Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-25/2025 11.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Hacıqabul Rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və cavabdehlərə torpaq sahəsinə daxil olmanın qadağan edilməsi və s” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və cavabdehlərə torpaq sahəsinə daxil olmanın qadağan edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, iddiaçının icarəsində və qanuni sahibliyində olan olan Hacıqabul rayonu ərazisindəki “Bəlgəli” və “Allahverdi” adlanan qış otlaq sahələrində yerləşən 600 (altı yüz) hektar torpaq sahəsindən Cavabdeh1 49 ha hissəsindən, Cavabdeh2 isə 50 ha hissəsindən çıxarılmaları, torpaq sahəsinin qeyd edilən hissələrinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, həmin torpaq sahəsinə daxil olmanın cavabdehlərə qadağan edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış zamanı məhkəmənin təşəbbüsü ilə qəbul edilmiş qərardada əsasən aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsindən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi alınmışdır. Həmin rəydən görünür ki, Hazırki mülki iş materiallarında olan, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin reyestrində mövcud olan məlumatlara və təsdiqedici sənədlərə əsasən İddiaçının istifadəsində olan torpaq sahəsinin qonşuları Cavabdeh2 və Cavabdeh1 və İddiaçı nümayəndəsinin iştirakı ilə torpaq sahələrinə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 1) İddiaçı Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013cü il tarixli 22 saylı Sərəncamına əsasən "Bəlgəli” və “Allahverdi” qış otlaq sahələrindən ayrılmış və koordinatları Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilmiş 600 ha torpaq sahəsinin koordinatları ilə X3 Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının 03 mart 2005-ci il tarixli 54 saylı Sərəncamı ilə ayrılmış və koordinatları Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş JN 8191 KOD 91000001 nömrəli “Torpaqdan Müvəqqəti istifadə hüququna dair” şəhadətnamədə göstərilmiş 69 saylı “Bəlgəli” adlı qış otlaq sahəsindəki 150 ha, 70 saylı “Allahverdi” adlı qış otlaq sahəsindəki 450 ha (ümumilikdə 600 ha) torpaq sahələrinin koordinatları üst-üstə düşür; 2) İddiaçı istifadəsində olan 600 ha torpaq sahəsinin ümumi faktiki sahəsinin göstəriciləri ilə Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş JN 8191 KOD 91000001 nömrəli “Torpaqdan Müvəqqəti istifadə hüququna dair” şəhadətnamədə göstərilmiş 69 saylı “Bəlgəli” adlı qış otlaq sahəsindəki 150 ha, 70 saylı “Allahverdi” adlı qış otlaq sahəsindəki 450 ha (ümumilikdə 600 ha) torpaq sahələrinin koordinatları üst-üstə düşmür. Rəydə həmçinin qeyd edilmişdir ki, İddiaçı maraqlarına toxunaraq onun istifadəsində olan 600 ha torpaq sahəsinə olan müdaxilələr və ölçülər rəyə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. Gələcəkdə İddiaçı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət edəcəyi təqdirdə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları naturada təyin edilərək mərz nişanları basdırılacaqdır. Məhkəmə iclası zamanı iddiaçı və cavabdehlər rəydə qeyd olunan xüsusatlarla bağlı razılığa gəlmiş, cavabdehlər tələbi qismən etiraf etmişlər. Bundan sonra məhkəmə baxışı gedişatında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişini təqdim edərək, sazişin təsdiq olunmasını və mülki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Hazırkı məhkəmə iclasında iştirak edən Cavabdeh1 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Həmçinin verilmiş suallara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiadan imtina edilməsinin və barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrinin ona tam aydın olduğunu bildirir. Əvvəlki məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 da barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Həmçinin verilmiş suallara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiadan imtina edilməsinin və barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrinin ona tam aydın olduğunu bildirir. Məhkəmə tərəfləri dinləyib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2025ci il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. Cavabdeh Həşimov X1 Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 22 saylı Sərəncamına əsasən “Bəlgəli” və “Allahverdi” qış otlaq sahələrindən İddiaçı ayrılmış torpaq sahəsinin Hacıqabul Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(071)- 1028/2024 saylı qərardadı əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyində göstərilən zəbt etdiyi 49 (qırx doqquz) ha hissəsini barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının qəbul edildiyi gündən 1 (bir) ay müddət ərzində boşaldaraq İddiaçı təhvil verməyi və bir daha qeyd edilən torpaq sahəsini zəbt etməyəcəyini öhdəsinə götürür.
2. Cavabdeh Bağırov X2 Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 22 saylı Sərəncamına əsasən “Bəlgəli” və “Allahverdi” qış otlaq sahələrindən İddiaçı ayrılmış torpaq sahəsinin Hacıqabul Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(071)- 1028/2024 saylı qərardadı əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyində göstərilən zəbt etdiyi 50 (əlli) ha hissəsini barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının qəbul edildiyi gündən 1 (bir) ay müddət ərzində boşaldaraq İddiaçı təhvil verməyi və bir daha qeyd edilən torpaq sahəsini zəbt etməyəcəyini öhdəsinə götürür.
