinin sahibi Ekologiya idarəsi tərəfindən müəyyən qədər cərimə olunmuşdur. Sözügedən 0.05 ha torpaq sahəsinin alqı-satqısı zamanı Daşınmaz Əmlakın Mütəxəssisləri tərəfindən yerində torpaq sahəsini ölçərək alıcıya təhvil verməli idilər. Amma satıcı və alıcı arasında alqı-satqı zamanı bir dəfə də olsun mütəxəssislər iştirak etməmişlər. Onu da bildirib ki, iş üzrə maraqlı tərəf kimi cəlb edilmiş DƏDRX-i məhkəmə iclasında iddiaçıya satılmış 0.05 ha torpaq sahəsini “sürüşmə” adı ilə kimin mülkiyyətinə verilməsinə aydınlıq gətirməlidir. Odur ki, iddiaçı X4 iddia ərizəsini əsassız və qanunsuz hesab edərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək bildirdi ki, iddiaçının mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin koordinatları cavabdehin istifadə etdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Cavabdeh torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir.
6. Cavabdeh vəkili Nümayəndə2 Gülzar oğlu məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək bildirdi ki, baza məlumatlar yalnışdır, yerində baxış aparılmalıdır.
7. Cavabdeh məhkəmə iclasına etiraz məktubunun dəlillərinə uyğun çıxış edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
10. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 48-ci maddəsinin İİ hissəsinin tələbinə görə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 49 və 50-ci maddələrinin İ hissələrinin tələbinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və müvəqqəti istifadə etməkdir. 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qadağan olunur.
11. «İnsan hüquqları və əsas azadlıqlar haqqında» Avropa Konvensiyasının: 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır.
Əsaslandırma hissə və məhkəmənin mövqeyi:
13. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir.
14. İddiaçının tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəlmişdir. İşin müəyyən edilmiş halları baxımından tələbin qanuni əsası kimi Mülki Məcəllənin 157.4-cü maddəsi nəzərdən keçirilə bilər. Həmin normaya görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
15. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün əşyanın mülkiyyətçisi olması, cavabdeh tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməsi və həmin maneələrin əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilməsi aşkar edilməlidir.
16. İddiaçı mübahisəli sahə üzərində özünün subyektiv hüququnu təsdiqləyən sənəd kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 3 saylı Gəncə ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda əks olunan qeydiyyata əsaslanır.
17. İş materiallarında olan AN-İ №1045542 nömrəli alqı-satqı müqaviləsində qeyd edilmişdir ki, satıcı Maraqlı şəxs2 ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini alıcı İddiaçı satmışdır.
18. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 3 saylı Gəncə ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Göygöl rayonu Toğana kəndində yerləşən 0.05 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində 8 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətindədir.
19. 29 sentyabr 2023-cü il tarixli aktın məzmununda qeyd edilir ki, vətəndaş İddiaçı 05 sentyabr 2023-cü il tarixli müraciəti ilə bağlı **********95 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu, Toğanalı kəndi ərazisində mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin döngə nöqtələri yerində ölçülərək ona tanıdılmışdır.
20. O da qeyd edilməlidir ki, hüquqların dövlət qeydiyyatına dair xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış iddiaçının tələbinin əsasına qoyulduğuna görə mübahisə (şübhə) halında onun qüvvədə olub-olmadığını, hüquqi nəticə yaradıbyaratmadığını, eləcə də məhz iddiaçıya fiziki şəxs kimi öz adından iddia qaldırmağa səlahiyyət verib-vermədiyi, cavabdehin qeyd edilən torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədinin olub-olmaması məhkəmə qaydasında araşdırılaraq müvafiq sorğu verilmişdir.
21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11 3 saylı Gəncə Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi 05 avqust 2025-ci il tarixli, 3- 21-3-33/2-7931/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Göygöl rayonu, Toğana kəndində yerləşən İddiaçı adına olan ********** qeydiyyat nömrəli, Maraqlı şəxs2 adına olan ********** qeydiyyat nömrəli, X3 adına olan ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olan sənədlərin surətinin məhkəməyə göndərilməsi barədə məktubu baxılmış, Göygöl rayonu, Toğana kəndində yerləşən İddiaçı adına olan ********** qeydiyyat nömrəli, Maraqlı şəxs2 adına olan ********** qeydiyyat nömrəli, X3 adına olan ********** qeydiyyat nömrəli çıxarışlar, İddiaçı adına qeydə alınan A773510 seriya və nömrəli torpaq sahəsinin plan və ölçü sənədi, Maraqlı şəxs2 adına AA005695 seriya və nömrəli Torpaq sahəsinin plan və ölçü sənədi təqdim edilmişdir. 22.“Torpağın mülkiyyətə verilməsinə dair” JN 122A kod 50810018 şəhadətnamədən Xanlar Rayon Aqrar İslahat Komissiyasının 31 oktyabr 1997-ci il tarixli qərarı ilə Xanlar rayonu Toğana kəndi ərazisindən 0,17 ha torpaq sahəsinin X3 mülkiyyətinə verilməsi, hüquqların dövlət qeydiyyatı haqqında MN 001934 seriya və nömrəli çıxarış ilə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ilə həmin torpaq sahəsindən 0,05 ha hissəsinin Cəfərov Əli Vəkil oğluna satması, sonuncunun adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına dair MH ******* seriya və nömrəli, xx.xx.2007-ci il tarixli müvafiq çıxarışının və torpaq sahəsinin plan və ölçü sənədinin olması müəyyən olunur.
23. Bundan sonra qeyd olunan torpaq sahəsi 10 avqust 2009-cu il tarixdə Maraqlı şəxs2 və sonuncu tərəfindən 06 iyul 2022-ci il tarixdə İddiaçı satılmışdır. Qeyd edilən xüsusatlar tərəflər mübahisələndirilməmiş, torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqavilələrinin xronikası təsdiqlənmişdir.
24. Məhkəmə araşdırılması zamanı müvafiq ekspertiza təyini zərurəti yaramış, təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X11n 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 16 aprel 2025-ci il tarixli, 3-21-3-33/2-4448/2025 nömrəli məktub ilə təqdim edilən mütəxəssis rəyində qeyd edilir ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra, kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. 1. xx.xx.2022-ci il qeydiyyat tarixli, 1522U2U119 qeydiyyat nömrəli, ********** reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın A773510 nömrəli plan və ölçü sənədinə əsasən, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti tərəflərindən müəyyən edilmişdir. Araşdırma zamanı həmin torpaq sahəsinin, Cavabdeh mərhum atasının mülkiyyətində olmuş **********62-1031 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın texniki pasportunda göstərilən fərdi yaşayış evinə gedən və Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi ilə üst-üstə düşməsi halı aşkar olunduğu müəyyən edilmişdir. Arxiv sənədlərinin araşdırılması zamanı, müəyyən olunmuşdur ki, **********95 reyestr nömrəli Çıxarışa əsasən 0,05 ha torpaq sahəsinin ayrılmasına əsas olan ilkin sənəd, 0.25 ha torpaq sahəsinə dair X5 və ailə üzvlərinin adına tərtib olunmuş JN-122B (KOD ********) saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən 0,25 ha torpaq sahəsi, torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialında öz əksini tapmadığından, ilk dəfə satılmış 0,05 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları ilə, hal-hazırda **********95 reyestr nömrəli Çıxarışa və həmin çıxarışın A773510 nömrəli planına əsasən, İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin eynilik təşkil edibetmədiyini araşdırmaq mükün olmamışdır. 2. xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62-1031 reyestr nömrəli Çıxarışa əsasən, X3 xüsusi mülkiyyətində olan 0.17 ha torpaq sahəsinin naturada dəqiq yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, həmin 0.17 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmadığı müəyyən edilmişdir. **********62-1031 reyestr nömrəli Çıxarışa əsasən, 0,17 ha torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və köməkçi sahədən ibarət əmlaka dair tərtib olunmuş texniki pasport sənədində göstərilən sahə, 0.27 ha təşkil etdiyi müəyyən olunmuşdur. Texniki pasport sənədində, 0.17 ha torpaq sahəsinin, konfiqurasiya və coğrafi mövqe cəhətdən 0,27 ha torpaq sahəsinin hansı hissəsini əhatə etdiyi qeyd olunmamışdır. Texniki pasport sənədində, göstərilən 0.27 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunduğu müəyyən olunmuşdur. 3. xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın A773510 nömrəli planına əsasən, əsasən, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin 0,025 ha (iki sot əlli kvadrat metr) hissəsi Cavabdeh faktiki istifadə sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. 4. Cavabdeh faktiki istifadəsində olan köməkçi tikilinin yerləşdiyi torpaq sahəsi, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsi, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın A773510 nömrəli plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. 5. xx.xx.2022-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın A773510 nömrəli planına əsasən, əsasən, İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin 0.02 ha hissəsi, X3 adına qeydə alınmış, **********62-1031 reyestr nömrəli Çıxarışa əsasən 0,17 ha torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və köməkçi sahədən ibarət əmlaka dair tərtib olunmuş texniki pasport sənədində göstərilən 0,27 ha torpaq sahəsinin 0,02 ha hissəsi üst-üstə düşür. Həmin üst-üstə düşən sahə, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AZCAD məlumatlarında, X3 xüsusi mülkiyyətində (sərhəd nömrəsi JN-122A) olan torpaq sahəsi olaraq göstərildiyi müəyyən edilmişdir.
25. Bu əsasla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskpertizasının 05 iyun 2025-ci il tarixli ekspert rəyinə əsasən qeyd edilir: qərardadın birinci sualı üzrə- xx.xx.2022-ci il qeydiyyat tarixli, 1522U2U119 qeydiyyat nömrəli, ********** reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın A773510 nömrəli plan və ölçü sənədinə əsasən, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti tərəflərindən müəyyən edilmişdir. Araşdırma zamanı həmin torpaq sahəsinin, Cavabdeh mərhum atasının mülkiyyətində olmuş **********62-1031 reyestr nömrəli Çıxarış və həmin Çıxarışın texniki pasportunda göstərilən fərdi yaşayış evinə gedən və Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin müəyyən hissəsi ilə üst-üstə düşməsi halı aşkar olunduğu müəyyən edilmişdir. Arxiv sənədlərinin araşdırılması zamanı, müəyyən olunmuşdur ki, **********95 reyestr nömrəli Çıxarışa əsasən 0,05 ha torpaq sahəsinin ayrılmasına əsas olan ilkin sənəd, 0.25 ha torpaq sahəsinə dair X5 və ailə üzvlərinin adına tərtib olunmuş JN-122B (KOD ********) saylı "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməyə əsasən 0,25 ha torpaq sahəsi, torpaq islahatı əsasında tərtib olunmuş ərazinin kompleks yerquruluşu layihəsinin elektron fayl materialında öz əksini tapmadığından, ilk dəfə satılmış 0,05 ha torpaq sahəsinin naturada yerləşmə koordinatları ilə, hal-hazırda **********95 reyestr nömrəli Çıxarışa və həmin çıxarışın A773510 nömrəli planına əsasən, İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin eynilik təşkil edib-etmədiyini araşdırmaq mükün olmamışdır. Qərardadın ikinci sualı üzrə: xx.xx.2008-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********62-1031 reyestr nömrəli Çıxarışa əsasən, X3 xüsusi mülkiyyətində olan 0.17 ha torpaq sahəsinin naturada dəqiq yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, həmin 0.17 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmadığı müəyyən edilmişdir. **********62-1031 reyestr nömrəli Çıxarışa əsasən, 0,17 ha torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və köməkçi sahədən ibarət əmlaka dair tərtib olunmuş texniki pasport sənədində göstərilən sahə, 0.27 ha təşkil etdiyi müəyyən olunmuşdur. Texniki pasport sənədində, 0.17 ha torpaq sahəsinin, konfiqurasiya və coğrafi mövqe cəhətdən 0,27 ha torpaq sahəsinin hansı hissəsini əhatə etdiyi qeyd olunmamışdır. Texniki pasport sənədində, göstərilən 0.27 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, rəyə əlavə edilmiş ortofoto görüntüdə əks olunduğu müəyyən olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın A773510 nömrəli planına əsasən, əsasən, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin 0,025 ha (iki sot əlli kvadrat metr) hissəsi Cavabdeh faktiki istifadə sahəsi ilə üstüstə düşdüyü müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Cavabdeh faktiki istifadəsində olan köməkçi tikilinin yerləşdiyi torpaq sahəsi, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsi, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın A773510 nömrəli plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: xx.xx.2022-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Çıxarışa və həmin Çıxarışın A773510 nömrəli planına əsasən, əsasən, İddiaçı mülkiyyətində olan 0.05 ha torpaq sahəsinin 0.02 ha hissəsi, X3 adına qeydə alınmış, **********62-1031 reyestr nömrəli Çıxarışa əsasən 0,17 ha torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və köməkçi sahədən ibarət əmlaka dair tərtib olunmuş texniki pasport sənədində göstərilən 0,27 ha torpaq sahəsinin 0,02 ha hissəsi üst-üstə düşür. Həmin üst-üstə düşən sahə, torpaqların elektron kadastr uçotu informasiya sistemi və AZCAD məlumatlarında, X3 xüsusi mülkiyyətində (sərhəd nömrəsi JN-122A) olan torpaq sahəsi olaraq göstərildiyi müəyyən edilmişdir.
26. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
27. Hazırki halda ekspert rəyi və rəyin verilməsinə əsas olmuş mütəxəssis rəyi ilə cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin bir hissəsi zəbt edilməsi müəyyən olunur.
28. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan Göygöl rayonu Toğana kəndində yerləşən 0.05 ha torpaq sahəsi ekspertiza və mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətində olmasını, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDK və Reyestri X11n 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş iş üzrə mütəxəssis rəyində və ona əlavə edilmiş torpaq sahəsinin yerquruluşu planında göstərilən, ekspert rəyi ilə müəyyən edilən 0.05 ha torpaq sahəsinin Cavabdeh qanuni əsas olmadan istifadəsində olmasını, nəticədə iddiaçının öz mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsindən istifadə edə bilməməsi, bununla da onun mülkiyyət və istifadə hüququnun pozulmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalı və qanunsuz tikili Cavabdeh vəsaiti hesabına sökülməlidir.
29. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş məbləğə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə dair 300 manat (order TT**********9511300, xx.xx.2024-cü il, “Konsensus vəkil bürosu”) ödəniş edilmişdir. Habelə, iddia tələbi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
31. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər;
32. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
34. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
35. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 18, 218 və 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarış ilə mülkiyyət hüququ qeydə alınmış İddiaçı mülkiyyətində olan Göygöl rayonu Toğana kəndində yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmuş (tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının xx.xx.2025-cü il tarixli, 10/3438 nömrəli ekspert rəyinə uyğun şəkildə və mütəxəssis rəyinə əlavə edilmiş ortofoto görüntüyə uyğun şəkildə) hissəsi zəbtdən azad olunsun. Torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikili cavabdehin hesabına sökülsün, həmin torpaq sahəsi cavabdehin hesabına boşaldılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və 300 (üç yüz) manat hüquqi yardıma dair vəkil xərci Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Cavabdeh tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının dəyəri qismində 100 (yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Leyla Hüseynzadə