Məhkəmə qərarları › İş №e-2(066)-715/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №e-2(066)-715/2025

01.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(066)-715/2025 01.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ X1 iclas katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdeh Göygöl rayon “8 Mart” ümumi orta məktəbinin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh “8 Mart” kənd ümumi orta məktəbinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və əmrin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi və xx.xx.2017-ci il tarixli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək, iddianın baxılmadan saxlanılmasını, sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh Göygöl rayon “8 Mart” ümumi orta məktəbinin nümayəndələri Nümayəndə2 və Nümayəndə3 ərizənin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh “8 Mart” kənd ümumi orta məktəbinə qarşı “əmək müqaviləsinin etibarsız hesab edilməsi və əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar