Məhkəmə qərarları › İş №e-2(071)-454/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-454/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-454/2024 27.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, iddiaçı Azercell Telekom” MMC-nin cavabdehlər Cavabdeh vərəsələri X3, X5, X2 və X4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyunə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azercell Telekom” MMC-nin Cavabdeh vərəsələri X3, X5, X2 və X4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vərəsələri X3, X5, X2 və X1 Cavabdeh ilə bağlanmış abunə müqaviləsi üzrə xidmət müqabilində yaranmış 59,59 manat əsas borcun və 30 manat dövlət rüsumunun, ümumillikdə 89,59 manat pul vəsaitinin tutularaq İddiaçı MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, Belə ki, elektron məhkəmə-informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən edilir ki, xx.xx.1980-cı ildə Hacıqabul rayonunda doğulmuş Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı iddia ərizəsinə mərhum Cavabdeh miras əmlakın qalması, habelə həmin miras əmlakın iş üzrə cavabdeh kimi qoyulmuş vərəsələr tərəfindən qəbul edilməsini təsdiq edən hər hansı sübut əlavə etməmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Mülki Məcəllənin qeyd edilən normalarına görə mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də, qəbul etmiş olurlar, yəni vərəsələrin miras qoyanın kreditorları qarşısında öhdəliyi yalnız onlar tərəfindən mirasın qəbul edilməsi halında yaranır. Hazır ki, mülki işdə isə vərəsələrin mirası qəbul etməsi, habelə ümumiyyətlə miras payının mövcudluğunu təsdiq edən hər hansı sübut iddia ərizəsinə əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iş üzrə cavabdeh kimi qoyulmuş vərəsələr tərəfindən miras payının qəbul edilməsini və ümumiyyətlə miras əmlakın mövcudluğunu təsdiq edən sübutları iddia ərizəsinə əlavə etmədiyinə görə, Azərbaycan Respublikası MPM-in 284- 4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etməlidir. Azərbaycan Respublikası MPM-in 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası 153, 153.2.1, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh vərəsələri X3, X5, X2 və X4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. Hökumət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən Azercell Telekom” MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar