Məhkəmə qərarları › İş №e-2(067)-1430/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1430/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1430/2025 10.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlakdan çıxarılma və əmlakın boşaldılaraq mülkiyyətçi banka təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə İddiaçı QSC-nin mülkiyyətində olan Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və həmin əmlakın boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi, iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-513/2017 saylı qətnaməsinə əsasən cavabdehlər X1 və X4 müştərək qaydada 82507.19 ABŞ Dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra İddiaçı QSC qət edilmiş 82507.19 ABŞ Dolları borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-2139/2021 saylı qətnaməsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-513/2017 saylı qətnaməsi ilə cavabdehlər X1 və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 82507.19 ABŞ Dolları məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ipoteka predmeti olan X3 mülkiyyətindəki Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın dəyərinin 40000 manat müəyyən olunması və həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlər X7 və X5 İddiaçı QSC-yə olan borclarının ödənilməsi, Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində yerləşən və cavabdeh X6 məxsus olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X7 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-842/2022 saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2139/2021 nömrəli qətnaməsi, ipoteka predmetinin satışı hesabına təmin edilməli olan borc məbləği hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş cəmi 59507.19 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının icrasının təmin edilməsi üçün tələb ipoteka predmeti olan X3 mülkiyyətindəki Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin onun likvid dəyəri ilə 75 000 manat müəyyən edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-842/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və əmlak hərraca çıxarılmışdır. Əmlak hərracda satılmadığından ipoteka saxlayan banka təklif edilmiş və bank tərəfindən borcun bir hissəsinin qarşılığında bankın mülkiyyətinə götürülməsinə razılıq verilmişdir. Hazırda ipoteka predmeti olan əmlak İddiaçı QSC-nin mülkiyyətindədir. Bank tərəfindən icra sənədinin icrası qaydasında əmlakın boşaldılması üçün İcra şöbəsinə müraciət edilmiş, lakin Xaçmaz rayon İcra və Probasiya Şöbəsi qeyd edilən ünvanda 2021-ci ildən borclunun ailəsi olan həyat yoldaşı X13 və uşaqları 2009-cu il təvəllüdlü Cavabdeh2 və 2014-cü il təvəllüdlü X8 yaşadığını bildirərək icra sənədinin icra edilməsindən imtina etmiş, ünvanda yaşayan ailə üzvlərinin və digər şəxslərin həmin əmlakdan çıxarılması üçün məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Bundan sonra mülkiyyətçi bank tərəfindən Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 554 saylı imtinasının qanunsuz hesab edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-842/2022 saylı icra sənədinin icrası qaydasında hərrac yolu ilə İddiaçı QSCnin mülkiyyətinə götürülmüş ipoteka predmeti olan Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evində yaşayan şəxslərin əmlakdan məcburi qaydada çıxarılması və həmin əmlakın boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi öhdəliyinin Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-5404/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı bank tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(105)- 1014/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, məsələ ilə bağlı məhkəmə qərarının icrasına nəzarət edən müvafiq məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. Eyni zamanda iddiaçı bank tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-842/2022 saylı qətnaməsi əsasında verilmiş icra sənədinin icrası qaydasında hərrac yolu ilə İddiaçı QSC-nin mülkiyyətinə götürülmüş ipoteka predmeti olmuş Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evində yaşayan şəxslərin əmlakdan çıxarılması və həmin əmlakın boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi hissəsində icra sənədinin icrasının təmin edilməsi üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə müvafiq göstərişin verilməsi barədə ərizə ilə icra sənədini verən Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-842/2022 saylı məktubu ilə müraciətlərinə cavab olaraq qeyd edilmişdir ki, müvafiq qətnamədə yalnız X3 mübahisəli fərdi yaşayış evindən çıxarılması qət edildiyindən həmin evdə yaşayan digər şəxslərin də evdən çıxarılması məsələsinə qərardadla münasibət bildirilməsinin qətnamənin mahiyyətinə toxunan hal kimi qiymətləndirildiyindən, həmin şəxslərin konkret dairəsini müəyyən etməklə evdən çıxarılma barədə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilməsi hüququ izah edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Mülki iş üzrə cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək göstərmişdir ki, cavabdehlərin həmin əmlakdan çıxarılması barədə məhkəmə qətnaməsi vardır. Sonradan İcra Şöbəsi tərəfindən əmlakın boşladılmasından imtina edilmişdir. Biz həmin imtinanın qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər, lakin iddia mümkün sayılmamışdır. Həmin qərardaddan apellyasiya şikayəti verilmişdir. Apellyasiya Məhkəməsi tərəfindən qərardad ilə bağlı verilmiş şikayət təmin edilməmiş, ümumi məhkəməyə müraciət edilməsi hüququ izah olunmuşdur. 2023-cü ilin yanvar ayının 27-dən mübahisəli əmlak bankın mülkiyyətindədir. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, əmlakdan çıxmamışlar. Cavabdehlərə sonuncu dəfə xəbərdarlıq 2025-ci ilin fevral ayının 10-da göndərilmişdir. Cavabdeh tərəfin banka 59507 ABŞ dolları borcu olmuşdur, əmlak 75000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Xaçmaz rayon məhkəməsinin 2(067)-2139/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli 2(067)-513/2017 saylı qətnaməsi ilə cavabdehlər X1 və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 82507 (səksən iki min beş yüz yeddi) ABŞ Dolları 19 (on doqquz) sent məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı ipoteka predmeti olan X3 mülkiyyətindəki Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə yönəldilmişdir. İpoteka predmeti olan əmlakların dəyəri 40000 (qırx min) manat müəyyən olunmuş və həmin əmlaklar açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin hesabına cavabdehlər X7 və X5 İddiaçı QSC-yə olan borclarının ödənilməsi təmin edilmişdir. Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində yerləşən və cavabdeh X6 məxsus olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X7 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-842/2022 saylı qətnaməsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 2139/2021 nömrəli qətnaməsi, ipoteka predmetinin satışı hesabına təmin edilməli olan borc məbləği hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş cəmi 59507.19 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının icrasının təmin edilməsi üçün tələb ipoteka predmeti olan X3 mülkiyyətindəki Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin onun likvid dəyəri ilə 75 000 manat müəyyən edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. -hərracın yekunları barədə 26 yanvar 2023-cü il tarixli 31/23 nömrəli protokoldan müəyyən olunur ki, Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində yerləşən və cavabdeh X6 məxsus olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinin yeni mülkiyytçisi, hərracın qalibi İddiaçı QSC olmuşdur. -xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********14-10301 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı QSC-nin mülkiyyətindədir. -Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-1014/2024 saylı qərardadından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 29 avqust 2024-cü il tarixli 2-1(118)-5404/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. -Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin Cavabdeh1 verdiyi xx.xx.2025-ci il tarixli 186 nömrəli arayışından görünür ki, o, həqiqətən ünvan 2 ünvanda yaşayır və aşağıdakı ailə üzvləri vardır: Cavabdeh2 və X10. -Xaçmaz şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli 02 nömrəli arayışından görünür ki, X9 məxsus ünvan 2 ünvanda yerləşən evdə nümayəndəlikdə olan məlumata görə pasport qeydiyyatında heç kim yoxdur. -Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. -Xəbərdarlıq məktubundan görünür ki cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun: 59.3-cü maddəsinə əsasən, ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4.-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-513/2017 saylı qətnaməsinə əsasən cavabdehlər X1 və X4 müştərək qaydada 82507.19 ABŞ Dolları borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bundan sonra İddiaçı QSC qət edilmiş 82507.19 ABŞ Dolları borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-2139/2021 saylı qətnaməsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-513/2017 saylı qətnaməsi ilə cavabdehlər X1 və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş ümumilikdə cəmi 82507.19 ABŞ Dolları məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ipoteka predmeti olan X3 mülkiyyətindəki Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın dəyərinin 40000 manat müəyyən olunması və həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehlər X7 və X5 İddiaçı QSC-yə olan borclarının ödənilməsi, Xaçmaz şəhəri H.Seyidbəyli küçəsində yerləşən və cavabdeh X6 məxsus olan 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra X7 həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evi və torpaq sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-842/2022 saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-2139/2021 nömrəli qətnaməsi, ipoteka predmetinin satışı hesabına təmin edilməli olan borc məbləği hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması qət edilmiş cəmi 59507.19 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının icrasının təmin edilməsi üçün tələb ipoteka predmeti olan X3 mülkiyyətindəki Xaçmaz şəhəri, H.Seyidbəyli küçəsində 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin onun likvid dəyəri ilə 75 000 manat müəyyən edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-842/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və əmlak hərraca çıxarılmışdır. Əmlak hərracda satılmadığından ipoteka saxlayan banka təklif edilmiş və bank tərəfindən borcun bir hissəsinin qarşılığında bankın mülkiyyətinə götürülməsinə razılıq verilmişdir. Hazırda ipoteka predmeti olan əmlak İddiaçı QSC-nin mülkiyyətindədir. İddiaçı tərəfindən cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar yaşayış sahəsini tərk etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, təmin olunmaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 226, 227, 233 və 360-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanda yerləşən iddiaçıya məxsus (xx.xx.2023-cü il tarixli, reyestr nömrəsi **********14-10301 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) 0,04 ha torpaq sahəsindən və üzərində yerləşən 43 nömrəli fərdi yaşayış evindən çıxarılsınlar və həmin əmlak boşaldılaraq mülkiyyətçi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı QSC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar