Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-169/2023 26.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair işə Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş 4600 manat məbləğində zərər pulu və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 66 manat məbləğində dövlət rüsumu olan pulun, ümumilikdə cəmi 4666 manat pulun tutularaq, İddiaçınə verilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **- PK-*** olan, sedan tipli, buraxılış ili 2016, mühərrik nömrəsi 0067186, BAN 388725, rəngi ağ olan “DONG FENG A30” markalı avtonəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. 02 İyul 2021-ci il tarixində İddiaçı MMC-yə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən, ünvan 1 ünvanında qeydiyyatda olan hazırki mülki iddia tələbləri üzrə Cavabdeh ilə İddiaçı MMC arasında **-PK-*** qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2016 olan, ban 388725 olan, ağ rəngli, “DONG FENG A30 Minik” marka modelli xidməti avtomaşının 02 iyul 2021-ci il tarixindən verildiyi vaxtdan 30 (otuz) ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır və avtomaşın onun, yəni Cavabdeh istifadəsinə təqdim edilmişdir. Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən **- PK-*** qeydiyyat nişanlı avtomobil 14 iyul 2021-ci il tarixində Bakı-Qazax yolunda hərəkət edərkən idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Qəzanın Cavabdeh günahı ucbatından törədildiyi Vİİ tağım YPX inspektoru polis baş serjantı X1 xx.xx.2021-ci il tarixli protokolunda da öz əksini tapmışdır. Bu yol nəqliyyat hadisəsi səbəbindən cavabdehin idarə etdiyi avtomaşına xeyli miqdarda ziyan dəymişdir. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən uzun müddət və dəfələrlə sürücü Cavabdeh müraciət edilərək cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsini tələb edilsə də, o bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə avtomaşına və ya cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Son olaraq, 10 noyabr 2022-ci il tarixində tərəflərindən cavabdehə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair xəbərdarlıq göndərilmişdir. Lakin həmin xəbərdarlıqdan sonra da cavabdeh tərəfindən vurulan zərər qarşılanmamış, cəmiyyətimizə olan borc ödənilməmişdir. Qeyd olunan səbəbdən Cavabdeh qarşı hazırki iddia tələblərində məhkəməyə müraciət edirik ki, cavabdehdən avtomobilə dəymiş 4600 (dörd min altı yüz manat) manat və həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 66 (altmış altı) manat məbləğində pul tutularaq İddiaçı MMCnin hesabına ödənilməlidir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, həmçinin gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin müəyyən edilmiş hallarını nəzərə alaraq, iş materiallarında olan sənədlərə və digər sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı MMC "xxxx" MMC-yə ərizə ilə müraciət edərək, “Dong Feng” A30 markalı, mühərrik 00 67186, ban 388725 nömrəli nəqliyyat vasitəsinin lizinqə verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 06/0938/LİZ saylı maliyyə lizinqi müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (lizinq alan) arasında lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən lizinq verənin lizinq alan tərəfindən seçilmiş 1 (bir) ədəd 2016-cı il buraxılışı olan “Dong Feng” A30 markalı, mühərrik 00 67186, ban 388725 nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətini əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında 15 sentyabr 2017-ci il tarixli, 06/0938/LİZ saylı zaminlik müqaviləsindən görünür ki, "xxxx" MMC ilə zamin X2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən “Lizinq verən” və “Lizinq alan” arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 06/0938/LİZ saylı lizinq müqaviləsinə əsasən, lizinq alana müvəqqəti sahibliyə və istifadəyə verilmiş “Dong Feng” A30 markalı avtomobilindən lizinq alanın müqavilədə müəyyənləşdirilmiş dövriliklə “Lizinq verən”ə 12.982 manat ödəməsi üzrə “Lizinq alan”ın öhdəliyini təmin etmək məqsədilə “Zamin” “Lizinq verən”qarşısında cavabdehlik daşımasına dair öhdəlik götürməsi olmuşdur. İş materiallarında olan 17 sentyabr 2017-ci il tarixli, “Lizinq verən” "xxxx" MMC ilə “Lizinq alan” İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 06/0938/LİZ saylı maliyyə lizinqi müqaviləsinə əlavə razılaşmadan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (lizinq alan) arasında bağlanmış maliyyə lizinq müqaviləsinə əlavələr edilmişdir. Həmin müqavilənin 3.2.6-cı maddəsinə əsasən, bu müqavilənin 3.2.5-ci bəndinə əsasən, həmin müqavilənin 3.2.2-ci (lizinq obyektini icarəyə və sublizinqə vermək) bəndlərində göstərilən halların “Lizinq verən” "xxxx" MMC tərəfindən əvvəlcədən hazırki razılığı əsasında mümkündür. Həmçinin lizinq obyektinin sublizinqə verilməsi ilə bağlı gələcəkdə baş verə biləcək səbəbindən asılı olmayaraq bütün hallara görə (lizinq obyektinin məhv olunması, zədələnməsi, itirilməsi oğurlanması, hər-hansı bir qəzanın baş verməsi və digər bütün hallarda ) “Lizinq alan” tam şəkildə məsuliyyəti heç bir mübahisə etmədən və tələb irəli sürmədən öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən “Dong Feng” A30 markalı, mühərrik 00 67186, ban 388725 nömrəli nəqliyyat vasitəsi İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli (xx.xx.2017-ci il tarixli, 06/0938/LİZ saylı lizinq müqaviləsinin restruktrizasiyana dair) sazişdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (lizinq alan) arasında lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini lizinq verən lizinq alanın müraciəti əsasında maliyyə çətinliyinin yaranması səbəbindən lizinq öhdəliyini icra etmədiyi üçün borc öhdəliyinin icrasını təmin etmək məqsədilə lizinq verən lizinq alan arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 06/0938/LİZ saylı lizinq müqaviləsinin 6.1-ci maddəsində dəyişiklik edərək, borc öhdəliyinin müddətinin 7 ay uzadılması təşkil etmişdir. İş materiallarında olan 02 iyul 2021-ci il tarixli,1189/i saylı nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəyə götürən” arasında müqavilə bağlanışdır. Müqaviləyə əsasən qanuni əsaslarla icarəyə verənə məxsus olan “Dong Feng” A30 markalı nəqliyyat vasitəsini (sonradan “Nəqliyyat vasitəsi” adlandırılacaq; Dövlet nömra nişanı **-PK-***, buraxılış ili: 2016; müharrik № 0067186; rəngi: ağ; tip: SEDAN; Ban: 388725) icarəyə vermiş, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün (müvafiq icra hakimiyyəti orqanından VÖEN almaqla lisenziyalı taksi fəaliyyəti ile məşğul olmaqdan ötrü) öz istifadesine qəbul etmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədədə olan mülki qanunvericiliyinə müvafiq olaraq zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzini ödəməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1189/İR saylı (“icarəyə verən” İddiaçı MMC ilə “icarəçi” “Cavabdeh ilə bağlanmış 1189/İ saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əlavə) razılaşmadan görünür ki, “icarəyə verən” “icarəçi”nin yazılı müraciətinə (ərizəsinə) əsasən, onu İddiaçı MMC-nin qaynar xəttinə qəbul etməyi, qaynar xəttl üzrə müəyyən edilmiş vaxtlarda (pik saatlarda) sifarişlə xəttə çıxaraq işləməsinə şərait yaratmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.11-ci bəndinə əsasən icarəçi avtomobili öz hesabına təmir etdirməyi öhdəsinə götürür, müqavilənin 2.2.12-ci bəndinə əsasən, avtomaşına və “İcarəyə verən”ə “İcarəçi”nin vurduğu hər hansı bir maddi ziyan depozitdən çıxılır və depozit 2 gün ərzində bərpa edilir. Əks halda depozit qaytarılmır və avtomaşın “icarəçi”dən alınmaqla “İcarəyə verən”in duracağında yerləşdirilir. Müqavilənin 2.2.16-cı bəndinə əsasən, “icarəçi” avtomaşınla qəza törətdiyi halda günahkar tərəfin kimin “icarəçi”nin və ya qarşı tərəfin sürücüsünün olmasından asılı olmayaraq avtomaşının təmirə dayandığı günlərin plan haqqını “İcarəçi” tam şəkildə ödəməlidir və ya razılaşma yolu ilə avtomaşının istismarının dayandığı günlərin ödənişini hissə-hissə ödəməlidir. Əks halda depozit qaytarılmır, avtomaşın “İcarəçi”dən alınır, müqaviləyə xitam verilir. İş materiallarında olan inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, Bakı-Qazax yolunun 100-ci kilometrində Bakı istiqamətində xx.xx.2021-ci il tarixdə Vİİ tağım YPX inspektoru polis baş serjantı X3 xx.xx.2021-ci il tarixində saat 03:00 radələrində “Dong Feng” A30 markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1993-cü il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayan Cavabdeh təfərindən İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokola əlavə edilmiş yol-nəqliyyat hadisənin sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Dong Feng” A30 markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dəmir çəpərə dəymişdir. İş materiallarında olan “Texniki Təmir” Servis Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 39111 saylı qüsur aktından görünür ki, “Dong Feng” A30 markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən dəmirçi, rəngsaz işləri görülmüş, həmçinin avtomobilin zədəli ehtiyyat hissələri yeniləri ilə əvəz olunmuşdur. Görülmüş işlərin və dəyişdirilmiş hissələrin qiymətinin cəmi 4.600 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür k, Cavabdeh 5 gün müddətində 4.600 manat pulun ödənilməsi tələb olunmuşdur. Məhkəmə hesab edir ki, işin faktiki halları Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulan lizinq müqaviləsinə dair müvafiq normaların dispozisiya şərtlərinə uyğun gəldiyinə görə iddia tələbinin maddi hüquqi əsası kimi həmin normalara istinad edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq lizinq müqaviləsinə əsasən lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur (maddə 747.1). Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır (maddə 748-1.8). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12.4). Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Lizinq verən bu Məcəllənin 748-1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir (maddə 748-2.1, 748-2.1). Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır (maddə 748-7.1). Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir (maddə 748-10.1). Lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-ci, 750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir (maddə 751). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Mülki Məcəllənin öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə müəyyən etdi ki, xx.xx.2017-ci il tarixli, 06/0938/LİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (lizinq alan) arasında lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən lizinq verənin lizinq alan tərəfindən seçilmiş 1 (bir) ədəd 2016-cı il buraxılışı olan “Dong Feng” A30 markalı, mühərrik 00 67186, ban 388725 nömrəli nəqliyyat vasitəsini öz mülkiyyətini əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyə haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini bu müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. 17 sentyabr 2017-ci il tarixli, “Lizinq verən” "xxxx" MMC ilə “Lizinq alan” İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 06/0938/LİZ saylı maliyyə lizinqi müqaviləsinə əlavə razılaşmaya əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (lizinq alan) arasında bağlanmış maliyyə lizinq müqaviləsinə əlavələr edilmişdir. Həmin müqavilənin 3.2.6-cı maddəsinə əsasən, bu müqavilənin 3.2.5-ci bəndinə əsasən, həmin müqavilənin 3.2.2-ci (lizinq obyektini icarəyə və sublizinqə vermək) bəndlərində göstərilən halların “Lizinq verən” "xxxx" MMC tərəfindən əvvəlcədən hazırki razılığı əsasında mümkündür. Həmçinin lizinq obyektinin sublizinqə verilməsi ilə bağlı gələcəkdə baş verə biləcək səbəbindən asılı olmayaraq bütün hallara görə (lizinq obyektinin məhv olunması, zədələnməsi, itirilməsi oğurlanması, hər-hansı bir qəzanın baş verməsi və digər bütün hallarda ) “Lizinq alan” tam şəkildə məsuliyyəti heç bir mübahisə etmədən və tələb irəli sürmədən öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən “Dong Feng” A30 markalı, mühərrik 00 67186, ban 388725 nömrəli nəqliyyat vasitəsi İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli (xx.xx.2017-ci il tarixli, 06/0938/LİZ saylı lizinq müqaviləsinin restruktrizasiyana dair) sazişdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (lizinq alan) arasında lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini lizinq verən lizinq alanın müraciəti əsasında maliyyə çətinliyinin yaranması səbəbindən lizinq öhdəliyini icra etmədiyi üçün borc öhdəliyinin icrasını təmin etmək məqsədilə lizinq verən lizinq alan arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 06/0938/LİZ saylı lizinq müqaviləsinin 6.1-ci maddəsində dəyişiklik edərək, borc öhdəliyinin müddətinin 7 ay uzadılması təşkil etmişdir. 02 iyul 2021-ci il tarixli,1189/i saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, İddiaçı MMC (icarəyə verən) ilə Cavabdeh (icarəyə götürən” arasında müqavilə bağlanışdır. Müqaviləyə əsasən qanuni əsaslarla icarəyə verənə məxsus olan “Dong Feng” A30 markalı nəqliyyat vasitəsini (sonradan “Nəqliyyat vasitəsi” adlandırılacaq; Dövlet nömra nişanı **-PK-***, buraxılış ili: 2016; müharrik № 0067186; rəngi: ağ; tip: SEDAN; Ban: 388725) icarəyə vermiş, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün (müvafiq icra hakimiyyəti orqanından VÖEN almaqla lisenziyalı taksi fəaliyyəti ile məşğul olmaqdan ötrü) öz istifadesine qəbul etmişdir. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədədə olan mülki qanunvericiliyinə müvafiq olaraq zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzini ödəməlidir. xx.xx.2021-ci il tarixli 1189/İR saylı (“icarəyə verən” İddiaçı MMC ilə “icarəçi” “Cavabdeh ilə bağlanmış 1189/İ saylı, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əlavə) razılaşmadan görünür ki, “icarəyə verən” “icarəçi”nin yazılı müraciətinə (ərizəsinə) əsasən, onu İddiaçı MMC-nin qaynar xəttinə qəbul etməyi, qaynar xəttl üzrə müəyyən edilmiş vaxtlarda (pik saatlarda) sifarişlə xəttə çıxaraq işləməsinə şərait yaratmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.11-ci bəndinə əsasən icarəçi avtomobili öz hesabına təmir etdirməyi öhdəsinə götürür, müqavilənin 2.2.12-ci bəndinə əsasən, avtomaşına və “İcarəyə verən”ə “İcarəçi”nin vurduğu hər hansı bir maddi ziyan depozitdən çıxılır və depozit 2 gün ərzində bərpa edilir. Əks halda depozit qaytarılmır və avtomaşın “icarəçi”dən alınmaqla “İcarəyə verən”in duracağında yerləşdirilir. Müqavilənin 2.2.16-cı bəndinə əsasən, “icarəçi” avtomaşınla qəza törətdiyi halda günahkar tərəfin kimin “icarəçi”nin və ya qarşı tərəfin sürücüsünün olmasından asılı olmayaraq avtomaşının təmirə dayandığı günlərin plan haqqını “İcarəçi” tam şəkildə ödəməlidir və ya razılaşma yolu ilə avtomaşının istismarının dayandığı günlərin ödənişini hissə-hissə ödəməlidir. Əks halda depozit qaytarılmır, avtomaşın “İcarəçi”dən alınır, müqaviləyə xitam verilir. İş materiallarında olan inzibati xəta haqqında İXP ******* saylı protokoldan görünür ki, Bakı-Qazax yolunun 100-ci kilometrində Bakı istiqamətində xx.xx.2021-ci il tarixdə Vİİ tağım YPX inspektoru polis baş serjantı X3 xx.xx.2021-ci il tarixində saat 03:00 radələrində “Dong Feng” A30 markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1993-cü il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayan Cavabdeh təfərindən İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Protokola əlavə edilmiş yol-nəqliyyat hadisənin sxemindən görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Dong Feng” A30 markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dəmir çəpərə dəymişdir. İş materiallarında olan “Texniki Təmir” Servis Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 39111 saylı qüsur aktından görünür ki, “Dong Feng” A30 markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən dəmirçi, rəngsaz işləri görülmüş, həmçinin avtomobilin zədəli ehtiyyat hissələri yeniləri ilə əvəz olunmuşdur. Görülmüş işlərin və dəyişdirilmiş hissələrin qiymətinin cəmi 4.600 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür k, Cavabdeh 5 gün müddətində 4.600 manat pulun ödənilməsi tələb olunmuş, Cavabdeh tərəfindən isə ödənilməsi tələb olunan 4.600 manat pul ödənilməmişdir, bunun üçün isə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixli, 06/0938/LİZ saylı maliyyə lizinqi müqaviləsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) tərəfindən İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinə (lizinq alan) lizinq verənin lizinq alan tərəfindən seçilmiş 1 (bir) ədəd 2016-cı il buraxılışı olan “Dong Feng” A30 markalı, mühərrik 00 67186, ban 388725 nömrəli nəqliyyat vasitəsini təhvil vermişdir. 17 sentyabr 2017-ci il tarixli, “Lizinq verən” "xxxx" MMC ilə “Lizinq alan” İddiaçı MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 06/0938/LİZ saylı maliyyə lizinqi müqaviləsinə əlavə razılaşmaya əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (lizinq alan) arasında bağlanmış maliyyə lizinq müqaviləsinə əlavələr edilmiş, həmin müqavilənin 3.2.6-cı maddəsinə əsasən, bu müqavilənin 3.2.5-ci bəndinə əsasən, həmin müqavilənin 3.2.2-ci (lizinq obyektini icarəyə və sublizinqə vermək) bəndlərində göstərilən halların “Lizinq verən” "xxxx" MMC tərəfindən əvvəlcədən hazırki razılığı əsasında mümkündür. Həmçinin lizinq obyektinin sublizinqə verilməsi ilə bağlı gələcəkdə baş verə biləcək səbəbindən asılı olmayaraq bütün hallara görə (lizinq obyektinin məhv olunması, zədələnməsi, itirilməsi oğurlanması, hər-hansı bir qəzanın baş verməsi və digər bütün hallarda ) “Lizinq alan” tam şəkildə məsuliyyəti heç bir mübahisə etmədən və tələb irəli sürmədən öz üzərinə götürmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (lizinq verən) ilə İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (lizinq alan) arasında əldə olunmuş razılaşmaya əsasında, İddiaçı MMC tərəfindən 02 iyul 2021-ci il tarixli,1189/i saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, “Dong Feng” A30 markalı, mühərrik 00 67186, ban 388725 nömrəli nəqliyyat vasitəsi Cavabdeh icarəsinə verilmişdir. İnzibati xəta haqqında İXP ******* saylı protokoldan da göründüyü kimi xx.xx.2021-ci il tarixində saat 03:00 radələrində “Dong Feng” A30 markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1993-cü il tarixdə Qazı- Məmməd şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında yaşayan Cavabdeh təfərindən İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Avtonəqliyyat hadisəsi nəticəsində avtomobil dəmir çəpərə dəyərək zədələnmişdir. “Texniki Təmir” Servis Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli, 39111 saylı qüsur aktından görünür ki, avtomobilin təmir xərcləri 4.600 manat təşkil etmişdir. Göründüyü kimi, cavabdeh iddiaçı qarşısında müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf, Azərbaycan Respublikasının qüvvədədə olan mülki qanunvericiliyinə müvafiq olaraq zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzini ödəməlidir, cavabdeh isə öhdəliklərini tam yerinə yetirməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 66 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC-yə vurulmuş zərərin əvəzi olaraq 4.600 manat məbləğində pul və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 66 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №e-2(071)-169/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-169/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver