Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-445/2025 08.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, X4 vərəsələri Cavabdeh3, Cavabdeh1 və X1 "xxxx" ASCnin xeyrinə xx.xx.2023-cü il tarixli, TL-EE001723139 saylı “Tam Kart” müqaviləsinə əsasən kart kredit limiti üzrə cəmi 1048,82 (min qırx səkkiz manat səksən iki qəpik) manat əsas borc, ödənilmiş 30,49 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, TL-EE001723139 saylı “Tam Kart” müqaviləsinə əsasən ona elektron təsdiq vasitəsilə 59 ay müddətinə 2000 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2023-cü il tarixdə borclu X7 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, TL-EE001723139 saylı “Tam Kart” müqaviləsinə əsasən kart kredit limiti üzrə cəmi 1048,82 manat əsas borcu yaranmışdır. Hacıqabul rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, AZ-İİ seriyalı, 377123 saylı ölüm haqqında şəhadətnaməsinə əsasən X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Hacıqabul rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2V-304, 2V-305 və 2V- 306 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X3 qalmış mirasa Cavabdeh3, Cavabdeh1 və X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsələri Cavabdeh3, Cavabdeh1 və X5 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilə üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair e-2(071)-445/2025 saylı mülki iş iddia icraatına keçirilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia ərizəsinə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan - "xxxx" ASC ilə X7 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, TL-EE001723139 saylı “Tam Kart” müqaviləsinə əsasən ona elektron təsdiq vasitəsilə 59 ay müddətinə 2000 manat məbləğində kart kredit limiti verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. - "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən borcalan X4 xx.xx.2023-cü il tarixli, TL-EE001723139 saylı “Tam Kart” müqaviləsi üzrə kredit limitindən istifadə ilə bağlı xx.xx.2025-ci il tarixə banka ödənilməmiş 1048,82 manat borcu qalmışdır. - Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 377123 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilir ki, X7 xx.xx.2023-cü il tarixdə “durğunluq ürək çatmağı” səbəbindən vəfat etmişdir. - Hacıqabul rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2V-304, 2V-305 və 2V- 306 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin “elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən əldə edilmiş çıxarışlardan müəyyən edilir ki, X3 qalmış mirasa Cavabdeh3, Cavabdeh1 və X5 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Eyni zamanda çıxarışdan görünür ki, X3 qalmış miras əmlakın "xxxx" QSC İnfrastruktur departamentinin Yol xidmətinin 16 nömrəli Hacıqabul yol sahəsinin 9 nömrəli Navahi məntəqəsinin 26 iyun 2024-cü il tarixli, 13-1-24/2-211/2024 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixində vəfat etmiş X6 ödəniləcək son haqqhesabı 2128,72 (iki min yüz yetmiş səkkiz manat yetmiş iki qəpik) manat pul vəsaitindən ibarət olmuşdur. - Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna əsasən göndərilmiş "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Azərbaycan Dəmir Yolları tərəfindən X4 qanuni vərəsəsi qismində Cavabdeh3 2128,72 manat son haqq-hesab məbləği və 500 manat olmaqla, cəmi 2628,72 (iki min altı yüz iyirmi səkkiz manat yetmiş iki qəpik) manat ödəniş edilmişdir. - xx.xx.2025-ci il tarixli bildirişdən (pretenziya) müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi üçün 5 gün müddətində vaxt verilmiş, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında müəyyən olunur ki, iddiaçı ilə X7 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Onun miras əmlakı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qəbul edilmişdir. Məhkəmə ilk növbədə qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, iddiaçı onunla X7 arasında yaranmış kredit münasibətlərindən irəli gələn borcun X4 qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən vərəsələri kimi müəyyən edilmiş Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə, iş materiallarında olan “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən edilir ki, mərhum - X4 miras əmlakı "xxxx" QSC İnfrastruktur departamentinin Yol xidmətinin 16 nömrəli Hacıqabul yol sahəsinin 9 nömrəli Navahi məntəqəsinin 26 iyun 2024-cü il tarixli, 13-1-24/2-211/2024 nömrəli məktubuna əsasən xx.xx.2023-cü il tarixində vəfat etmiş X6 ödəniləcək son haqq-hesabı 2128,72 (iki min yüz yetmiş səkkiz manat yetmiş iki qəpik) manat pul vəsaitindən ibarət olmuş, həmin miras əmlak X4 qanun üzrə vərəsələrindən biri olan Cavabdeh3 "xxxx" QSC tərəfindən ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Buna görə də Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə, həmçinin qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30,49 manat və bank xidmətinin əvəzi olan 0,40 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli, TL-EE001723139 saylı “Tamkart” müqaviləsinə əsasən kart kredit limiti üzrə 1048,82 manat əsas borc, ödənilmiş 30,49 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı olmaqla, cəmi 1079,71 (min yetmiş doqquz manat yetmiş bir qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli, TL-EE001723139 saylı “Tamkart” müqaviləsinə əsasən kart kredit limiti üzrə 1048,82 manat əsas borc, ödənilmiş 30,49 manat dövlət rüsumu və 0,4 manat xidmət haqqı olmaqla, cəmi 1079,71 (min yetmiş doqquz manat yetmiş bir qəpik) manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-445/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-445/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver