Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-1028/2024 15.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi İclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçı iddianın əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblərə aid olmasını və rüsum ödəməkdən azad olunasını istinad etsə də, görünür ki, iddia tələbi maddi ziyanın vurulması nəticəsində pul tələbi ilə əlaqədar tərtib olunmuşdur. Beləliklə iddiaçı tərəfindən müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Məhdud Məhsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah olunur ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-1028/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-1028/2024
15.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver