Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № e-2(069)-75/2025 05.02.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Xocavənd Rayon Məhkəməsinin hakimi Əliyev İlqar Yadulla oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmək mübahisələri işə bərpa” tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri açıq məhkəmə iclasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun işə bərpa olunması, məcburi proqula görə əmək haqqı alması, son haqq-hesabının gecikmə olan 1 faiz əlavə olmaqla ödənilməsi və xəstələndiyi vaxtlarda (ilan çalma və çaqqal tutması zamanı) xərcin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin qeyd edilən normaları iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, İddiaçı iddia ərizəsini elektron məhkəmə sistemi vasitəsi ilə göndərmiş, iddia ərizəsində tərəflər bölümü hissəsində cavabdeh hüquqi şəxsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi (**********) kimi qeyd etmişdir. Lakin iddia ərizəsi araşdırılarkən müəyyən edilmişdir ki, ərizənin mətni hissəsində cavabdeh kimi "xxxx" MMC göstərilmişdir. Bununla da, İddiaçı iddia ərizəsinin forma və məzmununa riayət etməmiş, öz tələblərini əsaslandırdığı hallara dair rəsmi sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinə əsasən, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Göründüyü kimi iddia ərizəsinin mətni hissəsində cavabdeh "xxxx" MMC-nin ünvanı Xocavənd rayonu kimi göstərilsədə, cavabdehin rəsmi qeydə alındığı hüquqi ünvanı göstərilməmişdir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş sənədlərdə cavabdehin hansı ünvanda rəsmi qeydə alınması barədə sübut təqdim edilməmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinin məktubunda "xxxx" MMC-nin ünvanları ünvan 3əbəsi, Kollektorun arxası, AZ1116 kimi göstərilmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi forma və məzmununa uyğun olaraq düzgün tərtib edilmədiyindən, həmçinin işdə iştirak edən cavabdehin rəsmi qeydə alındığı ünvan dəqiq göstərilmədiyindən və bu barədə sənəd iddia ərizəsinə əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 152, 263-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “əmək mübahisələri işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra iddiaçıya ümumi qaydada ikinci dəfə məhkəməyə iddia verməsi hüquqları izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 10 (on) gün müddətinə Xocavənd Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №e-2(069)-75/2025
Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №e-2(069)-75/2025
05.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver