Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-45/2024 17.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması və sair tələbinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehlərin mənə məxsus torpaq sahəsindən çıxarılması, ona məxsus torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililərin cavabdehlər Cavabdeh1 oğunun və Cavabdeh2 öz hesablarına sökülməsi və kapital banka ödədiyi 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli,********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 36,4 kv.m. qeyri-yaşayış binası ona - İddiaçı məxsusdur. 0,034 ha torpaq sahəsi üzərində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 anbar binası tikmişlər. Dəfələrlə cavabdehlərdən həmin tikilinin sökülməsini tələb etsə də, onlar buna məhəl qoymamışlar. Bununla bağlı o, Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdikdən sonra araşdrma aparılmış və nəticəsi olaraq cinayət işinin başlanması rədd edilərək ona məhkəməyə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Məhkəmədənkənar qaydada cavabdehlər Kənan və Cavabdeh2lərə ona məxsus torpaq sahəsini zəbt edərək tikdikləri tikilinin sökülməsini və torpaq sahəsinin boşaldılmasını dəfələrlə bildirsə də, cavabdehlər tələblərinə məhəl qoymamışlar. Buna görə də, o,məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının adına Xaçmaz şəhəri, N.Nərimanov ünvanında yerləşən 0.034 ha torpaq sahəsi vardır. Orada cavabdehlər tərəfindən tikinti aparılıb. Tərəflərin torpaq sahəsi qonşudur. Bununla bağlı ekspertiza keçirilib və müvafiq ekspert rəyi vardır. Bundan əlavə, iddiaçı tərəfindən polisə də müraciət olunub. Orada da mövqe eyni olub. Lakin cavabdeh tərəf etiraz edərək bildirir ki, iddiaçı tərəfindən əlavə torpaq sahəsi zəbt edilib, mülkiyyətində olan torpağı qanunsuz əldə edib və rüsumlar düz ödənilməyib. Lakin cavabdeh tərəfindən irəli sürülən bu hallar öz təsdiqini tapmamışdır və həmin iddia 3 instansiya məhkəmələrində iddiaçının xeyrinə olmuşdur. Cavabdeh tərəf həmçinin əlavə ekspertiza, yerində baxış, barışıq sazişi və mediasiya ilə bağlı vəsatətlərlə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə tərəfindən ona məhkəməyə gəlməsi üçün məlumat göndərilsə də, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq vəsatətlərin onun iştirakı olmadan müzakirə olunmasını istəmişdir. İddiaçı tərəf olaraq bütün sübutları təqdim etmişdir. İş üzrə müvafiq ekspert rəyləri də var. İş kifayət qədər araşdırılıb. Tərəflər arasında ola bilər ki icra mərhələsində razılıq və barışıq olsun. İddianın tam təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 və eyni zamanda digər Cavabdeh1 nümayəndəsi olaraq iddia ərizəsini qəbul etməmiş və izahatında göstərmişdir ki, o, torpaq sahəsini tikinti üçün almışdır. Qarşı tərəf isə torpaq sahəsi alıb. Torpaq sahəsinin qiyməti o dəyərdə ola bilməz. Onun da bu məsələ ilə məhkəmədə iddiası olub. Yekun qərarda iddiası təmin edilməyib. Hazırki iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətinə 2015-ci il tarixdə ünvan 2 ünvanda 0,034 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyindən müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, **********2-06301 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 0.034 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir (sxem əlavə olunur). İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi,1 C ünvanında olan 0.034 ha torpaq sahəsinin 7.11 kv.m. hissəsi cavabdehlər tərəfindən istifadə olunur. Hansı ölçüdə və hansı istiqamətdə istifadə olunması sxemdə öz əksini tapmışdır. Torpaq sahəsinin hududları daxilində cavabdehlər tərəfindən 7.11 kv.m tikili tikilmişdir və həmin tikilinin cizgiləri və ölçüləri sxemdə öz əksini tapmışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/8048 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 3-21-3- 34/27574/2023 nörmrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Salman Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, ********** qeydiyyat nömrəli, **********2-06301 reyestr nömrəli, xx.xx.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 0.034 ha olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir (sxem əlavə olunur). Həmin mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya məxsus torpaq-sahəsinin mülkiyyət sənədinə əsasən Nəriman ünvan 6 ünvanında olan 0.034 ha torpaq sahəsinin 7.11 kv.metr hissəsi cavabdehlər tərəfindən istifadə olunur. Hansı ölçüdə və hansı istiqamətdə istifadə olunması sxemdə öz əksini tapmışdır, torpaq sahəsinin hüdudları daxilində cavabdehlər tərəfindən 7.11 kv.metr tikili tikilmişdir və həmin tikilinin cizgiləri və ölçüləri sxemdə öz əksini tapmışdır. - Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1820/2023 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Nümayəndə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə və alqı-satqı müqavilələrinin və qeydiyyatın qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamışdır. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-598/2024 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı, Nümayəndə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı icarə və alqı-satqı müqavilələrinin və qeydiyyatın qismən etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1820/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-3116/2024 saylı qətnaməsindən müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-598/2024 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 5 ünvanında yerləşən 0.034 ha olan torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Torpaq sahəsinin sxemdə öz əksini tapmış 7.11 kv.metr hissəsində cavabdehlər tərəfindən tikili tikilməklə istifadə olunur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı mübahisə ilə bağlı aparılmış araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140.-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4.-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2.-ci maddəsinə əsasən hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla hazırki iddiada qoyulmuş tələbi irəli sürmək hüququna malikdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdehlər də iddiaçının mülkiyyətində olan torpaq sahəsində heç bir qanuni əsas olmadan əlavə tikili tikmişdir. Bu fakt işdə olan ekspert rəyi ilə təsdiq olunur. Cavabdehlər tərəfindən inşa edilmiş 7.11 kv.m tikilinin İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Göstərilənlərə əsasən məhkəmə iddianın əsaslı olduğundan onun təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, istifadə və ya sahiblik hüquqları qanunla müəyyən olunmuş qaydada qeydə alındığından, onun bu hüquqlarının pozulmasını iddia etməyə subyektiv hüququ olduğundan və iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikili qanunsuz inşa olunduğundan cavabdehlərin hesabına sökülməlidir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 06 noyabr 2015-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 0,034 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələr aradan qaldırılsln və cavabdehlər həmin torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi üzərində cavabdehlər tərəfindən tikilmiş tikililər cavabdehlər Cavabdeh1 oğunun və Cavabdeh2 öz hesablarına sökülsün. İş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 oğu və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul cavabdehlər Cavabdeh1 oğundan və Cavabdeh2 oğlundan müştərək qaydada alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №e-2(067)-45/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-45/2024
17.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver