Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-123/2024 09.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh1 Əmrah qızının və Cavabdeh2 Əmrah qızının nümayəndəsi Nümayəndə1, Cavabdehlər Cavabdeh1 Əmrah qızının və Cavabdeh2 Əmrah qızının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əmrah qızına, Cavabdeh2 Əmrah qızına, DƏDRXnın 5 saylı Ərazi İdarəsinə və Xaçmaz Rayon 1 saylı Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, mərhum həyat yoldaşı X16, habelə mərhum qaynatası X11 və mərhum X1ndan miras qalmış Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən fərdi yaşayış evinə və 0.31 ha həyətyanı torpaq sahəsinə, eləcə də JN 216 saylı, 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Xaçmaz rayonu Susayqışlaq kəndində 0,83 ha pay torpaqlarına münasibətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməklə, mirasda payların müəyyən edilməsi, Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2V-1513 nömrə və 2V-1514 nömrə ilə reyestrdə qeydə alınmış X21 Şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində **********95 nömrə ilə qeydə alınmış hüquqların dövlət qeydiyyatına dair Çıxarışların ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsi mərhum X1, mərhum X18na məxsus olmuşdur. Onların hüquqları torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan başqa qaynatası X17 və X1na 0,83 ha pay torpaq sahəsi məxsus olmuş, hüquqları torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Bundan başqa həyətyanı torpaq sahəsinin üzərində 1968-ci ildə tikilmiş yaşayış evi vardır və həmin ev mərhum qaynatası X13 adına qeydiyyata alınmış və adına qeydiyyat vəsiqəsi işlənmişdir. Həmin evdə hazırda o, hazırki iş üzrə İddiaçı İqrar Osmanovdan doğulmuş qızı Zəhra ilə birlikdə yaşayır. X6 xx.xx.2000-ci ildə, X12 xx.xx.2017-ci ildə vəfat etmişlər. Əmir Osmanovun və Aybikə Osmanovanın vəfatından sonra birinci növbəli vərəsə olan əri İqrar Osmanov qeyd olunan mülkdə yaşamaqla, eləcə də qardaşı Etibar Osmanov ilə atalarından qalan pay torpaqlarını əkib becərməklə mirası faktiki qəbul etmişlər. Qaynatası və qaynanasının ölümündən sonra mirasi onun 1-ci dərəcəli vərəsələrindən olan İqrar Osmanov qəbul etmişdir. X42 xx.xx.2019-cu il tarixdə vəfatından sonra qanunda nəzərdə tutulmuş qaydada və müddətdə mirasın qəbul edilməsi üçün notariat orqanına rəsmi müraciət etməmişdir, lakin buna baxmayaraq İqrarla birlikdə həmin torpaqları əkib becərmiş, həmin evdə yaşamışdır. Bu da onun mirası rəsmi qəbul etməsə də faktiki qəbul etməsini göstərir. Yuxarıda qeyd etdikləri işin faktiki hallarının sübutu kimi nəzərə çatdırır. Torpağa mülkiyyət hüququna dair JN 216 saylı 30222018 kodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X13 və X7 mülkiyyətinə 0,83 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 130F saylı 30222018 kodlu şəhadətnamədən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X7, X19 və X8 mülkiyyətinə 0,31 hektar torpaq sahəsi verilmişdir. Bundan əlavə fərdi yaşayış evinə dair hüquq müəyyənedici sənəd 1988-ci il tarixli, inventar nömrəsi 196, reyestr nömrəsi 269 olan texniki pasportdan və 269 reyestr nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Xaçmaz rayonu Susayqışlaq kəndində fərdi yaşayış evinə dair X13 hüquqları rəsmi qeydiyyata alınmışdır. X23 1940-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra onun ailə tərkibi aşagıdakı kimi olmuşdur. X36, qızı Gülxar Osmanova, oğlu Etibar Osmanov, qızı Gülbəniz Osmanova, nəvəsi Zəhra Osmanova. Ölümündən sonra evi və təsərrüfatı mərhumun oğlu onun X18 və sonuncunun həyat yoldaşı kimi o, yəni İddiaçı idarə etmişlər. X1 1960-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Onun da ailə tərkibi yuxarıda qeyd etdiyi kimi olmuşdur. Ölümündən sonra evi və təsərrüfatı mərhumun oğlu, onun isə əri olan X34 öz həyat yoldaşı, yəni onunla İddiaçı ilə idarə etmişdir, İqrarın ölümündən sonra isə həmin təsərrüfatları o, idarə etməyə davam edir. Qeyd olunanlardan göründüyü kimi iddianın predmeti olan miras əmlaklar ilk olaraq iddiaçının əri tərəfindən faktiki olaraq qəbul edilmiş, onun vəfatından sonra isə iddiaçının özü tərəfindən faktiki olaraq qəbul edilmişdir. X18 ilə xx.xx.2012-c il tarixdə onun nikahı rəsmi qeydə alınmış və nikahından xx.xx.2013-cü il tarixdə bir övladı (X28) anadan olmuşdur. Eyni zamanda X42 birinci həyat yoldaşı da olmuşdur və ölmüşdür. İqrarın əvvəlki həyat yoldaşından Aidə və Aynur adlı iki qızı da doğulmuşdur. Həmin qızların (Aidə və Aynur Osmanovların ona qarşı yəni İddiaçı qarşı) iddia tələbinə Xaçmaz Rayon Məhkəməsində hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi ilə baxılmış, xx.xx.2020-ci il tarixdə 2(067)-1392/2020 saylı qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə iddia təmin edilmiş və məhkəmə qət etmişdir ki, X13 “269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən” mülkiyyətində olmuş Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən yaşayış evinin, JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7, X19 və X8 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsinin və JN 216 saylı 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X13 və X7 mülkiyyətinə verilmiş 0,83 ha torpaq sahəsinin iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən vərəsəlik qaydasında mirası əmlak şəklində qəbul etmələri faktı müəyyən edilsin. JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7, X19 və X8 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsindən mərhum X8 paylı mülkiyyətinə düşən 0,1033 ha torpaq sahəsinin - ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə isə Cavabdeh2 vərəsəlik hüququ tanınsın. JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7, X19 və X8 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsindən mərhum X19 paylı mülkiyyətinəvə miras payına düşən 0,12396 ha torpaq sahəsinin - ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə isə Cavabdeh2 vərəsəlik hüququ tanınsın. JN 216 saylı 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X13 və X7 mülkiyyətinə verilmiş 0,83 ha torpaq sahəsindən mərhum X19 miras payına düşən 1/5 hissənin, yəni 0,166 ha torpaq sahəsinin - ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə isə Cavabdeh2 vərəsəlik hüququ tanınsın. X2 “269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən” mülkiyyətində olmuş Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən yaşayış evindən mərhum X19 miras payına düşən 1/5 hissənin - 1/20 hissəsinə Cavabdeh1, 1/20 hissəsinə isə Cavabdeh2 vərəsəlik hüququ tanınsın. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qətnaməsi düzgün icra olunmadığından onların da hüquqlarını pozur və məhkəmə qətnaməsi əsasında Notarius tərəfindən verilmiş Vərəsəlik hüququna dair Şəhadətnamənin məhkəmənin müəyyən etdiyi paylara uyğun verilməməsi həmin şəhadətnamənin ləğv olunması üçün müraciət etməyinə əsas yaratmışdır. Qeyd olunanların izahı kimi Xaçmaz Rayon Məhkəməsinin (hakim Anar Sadıqov) 2(067)-1392/2020 saylı xx.xx.2020-ci il tarixli Qətnaməsi ilə - JN 216 saylı ********* saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mərhum qaynatası X23 və mərhum X1ndan miras qalmış 0.83 ha torpaq sahəsindən mərhum X18nun miras payına düşən 1/5 hissəsinin, yəni 0,166 ha torpaq sahəsinin ¼ hissəsinə sonuncunun vərəsələri Cavabdeh1 və ¼ hissəsinə Cavabdeh2 vərəsəlik hüququ tanındığı halda Aynur və Cavabdeh2ların adına verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışda hər birinə (Cavabdeh1 və Cavabdeh2) 2/8 hissə olmaqla hər birinin payı qətnamənin tələbləri pozulmaqla dövlət qeydiyyatına alınmışdır. Belə ki, həmin halda 0,83 ha torpaq sahəsinin yarısı bu iki bacının (Aynur və Aidə Osmanovların) mülkiyyətinə verilmiş olur ki, bu da onların vərəsə və mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Hesab edir ki, Xaçmaz şəhəri 1 saylı Notariat Ofisi tərəfindən miras qoyan X7 və X13 mülkiyyətində olan Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən 0.83 ha torpaq sahəsinə dair vərəsələr Cavabdeh2 və Cavabdeh2 adına xx.xx.2021-ci il tarixdə verilmiş reyestr nömrəsi 2V-1513 və 2V-1514 olan X21 Şəhadətnamələr, eləcə də, həmi X21 şəhadətnamələr əsasında qeydə alınmış **********95 reyestr nömrəli ÇİXARİŞ-lar ləğv olunmalı və məhkəmə qətnaməsi ilə müəyyən edilmiş qaydada vərəsələrin paylarına uyğun X21 şəhadətnamələrin verilməsi və həmin şəhadətnamələr əsasında hüquqları daşınmaz əmlakın dövlət qeydiyyatına alınmalıdır. İddiaçının nümayəndəsi Nümayəndə2 (Azərbaycan Respublikasının MPM-nin 53cü maddəsinə əsasən) məhkəməyə ərizə ilə müraciət edərək, ərizənin xahiş etdi hissəsini aşağıdakı redaksiyada qəbul etməyi xahiş etmişdir: JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən, mərhum həyat yoldaşı X16, habelə mərhum qaynatası X11 və mərhum X1ndan miras qalmış Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən fərdi yaşayış evinə və 0.31 ha həyətyanı torpaq sahəsinə, həmin torpaq sahəsi üzərində yerləşən 269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən fərdi yaşayış evinə münasibətdə, eləcə də, JN 216 saylı, 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Xaçmaz rayonu Susayqışlaq kəndində 0, 83 ha pay torpaqlarına münasibətdə onun və qanuni nümayəndəsi olduğu övladı xx.xx.2013-cü il təvəllüdlü X14 mirası faktiki qəbul etməsi və mirasda payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını, payların düzgün müəyyən edilməsi məqsədi ilə Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2V-1513 nömrə və 2V-1514 nömrə ilə reyestrdə qeydə alınmış X21 Şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında daşınmaz əmlakın dövlət reyestrində **********95 nömrə ilə qeydə alınmış hüquqların dövlət qeydiyyatına dair Çıxarışların ləğv olunması barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir və təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, JN 130F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X16, X11, X5 miras qalmış Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən fərdi yaşayış evinə və 0.31 ha həyətyanı torpaq sahəsinə, eləcə də JN216 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, Xaçmaz rayonu, Susayqışlaq kəndində 0,83 ha pay torpaqlarına münasibətdə mirasın qəbul edilməsi faktının müəyyən edilməklə mirasda payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Xaçmaz rayon 1 saylı Notariat Ofisi tərəfindən 25..11.2021-ci il tarixdə 2V-1513 nömrə və 2V-1514 nömrə ilə reysterdə qeydə X21 şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında çıxarışların ləğv olunmasını xahiş edir. Təqdim etdiyi sübutlardan da görünür ki, iddia əsaslıdır. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 Əmrah qızının və Cavabdeh2 Əmrah qızının nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, iddianı qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehlərin vəkili Vəkil2 izahatında göstərmişdir ki, iddianı qəbul etmirlər. Belə ki, Xaçmaz rayon Məhkəməsinin 4 noyabr 2021-ci il tarixli qətnaməsi var. Həmin qətnamənin qət etdi hissəsində mirasın qəbul edilmə faktı qeyd olunub. Paylar məhkəmə tərəfindən müəyyən olunub. Qarşı tərəf vurğulayır ki, şəhadətnamə alınarkən yanlışlığa yol verilib. Lakin belə bir şey yoxdur. İddia əsassız sayılır. İddianın rədd edilməsi xahiş edir. İştirak etdiyi məhkəmə iclasında dindirilən şahid X24 ifadəsində göstərmişdir ki, İddiaçı onun əmisinin yoldaşıdır. Hazırda Xaçmaz rayonu, Susayqışlaq kəndində yaşayır. Əmisi ilə nikaha daxil olandan həmin evdə yaşayır. 10 ildən çoxdur ki, evli olublar. O, toyları olan zaman hərbi xidmətdə olub. Əmisi rəhmətə gedib. Yas mərasimi də həmin evdə olub. Yas mərasimində də iştirak etmişdir. Yasdan sonra da Nargilə həmin evdə qızı ilə yaşayıb. Əmisinin başqa ailəsi də olub. Həmin evliliyindən iki qızı olub: Aynur və Aidə. Hazırda onlar ana babalarının evində yaşayır. Əmisi rəhmətə gedərkən əmisi qızları yasda istirak etməyiblər. İştirak etdiyi məhkəmə iclasında dindirilən şahid X29 ifadəsində göstərmişdir ki, İddiaçı qardaşının həyat yoldaşıdır. Hazırda Xaçmaz rayonu, Susayqışlaq kəndində yaşayır. O, da orada yaşayır. Xanım hazırda qızı ilə ata yurdunda yaşayır. İddiaçı nikaha daxil olandan həmin evdə yaşayır. Qardaşının rəhmətə getdiyi dəqiq tarixi unutmuşdur. Yas mərasimi də həmin evdə olub. Yas mərasimini də onlar özləri veriblər. Yasdan sonra da Nargilə həmin evdə yaşayıb. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş digər cavabdehlər DƏDRX-nın 5 saylı Ərazi İdarəsinə və Xaçmaz Rayon 1 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmişdir və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, tərəflərin izahatını, şahidlərinin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 216 saylı 30222018 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X13 və X7 mülkiyyətinə 0,83 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 130F saylı 30222018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X7, X19 və X8 mülkiyyətinə 0,31 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan 1988-ci il tarixli, inventar nömrəsi 196, reyestr nömrəsi 269 olan texniki pasportdan və DƏDRX-nin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə dair X13 adına 269 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X23 xx.xx.2000-ci ildə, X12 xx.xx.2017-ci ildə, X15 xx.xx.2009-cu ildə, X34 xx.xx.2019-cu ildə vəfat etmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X34 24 may 1969-cu ildə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X34 ilə X15 ilə xx.xx.1997-ci ildə nikaha daxil olmuşlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayon Susay-qışlaq kəndi ərazisində Cavabdeh2 xüsusi mülkiyyətində 0.83 ha torpaq sahəsi vardır.( X23, X12, Cavabdeh2, Cavabdeh1 hər birinin 2/8 hissə payı olmaqla) İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayon Susay-qışlaq kəndi ərazisində X13 xüsusi mülkiyyətində 0.31 ha torpaq sahəsi vardır. (Fərdi yaşayış evi X13 payı tam olmaqla, X12, X34, X8 hər birinin torpaq sahəsinə 1/3 hissədə payı müəyyən olunmaqla) İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə X21 Şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 X19( X13 vərəsəsi) vərəsələri kimi miras əmlakdan 1/8 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Xaçmaz rayon Torpaq Şöbəsi tərəfindən xx.xx.1998 tarixdə - X17 verilmiş seriya nömrəsi JN:216, KOD: 30222018 olan dövlət aktına əsasən Xaçmaz rayonu Susayqışlaq kəndi ünvanında yerləşən ümumi sahəsi 0.083 ha olan torpaq sahəsindən ibarətdir.( vərəsəlik işi : Reyestr №1514) İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə X21 Şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 X19 vərəsələri (X7 vərəsəsi) kimi miras əmlakdan 1/8 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Xaçmaz rayon Torpaq Şöbəsi tərəfindən xx.xx.1998 tarixdə - X9 verilmiş seriya nömrəsi JN:216, KOD: 30222018 olan dövlət aktına əsasən Xaçmaz rayonu Susayqışlaq kəndi ünvanında yerləşən ümumi sahəsi 0.083 ha olan torpaq sahəsindən ibarətdir.( vərəsəlik işi : Reyestr №1514) İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə X21 Şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 X19 vərəsələri (X7 vərəsəsi) kimi miras əmlakdan 1/8 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Xaçmaz rayon Torpaq Şöbəsi tərəfindən xx.xx.1998 tarixdə - X9 verilmiş seriya nömrəsi JN:216, KOD: 30222018 olan dövlət aktına əsasən Xaçmaz rayonu Susayqışlaq kəndi ünvanında yerləşən ümumi sahəsi 0.02066 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə X21 Şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 X19 vərəsələri miras əmlakdan 1/8 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ərazi idarəsi tərəfindən 25.12.202-ci il tarixdə -X22 verilmiş **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Susayqışlaq kəndi ünvanında yerləşən ümumi sahəsi 0.1033 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə X21 Şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 X8 vərəsələri miras əmlakdan 1/8 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə X10 verilmiş **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Susayqışlaq kəndi ünvanında yerləşən ümumi sahəsi 0.1033 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Qanun üzrə X21 Şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 X19( X13 vərəsəsi) vərəsələri miras əmlakdan 1/8 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə X13 verilmiş **********43-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Susayqışlaq kəndi ünvanında yerləşən ümumi sahəsi 100.10 ha kv.m olan yaşayış evinin 1/5 hissəsindən ibarətdir. İş materiallarında olan Xaçmaz rayon Susayqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 37 nömrəli arayışından müəyyən olunur ki, X23 1940-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. X36, qızı Gülxar Osmanova, oğlu Etibar Osmanov, qızı Gülbəniz Osmanova, nəvəsi Cavabdeh1, nəvəsi Cavabdeh2, nəvəsi Zəhra Osmanova. Ölümündən sonra evi və təsərrüfatı mərhumun oğlu X19 həyat yoldaşı İddiaçı idarə edir. İş materiallarında olan Xaçmaz rayon Susayqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 37/1 nömrəli arayışından müəyyən olunur ki, X34 1969-cu il tarixdən xx.xx.2019-cu ilədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2019cu il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Həyat yoldaşı İddiaçı, qızı Cavabdeh1, qızı Cavabdeh2. Ölümündən sonra evi və təsərrüfatı mərhumun həyat yoldaşı İddiaçı idarə etmişdir. İş materiallarında olan Xaçmaz rayon Susayqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 37/2 nömrəli arayışından müəyyən olunur ki, X15 1977-ci il tarixdən xx.xx.2009-cu ilədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2009cu il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Qızları Cavabdeh1 və Cavabdeh2. Ölümündən sonra evi və təsərrüfatı mərhumun qızları idarə etmişdir. İş materiallarında olan Xaçmaz rayon Susayqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 37/3 nömrəli arayışından müəyyən olunur ki, X12 1960-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. X36, qızı Gülxar Osmanova, oğlu Etibar Osmanov, qızı Gülbəniz Osmanova, nəvəsi Cavabdeh1, nəvəsi Cavabdeh2, nəvəsi Zəhra Osmanova. Ölümündən sonra evi və təsərrüfatı mərhumun oğlu X19 həyat yoldaşı İddiaçı idarə edir. İş materiallarında olan notariat kontoruna ünvanlanmış ərizələrdən görünür ki, ünvan 2ahələrinə və əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) X21 şəhadətnamə verilməsi barədə müraciət olunmuşdur. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat ofisinin 33 nömrəli 21 yanvar 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, X23, X12, X15 və X16 miras qalmış ünvan 2ahələrinə və evə dair qanun üzrə vərəsəlik qaydasında adlarına rəsmiləşdirilməsi ilə əlaqədar müraciətə bildirilmişdir ki, vərəsəlik işi ilə əlaqədar təqdim olunmuş hüquq müəyyənedici sənədlər notariat ofisinə tam şəkildə təqdim edilməmişdir və bilavasitə vərəsəlik işi mübahisə xarakteri daşıdığı üçün notariat hərəkətinin aparılması mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1392/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilərək mirasdan payların müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, X13 “269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən” mülkiyyətində olmuş Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən yaşayış evinin, JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7, X19 və X8 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsinin və JN 216 saylı 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X13 və X7 mülkiyyətinə verilmiş 0,83 ha torpaq sahəsinin iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən vərəsəlik qaydasında mirası əmlak şəklində qəbul etmələri faktı müəyyən edilmiş, JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7, X19 və X8 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsindən mərhum X8 paylı mülkiyyətinə düşən 0,1033 ha torpaq sahəsinin - ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə isə Cavabdeh2 vərəsəlik hüququ tanınmış, JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7, X19 və X8 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsindən mərhum X19 paylı mülkiyyətinə və miras payına düşən 0,12396 ha torpaq sahəsinin - ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə isə Cavabdeh2 vərəsəlik hüququ tanınmış, JN 216 saylı 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X13 və X7 mülkiyyətinə verilmiş 0,83 ha torpaq sahəsindən mərhum X19 miras payına düşən 1/5 hissənin, yəni 0,166 ha torpaq sahəsinin - ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə isə Cavabdeh2 vərəsəlik hüququ tanınmış, X2 “269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən” mülkiyyətində olmuş Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən yaşayış evindən mərhum X19 miras payına düşən 1/5 hissənin - 1/20 hissəsinə Cavabdeh1, 1/20 hissəsinə isə Cavabdeh2 vərəsəlik hüququ tanınmışdır. Yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi iddianın predmeti olan miras əmlaklar ilk olaraq iddiaçının əri tərəfindən faktiki olaraq qəbul edilmiş, onun vəfatından sonra isə iddiaçının özü tərəfindən faktiki olaraq qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, X2 və X7 5 övladı olmuşdur. (Sədaqət Osmanova, Gülxar Osmanova, Etibar Osmanov, Gülbəniz Osmanova və İqrar Osmanov) İş materiallarına əlavə olunmuş şəhadətnamədən müəyyən olunur ki, X34 xx.xx.2012-c il tarixdə Osmanova (Əliyeva) Nargilə Əmrah qızı ilə nikaha daxil olmuş və onların nikahlarından xx.xx.2013-cü il tarixdə bir övladları (X28) anadan olmuşdur. Qeyd olunan sənədlərdən də göründüyü kimi İqrar Osmanov vəfat etdiyi zaman 1-ci növbə üzrə 4 vərəsəsi olmuşdur. (Aynur, Aidə, Nargilə və Zəhra) İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X34 ilə Əliyeva( Osmanova) Nargilə Əmrah qızı xx.xx.2012-ci il tarixində nikaha daxil olmuşlar. İş materiallarına əlavə olunmuş şəhadətnamədən müəyyən olunur ki, X25 xx.xx.2013-cü ildə anadan olmuşdur. Həmçinin iş materiallarından görünür ki, Aynur və X33 övladlarıdırlar və 1-ci növbə üzrə vərəsələr hesab olunurlar. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə X34 xx.xx.2012-ci ildə nikaha daxil olmuşlar. Bu nikahdan onların xx.xx.2013-cü il tarixdə Zəhra adlı uşaqları olmuşdur. Onlar nikahda olduqları zaman Xaçmaz rayonu, Susayqışlaq kəndində yaşamışlar. X19 valideynlərindən miras qalmış əmlakı sonuncuların ölümündən sonra birinci növbə vərəsə olaraq X34 miras kimi faktiki olaraq qəbul edərək idarə etmişdir. İqrarın ölümündən sonra miras qalmış əmlaka İddiaçı sahiblik və idarə etməyə başlamışdır. İddiaçı ilə X19 birgə nikahından Zəhra adlı bir övladları olmuşdur. X35 Zəhra və Nargilədən başqa Aidə və Aynur adlı iki birinci növbə vərəsələri də vardır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci tarixli qətnaməsi ilə X19 birinci növbə vərəsələri Aidə və Aynurun mirası qəbul etmələri faktı müəyyən olunaraq, hər birinin mirasda payları müəyyən olunmuşdur. Hazırda iddiaçı da vərəsə olaraq mirasın qəbul edilməsi faktının müəyyən olunaraq, miras əmlakdan ona çatacaq payına uyğun vərəsəlik hüququnun tanınması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar. Bu cür tənzimləmənin əsas və ən vacib şərti isə müvafiq normaların Konstitusiyaya uyğunluğudur. Bu şərt Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsindən irəli gəlir ki, həmin maddəyə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252.2-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Beləliklə iş materiallarından, tərəflərin izahatlarından, şahid ifadələrindən müəyyən olunmuşdur ki, iddiaçının ərinin ölümündən sonra o, ərindən miras qalmış evdə yaşamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. X3 digər vərəsələrinin məhkəmə qətnaməsi əsasında mirasdan onlara çatacaq payı müəyyənləşdirilmişdir. Belə olan halda İddiaçı və Osmanova Zəhranın da mirası qəbul etmə faktları müəyyən olunmalı, mirasdan onlara çatacaq payları müəyyən olunmalıdır. Məhkəmə qüvvədə olan maddi hüquq normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun miras və vərəsəliklə bağlı qeyd etdiyi hüquqi mövqeyini rəhbər tutaraq, hesab edir ki, İddiaçı və X25 tərəfindən vərəsəlik qaydasında mirası əmlak şəklində qəbul etmələri faktı müəyyən olunmalı, JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7, X19 və X8 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsindən mərhum X19 paylı mülkiyyətinə və miras payına düşən 0,12396 ha torpaq sahəsinin - ¼ hissəsinə İddiaçı, ¼ hissəsinə isə X14 vərəsəlik hüququ, JN 216 saylı 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X13 və X7 mülkiyyətinə verilmiş 0,83 ha torpaq sahəsindən mərhum X19 miras payına düşən 1/5 hissənin, yəni 0,166 ha torpaq sahəsinin - ¼ hissəsinə X14, ¼ hissəsinə isə İddiaçı vərəsəlik hüququ, X2 “269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən” mülkiyyətində olmuş Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən yaşayış evindən mərhum X19 miras payına düşən 1/5 hissənin - 1/20 hissəsinə İddiaçı, 1/20 hissəsinə isə X14 vərəsəlik hüququ tanınmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1392/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7, X19 və X8 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsindən mərhum X8 paylı mülkiyyətinə düşən 0,1033 ha torpaq sahəsinin - ½ hissəsinə Cavabdeh1, ½ hissəsinə isə Cavabdeh2 vərəsəlik hüququ tanınmış, JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7, X19 və X8 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsindən mərhum X19 paylı mülkiyyətinə və miras payına düşən 0,12396 ha torpaq sahəsinin - ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə isə Cavabdeh2 vərəsəlik hüququ tanınmış, JN 216 saylı 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X13 və X7 mülkiyyətinə verilmiş 0,83 ha torpaq sahəsindən mərhum X19 miras payına düşən 1/5 hissənin, yəni 0,166 ha torpaq sahəsinin - ¼ hissəsinə Cavabdeh1, ¼ hissəsinə isə Cavabdeh2 vərəsəlik hüququ tanınmış, X2 “269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən” mülkiyyətində olmuş Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən yaşayış evindən mərhum X19 miras payına düşən 1/5 hissənin - 1/20 hissəsinə Cavabdeh1, 1/20 hissəsinə isə Cavabdeh2 vərəsəlik hüququ tanınsa da, Notariat Kontoru tərəfindən verilmiş şəhadətnamədə vərəsələrin payları məhkəmə qətnaməsindəki kimi deyil, daha artıq həcmdə müəyyənləşdirilmişdir ki, bu da nəticə etibarilə digər vərəsələrin vərəsəlik və mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qeyd olunan və mübahisələndirilən şəhadətnamələr əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Qeydiyyat nömrəsi ********** saylı Çıxarışda da texniki səhvə yol verilərək, Cavabdeh1 və Cavabdeh2 mirasdan onlara çatacaq payın süni surətdə artırılması ilə nəticələnən mülkiyyət sənədi verilmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçılar tərəfindən vərəsəlik qaydasında mirası əmlak şəklində qəbul etmələri faktı müəyyən edilməli, eyni zamanda mübahisənin bu hissəsi üzrə yuxarı instansiya məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, qanun üzrə X21 Reyestr № 2V-1513 və № 2V-1514 şəhadətnamələr və onlar əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Qeydiyyat nömrəsi ********** saylı Çıxarış ləğv olunmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Qanun üzrə X21 25 noyabr 2021-ci il tarixli, 2V-1513 Reyestr nömrəli və 25 noyabr 2021-ci il tarixli, 2V-1514 Reyestr nömrəli şəhadətnamələr ləğv edilsin. Xaçmaz rayonu, Susayqışlaq kəndində 0.83 ha torpaq sahəsinə dair verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Qeydiyyat nömrəsi ********** saylı Çıxarış ləğv edilsin. X13 “269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən” mülkiyyətində olmuş Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən yaşayış evinin, JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7, X19 və X8 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsinin və JN 216 saylı 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X13 və X7 mülkiyyətinə verilmiş 0,83 ha torpaq sahəsinin İddiaçı və X25 tərəfindən vərəsəlik qaydasında mirası qəbul etmələri faktı müəyyən edilsin. JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X7, X19 və X8 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsindən mərhum X19 paylı mülkiyyətinə və miras payına düşən 0,12396 ha torpaq sahəsinin - ¼ hissəsinə İddiaçı, ¼ hissəsinə isə X14 vərəsəlik hüququ tanınsın. JN 216 saylı 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X13 və X7 mülkiyyətinə verilmiş 0,83 ha torpaq sahəsindən mərhum X19 miras payına düşən 1/5 hissənin, yəni 0,166 ha torpaq sahəsinin - ¼ hissəsinə X14, ¼ hissəsinə isə İddiaçı vərəsəlik hüququ tanınsın. X2 “269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən” mülkiyyətində olmuş Xaçmaz rayonu Susayqışlaq kəndində yerləşən yaşayış evindən mərhum X19 miras payına düşən 1/5 hissənin - 1/20 hissəsinə İddiaçı, 1/20 hissəsinə isə X14 vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-123/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-123/2024
09.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver