Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-164/2024 08.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 İstismar İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və 432.00 manat əsassız hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o İddiaçı xx.xx.1958-ci il Qazı_Məmməd şəhərində anadan olmuş və hal-hazırda Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 104də qeydiyyatda olmaqla ailə üzvləri ilə həmin ünvanda yaşayırlar. Həmin fərdi yaşayış evi ona şəxsən məxsus olsada, dövlət qeydiyyatından keçməmişdir. Evin bütün komunal xidmət sənədləşməsi onun adına rəsmiləşdirilmişdir. Qeyd edir ki, yaşadığı fərdi yaşayış evində istifadə etdiyi təbii qazın sərfini müəyyən etmək məqsədilə evinin hasarından kənarda küçə tərəfdə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı uzun müddət istifadə olunduqdan sonra, sayğacı dəyişdirmək qərarına gəldilər və həmin sayğac yenisi ilə əvəz edildi. Qaz sayğacı aparıldıqdan bir müddət sonra onun cavabdehə borcu olduğu barədə ona bildiriş təqdim edildi. Daha sonra bilmişdir ki, 29 oktybar 2021-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Həmin aktı aldıqdan sonra bu qədər, yəni 432,00 manat məbləğdə borcun hardan yaranmasını öyrənmək məqsədilə X3 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsinə müraciət etmişdir. Müraciətindən sonra ona 29 oktybar 2021ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt təqdim edildi. Halbuki evdə istifadə etdikləri təbii qaza görə heç vaxt borcu olmamış və təbii qazın haqqını həmişə vaxtlı-vaxtında ödəmişdir. Ona görədə evdə təbii qazdan daima qənaətlə istifadə etmişdir ki, pulunu ödəməyə imkanı çatsın. Həmin aktın tarixində açıq-aşkar görünür ki, payız aylarıdır və qazdan çox az istifadə edilir, qışa nisbətən. Bəs bu qədər yüksək məbləğdə borc hardan yarandı? Qeyd edir ki, nümunəvi təbii qaz istehlakçısı olmuşdur, istifadə etdiyi təbii qazın haqqını həmişə vaxtından əvvəl ödəmiş ona görə ki, sayğacı smrat tipli sayğac olmuşdur. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlır Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarının 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. O göstərilən aktın etibarsız hesab edilməsini istəyir və qanunsuzdur. Bütün qeyd edilmiş hüquqi və faktiki əsaslara uyğun olaraq iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı məhkəmədə izahat verərək, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 432.00 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvan üzrə qeydə alınmış İtron G4 markalı 1402AZ**********15 nömrəli qaz sayğacı yeni Zenner G4 markalı **********0 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İstismar müddəti bitdiyi üçün yeniləndi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, G-4 markalı 1402AZ**********15 nömrəli sayğacın mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu ekranı deşilib. Həmin aktda dəymiş ziyanın hesablanması, ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların laboratoriyasının xx.xx.2021-ci il tarixli MSK 29/1710-03577-1 nömrəli rəyinə əsasən G-4 markalı 1402AZ**********15 nömrəli sayğaca baxış keçirildi. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın mexaniki hesablama mexanizminin üzərindəki qoruyucu ekranı deşilib. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 104-də fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin oktyabr ayı üzrə 432.00 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 432.00 manat borcu sayğacın istismar müddətinin bitməsi və sayğacın yararsız olması ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 432.00 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 104-də yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 432.00 manat (dörd yüz otuz iki) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-164/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-164/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver