Məhkəmə qərarları › İş №e-2(071)-1004/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-1004/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-1004/2024 07.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli BPM**********51 saylı tam kart çərçivə müqaviləsi üzrə 500 manat əsas, 20,64 manat faiz borcu olmaqla, cəmi 520,64 manat və ödənilmiş dövlət rüsumu ilə birlikdə xidmət haqqı daxil olmaqla 30,40 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduqları mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə bildirişi və ona əlavə edilmiş sənədlər lazımı qaydada göndərilmiş, lakin o, xx.xx.2024-cü il tarixdə məktubu almasına baxmayaraq qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə onun hər hansı etirazı daxil olmamışdır. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan bank - "xxxx" ASC ilə müştəri – X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********51 saylı tam kart çərçivə müqaviləsinə əsasən müəyyən olunur ki, bank müştəriyə bank hesabının açılması, Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat mabləğinədək və kreditdən istifadəyə görə illik 24%-dək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə plastik kartdan istifadə ilə bağlı yaranan borcu, ona hesablanmış faizləri və xidmət haqlarını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə müştəri – X4 arasında xx.xx.2020-ci il tarixli bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan müəyyən edilir ki, bank müştəriyə - X3 36 ay müddətinə, illik 24% olmaqla 500 manat məbləğində kredit xətti açmışdır. İş materiallarında olan "xxxx" ASC-nin Şirvan filialı tərəfindən tərtib olunmuş maliyyə arayışına əsasən müəyyən edilir ki, cavabdeh X2 xx.xx.2024-cü il tarixinə 500 manat əsas, 20,64 manat faiz borcu olmaqla, cəmi 520,64 manat borcu vardır. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, əsas borclu X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Hacıqabul rayon Notariat ofisi tərəfindən verilmiş “Elektron notariat” X1 çıxarışa əsasən əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş xx.xx.1955-ci il təvəllüdlü X2 qanun üzrə vərəsəsi Cavabdeh müəyyən edilmişdir. Çıxarışdan həmçinin müəyyən edilir ki, istehsal ili 2005-ci il olan “Opel Astra” markalı 99RC984 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras əmlaka daxil olmaqla qanun üzrə vərəsə Cavabdeh mülkiyyətinə keçmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Göründüyü kimi, iddiaçı ilə X4 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Onun miras əmlakı iş üzrə Cavabdeh tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia təmin edilməli, Cavabdeh 500 manat əsas, 20,64 manat faiz borcu olmaqla, cəmi 520,64 manat borc və ödənilmiş dövlət rüsumu ilə birlikdə xidmət haqqı daxil olmaqla 30,40 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 500 manat əsas, 20,64 manat faiz borcu olmaqla, cəmi 520,64 (beş yüz iyirmi manat altmış dörd qəpik) manat və ödənilmiş dövlət rüsumu ilə birlikdə xidmət haqqı daxil olmaqla 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar