Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(066)-642/2025 22.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, iddiaçı X1 və nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneənin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneənin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha (reyestr nömrəsi: **********6) torpaq sahəsində yerləşən fərdi yaşayış evinin texniki ölçülərin götürülməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmçinin onun Göygöl rayonı, Qızılca kəndində yerləşən 0.12 ha (reyestr nömrəsi: **********6) torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə maneəsiz giriş-çıxışın təmin olunmaqla azyaşlı qızı 01 iyun 2009-cu il təvəllüdlü X2 birlikdə həmin evə köçürülməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İsmayıl oğlu ilə 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarıdan 01 iyun 2009-cu il tarixində X6, 05 yanvar 2011-ci ildə X7, 09 iyul 2015-ci il tarixində isə X5 dünyaya gəlmişlər. Lakın sonradan şəxsi münasibətlərinin pozulması səbəbindən ayrılmaq qərarına gəlmişlər. Gəncə Şəhər Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(125)-7370/2023 saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Rəsmi nikaha daxıl olduqdan sonra cavabdehlə birlikdə Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində təsdiq olunmuş 04 may 2015-ci il tarixli 4Ə-1288 reyestr № li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsini almışlar. Həmin torpaq sahəsini aldıqdan sonra onun üzərində ev tikdirərək ayrılana kimi bu evdə yaşamışlar. Daşkəsən Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli e-2(030)- 267/2024 saylı qətnaməsinə əsasən qeyd edilən torpaq sahəsinin ½ hssəsinə payının müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra müraciəti əsasında sözügedən torpaq sahəsinin ½ hissəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin torpağa dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, onun üzərində birgə nikah dövründə inşa etdirdikləri fərdi yaşayış evi bu günə kimi qeydə alınmamışdır. Cavabdeh1 hazırda valideynləri olan digər cavabdehlər, atası Cavabdeh2 və anası Cavabdeh3 ilə birlikdə (onlar ayrıldıqdan sonra orada yaşamağa başlamışlar) bu evdə yaşayırlar və onu evə buraxmırlar. Ona görə də torpaq sahəsinə dair mülkiyyət hüquqlarını rəsmiləşdirdikdən sonra müvafiq sənədləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinə təqdim edərək torpağın üzərində inşa edilmiş fərdi yaşayış evinin də qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən texniki ölçülərin götürülməsi məqsədilə mülkdə müayinə baxışına maneçilik törətmələri səbəbindən ərizəsinə imtina edilmişdir. Ona görə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publİk hüquqi şöbəsi 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha (reyestr nömrəsi: **********61) torpaq sahəsində yerləşən fərdi yaşayış evinin texniki ölçülərin götürülməsinə cavabdehbr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmçinin onun Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha (reyestr nömrəsi: **********61) torpaq sahəsinə və onun üzərində inşa edilmiş tərdi yaşayış evinə maneəsiz, giriş-çıxışın təmin olunmaqla azyaşlı qızı 01 iyun 2009-cu il təvəllüdlü X2 birlikdə həmin evə köçürülməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı X4 iddia tələbini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, Ev 3 otaqdan, mətbəxdən və sanitar qovşaqdan ibarətdir. Həmin evdə 2023-cü ilin dekabr ayına kimi yaşamışlar. Evi 2015-ci ildən tikməyə başlamışlar və o evdən çıxarkən ev tam hazır olmuşdur. Onun uşaqları yetkinlik yaşına çatmamışdır. Qızının 16, oğlanlarının isə 14 və 10 yaşları vardır. O hazırda qızı Aysu ilə qeyd olunan evə köçmək istəyir. Hazırda cavabdehlər tərəfindən evin texniki ölçülərin götürülməsinə maneçəlik törədilir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı cavabdehlə 2008-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və birgə nikdahdan üç uşaqları anadan olmuşdur. Lakin sonradan münasibətləri korlanmış və 2023-cü ildə aralarında bağlanmış nikah pozulmuşdur. Tərəflər birgə nikdahda olduqları dövürdə 04 may 2015-ci il tarixdə Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi almışlar və həmin torpaq sahəsi alındıqdan sonra onun üzərində ev tikərək, ayrılanadək həmin evdə yaşamışlar. Daşkəsən Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən qeyd edilən torpaq sahəsinin ½ hssəsinə iddiaçının payı birgə nikah dövründə əldə edilmiş əmlak kimi müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin torpağa dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, onun üzərində birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evi qeydə alınmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinə torpağın üzərində inşa edilmiş fərdi yaşayış evinin də qeydiyyata alınması barədə müraciət edilmiş, lakin evdə yaşıyan şəxslər yəni cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən texniki ölçülərin götürülməsi məqsədilə mülkdə müayinə baxışına maneçilik törətmələri səbəbindən müraciət imtina edilmişdir. Əlavə olaraq bildirdi ki, tərəflər 2008-ci ildə ailə həyatı qurmuşlar, 2015-ci ildə torpaq alınmış və həmin torpaq sahəsində ev inşa edilmişdir. Hazırda cavabdehlər tərəfindən evin texniki ölçülərin götürülməsinə maneəçəlik törədilir. İddianı müdafiə edirlər və hesab edirlər ki, iddiaları əsaslıdır. Cavabdehlərdə bildirdilər ki, ölçmə işlərinin aparılmasına maeəçilik etmişlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, həmin ev oğlanlarınındır və evin bölünməsini istəmir. İddiaçı evə sənəd çıxarılmasını istəyir və onların iddiaçı ilə yaşamaları qeyri mümkündür. Qızı həmin evdə yaşamış və iddiaçı qızını aldadaraq aparmışdır. Əlavə olaraq bildirdi ki, onlar iddiaçı ilə 2008-ci ildə ailə həyatı qurmuşlar, 2015-ci ildə torpaq sahəsi alınmış, 2019-cu ildə ev tikilmiş və 2023-cü ilin dekabr ayına kimi evdə bir yerdə yaşamışlar. İddiaçı evdən dava nəticəsində getmişdir. Bundan sonra evə gəlmək istəməmişdir. Daşınmaz əmlakın iki nəfər işçiləri ölçü işlərinə görə gəlmiş və evin nöqtələrini vurub ölçü işləri aparılması üçün gəldiklərini bildirmiş, o isə razı olmadığını evin övladlarının olmasını bildirib onları qoymamışdır. Ev 3 otaqdan, mətbəxdən, zaldan, sanitar qovşaqdan və çardaqdan ibarətdir. Ölçmə işlərinə maneçəlik törətmişdir. Digər cavabdehlər İsrayıl onun atası və Etibar isə anasıdır və onlar müvəqqəti onlarla yaşayır. Qışda xoşbulaqda yaşayırlar yayda isə kəntdə yaşayırlar. Ölçmə işləri aparılarkən anası evdə olmuş maneəçilik törətməmiş, atası isə onun yanında olmuş və ölçmə aparılması ilə razılaşmamışdır. İddiaçı ona şər böhtanlar atır və onu polisə də vermişdir. Belə ki, o bəzi şəxslərin evlərində mühafizə kimi işləyir və iddiaçı gedib yalandan onların yanına gedərək güya oradan oğurluqlar etməsini bildirmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, qeyd olunan torpaq sahəsi onların üçünün yəni cavabdehlərin əziyyəti ilə alınmış və oğlu Kamalın adına rəsmiləşdirilmişdir ki, gələcəkdə yaşlanan da o da övladının yanında qalar. Oğlu və gəlini bir neçə il Xoşbulaqda kəntdə onların yanında qalmış, daha sonra Gəncə şəhərində, Yeni Gəncə qəsəbəsində birinci mərtəbədə aylıq 100 manata uşaqların məktəbə getməsi üçün kirayədə qalmışlar. O öz cibinin vəsaiti ilə iddiaçının atasının və əmilərini əli ilə evin damını hazırlatmış, bir otağını sazlatmış və suvatmış və onları gətirib evə yerləşdirmişdir. Həmin evdə qaz və işıq olmamış, özünə məxsus niva markalı avtomobillə onların odunlarını və suyunu daşımış, heyvan satdığı zaman oğluna pul vermişdir ki, evə bazırlıq etsin uşaqları ac qalmasın. Oğlu və gəlinin bir yerdə yaşaması qeyri mümkündür. Evin bir darvazası var və iddiaçı hardan girib-çıxasıdır. O tərəflərin boşanmaması üçün əvvəlcə gedib onu gətirmiş, lakin əmələ gəlməmişdir. Ona görə də tərəflərin bir yerdə yaşaması qeyri-mümkündür və bunun sonu faciə ilə sonlancaq. Həmçinin birgə nikahdan olan uşaqlar da analarını qəbul etmir və onun özünə də o adda analarının olmamasını bildirmişdir. Həmin torpaq sahəsi onların vəsaiti əsasında alınmış və evin dam hissəsini də o bağlatdırmışdır. Əlavə olaraq bildirdi ki, daşınmaz əmlakın işçiləri gələrkən evdə olubolmamasını xatırlamır. Daşınmaz əmlakın işçilərinin gəlib ölçmə işlərinin aparmasına ona görə narazıdır ki, tərəflərin birgə yaşamaqları qeyri-mümkündür. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, digər cavabdehlərin dedikləri ilə razıdır. İddianın rədd edilməsini istəyir və iddiaçının evə köçməsini istəmir. İddiaçının danışığı, dili və həyasızlığı ilə özü-öz evini dağıtmışdır. İddiaçının köçüb o evdə yaşamasını istəmir. Belə ki iddiaçı həmin evə gələrsə qan düşəcəkdir. Əlavə olaraq bildirdi ki, onlar yayda Xoşbulaq kəndində qalırlar, qışda isə qeyd olunan evdə yaşayırlar. Daşınmaz əmlakın işçiləri gələrkən o evdə olmuş, lakin onlara heç bir maneəçilik göstərməmişdir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildə anadan olmuş və Azərbaycan Respublikasının vətandaşıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-Ə-954/2024 saylı arayışın sürətindən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə Daşkəsən rayonunda anadan olmuşdur. Bu barədə xx.xx.2011-ci il tarixdə Daşkəsən rayon qeydiyyat şöbəsində 82№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh1, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-Ə-955/2024 saylı arayışın sürətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə Daşkəsən rayonun Xoşbulaq kəndində anadan olmuşdur. Bu barədə xx.xx.2011-ci il tarixdə Daşkəsən rayon qeydiyyat şöbəsində 83№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh1, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-Ə-953/2024 saylı arayışın sürətindən görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.2015-ci il tarixdə 1 saylı Gəncə Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 3802№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh1, anası isə İddiaçıdır. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-7370/2023 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh1 və İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndələiyində bağlanmış 08 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(030)-335/2024 nönrəli qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 İddiaçı himayəsinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)-267/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 may 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, RX Seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydiyyata alınmış Göygöl rayonu Qızılca kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsi üzərində İddiaçı payının müəyyən olunması qət edilmişdir. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarın sürətindən görünür ki, xx.xx.2025-cil il tarixdə Göygöl rayonu, Yeni Qızılca kəndində yaşayan İddiaçı AR DİN-in 102 xidmətinə zəng edərək, qaynanası, qaynatası və baldazının evini ondan almaq istəmələrindən şikayət etməsini, qaynatasının onu döydüyünü bildirmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu Qızılca kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaq torpaq sahəsinin ½ (ikidə bir) hissəsi üzərində İddiaçı payı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş “Təmas” X8 Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 128 saylı arayışda İddiaçı “Təmas”RİİB-nin nəzdində fəaliyyət göstərən “İnsan alveri və potensial insan alveri qurbanlarına xidmət edən Regional Reablitasiya-Reinteqrasiya Mərkəzində (Sığınacaq)” yaşadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 21-3-33/2-2755/2025 nömrəli daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə İddiaçı ünvavlanmış bildirişdən görünür ki, Göygöl rayonu, Qızılca kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi İdarəsində baxılmış, fərdi yaşayış evi üzərində mübahisə olduğu və müayinə baxışına şərait yaradılmadığı üçün ərizənin icrasının mümkün olmadığı göstərilmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı və Cavabdeh1 arasında xx.xx.2008-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndələiyində 08 saylı akt qeydi ilə nikah bağlanmış, onların birgə nikahlarından üç uşaqları X6, X7 və X5 doğulmuşdur. Tərəflər birgə ailə münasibətində birlikdə yaşadıqları dövrdə 2015-ci ildə Göygöl rayonu Qızılca kəndində yerləşən 0,12 ha torpaq sahəsi almışlar və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etməyə başlamışlar və fərdi yaşayış evinin tikintisi 2019-cu ildə başa çatmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-7370/2023 nömrəli qətnaməsini ilə Cavabdeh1 və İddiaçı arasında xx.xx.2008-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndələiyində bağlanmış 08 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması qət edilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(030)-335/2024 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X3 İddiaçı himayəsinə verilməsi qət edilmiş, Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(030)-267/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı birgə nikah dövründə əldə olunmuş əmlaka payın müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 may 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli, RX Seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydiyyata alınmış Göygöl rayonu Qızılca kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsi üzərində İddiaçı payının müəyyən olunması qət edilmiş, bundan sonra “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********61 reyestr nömrəli çıxarışla Göygöl rayonu Qızılca kəndində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaq torpaq sahəsinin ½ (ikidə bir) hissəsi üzərində İddiaçı payı qeydə alınmışdır. İş üzrə iddiaçı torpağın üzərində inşa edilmiş fərdi yaşayış evinin də qeydiyyata alınması ilə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi idarəsinə müraciət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi iddiaçıya məktub göndərərək, Göygöl rayonu, Qızılca kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi İdarəsində baxılmış, fərdi yaşayış evi üzərində mübahisə olduğu və müayinə baxışına şərait yaradılmadığı üçün ərizənin icrasının mümkün olmadığını göstərmişdir. Bundan sonra iddiaçı X4 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneənin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşları tərəfindən mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha (reyestr nömrəsi: **********6) torpaq sahəsində yerləşən fərdi yaşayış evinin texniki ölçülərin götürülməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, həmçinin onun Göygöl rayonı, Qızılca kəndində yerləşən 0.12 ha (reyestr nömrəsi: **********6) torpaq sahəsinə və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə maneəsiz giriş-çıxışın təmin olunmaqla azyaşlı qızı 01 iyun 2009-cu il təvəllüdlü X2 birlikdə həmin evə köçürülməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddianın təmin edilməsini, cavabdehlər isə iddia tələbini qəbul etməyərək onların birgə yaşamalarının mümükün olmamasını bildirərək, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin mülkiyyətçinin yaşayış sahəsindən istifadə etməsi ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Mülkiyyət hüququ əsas insan hüquq və azadlıqları sistemində, xüsusən də İnsan hüquqları haqqında ümumi Bəyannamənin 17-ci maddəsində və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya (Avropa Konvensiyasına) Əlavə (1 saylı) protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlar sırasında mühüm yer tutur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər (Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri). Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Eyni zamanda, Konstitusiyanın 29-cu maddəsinin Vİ hissəsində müəyyən edilmişdir ki, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Mülki Məcəllənin 6-cı maddəsi mülki qanunvericiliyin mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsiplərini təsbit etmişdir. Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimlənmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Qanunvericilikdə yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası vardır (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Eyni zamanda, yaşayış binasından istifadə hüququnun əmələ gəlməsi və ya xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Bundan başqa, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti kimi vəzifələri, eyni zamanda onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin olunması üçün zəruri olan həddə məhdudlaşdıra bilər. Həmin Məcəllənin 9-cu maddəsinə görə mənzil hüquqlarının müdafiəsi, mənzil hüququnun tanınması, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması üsulu ilə həyata keçirilir. Həmin Məcəllənin 29.1-ci maddəsinin tələbinə görə isə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülki Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Məhkəmə iddia tələbinin dəlilləri ilə bağlı qeyd edir ki, ər-arvad olan iddiaçı və cavabdeh birgə nikah dövründə alınmış torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər və fərdi yaşayış evi dövlət qeydiyyatına alınmasa da, torpaq üzərində hər birinin mülkiyyət hüquqları ½ hissədə payları dövlət qeydiyyatına alınmışdır, onların hər ikisinin və onların ailə üzvlərinin torpaq sahəsindən və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən birgə istifadə etmək hüquqları vardır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının və azyaşlı övladının yaranmış mübahisə nəticəsində müəyyən müddətə məcburiyyət qarşısında, mənzildən çıxarılması, onun daimi yaşamaq üçün köçüb yaşadığı mübahisəli mənzilə olan hüququnun itirilməsi üçün əsas ola bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********61 olan çıxarışla İddiaçı ½ hissədə mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinin texniki ölçülərinin götürülməsinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, həmçinin “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********61 olan çıxarışla İddiaçı ½ hissədə mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə maneəsiz giriş-çıxış təmin olunmaqla İddiaçı və xx.xx.2009-cu il təvəllüdlü qızı X2 birlikdə köçürülməlidirlər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi verərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunu cavabdehlərdən tələb etmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********61 olan çıxarışla İddiaçı ½ hissədə mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinin texniki ölçülərinin götürülməsinə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin əməkdaşlarına edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2025-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın reyestr nömrəsi **********61 olan çıxarışla İddiaçı ½ hissədə mülkiyyətində olan Göygöl rayonu, Qızılca kəndində yerləşən 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə maneəsiz giriş-çıxış təmin olunmaqla İddiaçı və xx.xx.2009-cu il təvəllüdlü qızı X2 birlikdə köçürülsünlər. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №e-2(066)-642/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №e-2(066)-642/2025
22.07.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver