Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-479/2025 24.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadə etdiyinə görə yaranmış 636,28 manat əsas borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin e-2(071)-479/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş iddia icraatına keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış borcun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, məhkəmə icraatı müddətində cavabdeh tərəfindən borcdan müəyyən ödənişlər edilmiş və hazırda Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçınə olan borc məbləği 599,98 manat təşkil etmişdir. Göstərilənlərin nəzərə alınmasını, Cavabdeh təbii qazdan istifadə etdiyinə görə yaranmış 599,98 manat əsas borc məbləğinin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbinə münasibətdə tələbi etiraf edərək maddi çətinlikləri ilə bağlı borcunu vaxtında ödəyə bilmədiyini qeyd edərək, yaxın günlərdə tam şəkildə ödəyəcəyinə vəd vermişdir. Məhkəmə iddiaçının ərizələrini nəzərə alıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan paylayıcı qismində İddiaçı ilə istehlakçı qismində Cavabdeh arasında bağlanılmış qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, XS-01477/23 saylı müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan “Qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən edilir ki, İddiaçı Salyan X2 İdarəsinin nümayəndəsi ilə istehlakçı Cavabdeh arasında qaz şəbəkəsinin texniki balans mənsubiyyəti sərhədi rəsmi qaydada müəyyən edilmiş və tərəflərin iştirakı ilə bu barədə hüquqi sənədləşmə aparılmışdır. Aktda qeyd olunduğu kimi, qazpaylayıcı tərəfindən qazın istehlakçıya çatdırılması montajında sərhəd nöqtəsi kimi qaz sərfinə görə hesablaşmanın aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli abonentin saldosuna əsasən abonent kodu **********03370 olan Cavabdeh 2025-ci ilin mart ayı üzrə yekun borc məbləği 636,28 (altı yüz otuz altı manat iyirmi səkkiz qəpik) manat təşkil etmişdir. Məhkəmə baxış iclası zamanı iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli abonentin saldosundan müəyyən edilir ki, abonent kodu **********03370 olan Cavabdeh tərəfindən 2025-ci ilin iyun ayı ərzində 88 manat məbləğində ödəniş həyata keçirilmiş, ödənişdən sonra Cavabdeh həmin ay üzrə İddiaçınə olan yekun borc məbləği 599,98 manat təşkil etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, tərəflər arasında 2023-cü ildə təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmış və iddiaçı tərəfindən cavabdehin yaşadığı yaşayış evi qazla təchiz edilmişdir. Cavabdehin təbii qazdan istifadəsi nəticəsində 2025-ci ilin mart ayı üzrə 636,28 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Hazırda iş materialları ilə müəyyən olunur ki, aralarında bağlanmış müqavilə əsasında iddiaçı cavabdehin yaşadığı mənzili təbii qazla təchiz etmiş, cavabdehin təbii qazdan istifadəyə görə 2025-ci ilin mart ayı üzrə 636,28 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Daha sonra, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli abonentin saldosundan müəyyən edilmişdir ki, məhkəmə icraatı dövründə cavabdeh tərəfindən 88 manat məbləğində ödəniş həyata keçirilmiş, Cavabdeh xx.xx.2025-ci il tarixə İddiaçınə olan borc məbləğinin 599,98 manat təşkil etdiyi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təbii qazadan istifadə nəticəsində yaranmış, lakin cavabdeh tərəfindən ödənilməmiş qalan borc cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 1.3-cü bəndinin 2-ci və 3-cü bəndlərinə əsasən qaz paylayıcısı və istehlakçının bu qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti, həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun bağlanılmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, İddiaçı tərəfindən əhaliyə qazın satılması, fərdi qaydada bağlanan alqı-satqı müqaviləsi əsasında həyata keçirilir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.2.1-ci bəndinə əsasən paylayıcı, istehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.3.1-ci və 2.3.6-cı bəndlərinə əsasən istehlakçı qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi və bu müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyacağını öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı bu müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 (bir) m3 üçün illik istehlak həcmi 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün qazın dəyəri 0,12 manat, illik istehlak həcmi 1200-2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün qazın dəyəri 0,20 manat, 2500 m3-dən çox olan hissəsi üçün isə qazın dəyəri 0,25 manat məbləğində müəyyən edilir. “Qazdan istifadə Qaydalarının Təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 599,98 (beş yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçınə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 599,98 (beş yüz doxsan doqquz manat doxsan səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-479/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-479/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver