Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1261/2025 06.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı artıq ödənilmiş son haqq-hesab məbləğinin geri qaytarılması tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, cavabdehin işdən çıxaması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş son haqq-hesab məbləğinin xəta nəticəsində artıq ödənilmiş 819.23 manat hissəsinin və mediasiya xərci olaraq ödənilmiş 60 manat vəsaitin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 01 noyabr 2020-ci il tarixli, 245 nömrəli əmək müqaviləsinə əsasən Cavabdeh mühafizəçi vəzifəsi üzrə işə qəbul edilmiş, 23 dekabr 2024-cü il tarixində MMC-nin 1163k nömrəli əmri ilə öz ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxması ilə əlaqədar hesablanmış son haqq-hesab məbləğinin (819.23 manat) ödənilməsi zamanı bank əməliyyatlarında texniki xəta yaranmış, bu səbəbdən MMC tərəfindən hesablanmış son haqq-hesab məbləği ona iki dəfə köçürülmüşdür. xx.xx.2024-cü il tarixli İB**********_386283_241223 və xx.xx.2024-cü il tarixli, İB**********_386283_241223 nömrəli ödəniş tapşırıqlarından məlum olur ki, saat 16:42:37də və 16:42:40-da edilmiş bank əməliyyatları ilə (üç saniyə fərq ilə) Cavabdeh məxsus bank hesabına hər dəfə 819.23 manat olmaqla, cəmi 1638.46 manat pul vəsaiti köçürülmüşdür. Həmin vəsaitin 819.23 manat hissəsinin texniki xəta ilə əlaqədar səhvən ödənilməsi ona bildirilərək, artıq ödənilmiş vəsaitin geri qaytarılması tələb edilsə də, hazırkı tarixədək vəsaitin geri qaytarılması ilə əlaqədar tərəfindən hər hansı tədbir görülməmişdir. Qeyd edir ki, müvafiq texniki xətanın baş verməsi, bununla əlaqədar həmin ödənişin şirkətə qaytarılması zərurəti işçiyə dəfələrlə şifahi qaydada və xx.xx.2025-ci il tarixli, 01/HM-30 nömrəli pretenziya məktubu əsasında bildirilsə də, o, həmin məbləği geri qaytarmamaqda israr etmişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün müvafiq mediasiya təşkilatına müraciət edilmiş, xx.xx.2025-ci il tarixində Qusar 1 saylı X2 rayonu üzrə mediatoru X5 iştirakı ilə keçirilmiş iclasda Cavabdeh ödəmə imkanının olmadığını, bu səbəbdən ödəniş etməyəcəyini bildirmişdir. Hesab edir ki, Cavabdeh artıq ödənilmiş son haqq-hesab məbləğinin İddiaçınə geri qaytarılması barədə məhkəmə qərarının qəbul edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, ərizədə yazılanlara uğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdən çıxması ilə əlaqədar hesablanmış son haqq-hesab məbləği 819.23 manatın ödənilməsi zamanı bank əməliyyatlarında texniki xəta yaranmış, bu səbəbdən MMC tərəfindən hesablanmış son haqq-hesab məbləği iki dəfə cavabdehin hesabına köçürülmüşdür. Əlavə köçürülən məbləğin MMC-nə qaytarılması barədə cavabdehə məlumat verilmiş, lakin o, mediasiya prosesi zamanı həmin pulun geri qaytarmayacağını bildirmişdir. Bu səbəb əsassız varlanma prinsipi ilə üst-üstə düşür. Ona görə də iddianı təmin edilməsini, cavabdehdən həmin əlavə köçürülən məbləğin MMC-nə geri qaytarılması barədə qərar qəbul edilməsini xaiş edir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh ilkin dinləmələr zamanı iddia tələbini qəbul edərək, izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. İşdən çıxma barədə ərizəsini saat 15:00-da yazmış, saat 17:00-da isə son haqq-hesab pulu olan 819.23 manat hesabına 2 dəfə köçmüşdür. Mükafatla birlikdə 680-800 manata qədər əmək haqqı alırdı. Kartına köçürülən pulun səhvən köçürüldüyündən onun xəbəri olmamışdır. Həmin məbləğin onun son haqq-hesabı olduğunu və əmək məzuniyyətinə çıxmadığına görə hesablanmış pul olduğunu zənn etmişdir. Bu hal özlərinin səhvi nəticəsində yaranmışdır. Ona görə bu pulun artıq köçdüyünü hesab etmir. O, işdən çıxdıqdan sonra qardaşını da işdən çıxarmışlar. O, hesab edir ki, qərəzli olaraq qardaşını işdən çıxarmışlar. Hazırda 480 manat maaş alır. 5 nəfər ailə üzvü var və ailəsini çətinliklə