Məhkəmə qərarları › İş №e-2(071)-272/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-272/2025

13.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-272/2025 13.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa, dəymiş ziyanın əvəzinin ödənilməsi və s” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa, dəymiş ziyanın əvəzinin ödənilməsi və s” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək maddənin üzərindən götürülməsi, işdən buraxıldığı günlərin haqqının və işə bərpa ilə əlaqədar haqqının təmin olunmasında köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(071)-177/2025 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa, dəymiş ziyanın əvəzinin ödənilməsi və s” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Həmçinin qərardadla iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu da (xx.xx.2025-ci il tarixli, **********77 nömrəli mədaxil qəbzinə əsasən) geri qaytarılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi təkrarən geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsində iddiaçının göstərdiyi tələblər qeyri-dəqiq olmaqla, əsaslandırılmamış və məntiqi ardıcıllığı ifadə etməməklə, bir-biri ilə əlaqəliliyi uyğunluq təşkil etmir. Dolayısı ilə iddia ərizəsi forma və məzmun baxımından mövcud qanunvericiliyin tələblərinə cavab vermir. Bundan başqa, iş materiallarına dövlət rüsumunun ödənilməsi barədə **********77 nömrəli, xx.xx.2025-ci il tarixli qəbz əlavə edilmiş, lakin Elektron məhkəmə İnformasiya sistemində (“AZEMİS”) ödənilmiş dövlət rüsumunun yoxlanılması zamanı həmin rüsumun Hacıqabul rayon Məhkəməsinin icraatında olmuş e-2(071)-177/2025 saylı mülki işə bağlandığı aşkar edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-177/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən **********77 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə ödənilmiş dövlət rüsumunun İddiaçı geri qaytarılması qərara alınmışdır. Odur ki, rüsumun ödənişi ilə bağlı qəbz digər mülki iş üzrə təkrar istifadə edilə bilməz. İddia ərizəsinin bu qərardadla ikinci dəfə eyni nöqsanlara görə geri qaytarılmasını nəzərə alınaraq, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardadda göstərilən tələblərin yerinə yetirilməsi üçün iddiaçıya hüquqi yardım almaq tövsiyə olunur. Məhkəmə tərəfindən əvvəlki qərardadda ərizədəki çatışmazlıqlar açıq şəkildə izah edilsə də, onların hələ də aradan qaldırılmaması iddiaçının qanunvericiliyin tələblərinə uyğun iddia ərizəsinin tərtib etməkdə çətinlik çəkdiyini göstərir. Bu səbəbdən, iddiaçı hüquqi yardım almaqla ərizənin düzgün hazırlanmasını və prosesin qanunvericiliyə uyğun davam etdirilməsini təmin edə bilər. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilir ki, Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin məcəllənin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152-ci və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa, dəymiş ziyanın ödənilməsi və s” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar