Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-485/2024 16.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə3, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2, digər nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin “X5 şəbəkəsi MMC-nin 045/K saylı əmrinin ləğv edilməsi, onun işə bərpa olunmağı və xx.xx.2023-cü ildən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1999-cu ildən xx.xx.2023-cü il tarixədək göstərilən müəssisədə çalışmışdır. Həmin müəssisədə ilkin olaraq elektrik montyoru, mühəndis vəzifələrində çalışmış, daha sonra "xxxx" ASC-də keçirilən bilik səviyyəsinin yoxlanılması ilə bağlı imtahanlarda iştirak edərək hər dəfə yüksək nəticələr əldə etdiyi üçün aparıcı mühəndis, böyük usta vəzifəsinə qədər yüksəlmişdir. 2023-cü ilin 20 sentyabrından "xxxx" ASC-nin “X5 şəbəkəsi MMC-nin 045/K saylı əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, göstərilən əmr qanunsuzdur. Belə ki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin əmrin əsaslandırma hissəsində onun xəstəlik vərəqəsindən sonra işə gəlmədiyi, üzrsüz səbəbdən iş yerini tərk etdiyi, lakin xəbərdarlıq məktubu göndərildiyi üçün 70-ci maddənin b bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyi göstərilmişdir. Həmin əmrə və cavabdehin onunla birlikdə işdən azad olunan işçilərin başqa vəzifəyə təyin olunma müraciətinə nəzər yetirsələr, ona qarşı qərəzli münasibət aşkar şəkildə aydın olur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Lakin göstərilənlərin heç biri nəzərə alınmamışdır. Həmçinin bildirir ki, "xxxx" MMC-nin İzaolyasiya və İGM xidmətinin ləğv edilməsi zamanı ondan başqa digər əməkdaşların işlə təmin olunması üçün "xxxx" ASC-nə müraciət ünvanlanmış, peşəkarlıq səviyyəsinə və təcrübəsinə görə ondan aşağı stajlı işçilər işlə təmin olunmasına baxmayaraq onun başqa işlə təmin olunmağı barədə “X5 şəbəkəsi MMC tərəfindən heç bir zəruri addım atılmamışdır. Belə ki, Əmək məcəlləsinin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işə götürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 16-cı maddəsinə əsasən ayrı seçkiliyin yolverilməzliyi göstərilmişdir. Həmin maddənin 4-cü bəndinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə3 ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı nə sentyabr ayının 19-u, nə də ki, ondan sonrakı tarixlərdə də onlara tətil etməsi ilə bağlı müraciət etməyib. Ərizənin hansı yollarla daxil olması məlum deyil onlara. Ərizədəki xətt ona məxsus deyil. Ona ərizə verilməyib. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, təqdim olunan ərizə saxtadır. Onların tərəfindən verilən ərizə deyil. İddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: - “Xaçmaz REŞ" MMC-nin xx.xx.2023-cü il tarixli, 045/k nömrəli Əmrin surətindən müəyyən olunur ki, “Xaçmaz REŞ" MMC-nin izolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı əmək müqaviləsi xx.xx.2023-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən (işçilərin sayı və ştat, ixtisar edildikdə) xitam verilsin. İşçiyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinəti ödənilsin. - “X2” MMC-nin xx.xx.2023-cü il tarixli, 13-9/120/01-1-72 saylı “X2” MMC-nin Həmkarlar İttifaqı Komitəsinə ünvanladığı məktubdan müəyyən olunur ki, “X2” MMC İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən həmin işçilərin əmək müqavilələrinin qanunvericiliyə uyğun qaydada ləğv olunmasına rəy bildirilməsi xahiş edilmişdir. - Həmkarlar İttifaqı Komitəsi İclasının xx.xx.2023-cü il tarixli, 89 saylı Protokolundan çıxarışdan müəyyən olunur ki, izolyasiya və İfrat Gərginlikdən mühafizə xidmətinin böyük ustası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə, işəgötürənin təşəbbüsü ilə Azərbaycan Əmək məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. - “Xaçmaz REŞ" MMC-nin xx.xx.2023-cü il tarixli, 13-9/120/01-1-73 nömrəli İddiaçı ünvanladığı xəbərdarlıq məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə əsasən, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli DƏ/114 saylı əmrinin tələblərinin icrasının təmin edilməsi məqsədi ilə çalışdığı İzolyasiya və İGM xidmətinin böyük ustası vəzifəsi ixtisar olunması nəzərdə tutulur. Bu səbəbdən də, əmək müqaviləsinə xx.xx.2023-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam veriləcəkdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən, əgər razılıq olarsa, qeyd olunan xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında əmək haqqı bir dəfəyə ödənilməklə, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam verilə bilər. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə azı bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir. - Əmək Müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı “X6” MMC-yə baxış hesabatı qrupuna mühəndis vəzifəsinə işə qəbul edilmişdir. - Əmək Müqaviləsinin surətindən müəyyən olunur ki, İddiaçı X3 X8 balans hesabatı və şəbək-n acil-r üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. -İddiaçı xəbərdarlıq müddətinin bitməsinə 2 gün qalmış xx.xx.2023-cü il tarixindən xəstəlik vərəqəsində olduğunu bildirmişdir, işçinin xəstəlik vərəqəsi xx.xx.2023-cü il tarixində bağlandığından xx.xx.2023-cü il tarixində işə çıxmalı olduğu halda işçi xx.xx.2023-cü il tarixində bütün gün işə gəlməmiş, xx.xx.2023-cü il tarixində isə nahara yaxın saatlarda şəbəkəyə gələrək, xəstəlik vərəqəsini təqdim etmiş və yenə də üzürsüz səbəbdən iş yerini tərk etmişdir. İddiaçı tərəfindən əmək funksiyasinin kobud şəklidə pozulması ilə bağlı şəbəkənin əməkdaşları Akt tərtib etmişdir. Bununla da, İddiaçı əmək müqaviləsinə, AR ƏM-nin 72-ci maddəsinin ‘a" bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə, AR ƏM-nin 70-ci maddəsinin "ç” bəndinə ilə xitam verilməsi üçün əsas yaranmışdır. Lakin çalışdığı xidmətinin ləğv edilməsi ilə bağlı işçinin əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq olunduğunu nəzərə alaraq, onun əmək müqaviləsinin AR ƏM 70-ci maaddəsinin “b" bəndinə əsasən ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bundan əlavə xəbərdarlıq müddətində İddiaçı əmək funkiyasını kobud şəkildə pozduğuna, qeyri-energetik ixtisaslı olduğuna və şəbəkədə başqa iş imkanlarının olmadığına görə ona iş təklif olunmamışdır. - xx.xx.2023-cü il tarixli Aktdan müəyyən olunur ki, "İzolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı xx.xx.2023-cü il tarixində işə gəlməmişdir. -xx.xx.2023-cü il tarixli Aktdan müəyyən olunur ki, "İzolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı xx.xx.2023-cü il tarixində işə gəlməmiş, günortaya yaxın saatlarda müəssisəyə gələrək xəstəlik vərəqəsini təqdim etmiş və yenidən çıxıb getmişdir. - “Xaçmaz REŞ" MMC-nın xx.xx.2022-ci il tarixli, DƏ/114 nömrəli Əmrindən müəyyən olunur ki, ”Azərenerji ASC-nin ES, REŞ və YGEŞ-lərində bütün növ sınaq işlərinin icrası üçün nəzərdə tutulan ştat vahidləri ləğv edilərək Laboratoriya mərkəzinin iştirakı ilə yenidən formalaşdırılsın. Ləğv edilən xidmətlərin yeni işçi heyəti komplektləşdirildiyi müddət ərzində tabe olduqları REŞ (YGEŞ) və ES-da öz fəaliyyətini davam etdirsinlər. - Cavabdeh MMC-nin “Əmək və icra intizamının pozulması haqqında” xx.xx.2023cü il tarixli, 067/k saylı əmrindən müəyyən olunur ki, İzolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı Azərbaycan - Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən və 188-ci maddəsinə uyğun olaraq töhmət elan edilsin. İşçinin nəzərinə çatdırılsın ki, gələcəkdə bir daha belə hallara yol verərsə barəsində daha ciddi intizam tənbehi görüləcəkdir. Mühasibatlığa tapşırılsın ki, 11 noyabr 2022-ci il tarixinə işçiyə əmək haqqı hesablanmasın . - İddiaçı "Xaçmaz REŞ” MMC-nin direktoruna ünvanladığı izahatından müəyyən olunur ki, xx.xx.2023-cü ildə xəstə olduğu üçün işə gəlməmişdir və gəlməməyi ilə bağlı heç kimə məlumat verməmişdir. Üzürlü səbəbi nəzərə almağı xahiş etmişdir. - Təqdimatdan müəyyən olunur ki, xx.xx.2023-cü ildə İzolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı rəhbərliyə məlumat vermədən işə gəlməmişdir. İşçi barəsində müvafiq tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verilməsi xahiş edilmişdir. - xx.xx.2022-ci il tarixli Aktdan müəyyən olunur ki, "İzolyasiya və İGM xidmətinin böyük ustası İddiaçı naməlum səbəbdən xx.xx.2022-ci il tarixində işə gəlməmişdir. - İddiaçı tərəfindən yazılmış ərizədən müəyyən olunur ki, hazırda xidməti fəaliyyətini həyata keçirtməyi üçün ona süni maneələr yaradılır, daim o, işdən çıxardılmaqla gərgin saxlanıldığı üçün fəaliyyətində çətinliklər yaranır. Yəni əmək funksiyalarının icrasına davamlı süni maneələr yaradılmaqdadır. Yuxanda göstərilənləri nəzərə alaraq 19 sentyabr 2023-cü il tarixindən etibarən 20 gün müddətinə tətil elan edəcəyi və əmək funksiyalarının icrasını dayandıracağı barədə xəbərdar edir, əmək mübahisəsinin həlli məqsədi ilə pozuntuların aradan qaldırılmasını xahiş edir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/318 saylı rəyindən müəyyən olunur ki, Ekspertizaya təqdim edilmiş, mülki işin 120-ci vərəqində İddiaçı adından "xxxx" ASC-nin X5 Şəbəkəsi” MMC-yə ünvanlanmış 19 sentyabr 2023-cü il tarixli ərizənin yuxarı sol küncündə olan möhür üzərindəki “202, xx.xx.2023” rəqəmləri Nümayəndə1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 1999-cu ildən 20 sentyabr 2023-cü il tarixinədək "xxxx" ASC-də mühəndis vəzifəsində çalışmışdır. 2023-cü il 20 sentyabr tarixli 045/k saylı Əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat ixtisarı ilə əlaqədar) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa olunması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin “X5 şəbəkəsi MMC-nin 045/K saylı əmrinin ləğv edilməsi, onun işə bərpa olunmağı və xx.xx.2023-cü ildən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəf iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbini qəbul etməmiş, iddia tələbi əsassız olduğundan, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir; -35-ci maddəsinin 4-cü hissəsinə görə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən: Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları: Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən; İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir : bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir
3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.
4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır Həmin Məcəllənin 78-ci maddəsinə əsasən;
1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2023-ci il tarixli əmrlə "xxxx" ASC-nin EDS, REŞ, YGEŞ-lərində bütün növ sınaq işlərinin icrası üçün nəzərdə tutulan ştat vahidləri ləğv edilərək, yenidən formalaşdırılmışdır. Qeyd olunan ştatın ixtisar olunacağı barədə İddiaçı AR "xxxx" ASC Cavabdeh MMC tərəfindən müvafiq qaydada rəsmi məktub ünvanlanmış və xəbərdarlıq olunmuşdur. AR "xxxx" ASC Cavabdeh MMC tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 045/k nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilmiş və ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbinə uyğun olaraq orta əmək haqqının iki misli miqdarında işdənçıxma müavinəti ödənilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub- olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin qeyd olunan normalarına riayət etməklə xitam verildiyindən iddia tələbi əsassızdır. İş üzrə toplanılmış sübutlarla iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmaqla ləğv edilməsi təsdiq olunmuşdur. Belə ki, iddia ərizəsində qeyd olunanlar və məhkəmə araşdırması zamanı iddiaçının gətirdiyi dəlillərə məhkəmə tənqidi yanaşaraq hesab edir ki, iddiaçının dəlilləri özünümüdafiə xarakteri daşıyır, əsassızdır və qəbul edilə bilməz. Belə ki, məhkəmə iddiaçının tətil edəcəyi barədə cavabdeh orqana rəsmi şəkildə ərizə ilə müraciət etməsinə dair gətirdiyi dəlil ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx"ASC-nin rəhbərliyinə tətil etməsi ilə bağlı ərizə ünvanlamış, qeyd olunan ərizəni şəxsən Nümayəndə1 qəbul etməsini, ərizədə müvafiq qeydlərin Nümayəndə1 tərəfindən aparıldığını qeyd etsə də, göstərilən xüsusatların araşdırılması üçün təyin olunmuş məhkəmə ekspertizasının rəyi ilə bu hal öz təsdiqini tapmadı. Bu hallara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tətili əmək qanunvericiliyinin normalarına riayət etməklə keçirməmişdir. Qeyd olunan əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsi işin faktiki halları və sübutlarla öz təsdiqini tapmır. Məhkəmə iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi törəmə tələb olub, işə bərpa barəsində iddia tələbindən yaranmışdır. Buna görə də iddianın əmək haqqının ödənilməsi barədə hissəsi də əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i:
İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüsalə Qasımova