Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1815/2022 07.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və onun azyaşlı qızı X4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 2 ev anası və bacısı ilə birlikdə tam mülkiyyətlərindədir. Mülkiyyətlərində olan fərdi yaşayış evində əvvəllər qeydiyyatda olan cavabdehin ailə üzvləri, yəni əri X8, yetkinlik yaşına çatmayan oğlu X5, X9 və X3, mənzildə istifadə hüquqlarına xitam verilməsinə dair iddiaları Xaçmaz rayon məhkəməsinin 2(067)-1286\2020 saylı qətnaməsi ilə qismən təmin edilib və həmin mülki iş üzrə cavabdehlər X8 və X9 Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Həmin qətnamədə cavabdehlər X8, X9 və onların ailə üzvləri olan cavabdehlər X3, X5 və X6 Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən pasport qeydiyyatından çıxarılmaları üçün əsas olduğu da qeyd edilmişdir. Lakin qeyd olunan mülki iş üzrə iddia ərizəsi ilə müraciət edilən zaman Daxili işlər nazirliyinin Pasport qeydiyyat sistemində Cavabdeh və azyaşlı övladı X4 Heydər Əliyev küçəsi ev 74 ünvanında daimi pasport qeydiyyatında olmaları haqqında iddiaçlara hər hansı məlumat verilməmiş və bu səbəblə həmin şəxslər iddia ərizəsində cavabdehlərin ailə üzvləri kimi qeyd olunmamışdılr. Cavabdeh X8 həyat yoldaşıdır. X10 isə X8 övladlarıdır. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 16 fevral 2021-ci il tarixli, 10 saylı məktubundan da görünür ki, X8 JN-114A saylı, kodu ********* olan şəhadətnamə əsasında verilmiş 0,04 ha torpaq sahəsində 1 mərtəbəli yaşayış evi var və həmin yaşayış evində X14 2017-ci il tarixdən halhazıra kimi həyat yoldaşı Cavabdeh, övladları X10 və X11 ilə birlikdə yaşayırlar. Cavabdehin ünvan 2 ünvandakı ev üzərində hər hansı hüquqları yoxdur və bu səbəbdən onların evdə qeydiyyatda qalmaları mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Ona görə də Cavabdeh və onun azyaşlı qızı X4 ünvan 3 ünvanından yaşayış sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş həddlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qeyd olunan Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İş materiallarında olan DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, **********25-10301 reyestr nömrəli Çıxarışdan müəyyən olunurf ki, Xaçmaz şəhəri, Heydər Əliyev küsçəsi, 74 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı, X7 və X2 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. İş materiallarında olan Xaçmaz şəhər İƏD nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 16 saylı arayışından müəyyən olur ki, X8 JN-114A saylı, kodu ********* olan şəhadətnamə əsasında verilmiş 0,04 ha torpaq sahəsində 1 mərtəbəli yaşayış evi var və həmin yaşayış evində X14 2017-ci il tarixdən hal-hazıra kimi həyat yoldaşı Cavabdeh, övladları X10 və X11 ilə birlikdə yaşayırlar. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1286\2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi ilə qismən təmin edilib və cavabdehlər X8 və X9 Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Həmin qətnamədə cavabdehlər X8, X9 və onların ailə üzvləri olan cavabdehlər X3, X5 və X6 Xaçmaz şəhəri, H.Əliyev küçəsi 74 saylı evdən pasport qeydiyyatından çıxarılmaları üçün əsas olduğu da qeyd edilmişdir Qeyd olunanlardan göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçının xüsusi mülkiyyətində olması sübuta yetirilir. Belə olan halda, iddiaçı xüsusi mülkiyyətində olan daşınmaz əmlakını maneəsiz istifadə etmək və üzərində sərəncam vermək hüququnu təmin etmək məqsədilə yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəməyə müraciət etməkdə tam haqlıdır və onun iddia tələbi təmin olunmalıdır. Lakin iddiaçı iddia ərizəsi ilə cavabdehin və onun azyaşlı qızı X4 ünvan 1 ünvanında yerləşən yaşayış evindən çıxarılmasını xahiş etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh və onun azyaşlı övladı X1 şəhəri, H.Əliyev küçəsi, 74 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xacmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-1815/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1815/2022
07.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver