Məhkəmə qərarları › İş №e-2(066)-615/2025

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-615/2025

21.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-615/2025 21.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X7 iclas katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxs1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı «mirasın qəbul edilməsi və payın müəyyən edilməsi» tələbinə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı «mirasın qəbul edilməsi və payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X42 vəfat edəndən sonra ondan miras qalmış Göygöl rayonu Hacıməlik Qəsəbəsində 0.10 ha torpaq sahəsi içində fərdi yaşayış evində və 1997-ci il tarixli Aqrar İslahat Komissiyasının 17 nömrəli qərarı ilə ayrılmış 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində anası X8 payının müəyyən olunması və həmin payın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı miras qoyan vəfat etmiş şəxs X12 qızı X8 oğludur. X4 01 aprel 2002-ci ildə Göygöl (keçmiş Xanlar) rayonu Hacıməlik Qəsəbəsində vəfat etmiş, anası X18 25 aprel 2007-ci ildə Göygöl rayonu Hacıməlik Qəsəbəsində vəfat etmişdir. X42 vəfat edəndən sonra ondan miras olaraq Göygöl rayonu Hacıməlik Qəsəbəsində 0.10 ha torpaq sahəsi içində fərdi yaşayış evi və 1997-ci il tarixli Aqrar İslahat Komissiyasının 17 nömrəli qərarı ilə ayrılmış 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Nənəsi vəfat etdikdən sonra qeyd etdiyi miras əmlakları faktiki olaraq onların ailəsi qəbul edərək bu günə qədər həmin əmlakları idarə edir. Lakin anası Tamella Məmmədova vəfat etdiyi üçün hal-hazırda irsi transmisya əsasında miras əmlakın onun tərəfindən qəbul və idarə edilməsini diqqətə çatdırmaq istəyir. Bundan başqa nənsi X12 mirasçılarından hal-hazırda sağ qalanları o və cavabdehlərdir. Digər mirasçıları yəni əri X52 xx.xx.1963-cü ildə, qızı X19 xx.xx.1995-ci ildə, qızı X28 1995-ci ildə, qızı X20 xx.xx.1951-ci ildə vəfat etmişlər. X42 mirasından xalası Cavabdeh2 əri Cavabdeh1 xx.xx.2002-ci il tarixdə vəsiyyətnamə qaydasında payda verilmişdir. Lakin hal-hazırda mirası notariat qaydasında qəbul edə bilmirlər. Belə ki, mirasçılar arasında mübahisə yaranır. Odur ki, X4ndan anası Tamella Məmmədovaya çatacaq payın onun tərəfindən qəbul olunması barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının X42 vəfat edəndən sonra ondan miras qalmış Göygöl (Xanlar) rayonu Hacıməlik qəsəbəsində JN-162F nömrəli, Kod 50800016 nömrəli Şəhadətnaməyə əsasən həyətyanı və fərdi yaşayış evinin tikilməsi məqsədi üçün verilmiş 0,10 ha torpaq sahəsinə, 1997-ci il tarixli Aqrar İslahat Komissiyasının 17 nömrəli qərarı ilə ayrılmış 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə iddiaçının anası X8 anası Dilarə Həsənovaya münasibətdə payın müəyyən olunması və həmin payın iddiaçı tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izhata verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, o artıq 20 ildən artıqdır ki, həmin torpaqda yaşayır. Nənəsinin sağlığında o həmin torpaqda yaşamamış, nənəsinin vəfatından 1-2 il sonra o həmin evdə yaşamışdır. Həmçinin əkin sahəsini icrayə vermiş və icarə haqqı da ona ödənilir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək göstərdi ki, mərhum X10 miras qalmış 0.10 ha həyətyanı sahədən 0.05 ha onun payına düşəni, 0.24 ha dövlət təyinatlı torpaqlardan 0.12 ha onun payına düşən hissəsi onun qızı iddiaçının anası X8 payının müəyyən olunması və həmin payın irsi transmissiya ilə onun oğlu İddiaçı münasibətdə qətnamə qəbul edilməsini xahiş etdi. Hal-hazırda tərəflər arasında miras əmlakın bölgüsü ilə bağlı hər hansı narazılıq yoxdur. Həmçinin mərhumun qızı və iddiaçının anası X8 yoldaşı X29 notarial qaydada ərizə verərək, miras əmlakdan hər hansı pay istəmədiyini bildirmişdir. Məhkəmədən həmin məslənin nəzərə alınmasını xahiş edir. Əlavə olaraq bildirdi ki, Nailə mərhumun qızıdır və 2004-cü ildən xəstəxanada yatır, öz fikirlərini ifadə edə bilmir və təmamilə ahıl vəziyyətindədir. Tamella xx.xx.2007-ci ildə vəfat etmiş, Dilarə isə 2002-ci ildə vəfat etmişdir. Qeyd olunan torpaqlardan anası Tamellanın sağlığından iddiaçı İlqar istifadə edir. Hacəməlikdə yerləşən 0.10 ha torpaq sahəsində evləri var və iddiaçı orada ayaşıyır və bununla bağlı icra nümayəndəliyindən arayışda təqdim edilmişdir ki, torpaın vergisini İlqar ödəyir və İlqar istifadə edir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək göstərdi ki, o mərhum Dilarənin kürəkəndir. Qəndaf onun həyat yoldaşıdır. Dilarə rəhmətə gedən zaman oğlu olmadığına görə onu onlar öz evlərində götürmüş və qaynanası Dilarə evi oğlu olmadığına görə vəsiyyətnamə ilə ona vermişdir. Dilarənin digə qızı iddiaçı İlqarın anası Tamella şəhərdə “Firuzə” restoranının yanında yaşamışlar və evləri pis vəziyyətdə olduğundan o onlara gəlib analarının evində yaşamasını bildirmişdir. Bundan sonra onlar bir neçə il həmin evdə yaşadıqdan sonra baldızı Tamella həmin evdə rəhmətə getmişdir. Ona həmin evlə bağlı vəsiyyətnamə verilsə də o həmin evdə yaşamamış və heç bir sənədləşmə aparmamışdır. Hazırda da onun İlqarın payının müəyyən edilməsi ilə bağlı heç bir etirazı yoxdur. Əlavə olaraq bildirdi ki, Dilarənin övladları rəhmətə getmiş, Nailə isə Qazaxda xəstəxanadadır və onun huşu olmamaqla, özünü bilmir. Ev İlqar tərəfindən qəbul edilmiş və həmin evdə İlqar yaşayır, hazırkı iddia ilə bağlı heç bir narazılıqları yoxdur, bununla bağlı razılıq ərizələri də yazmışlar. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək göstərdi ki, evin İlqara verilməsinə onların heç birinin narazılıqları yoxdur və iddia tələbi ilə razıdırlar. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Maraqlı şəxs1 iddianı qəbul edərək göstərdi ki, İddiaçı onun qardaşdır. Uzun müddətdir ki, məhlədən köçərək həmin evə gəlmişlər. Hazırda da həmin evdə qardaşı ilə yaşayırlar. Miras əmlakdan pay istəmirlər və evin qardaşına qalmasını istəyirlər. Əlavə olaraq bildirdi ki, onlar bir bacı-qardaşdırlar. Nənələri rəhmətə gedən vaxtdan onlar nənələrindən qalan evdə yaşayırlar. Hazırda ataları Morulda həmin evdə yaşayır. Mirasın qardaşının adına sənədləşməsini istəyir və bununla bağlı ərizə də yazmışdır. Nənəsindən qalmış miras əmlakın qardaşının adına keçməsinə heç bir narazılığı yoxdur. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, məhkəmə iclasında müəyyən olunan halları və mülki işdə olan sübutları tədqiq edib məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixli Vəsiyyətnamədən görünür ki, Göygöl (Xanlar) r-n Əzizbəyov kəndində yaşayan X3 (Xanlar) r-n Əzizbəyov kəndində yerləşən evini Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş 3-165/6-13-V-19-6/04 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Göygöl rayon notariat ofisində 14 mart 2002-ci il tarixdə 2V-1-15 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Həmin vəsiyyətnamənin xx.xx.2024-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 05/09İS/027232-25 saylı arayışdan görünür ki, X24 xx.xx.1930-cu ildə Göygöl rayonu, Əzizbəyovda doğulmuş (xx.xx.2022-ci ildə ölmüşdür). Ailə tərkibi əri X52 (xx.xx.1963-cü ildə ölüb), qızı X19, qızı X30, qızı Cavabdeh2, qızı X20, qızı X28 (xx.xx.1956-cı ildə ölüb), qızı Maraqlı şəxs2. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 184405 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Xanlar Rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, AZ seriyalı, 004792 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Xanlar rayonu, Tülallar kənd Sovetliyi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli, İİ-ЖГ seriyalı, 435681 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X29 ilə X25 xx.xx.1983-cü ildə nikahlarını rəsmiləşdirmişlər, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada isə Məmmədova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş АЗ seriyaı, ******* nömərli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X26 xx.xx.1956-cı ildə Kirovobad şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş АЗ seriyaı, ******* nömərli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X21 xx.xx.1954-cü ildə Kirovobad şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 376 saylı arayışdan görünür ki, X28 xx.xx.1995-ci ildə Göygöl rayonu Hacıməlik qəsəbəsində ölmüşdür. İş materiallarına əlavə edilmiş Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 375 saylı arayışdan görünür ki, X19 xx.xx.1995-ci ildə Göygöl rayonu Hacıməlik qəsəbəsində ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Göygöl rayon notariat ofisinin 08 iyul 2025-ci il tarixli, 351 nömrəli İddiaçı ünvanlanmış məktubda xx.xx.2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, miras qoyanla qohumluq münasibətlərini sübut edən sənədləri təqdim edə bilmədiyindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinini mümkün olmadığı göstərilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi ona tövsiyyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Xanlar Rayon Tülallar kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1984-cü il tarixli, AZ seriaylı, 283724 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1984-cü il tarixdə Xanalar rayonu, Tülallar kəndində doğulmuşdur. X6, anası X13r. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-162F Kod 50800016 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat komissiyasının 20 noyabr 1997-ci il tarixli 17 saylı qərarı ilə X16 və Maraqlı şəxs2 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-548 Kod 50800016 nömrəli Dövlət aktının surətindən görünür ki, Xanlar rayon Aqrar İslahat komissiyasının 20 noyabr 1997-ci il tarixli 17 saylı qərarı ilə X16 və Maraqlı şəxs2 0,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş X29 tərəfindən məhkəməyə reyestrdə 8İ-4965 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş arvadı X8 ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, qəbul etmək niyyəti yoxdur və gələcəkdədə bununla bağlı heç bir iddia qaldırmayacaq. Mirası faktiki olaraq idarə etməmiş və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. Notarius tərəfindən ona izah olunmuşdur ki, ərizəni ləğv edə və geri götürə bilməz. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. İş materiallarına əlavə edilmiş X5 xx.xx.2025-ci il tarixli, 1153 saylı məktundan görünür ki, Göygöl (Xanlar) Rayon Hacıməlik kənd sakini xx.xx.1960-cı il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2004-cü il tarixdən Qazax Psixiatriya xəstəxanasında qeydiyyatdadır və hal– hazıra qədər xəstəxanada stasionar müalicədədir. D – Z: F71.1.-qulluq və müalicə tələb edən orta dərəcəli əqli gerilik (öz fikirlərini sərbəst şəkildə ifadə edə bilmir) İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Hacıməlik qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 308 saylı arayışda İddiaçı X4 01 aprel 2002-ci il tarixdə vəfat etdikdən sonra İlqarın anası mərhumun qızı X18 mirası qəbul etmiş və 25 aprel 2007-ci ilə kimi vəfat edənədək həmin ünvanda ailə üzvləri ilə birgə yaşamış hal-hazırda miras əmlakı İddiaçı faktiki qəbul etməsi və orada yaşaması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Hacıməlik qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 310 saylı arayışda İddiaçı xalası eyni zamanda nənəsi X17 və babası X34 övladı X11 21 iyul 1951-ci ildə Gəncə şəhəri, Hacıməlik qəsəbəsində anadan olduğu, qəsəbə sakinlərinin və özlərinin deməsinə görə iki ay yaşadıqdan sonra vəfat etməsi və qəsəbə qəbristanlığında babasının yanında dəfn edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl rayon İHB-nın Hacıməlik qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 660 saylı arayışda X12 xx.xx.2002ci il tarixdə ölmüş və ölən günədək Göygöl rayon Hacıməlik qəsbəsində ölüb yaşamışdır. Ölümündən sonra qızı Cavabdeh2, qızı X35 (vəfat edib), qızı X25 (vəfat edib), qızı Cavabdeh2 Nailə qızı adlı ailə üzvülərinin olduğu, mərhumun ölən günə kimi həmin ailə üzvüləri ilə birgə yaşadığı, valideyinlərindən sağ qalanın olmadığı göstərilmişdir. Mülki iş üzrə cavabdeh Həsənova (Verdiyeva) Qəndaf Nəbi qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, İddiaçı ona qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halhazırda iddia tələbini qəbul edir və anası X9 miras qalan əmlaklardan (torpaq sahələrindən) ona çatan payın İddiaçı verilməsinə heç bir etiraz etmir. Qeyd etdikərinin nəzərə alınıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, İddiaçı ona qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda iddia tələbini qəbul edir və qaynanası X9 miras qalan əmlaklardan (torpaq sahələrindən) ona çatan payın İddiaçı verilməsinə heç bir etiraz etmir. Qeyd etdikərinin nəzərə alınıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, İddiaçı ona qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda iddia tələbini qəbul edir və X4ndan miras qalan əmlaklardan (torpaq sahələrindən) ona çatan payın İddiaçı verilməsinə heç bir etiraz etmir. Qeyd etdikərinin nəzərə alınıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, miras qoyan X24 ilə X36 birgə nikahlarından X19, X25, Cavabdeh2, X27, X28 və Maraqlı şəxs2 adlı 6 uşaqları olmuşdur. X1 xx.xx.2007-ci ildə, X28 xx.xx.1995-ci ildə, X19 xx.xx.1995-ci ildə, X20 1951-ci ildə vəfat etmişlər. Həmçinin X5 xx.xx.2025-ci il tarixli, 1153 saylı məktubundan müəyyən edilmişdir ki, Göygöl (Xanlar) Rayon Hacıməlik kənd sakini xx.xx.1960-cı il təvəllüdlü Maraqlı şəxs2 xx.xx.2004-cü il tarixdən Qazax Psixiatriya xəstəxanasında qeydiyyatdadır və hal–hazırda qədər xəstəxanada stasionar müalicədədir. D – Z: F71.1.-qulluq və müalicə tələb edən orta dərəcəli əqli gerilik (öz fikirlərini sərbəst şəkildə ifadə edə bilmir). Yuxarıda qeyd edilən sənədlərlə təsdiq olunur ki, hazırkı mülki iş üzrə mübahisəli mülk Göygöl (Xanlar) rayonu Hacıməlik qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi və Göygöl (Xanlar) rayonu Hacıməlik qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0.24 ha torpaq sahəsinin ½ hissəsi X9 miras qalmışdır. Hazırki iş üzrə miras qoyan Dilarə Həsənovanın 1-ci növbə vərəsələri X2 və Maraqlı şəxs2 mirası qəbul etmişlər. X2 1-ci növbə vərəsəsi İddiaçıdur. İş üzrə cavabdeh X37 və Maraqlı şəxs2 Dilarə Həsənovanın 1-ci növbə vərəsələri, Maraqlı şəxs1 isə Dilarə Həsənovanın vərəsəsi olmuş X8 1-ci növbə vərəsəsidir. X33 cavabdeh X14 evini vəsiyyət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, vərəsələr arasında X9 miras qalmış payların İddiaçı və Maraqlı şəxs2 tam hissədə payı müəyyən edilməsi ilə bağlı heç bir narazılıq yoxdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Maraqlı şəxs1 hər biri ayrı-ayrılıqda məhkəməyə ərizə tədqim edərək, onlara çatan payın İddiaçı verilməsinə heç bir etiraz etmir. Qeyd etdikərinin nəzərə alınıb iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmçinin X2nın əri X29 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş arvadı X8 ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etməmişdir, qəbul etmək niyyəti yoxdur və gələcəkdədə bununla bağlı heç bir iddia qaldırmayacaq. Mirası faktiki olaraq idarə etməmiş və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişdir. Notarius tərəfindən ona izah olunmuşdur ki, ərizəni ləğv edə və geri götürə bilməz. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. Məhkəmə hesab edir ki, mülki iş üzrə iddiaçı X8 vərəsəsi olması nəzərə alınmaqla hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci madəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1262-ci maddəsinin tələbinə görə əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1262-ci maddəsinin tələbinə görə əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmçinin həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki,Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz.Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273- 1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı hazırki mülki iş məhkəmənin icraatında olduğu müddətdə qəbul edildiyindən qeyd olunan iddia tələbləri üzrə mübahisələrə tətbiq edilməlidir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253-cü maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunanlara əsasən məhkəmə yekun olaraq nəticəyə gəlir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməli, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-162F, Kod 50800016 nömrəli Şəhadətnamə ilə Göygöl (Xanlar) rayonu Hacıməlik qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin və Torpağa Mülkiyyət Hüququna dair JN-548, Kod 50800016 nömrəli Dövlət Aktı ilə Göygöl (Xanlar) rayonu Hacıməlik qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0.24 ha torpaq sahəsinin mərhum X9 miras qalmış ½ (ikidə bir) hissəsindən ibarət miras əmlakların birinci növbə vərəsələr Maraqlı şəxs2 ½ (ikidə bir) hissədə və X2nın ½ (ikidə bir) hissədə payları müəyyən edilməlidir. Həmçinin Torpağın Mülkiyyətə Verilməsinə dair JN-162F, Kod 50800016 nömrəli Şəhadətnamə ilə Göygöl (Xanlar) rayonu Hacıməlik qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən və Torpağa Mülkiyyət Hüququna dair JN-548, Kod 50800016 nömrəli Dövlət Aktı ilə Göygöl (Xanlar) rayonu Hacıməlik qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0.24 ha torpaq hissəsindən ibarət miras əmlaklarda X2na çatacaq ¼ (dörtdə bir) hissədə miras əmlaklardakı payı onun birinci növbə vərəsəsi İddiaçı tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə almışdır ki, Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-162F, Kod 50800016 nömrəli Şəhadətnamə ilə Göygöl (Xanlar) rayonu Hacıməlik qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin və Torpağa Mülkiyyət Hüququna dair JN-548, Kod 50800016 nömrəli Dövlət Aktı ilə Göygöl (Xanlar) rayonu Hacıməlik qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0.24 ha torpaq sahəsinin mərhum X9 miras qalmış ½ (ikidə bir) hissəsindən ibarət miras əmlakların birinci növbə vərəsələr Maraqlı şəxs2 ½ (ikidə bir) hissədə və X2nın ½ (ikidə bir) hissədə payları müəyyən edilsin. Torpağın Mülkiyyətə Verilməsinə dair JN-162F, Kod 50800016 nömrəli Şəhadətnamə ilə Göygöl (Xanlar) rayonu Hacıməlik qəsəbəsində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən və Torpağa Mülkiyyət Hüququna dair JN-548, Kod 50800016 nömrəli Dövlət Aktı ilə Göygöl (Xanlar) rayonu Hacıməlik qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0.24 ha torpaq hissəsindən ibarət miras əmlaklarda X2na çatacaq ¼ (dörtdə bir) hissədə miras əmlaklardakı payı onun birinci növbə vərəsəsi İddiaçı tam hissədə payı müəyyən edilsin. Məhkəmə xərci ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıların özlərinə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar