Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-93/2025 26.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İmamnəzir oğluna, Cavabdeh4 və Cavabdeh5 qarşı «kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı Xaçmaz rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh1 02 iyun 2022 tarixli, KE/37353/86/19 saylı Kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 24400.74 manat əsas, 2686.49 manat faiz və 1523.78 manat cərimə borcu olmaqla, cəmi 28611.01 manat borcun və ödənilmiş 176 manat dövlət rüsumunun tutulması, yuxarıda qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri Rəsul Rza küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 165.5 kv.metr olan 25 nömrəli fərdi yaşayış evi ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda Cavabdeh2, Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və digər şəxslərin həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında 31 may 2022-ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış 02 iyun 2022 tarixli, KE/37353/86/19 saylı Kredit sazişinə əsasən 24 ay müddətinə, illik 17 faiz olmaqla 50000 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 aprel 2020-ci il tarixli, ********** qeydiyyat N:li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Xaçmaz şəh, Rəsul Rza küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 165.5 kv.m. olan 25 nömrəli fərdi yaşayış evi “Bankla” 31 may 2022-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, 08 aprel 2020-ci il tarixli Çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, tərəflərindən cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış «Kredit müqavilə»sinə əsasən “ödəniş cədvəli” ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Nəticədə xx.xx.2024-cü il tarixinə cavabdehin KE/37353/86/19 saylı, 02 iyun 2022 tarixli Kredit müqaviləsi üzrə «Bank»a 24400.74 manat əsas, 2686.49 manat faiz, 1523.78 manat cərimə borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 21 may 2025-ci il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 KE/37353/86/19 saylı, 02 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 24400.74 manat əsas, 2686.49 manat faiz və 1523.78 manat cərimə borcunun, cəmi 28611.01 manat borcun və ödənilmiş 176 manat dövlət rüsumunun tutulması, qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri, Rəsul Rza küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 165.5 kv.m olan 25 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 18 iyun 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 KE/37353/86/19 saylı, 02 iyun 2022-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 24400.74 manat əsas, 2686.49 manat faiz və 1523.78 manat cərimə borcunun, cəmi 28611.01 manat borcun və ödənilmiş 176 manat dövlət rüsumunun tutulması, ona məxsus olan Xaçmaz şəhəri, Rəsul Rza küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 165.5 kv.m olan 25 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, bankla Cavabdeh1 arasında 31 may 2022-ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış 02 iyun 2022 tarixli, KE/37353/86/19 saylı Kredit sazişinə əsasən 24 ay müddətinə, illik 17 faiz olmaqla 50000 manat kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 aprel 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri Rəsul Rza küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 165.5 kv.metr olan 25 nömrəli fərdi yaşayış evi Bankla 31 may 2022-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük ********** qeydiyyat nömrəli, 08 aprel 2020-ci il tarixli Çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin, kredit alan Cavabdeh1 ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etmir. Bununla əlaqədar olaraq, cavabdehə bildiriş göndərilmiş, lakin heç bir müsbət nəticə əldə edilməmişdir. Kredit alanla aralarında imzalanmış kredit müqaviləsinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə öz vəzifəsini lazımınca icra etmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Hazırda kredit müqaviləsi üzrə cavabdehin 24400.74 manat əsas, 2202.23 manat faiz və 1523.78 manat cərimə borcundan ibarət, cəmi 28611,01 manat borcu vardır. Əsas borcun məbləğini ekspert rəyində göstərildiyi kimi qəbul edirlər, faiz borcunun pretenziyada göstərilən məbləğdə hesablanmasını xahiş edir və cərimə borcunun məbləğini isə məhkəmənin mülahizəsinə buraxırlar. Borcun ödənilməsini təmin etmək məqsədilə tələbin Cavabdeh1 məxsus fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, öz əmlaklarını girov qoyaraq, kredit götürüb Xaçmaz rayon X9 keçmiş rəisi Elnur Quliyevə pul vermişdir. Onun həbs olunmağı ilə bağlı ödənişlər edilməmişdir. Elnura etibarnamə vermiş, Elnur da bütün əməliyyatları onun adından özü etmişdir. Banka hər ay ödənişləri o, ödəmişdir. O, isə sadəcə pulu kassadan götürmək üçün sənədə imza etmişdir. X3 476000 manat borcu vardır. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 müvəkkilinin mövqeyindən çıxış edərək iddianı qəbul etmədiyini bildirmiş, izahatnda göstərmişdir ki, Cavabdeh1 Xaçmaz şəhəri Rəsul Rza küçəsi 27 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır və orada yaşayır. İpotekaya qoyulan ev isə Xaçmaz şəhəri Rəsul Rza küçəsi 25-də yerləşir. Cavabdeh1 hazırkı krediti bankdan kommersiya işlərinə görə götürmüşdür. Ona görə mülki iş aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 İmamnəzir oğluna, Cavabdeh4 və Cavabdeh5 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazimi qaydada məhkəmə bildirişləri çatdırılsa da, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 İmamnəzir oğlunun, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxlmasında iştirak edən tərəflərin izahatlarını dinləyib, tərəflərin təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 31 may 2022ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqavilədən müəyyən olunur ki, bank tərəfindən cavabdehə 84 ay müddətinə illik 3 faiz dərəcəsi ilə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 31 may 2022ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqaviləsi daxilində 02 iyun 2022-ci il tarixli, KE/37353/86/19 saylı kredit sazişindən müəyyən olunur ki, bank tərəfindən cavabdehə istehlak məqsədləri ilə 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 50000 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 31 may 2022ci il tarixli 1 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə məxsus olan Xaçmaz şəhəri, Rəsul Rza küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan ümumi sahəsi 165.5 kv.metr olan 25 saylı fərdi yaşayış evi 31 may 2022-ci il tarixli L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqavilə üzrə öhdəliklərin icrasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, Rəsul Rza küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan ümumi sahəsi 165.5 kv.metr olan 25 saylı fərdi yaşayış evi Cavabdeh1 mülkiyyəti kimi 08 aprel 2020-ci ildə qeydə alınmışdır. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvandakı fərdi yaşayış evində Cavabdeh2, Cavabdeh3 İmamnəzir oğlu, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatdadır. 05 aprel 2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, 02 iyun 2022-ci il tarixli, KE/37353/86/19 saylı kredit sazişi üzrə Cavabdeh1 İddiaçı ASC-nə 24400,74 manat əsas, 2686,49 manat faiz və 1523,78 manat cərimə borcu vardır. 23 fevral 2024-cü il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişdən (pretenziya) müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 31 may 2022-ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış 02 iyun 2022 tarixli, KE/37353/86/19 saylı Kredit sazişinə əsasən 23 fevral 2024-cü il tarixə 24400.74 manat əsas, 2202.23 manat faiz və 1523.78 manat cərimə borcundan ibarət, cəmi 28611,01 manat borcunu ödəmədiyi təqdirdə, kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə tələbin 31 may 2022ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 08 aprel 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Xaçmaz şəhəri Rəsul Rza küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 165.5 kv.metr olan 25 nömrəli fərdi yaşayış evinə yönəldiləcəyi barədə cavabdehə xəbərdarlıq edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2024-cü il tarixli 9/7262 saylı ekspert rəyindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 02 iyun 2022-ci il tarixli, KE/37353/86/19 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq, Cavabdeh1 15 avqust 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə 24358.51 manat, faiz borcu üzrə 4175.45 manat olmaqla, ümumilikdə 28533.97 manat məbləğində borcu müəyyən edilir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli, 4/506 saylı ekspert rəyindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 31 may 2022-ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqaviləsinin 1-2-ci səhifələrinin aşağı sağ hissəsindəki imzalar və “kredit alan” qrafasındakı imza və həmin müqaviləyə dair 02 iyun 2022-ci il tarixli, KE/37353/86/19 saylı kredit sazişində (i.v 141) “Müştəri” qrafasındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Həmin Məcəllənin 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. “İpoteka haqqında” Qanunun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra xidmətinin depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: - 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); - 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; - 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; Məhkəmənin gəldiyi nəticə: Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutların məcmusu ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə 31 may 2022-ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağladığı 02 iyun 2022 tarixli, KE/37353/86/19 saylı Kredit sazişinə əsasən üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 743.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllə ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh1 hazırkı krediti bankdan kommersiya işlərinə görə aldığı üçün mülki işin aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalı olduğunu bildirsə də, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 31 may 2022-ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqaviləsi daxilində 02 iyun 2022-ci il tarixli, KE/37353/86/19 saylı kredit sazişindən müəyyən olunur ki, bank tərəfindən cavabdehə kredit istehlak məqsədləri üçün verilmişdir. Məhkəmə iddia tələbində göstərilən xüsusatların obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2024-cü il tarixli, 9/7262 saylı ekspert rəyin ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 02 iyun 2022-ci il tarixli, KE/37353/86/19 saylı kredit müqaviləsinə əsasən 15 avqust 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas borc üzrə 24358.51 manat, faiz borcu üzrə 4175.45 manat olmaqla, ümumilikdə borcu 28533.97 manat təşkil edir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 iddiaya qarşı etirazının dəlilləri kimi krediti öz əmlaklarını girov qoyub alaraq, Xaçmaz rayon X9 keçmiş rəisi Elnur Quliyevə verdiyini, həbsdə olması ilə bağlı ödənişlər edilmədiyini, Elnur Quliyevə etibarnamə verdiyini, sonuncunun da bütün əməliyyatları onun adından etdiyini və banka hər ay ödənişlər etdiyini, özünün isə sadəcə pulu kassadan götürmək üçün sənədə imza etdiyini bildirsə də, qeyd olunan halların mövcudluğunu təsdiq edən heç bir mötəbər sübutunu məhkəməyə təqdim etməmiş, həmin hallar onun özünün izahatından başqa heç bir sübutla sübuta yetirilməmişdir. Həmçinin bununla bağlı məhkəmə tərəfindən iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli 4/506 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 31 may 2022-ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqavilədə və həmin müqaviləyə dair 02 iyun 2022-ci il tarixli, KE/37353/86/19 saylı kredit sazişindəki imzalar Cavabdeh1 tərəfindən icra olunmuşdur. Beləliklə də, işdə olan sübutların məcmusu ilə cavabdehin iddiaçı bankla bağladığı kredit müqaviləsinə əsasən bank qarşında kredit borcunun qaytarılması barədə öhdəliyinin yaranması və həmin öhdəliyə əməl etməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə tərəfindən iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, iddia tələbində və 12 sentyabr 2024-cü il tarixli maliyyə arayışında iddiaçının cavabdehə qarşı qoyduğu tələb məbləği əsas məbləğ üzrə 24400.74 manat, faiz borcu üzrə 2686.49 manat və cərimə borcu üzrə 1523.78 manat olmaqla, cəmi 28611.01 manat təşkil edir. 23 fevral 2024-cü il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişdə (pretenziya) isə Cavabdeh1 23 fevral 2024-cü il tarixə 31 may 2022-ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində 02 iyun 2022 tarixli, KE/37353/86/19 saylı kredit sazişi üzrə banka olan borcu əsas məbləğ üzrə 24400.74 manat, faiz borcu üzrə 2202.23 manat və cərimə borcu üzrə 1523.78 manat olmaqla, cəmi 28611,01 manat məbləğində qeyd etmiş, bundan əlavə İddiaçı ASC həmin tarixli bildirişdə (pretenziyada) aralarında bağlanmış kredit müqaviləsi üzə əsas öhdəliyin və ya onun bir hissəsinin 90 təqvim günü və daha çox müddətə gecikdirilməsinin ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasını izah etmiş, cavabdehə kredit borcu ödənilmədiyi halda tələbin ipotekaya yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş və cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsi bildirilmiş, razılaşma bağlamaq istəyirsə 3 gün müddətində banka yaxınlaşması təklif edilmişdir. Məhkəmə işin hallarını araşdıraraq belə qənaətə gəlir ki, Cavabdeh1 İddiaçı ASCnə əsas borcu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 18 iyun 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə tələb olunan 24400.74 manat məbləğində deyil, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 noyabr 2024-cü il tarixli 9/7262 saylı ekspert rəyində müəyyən olunan 24358.51 manat məbləğində hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, İddiaçı ASC müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə (Cavabdeh1) bildirdiyindən, Cavabdeh1 tutulmalı olan faiz borcunun məbləği iddia tələbində və maliyyə arayışında qeyd olunan 2686.49 manat məbləğində deyil, 23 fevral 2024-cü il tarixli ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişdə (pretenziyada) qeyd olunmuş 2202.23 manat məbləğində təşkil edir. Eyni zamanda məhkəmə işin hallarını, kreditorun əmlak və bütün əsaslı mənafelərini, o cümlədən cavabdeh tərəfin maddi vəziyyətini nəzərə alaraq, tənasübsüz surətdə yüksək hesablanmış 1523.78 manat məbləğində dəbbə pulunun azaldılaraq, 1217.90 manat müəyyən edilməsini məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçının cavabdehə məxsus olan Xaçmaz şəhəri, Rəsul Rza küçəsində yerləşən 0.04 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 165.5 kv.m olan 25 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi tələbinə münasibətdə onu qeyd edir ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə 31 may 2022-ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağladığı 02 iyun 2022 tarixli, KE/37353/86/19 saylı Kredit sazişinə əsasən üzərinə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini 90 təqvim günü və daha çox müddətə icra etmədiyinə görə “İpoteka haqqında” Qanunun 34.1.1-ci maddəsinə əsasən ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və kredit borcu tələbi ipotekaya yönəldilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 27778.64 manata görə 173.34 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən iş üzrə ödədiyi dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən, yəni iddia tələbinin predmetini təşkil edən məbləğ azaldığından 173.34 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə işin hallarına hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 may 2022-ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində 02 iyun 2022 tarixli, KE/37353/86/19 saylı kredit sazişi üzrə yaranmış əsas məbləğ üzrə 24358.51 manat, faiz üzrə 2202.23 manat, cərimə üzrə 1217.90 manat olmaqla, cəmi 27778.64 manat məbləğində borc pul və iddiaçı tərəfindən ödənilmiş 173.34 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Xaçmaz şəhəri, Rəsul Rza küçəsində yerləşən 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində olan ümumi sahəsi 165.5 kv.metr olan 25 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti cavabdehin banka olan əsas məbləğ üzrə 24358.51 manat, faiz üzrə 2202.23 manat, cərimə üzrə 1217.90 manat olmaqla, cəmi 27778.64 manat məbləğində borcunun və ödənilmiş 173.34 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yönəldilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 224 manat (məhkəmə mühasibatlıq ekspertizası 100 manat + məhkəmə xəttşünaslıq ekspertizası 124 manat ) məbləğində pul Cavabdeh1 alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 may 2022-ci il tarixli, L011/2022/19 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində 02 iyun 2022 tarixli, KE/37353/86/19 saylı kredit sazişi üzrə yaranmış əsas məbləğ üzrə 24358.51 manat, faiz üzrə 2202.23 manat, cərimə üzrə 1217.90 manat olmaqla, cəmi 27778.64 manat məbləğində borc pul və iddiaçı tərəfindən ödənilmiş 173.34 manat məbləğində dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Xaçmaz şəhəri, Rəsul Rza küçəsində yerləşən 0,04 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində olan ümumi sahəsi 165.5 kv.metr olan 25 saylı fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak hərracda satılsın və onun satışından əldə olunmuş pul vəsaiti cavabdehin banka olan əsas məbləğ üzrə 24358.51 manat, faiz üzrə 2202.23 manat, cərimə üzrə 1217.90 manat olmaqla, cəmi 27778.64 manat məbləğində borcunun və ödənilmiş 173.34 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yönəldilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 224 manat (məhkəmə mühasibatlıq ekspertizası 100 manat + məhkəmə xəttşünaslıq ekspertizası 124 manat ) məbləğində pul Cavabdeh1 alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VÖEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-93/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-93/2025
26.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver