Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1225/2024 20.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya İddiaçı MMC-ə vurduğu maddi ziyana görə 3189 manat (üç min yüz manat səksən doqquz) manat 97 qəpik, mediasiya xərcləri üçün ödənilən 60 manat və iddiaçı tərəfindən ödənimiş 2 (iki) manat dövlət rüsumunun, cəmi 3251.97 (üç min iki yüz əlli bir manat) 97 qəpik pul vəsaitinin Cavabdeh tutulub İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq “Mağaza meneceri” vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdehlə eyni tarixdə tam maddi məsuliyyət və kommersiya sirrinin qorunması haqqında müqavilə də bağlanmışdır. Cavabdeh, Cəmiyyətin ünvan 1 ünvanında yerləşən “ELİT OPTİMAL” adlı mağazada (“Mağaza”) mağaza meneceri olaraq fəaliyyət göstərmişdir. 08.xx.xx.2023-cü tarixli “Yoxlama sayım Akt”ı əsasında cavabdeh malları Mağazada təhvil almışdır. 08 noyabr 2023-cü il tarixdə Mağazada sayım yoxlaması aparılacağı barədə Cavabdehə məlumat verilmiş və həmin yoxlamada o da iştirak etmişdir. 08 noyabr 2023-cü il tarixdə Mağazada aparılmış yoxlamaının nəticələrinə əsasən Cavabdehin müdir olduğu dövr üzrə Mağazada xx.xx.2023-cü il tarixə 2629.97 manat məbləğində aşağıda təsvir olunan 3 adda malların çatışmazlığı müəyyən olunmuşdur: HP ProBook 450 G9 (6S7G4EA), saç düzləşdirici Babyliss ST298E 235, Acer Aspire A315-59-38U6 (NX.K6TER.006). Bununla bağlı həmin tarixdə Cavabdehin izahatı alınmış, lakin o izahatında çatışmayan mallarla bağlı heç bir məlumatının olmasını bildirmişdir. Bundan əlavə, müştəri X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin şikayəti araşdırılarkən məlum olmuşdur ki, cavabdeh 560 manatı müştəriyə qaytarmaq üçün xx.xx.2023-cü il tarixdə kassadan məxaric etsə də, həmin 560 manatı müştəri Fərman İsmayılova ödəməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli izahatında bu faktı etiraf etmişdır. Əlavə olaraq, Fərman İsmayılova xx.xx.2024-cü il tarixdə bağlanmış “Alqı-satqı müqavilə”si əsasında iddiaçı tərəfindən Fərman İsmayılova 559.99 manat ödənilmişdır. Beləliklə, cavabdeh iddiaçıya 3189,97 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin ziyanın könüllü surətdə İddiaçıya qaytarılması ona təklif edilsə də Cavabdeh bundan imtina etmişdir. İş üzrə iddiaçı tərəf məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, yoxlama zamanı cavabdehin hesabında çatışmazlıq aşkar olunmuşdur. 08 sentyabr və 11 sentyabr tarixli aktlarla mallar cavabdehə təhvil verilmişdir. 2629 manatdan əlavə 560 manat mənimsəmə faktı da olmuşdur. Adətən 3 ayda bir dəfə yoxlama aparılır. Cavabdeh cəmi 3 ay işləyib. Cavabdehin hesabında çatışmazlıq olması barədə cavabdehə məlumat verilmişdir. Müşahidə kameralarında görüntülər 3 ay saxlanılır. Cavabdehin izahatında göstərdiyi qaytarılan malın sahibi cavabdehin qohumu olub. Qaytarılan 560 manat pul üçün əvvəlcə izahat versə də, hazırda pulun onda olmasını bildirir. Bu hal da əsas verir ki, çatışmayan mallara dair cavabdehin əlaqəsi var. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq “Mağaza meneceri” vəzifəsinə işə qəbul olunmuşdur. Mağazada 2 ədəd Nootbook yoxa çıxıb, onun üzərinə ziyan hesablanıb. Həmin əmlaklar “Wifi” xidmətinə qoşulan qurğulardır. İzlənmə ilə qurğuların istifadəçisi müəyyən edilə bilər. Şirkət bunu etməyərək asan yolu menecerin, yəni onun üzərinə ziyan hesablamaqda tapmışdır. Müştəri 920 manata Nootbook alıb 3-4 gün sonra qaytarmışdır ki, işləmir. Bu barədə şirkətə məlumat vermişdir. Ona bildirmişlər ki, əmlak servizə göndərilib yoxlanmalıdır. Servizdən yoxlanıb qaytarılmışdır ki, saz vəziyyətdədir. Müştəri ilə mübahisə yaranmış, müştəriyə 560 manat qaytarılması qərara alınmışdır. Müştəri həmin pulu almaqdan imtina etmiş, həmin məbləği kassada saxlamaq imkanı olmadığından pulu özündə saxlamışdır. Və qaytarmağa hazırdır. Malların yoxa çıxması barədə isə şikayət etmək istəmiş, şirkətdən bildirmişlər ki, şikayət olarsa şirkətin imicinə xələl gələcək. Mağazanın əməkdaşları dəvət olunsun, əmlakları kimin aparılması aydınlaşdırılsın. Yoxlama aktında da məlumat vermişdir ki, oğurlanmış əmlaklar barədə məlumatı yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq “Mağaza meneceri” vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdehlə eyni tarixdə tam maddi məsuliyyət və kommersiya sirrinin qorunması haqqında müqavilə də bağlanmışdır. -xx.xx.2024-cü il tarixli 19/K saylı əmrdən görünür ki, “XAÇMAZ MAĞAZASİ” bölməsində “Mağaza meneceri” işləyən Cavabdeh ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2“a” (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. -xx.xx.2024-cü il tarixli mediasiya arayışından müəyyən olunur ki, tərəflər X1 iştirak etmişlər. - Cavabdeh izahatından məlum olur ki, cavabdeh müştəriyə qaytarılacaq 560 manat onun tərəfindən götürülmüş, pul qalığı təhvil-təslim zamanı müştəriyə kassadan ödənilmişdir. xx.xx.2023-cü il tarixli məxaric olunmuş 560 manatın özündə olduğunu etiraf ermişdir. Cavabdeh izahatında həmin məbləğin son hesabından çıxmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “mağaza meneceri” vəzifəsinə işə qəbul olunmuş, onunla həmin tarixdə tam maddi məsuliyyət və kommersiya sirrinin qorunması haqqında müqavilə də bağlanmışdır. 08 noyabr 2023-cü il tarixdə Mağazada aparılmış yoxlamanın nəticələrinə əsasən cavabdehin müdir olduğu dövr üzrə 2629.97 manat məbləğində 3 adda malların çatışmazlığı müəyyən olunmuşdur. Bununla bağlı həmin tarixdə Cavabdehin izahatı alınmış, lakin o izahatında çatışmayan mallarla bağlı heç bir məlumatının olmadığını bildirmişdir. Bundan əlavə, müştəri X3 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin şikayəti araşdırılarkən məlum olmuşdur ki, cavabdeh 560 manatı müştəriyə qaytarmaq üçün xx.xx.2023-cü il tarixdə kassadan məxaric etsə də, həmin 560 manatı müştəri Fərman İsmayılova ödəməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli izahatında bu faktı etiraf etmişdır. Əlavə olaraq, Fərman İsmayılova xx.xx.2024-cü il tarixdə bağlanmış “Alqı-satqı müqavilə”si əsasında iddiaçı tərəfindən Fərman İsmayılova 559.99 manat ödənilmişdır. Beləliklə, cavabdeh iddiaçıya 3189,97 manat məbləğində maddi ziyan vurmuşdur. İddiaçı ziyanın ödənilməsini tələb edir, cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddəsinə əsasən:
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən:
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən:
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 195-ci maddəsinə əsasən: İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdehnın Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçınə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçınə ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3189 manat və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğində vəsait Cavabdeh tutularaq "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 3189 manat məbləğində pul və mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 60 manat məbləğində pul və 2 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aynur Əliyeva