3. İddiaçı Cavabdeh1 icarə hüququ **********23 reyestr nömrəsi ilə qeydiyyata Hacıqabul şəhəri 68 nömrəli “Bəlgəli” adlanan qış otlaq sahəsində yerləşən 876 ha ölçülü qış otlaq sahəsi olan torpaq sahəsinin Hacıqabul Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(071)-1028/2024 saylı qərardadı əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyində göstərilən zəbt etdiyi ümumilikdə 15 (on beş) ha hissəsini barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının qəbul edildiyi gündən 1 (bir) ay müddət ərzində boşaldaraq Cavabdeh1 təhvil verməyi və bir daha qeyd edilən torpaq sahəsini zəbt etməyəcəyini öhdəsinə götürür.
4. Tərəflər torpaq sahələrinin sərhədlərinin dəqiq göstərilməsi üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının qəbul edildiyi gündən 15 (on beş) gün ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən mühəndis dəvət edilməsi barədə birlikdə müraciət edəcəklərini öhdələrinə götürürlər.
5. Tərəflərə bu barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin qəbul etdiyi qərardadın məcburi icra edilən icra sənədi qüvvəsində olması və sazişin şərtləri icra edilməyəcəyi halda qərardadın icraya yöndəldiləcəyi izah edilir. Beləliklə, tərəflər məhkəmə iclasında yuxarıdakı şərtlərlə imzalanan xx.xx.2025-ci il tarixli barışıq sazişi ilə tam razı olduqlarını, bu sazişi tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürdüklərini bildirdilər. Barışıq sazişi tərəflərin iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Tərəflər bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinin tələbinə uyğun olaraq barışıq sazişini təsdiq edənədək Azərbaycan Respublikası MPM-in 261.0.4, 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş iddiadan imtina edilməsinin və barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrini tərəflərə izah etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və cavabdehlərə torpaq sahəsinə daxil olmanın qadağan edilməsi və s” tələbinə dair mülki iş üzrə tərəflərin bağladığı xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Hacıqabul Rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və cavabdehlərə torpaq sahəsinə daxil olmanın qadağan edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1. Cavabdeh Həşimov X1 Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 22 saylı Sərəncamına əsasən “Bəlgəli” və “Allahverdi” qış otlaq sahələrindən İddiaçı ayrılmış torpaq sahəsinin Hacıqabul Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(071)-1028/2024 saylı qərardadı əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyində göstərilən zəbt etdiyi 49 (qırx doqquz) ha hissəsini barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının qəbul edildiyi gündən 1 (bir) ay müddət ərzində boşaldaraq İddiaçı təhvil verməyi və bir daha qeyd edilən torpaq sahəsini zəbt etməyəcəyini öhdəsinə götürür.
2. Cavabdeh Bağırov X2 Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli 22 saylı Sərəncamına əsasən “Bəlgəli” və “Allahverdi” qış otlaq sahələrindən İddiaçı ayrılmış torpaq sahəsinin Hacıqabul Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(071)- 1028/2024 saylı qərardadı əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyində göstərilən zəbt etdiyi 50 (əlli) ha hissəsini barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının qəbul edildiyi gündən 1 (bir) ay müddət ərzində boşaldaraq İddiaçı təhvil verməyi və bir daha qeyd edilən torpaq sahəsini zəbt etməyəcəyini öhdəsinə götürür.
3. İddiaçı Cavabdeh1 icarə hüququ **********23 reyestr nömrəsi ilə qeydiyyata Hacıqabul şəhəri 68 nömrəli “Bəlgəli” adlanan qış otlaq sahəsində yerləşən 876 ha ölçülü qış otlaq sahəsi olan torpaq sahəsinin Hacıqabul Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2(071)-1028/2024 saylı qərardadı əsasında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyində göstərilən zəbt etdiyi ümumilikdə 15 (on beş) ha hissəsini barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının qəbul edildiyi gündən 1 (bir) ay müddət ərzində boşaldaraq Cavabdeh1 təhvil verməyi və bir daha qeyd edilən torpaq sahəsini zəbt etməyəcəyini öhdəsinə götürür.
4. Tərəflər torpaq sahələrinin sərhədlərinin dəqiq göstərilməsi üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının qəbul edildiyi gündən 15 (on beş) gün ərzində Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən mühəndis dəvət edilməsi barədə birlikdə müraciət edəcəklərini öhdələrinə götürürlər.
5. Tərəflərə bu barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmənin qəbul etdiyi qərardadın məcburi icra edilən icra sənədi qüvvəsində olması və sazişin şərtləri icra edilməyəcəyi halda qərardadın icraya yöndəldiləcəyi izah edilir.” Hacıqabul rayon Məhkəməsinin icraatında olan e-2(071)-25/2025 saylı mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günel Əkbərli