dolandırır. Ödəməkdən boyun qaçırmır, hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı 23 dekabr 2024-cü il tarixli, 1163K nömrəli əmrindən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsini rəhbər tutaraq Cavabdeh əmək müqaviləsi 23 dekabr 2024-cü il tarixdə ləğv edilmişdir. İddiaçı tərəfindən əmək müqaviləsi ləğv edilmiş Cavabdeh hesablanmış son haqqhesab məbləği 982.89 manat olmaqla, 163.66 manat (109.61 manat gəlir vergisi, 29.49 manat DSMF 3%, 4.91 manat işsizlik 2%, 19.66 tibbi sığorta 2%) tutulma ilə birlikdə cəmi 819.23 manat təşkil etmişdir. İB**********_386283_241223 nömrəli, 23 dekabr 2024-cü il tarixdə, saat 16:42:37də olan ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" ASC Mərkəzi filialı vasitəsilə X4 hesabına (**********6944-412794) 819.23 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İB**********_386283_241223 nömrəli, 23 dekabr 2024-cü il tarixdə, saat 16:42:40da olan ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı tərəfindən "xxxx" ASC Mərkəzi filialı vasitəsilə X4 hesabına (**********6944-412794) 819.23 manat məbləğində pul vəsaiti köçürülmüşdür. 16 yanvar 2025-ci il tarixli pretenziya məktubundan müəyyən edilir ki, Cavabdeh borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İB**********_386283_250218 nömrəli, 18 fevral 2025-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, iddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə 01 noyabr 2020-ci il tarixdə, 245 nömrəli əmək müqaviləsi bağlayaraq onu, “mühafizəçi” vəzifəsi üzrə işə qəbul etmişdir. Bundan sonra Cavabdeh 23 dekabr 2024-cü il tarixdə öz istəyi ilə işdən çıxması barədə ərizə yazmış və İddiaçı 23 dekabr 2024-cü il tarixli, 1163K nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni tarixdə İddiaçı tərəfindən Cavabdeh son haqq-hesabı hesablanaraq 819.23 manat məbləğində olduğu müəyyən edilmiş və sonuncunun hesabına texniki yanlışlığa yol verilərək 2 dəfə eyni məbləğ olmaqla, ümumilikdə 1638.46 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı Cavabdeh yanlışlıqla hesabına köçürülmüş pul vəsaitini geri tələb etsə də sonuncu həmin pul məbləğini iddiaçıya geri qaytarmamışdır. Bundan sonra iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Bu fakt İddiaçı məhkəməyə təqdim etdiyi İB**********_386283_241223 nömrəli, 23 dekabr 2024-cü il tarixdə, saat 16:42:37-də olan və İB**********_386283_241223 nömrəli, 23 dekabr 2024-cü il tarixdə, saat 16:42:40-da olan ödəniş tapşırığları, habelə cavabdehin iddia tələbini etirafı ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Yuxarıda qeyd edilən işin hallarından görünür ki, Cavabdeh heç bir qanuni əsas və ya müqavilə əsası olmadan İddiaçı hesabına pul vəsaiti əldə etmişdir. Bu halda varlanmış şəxs yəni, Cavabdeh əldə etdiklərini (819.23 manat məbləğində pu vəsaitini) məhrum olanın yəni, İddiaçı tələbi ilə ona qaytarmalıdır. Belə olan halda məhkəmə iddia tələbinin tam həcmdə sübuta yetirildiyini və əsaslı olduğunu hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: - 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1093.1.-ci maddəsnə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2.-ci maddəsinə əsasən aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: - 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; - 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına ödədiyi 60 manat rüsumu tələb etdiyindən və iddia tələbi tam təmin edildiyindən, həmin məbləğ cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 819.23 manat məbləğində pul və 60 manat məbləğində mediasiya xərci alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 819.23 manat məbləğində pul və 60 manat məbləğində mediasiya xərci alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-1261/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1261/2025
06.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver