Məhkəmə qərarları › İş №e-2(068)-19/2025

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-19/2025

28.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-19/2025 28.01.2025 XIZI RAYON MƏHKƏMƏSİ X31 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Cavabdehlər Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlu və Cavabdeh2, Cavabdeh Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Məmı̇ şov Şahı̇ n Qəzənfər oğlunun cavabdehlər Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlu və Cavabdeh2 qarşı torpaq sahəsinə və həmin torpaq sahəsində mövcud olan fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Məmı̇ şov Şahı̇ n Qəzənfər oğlu cavabdehlər Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1, anası X13 ilə xx.xx.1967-ci il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1 Qəzənfər oğlu anadan olmuşdur. Mərhum X1 ünvan 2 ünvanda 0,06 ha torpaq sahəsi almış və həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. X1 xx.xx.2021-ci il tarixində ölmüşdür. Atasının ölümündən sonra cavabdehlər atasından miras qalmış əmlaka tam şəkildə yiyələnmək məqsədi ilə həmin torpaq sahəsinə və orda mövcud olan fərdi yaşayış evinə daxil olmağına imkan yaratmayaraq qeyri-qanuni surətdə həmin əmlaka sahiblik etməyə başlamışlar. Dəfələrlə cavabdehlərə həmin miras əmlakda hər birinin 1/3 hissədə payının olduğunu bildirsə də, cavabdehlər onun sözünə məhəl qoymamışlar. Bundan sonra Bakı şəhəri 26 saylı Notariat ofisinə müraciət edərək, atasından miras qalmış əmlakın vərəsəlik qaydasında qəbulu ilə bağlı ərizə ilə müraciət etmişdir. Vərəsəlik haqqında şəhadətnaməyə əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X27 şəxsin 2 saylı Sumqayıt ərazi dairəsi tərəfindən ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi üzərində 1/3 hissədə payın müəyyən edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixində **********99 reyestr nömrəli çıxarış vermişdir. Ona görə də, cavabdehlər tərəfindən yaradılan manelərin aradan qaldırılması məqsədi ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, mübahisə predmeti olan fərdi yaşayış evinə dair əmlak hüquqları qeydə alınmasa da, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi paylı mülkiyyət hüququ ilə ona məxsusdur və həmin fərdi yaşayış evinə onun mülkiyyət hüququnun olması aşkardır. İddiaçı Məmı̇ şov Şahı̇ n Qəzənfər oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini və hazırkı mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlu iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, evin tikilməsində onun əziyyəti böyükdür. Qonşular və orada işləyən fəhlələr də bunu təsdiq edə bilər. Neçə illərdir həmin evə o gedib gəlir, evin kommunalı, interneti onun adınadır. Atası rəhmətə getməmişdən qabaq həmişə “evi sənin adına keçirəcəyəm” desə də, pandemiya vaxtı rəhmətə getdiyindən bu mümkün olmamışdır. İddiaçı, yəni qardaşı İddiaçı heç buranın yolunu tanımamış, sadəcə bir dəfə içki məclisinə gəlmiş, içəndən sonra biraz dava-dalaş salıb, getmişdir. O, 1992-ci ildən hərbidə xidmət etmiş, ona ev verilməyi ehitmalını nəzərə alaraq buradakı evi öz adına keçirməmişdir. Bu ev tikiləndə elə gün olub ki, Bakıdan Xızıya 2 dəfə maşın sürmüşdür. Evin 1-ci mərtəbəsi tikiləndən sonra isə ev yarımçıq qalmış, maddi çətinlik olması barədə rəhmətlik atası ona məlumat vermiş, o da, 18000 manat tikinti üçün vermişdir. Həmin ərəfədə anası onkoloji xəstə olmuş, düşünmüşdür ki, evin tikintisini tez başa çatdırsınlar və anası da gəlıb biraz təmiz havada yaşasın. Evin tikintisini bitərəndən sonra mütəmadi olaraq buraya gəlib-gedir və kommunal xərcləri də hamısını vaxtında ödəyir. Atası rəhmətə getməmişdən qabaq ailə üzvlərini bir araya yığıb demişdir ki, Alatava qəsəbəsindəkı ev 220 kv.metrdir. Olimpik Star tərəfdən evləri plana salmaq məqsədilə sökə-sökə onlar tərəfə gəlirdilər. Dedi ki, kvadratı 2000 manatdan verirlər, o da 440000 manat pul edirdi. Heç onu da istəmir, halal xoşu olsun. Çünki atasının ağzından bir kəlmə söz çıxıb. Hamının yanında şifahi olaraq vəsiyyət etmişdir ki, Alatavadakı ev Şahinindir, hətta o evdən bacısına da pay verirdi, ancaq bacısı yəni, Bağdagül ondan imttina etmiş və ona ehtiyacı olmadığını bildirmişdir. Sonra isə Saray qəsəbəsində torpaq sahəsini isə üçünüzün arasında bölərsiniz demiş, bacısı yenə bundan imtina etmişdir. Odur ki, iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, bu ev tikiləndən atası ilə birlikdə qardaşı Mübariz də əziyyət çəkibdir. Atası da sağlığında deyirdi ki, bu ev Mübarizindir. Torpaq yeni alınanda digər qardaşı Şahin buranı istəmədiyini atasına demişdir. Qohum-əqraba da bilir ki, buradakı ev Mübarizindir. Odur ki, iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlunun nümayəndəsi, Vəkil izahatında bildirdi ki, iddiaçı cavabdehin qardaşıdır. Ataları pandemiya dövründə, yəni 2021-ci ildə rəhmətə getmişdir. Rəhmətə getməmişdən qabaq onlar Alatava qəsəbəsində böyüyüb orada yaşayıblar. Oradakı ev qanunsuz tikili sayılır. Qeyri-rəsmi şəkildə, şahidlərin də iştirakları ilə atası sağlığında Xızı rayonunda olan ev Mübarizin, Alatava qəsəbəsində olan evi isə digər oğlu, yəni İddiaçı məxsus olduğunu bildirib. Şahin də atasının vəsiyyətinə uyğun olaraq bu huquqdan istifadə edərək bu məsələni rəsmi şəkildə qaldırıb. Həmin torpağın 1/3 hissəsi Mübarizə, 1/3 hissəsi Şahinə, digər 1/3 hissəsi isə Bağdagülə qaldığını notariusdan götürübdür. Həmin torpağın üzərində olan tikilinin isə heç bir sənədi olmamışdır. Bu gün iclasda şahidlər və tərəflər dindiriləcək, ancaq o, hüquqi tərəfdən çıxış edərək bildirmək istəyir ki, iddiaçının heç bir subyektiv hüququ yoxdur. Çünki bütün Ali Məhkəmənin qərarları, öz təsdiqini tapmış məhkəmə praktikası, Konstitusiya Məhkəməsinin qərarlarında göstərilir ki, şəxsin ilk növbədə subyektiv hüququ göstərilməlidir. Qanunsuz tikili olduğuna görə 1-ci növbədə öz payının ayrılmasına subyektiv hüququ var. İddiaçı heç vaxt o evdə yaşamamış, bütün məhkəmə praktikalarında ancaq bu vaxt ola bilər ki, şahidlərlə, sübutlarla öz təsdiqini tapsın ki, o şəxs daima o yerdə yaşamış olsun, müəyyən səbəblərdən oranı tərk etmiş olsun, sonradan orada istifadə hüququnu tələb eləmiş olsun. Ancaq iddiaçı nəinki burada yaşamamış, heç buranın yolunu belə tanımamışdır. Belə ki, iddiaçı iddia ərizəsində həmin evin tikilib ərsəyə gəlməsində hər hansı bir əziyyətinin olduğunu da qeyd etməmişdir. İddiaçı sadəcə torpaq sahəsinin 1/3 hissəsində payının olduğunu düşünərək bu məsələni qaldırmışdır. Bu da onu göstərir ki, iddiaçının torpaq sahəsində olan evə heç bir subyektiv hüququ yoxdur. Cavabdeh - Mübariz Məmı̇ şov Daxili Qoşunların Baş İdarəsində hərbi qulluqçu vəzifəsində işləmişdir. Hərbi qulluqçular evlə təmin edildiyinə görə aldığı mülkləri yaxın adamların adlarına qeydiyyatdan keçiribər. Atası da yaxını olduğuna görə onun adına etməyi məsləhət bilmişdir. Ancaq evin tikintisinə xərclənən 18000 manatı cavabdehlər təmin ediblər. Digər qardaşının isə burada heç bir hüququ yoxdur. Dindiriləcək şahidlər də bunu təsdiq edəcək. Hətta Konstitusiya Məhkəməsinin 2008-ci il 30 iyul tarixli qərarında da göstərilir ki, şəxsin subyektiv hüququ göstərilməlidir. Odur ki, iddianın əsassız olduğundan təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bununla yanaşı, cavabdeh Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlu məhkəməyə iddiaya etiraz təqdim edərək, göstərmişdir ki, iddiaçı - qardaşı İddiaçı məhkəməyə yazdığı iddia ərizəsində Xızı rayonundakı torpaq sahəsinə, eləcə də həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli tikiliyə köçürülməsi tələbini irəli sürmüşdür. Bundan əlavə, iddianın əsası kimi iddiaçı ona verilmiş vərəsəlik haqqında şəhadətnaməyə əsasən 2 saylı Ərazi İdarəsindən ona verilmiş xx.xx.2024-cü il tarixli **********99 reyestr nömrəli Çıxarışı da təqdim etmişdir. Bununla əlaqədar olaraq ilk növbədə həmin Çıxarışda qeyd olunanlara nəzər yetirilməsini xahiş edir. Belə ki, qeyd olunan Çıxarışda məhz torpaq sahəsinə 1/3 hissədə payının müəyyən edilməsi üçün təqdim olunduğu göstərilmişdir. İddiaçı isə məhz torpaq sahəsinə həmin 1/3 hissədə payının müəyyən edilməsini xahiş etməli olduğu halda, torpağın üzərində olan evə köçürülməsi tələbini irəli sürmüşdür. Nəzərə alınsa ki, həmin iddia ərizəsini iddiaçının özü yazmamışdır, onda həmin iddianı onun üçün tərtib edən şəxsin hiylə işlətməsi və məhkəmənin işin əhəmiyyətli hallarından yayındırılması məlum olur. Belə ki, iddianı tərtib edən şəxs işin hallarını təhrif edərək iddia ərizəsində, xüsusilə həmin evin özbaşına tikili olduğunu tamamilə göstərməmiş, eləcə də iddiaçının hansı əsaslarla bu özbaşına tikilmiş sayılan evə köçürülməsi hüququnun olmasını hər hansı sübutlarla əsaslandırmamış, iddiaçının həmin yaşayış yerinin tikintisində nə cür xidmətlərinin olması və ya həmin ünvanda hansı müddətlərdə yaşayıb-yaşamamasını göstərməmişdir. Göründüyü kimi, MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddiaçı tələbində istinad etdiyi faktları və halları, habelə onları təsdiq edən sübutların siyahısını göstərməlidir. Hazırki situasiyada isə iddiaçı Qanunun bu tələbinə riayət etməyərək torpaq sahəsinə əldə etdiyi hüququnu müəyyən etmədən onun üzərində tikilmiş evə köçürülməsini irəli sürmüşdür ki, bu da mülki prosessual qanunvericiliyin bu tələbinə ziddir. Digər tərəfdən, həqiqətən də həmin torpaq sahəsi 2021-ci ildə vəfat etmiş mərhum ataları Qəzənfər Məmişovdan miras payı kimi qalmış və notariusda açılmış vərəsəlik işində qeydə alınmışdır. Lakin həmin torpaq sahəsinin üzərindəki tikilinin heç bir sənədi olmadığından və həmin tikili özbaşına olduğundan notariusda miras əmlakı kimi qeydə alınmamışdır. Məlumat üçün bildirir ki, o, uzun müddət DİN-nin Daxili Qoşunlarında zabit vəzifələrində dövlətə və Vətənə xidmət etmişdir. Bunu ona görə qeyd edir ki, xidmətdə olarkən həmin torpağın üzərindəki tikilinin istər aparılması üçün müvafiq icazələrin alınmasında, istərsə də onun maddi xərclərinin çəkilməsində yaxından iştirak etmiş (bunun üçün nağd olaraq 18000 manat maddi vəsait qoymuş, üstəlik əlavə xərclər də çəkmişdir. İddiaçı isə, əksinə, bütün həyatı boyu tüfeyli həyat tərzi keçirmiş, həm özünün ailəsinə, həm də mərhum valideynlərinə daima ziyan vurmaqla məşğul olmuş, hazırki iş üzrə isə Xızı rayonunda yerləşən həmin evin inşaasında heç bir maddi və fiziki zəhməti olmamış, indiyə qədər heç oranın yolunu belə tanımamışdır. Əks təqdirdə, Xızı rayonunda yerləşən həmin yaşayış sahəsi bağ evi kimi istifadə olunduğundan, iddiaçının həmin evə köçürülməsinə heç bir ehtiyacı yoxdur, ikincisi isə, onun həqiqətən də həmin evin inşası üçün zəhməti olsaydı, bu evə rahat daxil olması mümkün (ən azı daxil olmaq üçün evin açarları onda) olardı. Bundan əlavə, hazırki işə birbaşa aid olmasa da, lakin iddiaçının hərəkətlərinə qiymət vermək baxımından aid olduğundan qeyd edir ki, uşaqlıqdan ailələrinin yaşadığı ünvan 3 ünvanı da özbaşına tikili olmuşdur. Eləcə də, mərhum ataları Qəzənfər Məmişovun vəfatından sonra ailələrinin yaşadığı (ata yurdu sayılan) həmin ev və onun ailəyə aid olan yaşayış sahəsi hazırda notarial qaydada onların arasında miras pay əmlakı kimi də qeydə alınmamışdır. Özü də həmin ünvanda yalnız iddiaçı - qardaşı İddiaçı və onun ailə üzvləri pasport qeydiyyatındadırlar və həmin ünvanda yaşayırlar. Belə olan halda hazırki iş üzrə iddia predmeti olan Xızı rayonundakı 6 sot torpaq sahəsi notarial qaydada miras pay əmlakında qeydə alınsa da, onun üzərində tikilmiş 2 mərtəbəli ev özbaşına tikili olduğundan müvafiq miras pay əmlakı kimi qeydə alınmamışdır. İddiaçının isə həmin evə hər hansı payının müəyyən edilməsi də notarial qaydada müəyyən edilməmiş və müəyyən edilməsi də mümkün deyildir. Digər tərəfdən, iddiaçının və ya onun ailə üzvlərinin nə Xızıda olan bu torpaq sahəsinə və yaxud onun üzərində olan evə hər hansı passport qeydiyyatının da olmadığından, iddiaçının isə faktiki qeydiyyatda və yaşadığı ünvanın Alatavadakı ev olduğu halda nədənsə iddia ərizəsində Sumqayıt şəhərində faktiki yaşamasını da başa düşmək olmur. Bununla da, iddiaçının Xızıda tikilmiş həmin yaşayış sahəsinə köçürülməsi tələbini irəli sürsə də, həmin həmin tikiliyə subyektiv iddia hüququnun da olmaması məlum olur. Nəhayət, yuxarıda qeyd olunanlardan da müəyyən oluna bilər ki, hazırki halda o və bacısı (digər cavabdeh) Cavabdeh2 uzun müddətdir ki, Alatavadakı evdən passport qeydiyyatından çıxmaları səbəbindən gələcəkdə Alatavadakı evlərin sökülməsi zamanı mərhum atası Qəzənfər Məmişovun mülkiyyətində olmuş (ata evindən) hər hansı paya malik deyillər. Xüsusilə də qeyd edir ki, atası Qəzənfər Məmişov sağlığında Alatavadakı evin oğlu (iddiaçı) Şahinin, Xızıdakı evin isə Mübarizin olduğunu qohum-əqrəbanın yanında dəfələrlə bildirmişdir. Lakin, onun 2021-ci ildə vəfatının pandemiya dövrünə düşdüyündən bunu rəsmiləşdirə bilməmiş dünyasını dəyişmişdir. İddiaçı isə bundan öz çirkin məqsədləri üçün istifadə edərək Alatavadakı evdən ona və bacısına heç bir payın düşmədiyini bilərək, hazırda Xızıdakı torpağa 1/3 payının olmasından istifadə etmək niyyətindədir. Lakin yuxarıda da göstərdiyi kimi, 2 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli çıxarışından da görünür ki, bu çıxarış onun yalnız torpaq sahəsinə 1/3 hissədə payın müəyyən edilməsi ilə bağlıdır (üzərindəki tikili ilə deyil). Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, İddiaçı onun qaynıdır, yəni arvadı Cavabdeh2 qardaşıdır və bu məsələ barədə məlumatlıdır. Belə ki, İddiaçı hazırki mübahisə barədə düzgün qərar verməmişdir. Əvvəl bu torpaq sahəsi alınanda oranı istəmədiyini, buranın tikintisinə lazım olan pulu gedib xaricdə xərcləyə biləcəyini demişdir. Bu sözdən sonra digər qaynı Cavabdeh1 rəhmətlik atası Qəzənfərlə buradakı evi tikməyə başladılar. Əslində kişi rəhmətə getməmişdən qabaq evi Mübarizin adına sənədləşdirəcəkdi. Qəzənfər torpağı X5 alandan sonra öz adına qeydiyyatdan keçirmiş, həmin vaxt ona 6 aydan sonra torpağı başqasının adına keçirə biləcəyini demişlər. Bundan sonra isə kişi rəhmətə getmiş, ancaq kommunal xidmətlər Mübarizin adına qeydiyyata alınmışdır. Bu evin tikilməsində İddiaçı hər hansı maddi köməyi olmamış, sadəcə bir dəfə qonaqlıqda gəlib, içkili vəziyyətdə dava salıb getmişdir. Ondan sonra bura ayağı dəyməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 ifadəsində göstərmişdir ki, o, əvvəllər torpaq və xəritəçəkmə şöbəsində işlədiyinə görə Xızı şəhərində yerləşən torpaq sahəsinin sənədləşməsindən xəbəri vardır. Rəhmətlik Qəzənfər dayı və Mübariz tez-tez gəlib evin tikintisi ilə maraqlanırdılar. Qəzənfər kişi həmişə demişdir k, “inşallah bu evi Mübarizə verəcəm”. Ancaq rəhmətə getdiyi üçün onun adına keçirə bilməmişdir. Mübarizin mərhum atası onunla söhbətləşərkən şəhərdəki evin Şahinin, Xızıdakı evin isə Mübarizin olduğunu demişdir. Həmin evdə Mübariz və onun ailəsi yaşamış, Şahin həmin evə gəlməmiş, heç üzünü görsə də tanımazdır. Bu evə ancaq Mübariz, bacısı və onun yoldaşı Sərdar gəlib gediblər. Məhkəmə iclasında şahid qismində ifadə verən X14 ifadəsində göstərmişdir ki, Xızı şəhərində yerləşən bu mübahisəli evin bünövrədən tikintisini o, aparmış, Şahini tanımamış, rəhmətlik Qəzənfər kişi və Mübariz ona pul vermiş, Qəzənfər kişi çox vaxt şəhərdə olduğundan, tikintiyə lazım olan materiallar bitəndə Mübarizə zəng etmiş, o da alıb gətirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, Xızı şəhərində yaşayır və Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlu ilə qonşudur. Bünövrədən ev tikiləndə ancaq Qəzənfər dayı və Mübarizi burda görmüş, Şahini heç vaxt görməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X16 ifadəsində göstərmişdir ki, hər iki tərəf, yəni iddiaçı və cavabdehlər onun qohumlarıdır. Belə ki, atası ilə rəhmətlik Qəzənfər kişi dayı oğlu olublar. Şahin Xızıdakı evə gəlib- getməmiş, ev tikilib başa çatandan sonra bu söz-söhbət başlanmışdır. Həmin torpaq sahəsini o, satmış, əvvəllər torpaq sahəsində ev olmamış, rəhmətlik Qəzənfər dayı və oğlu Mübariz burada evi tikmişdir. Qəzənfər dayı pandemiya dövründə rəhmətə getmiş, ona görə torpağı və evi Mübarizin adına keçirə bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehlər onun rəhmətlik əmisi Qəzənfərin uşaqlarıdır. Əmisi sağlığında həmişə deyirdi ki, Bakıdakı ev Şahinin, Xızıdakı ev isə Mübarizindir. Xızıya gələrkən də həmişə evi Mübarizə verəcəyini demişdir. Çünki, Bakıdakı ev plana düşmüş, onun pulu ilə Xızıdakı torpağı almış, Alatava qəsəbəsindəki evi isə Şahinə vermişdir. Məhkəmə cavabdehlərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X11 arasında nikah 25 may 1967-ci il tarixdə 5 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Məmişov, arvada Məmişova soyadları verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 xx.xx.1967-ci ildə, Məmı̇ şov Şahı̇ n Qəzənfər oğlu isə xx.xx.1969-cu ildə anadan olmuşlar. Onların X1, anası X8r. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X13 xx.xx.2020ci ildə, X9 isə xx.xx.2021-ci ildə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğluna ünvanlanmış məlumatın verilməsi ilə bağlı arayışdan görünür ki, Xızı şəhərində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Məmı̇ şov Qəzənfər Rəsil oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xızı şəhərində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə (paylı mülkiyyət) Məmı̇ şov Şahı̇ n Qəzənfər oğlu, Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlu və Cavabdeh2 adına hər biri 1/3 hissə olmaqla, daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş **********99 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən görünür ki, Xızı şəhərində yerləşən 0,06 ha torpaq sahəsi Bakı şəhəri 26 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlu və başqalarının adına qeydiyyata alınmışdır. İşdə olan “Azəriqaz” İB X32 İstismarı İdarəsinin **********01280 saylı abonentin saldosundan görünür ki, Xızı şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı ünvan sahibi kimi Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan "xxxx" MMC X4 Xızı şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Xızı şəhərində (023)31-50-092 saylı telefon Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan “X21 Xidməti” PHŞ-nın Xızı su meliorasiya sistemlərinin istismarı idarəsinin hesab fakturasından görünür ki, Xızı şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış su sayğacı ünvan sahibi kimi Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlunun adına qeydiyyata alınmışdır. İşdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bildirişindən görünür ki, Xızı şəhəri, Mikayıl Müşfiq küçəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış işıq sayğacı ünvan sahibi kimi Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bu Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından və mötəbər sübutlardan da göründüyü kimi mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi tərəflərin bərabər paylı mülkiyyətində olsa da, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi, yəni mübahisəli tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmiş və deməli, özbaşına tikilidir. Eyni zamanda, tərəflərdən hər hansı biri mübahisəli tikiliyə dair istifadə, sərəncam, sahibliklə bağlı qanunla müəyyən edilən hər hansı hüquq müəyyənedici sənədə malik deyildirlər. Həmin tikiliyə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən tərəflərdən hər hansı birinin mübahisəli evə (özbaşına tikiliyə) istifadə hüququ yarana bilməz. Belə olan halda olmayan hüququn mübahisələndirilməsi istisna olunur. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ünvan 2 ünvanında yerləşən tikiliyə qanunvericilikdə müəyyən olunmuş qaydada mülkiyyət hüquqları rəsmiləşdirilmədiyindən iddiaçı Məmı̇ şov Şahı̇ n Qəzənfər oğlunun cavabdehlər Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlu və Cavabdeh2 qarşı həmin torpaq sahəsində mövcud olan fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası hüquqi əsasa malik deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 16-cı maddəsinə əsasən, yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Bundan başqa, məhkəmə iddianın torpaq sahəsinə köçürülmə hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, mülki qanunvericiliyin tələblərinə görə torpaq sahəsi yaşayış sahəsi (ev, mənzil) olmadığından ora köçürülmə nəzərdə tutulmadığı üçün iddiaçının sözügedən paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi və ya dəyərinin ödənilməsi və ya açıq hərracdan satılması və satış pulunun paylara mütənasib bölünməsini tələb etmək hüququ olsa da, işin hallarından göründüyü kimi tərəflər arasında həmin tələblər üzrə məhkəmə çəkişmələri olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1 və 213.2-ci maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı Məmı̇ şov Şahı̇ n Qəzənfər oğlunun cavabdehlər Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlu və Cavabdeh2 qarşı torpaq sahəsinə və həmin torpaq sahəsində mövcud olan fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Məmı̇ şov Şahı̇ n Qəzənfər oğlunun cavabdehlər Məmı̇ şov Mübarı̇ z Qəzənfər oğlu və Cavabdeh2 qarşı torpaq sahəsinə və həmin torpaq sahəsində mövcud olan fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar