Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-3226/2022 03.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddiaçı cavabdeh Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinin X1 Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinin X1 Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, həmin ərizəyə mülki məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, iddia ərizəsindən müəyyən olunur ki, iddianın əsasını inzibati orqanın hərəkəti (hərəkətsizliyi) ilə bağlı hallar təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinin X1 Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım İddaçı İddiaçı cavabdeh Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinin X1 Yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçılara izah olunsun ki, iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ var. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-3226/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-3226/2022
03.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver