Məhkəmə qərarları › İş №e-2(066)-604/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-604/2024

08.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-604/2024 08.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənizadə İlham İbadət oğlunun katibliyi və Ərizəçi2 nümayəndəsi və Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 «qohumluq faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi2 və Ərizəçi1 «qohumluq faktının müəyyən edilməsinə» ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək 01 yanvar 1930-cu ildə anadan olmuş və 16 avqust 1993-cü il tarixdə Gədəbəy rayonunun Miskinli kəndində ölmüş X4 xx xxxx 1960-cı il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində anadan olmuş Ərizəçi2 və xx xxx 1954-cü il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində anadan olmuş Ərizəçi1 atası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi2 nümayəndəsi və Ərizəçi1 göstərdi ki, onun və Ərizəçi2 X2, anaları isə X5 olmuşdur. Onların birgə nikahlarından xx xxxx 1960-cı il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində Ərizəçi2 və xx xxx 1954-cü il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində o, anadan olmuşlar. X2 16 avqust 1993-cü il tarixdə Gədəbəy rayonunun Miskinli kəndində, anaları isə X5 01 iyun 2000-ci ildə Gədəbəy rayonunun Miskinli kəndində ölmüşlər. Onlara məlum olmayan səbəblərdən onlaraın adına tərtib edilmiş “Doğum haqqında şəhadətnamələr”də ata qrafası boş saxlanılmışdır. Ona göeə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlər. Həmin faktın müəyyən edilməsi onlara vərəsəlik məsələsini həll etmək üçün lazımdır. Ona görə də ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Maraqlı şəxs rəisi məhkəmə baxışı iclasına gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 185.6-cı maddəsinə əsasən hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirdi ki, ərizəçi ilə qohumluq əlaqələri vardır və həmkəndlidir. Ərizəçi2 və Ərizəçi1 X2, anaları isə X5 olmuşdur. Onların birgə nikahlarından xx xxxx 1960-cı il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində Ərizəçi2 və xx xxx 1954-cü il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində Ərizəçi1 anadan olmuşlar. X2 16 avqust 1993-cü il tarixdə və anaları isə X5 01 iyun 2000-ci ildə Gədəbəy rayonunun Miskinli kəndində ölmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilən X9 və X3 da digər şahid X8 ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xususatları bir daha da təsdiq etdilər. Məhkəmə ərizəçinin izahatını, şahidləri ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməldir. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin və “Doğum haqqında şəhadətnamələr”in surətindən görünür ki, Ərizəçi2 xx xxxx 1960-cı il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində və Ərizəçi1 xx xxx 1954-cü il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində anadan olmuşlar. “Doğum haqqında şəhadətnamələr”də ana qrafasında X1 yazılmış olsa da ata qrafası boş saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 01 iyul 2023-cü il tarixli 93 və 95 nömrəli arayışlarından və “Ölüm haqqında şəhadətnamələr”in surətindən görünür ki, X6 16 avqust 1993-cü il tarixdə və X5 01 iyun 2000-ci ildə Gədəbəy rayonunun Miskinli kəndində ölmüşlər. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 14 fevral 2024-cü il tarixli 05/09/S/006691- 24 nömrəli arayışından Ərizəçi1 adına tərtib etdiyi arayışdan məlum olur ki, onun atası 01 yanvar 1930-cu təvəllüdlü X6 16 avqust 1993-cü il tarixdə və onun anası 01 yanvar 1928ci təvəllüdlü X5 01 iyun 2000-ci ildə Gədəbəy rayonunun Miskinli kəndində ölmüşlər. İş materiallarına əlavə olunmuş Gədəbəy rayon Dövlət Arxivinin 21 fevral 2023-cü il tarixli 54 nömrəli arayışından məlum olur ki, 01 yanvar 1930-cu təvəllüdlü X6 onun atası və 01 yanvar 1928-ci təvəllüdlü X5 isə onun anasıdır. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 X2, anaları isə X5 olmuşdur. Onların birgə nikahlarından xx xxxx 1960-cı il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində Ərizəçi2 və xx xxx 1954-cü il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində Ərizəçi1 anadan olmuşlar. Onların X2 16 avqust 1993-cü il tarixdə Gədəbəy rayonunun Miskinli kəndində, anaları isə X5 01 iyun 2000-ci ildə Gədəbəy rayonunun Miskinli kəndində ölmüşlər. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1 və 307.2.1-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar qismində şəxslərin qohumluq münasibətlərinin müəyyən olması faktını və hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 X4 qohumluq əlaqələri (ataları olmaları) ilə bağlı faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmək mümkün olmadığından ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq Məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 yanvar 1930-cu ildə anadan olmuş və 16 avqust 1993-cü il tarixdə Gədəbəy rayonunun Miskinli kəndində ölmüş X4, xx xxxx 1960-cı il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində anadan olmuş Ərizəçi2 və xx xxx 1954-cü il tarixdə Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində anadan olmuş Ərizəçi1 doğma atası olması dərəcəsində qohumluq faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə, Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar