Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-53/2025 15.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsəsi – cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-cü il tarixli BPM**********36 saylı X13 Müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 2284,19 manat əsas borc, xx.xx.2021-cü il tarixli BPM**********36 saylı X13 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 300 manat əsas borc, 7,13 manat faiz borcu olmaqla, cəmi 307,13 manat kart kredit borcu, xx.xx.2023-cü il tarixli CL-EE001913047 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 8958,95 manat əsas borc, 109,79 manat faiz borcu olmaqla, cəmi 9068,74 manat nağd kredit borcu olmaqla, ümumilikdə cəmi 11660,06 manat və xidmət haqqı daxil olmaqla ödənilmiş 125,38 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə X10 arasında bağlanılmış xx.xx.2021-cü il tarixli BPM**********36 saylı X13 Müqaviləsinə əsasən ona illik 23%-lə, 48 ay müddətinə 5470 manat nağd kredit, xx.xx.2021-ci il tarixli BPM**********36 saylı X13 Müqaviləsinə əsasən 24 %-lə, 36 ay müddətinə 300 AZN məbləğində kart kredit limiti və xx.xx.2023-cü il tarixli CL-EE001913047 saylı Kredit Müqaviləsinə əsasən ona elektron təsdiq vasitəsilə (OTP kod) illik 25.9 %-lə, 59 ay müddətinə 9200 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2024-cü il tarixdə borclu X10 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2021-cü il tarixli BPM**********36 saylı X13 Müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 2284,19 manat əsas borc, xx.xx.2021-cü il tarixli BPM**********36 saylı X13 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 300 manat əsas borc, 7,13 manat faiz borcu olmaqla cəmi 307,13 manat kart kredit borcu və xx.xx.2023-cü il tarixli CL-EE001913047 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 8958,95 manat əsas borc, 109,79 manat faiz borcu olmaqla cəmi 9068,74 manat nağd kredit borcu olmaqla ümumilikdə cəmi 11660,06 manat borcu yaranmışdır. Hacıqabul rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİ № 377215 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Hacıqabul rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli 2V-375 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X6 qalmış mirasa X3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X5 vərəsəsi X3 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan kredit müqavilələrindən görünür ki, "xxxx" ASC (bank) ilə X10 arasında bağlanılmış xx.xx.2021-cü il tarixli BPM**********36 saylı “X13” Müqaviləsinə əsasən X8 illik 23%-lə, 48 ay müddətinə 5470 manat nağd kredit, xx.xx.2021-ci il tarixli BPM**********36 saylı “X13” Müqaviləsinə əsasən 24%-lə, 36 ay müddətinə 300 AZN məbləğində kart kredit limiti və xx.xx.2023-cü il tarixli CL-EE001913047 saylı Kredit Müqaviləsinə əsasən X8 elektron təsdiq vasitəsilə (OTP kod) illik 25,9 %-lə, 59 ay müddətinə 9200 manat nağd kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, X7 xx.xx.2021-cü il tarixli BPM**********36 saylı X13 Müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 2284,19 manat əsas borc, xx.xx.2021-cü il tarixli BPM**********36 saylı X13 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 300 manat əsas borc, 7,13 manat faiz borcu olmaqla cəmi 307,13 manat kart kredit borcu və xx.xx.2023-cü il tarixli CL-EE001913047 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 8958,95 manat əsas borc, 109,79 manat faiz borcu olmaqla cəmi 9068,74 manat nağd kredit borcu olmaqla ümumilikdə cəmi 11660,06 manat borcu yaranmışdır. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİ № 377215 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.Hacıqabul rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli AZ-İİ № 377215 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X10 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Hacıqabul rayon Notariat ofisinin xx.xx.2024-cü il tarixli 2V- 375 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X6 qalmış mirasa X3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə mərhum X10 arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmışdır. Lakin, X7 xx.xx.2021-cü il tarixli BPM**********36 saylı X13 Müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 2284,19 manat əsas borc, xx.xx.2021-cü il tarixli BPM**********36 saylı X13 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 300 manat əsas borc, 7,13 manat faiz borcu olmaqla cəmi 307,13 manat kart kredit borcu və xx.xx.2023-cü il tarixli CL-EE001913047 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 8958,95 manat əsas borc, 109,79 manat faiz borcu olmaqla cəmi 9068,74 manat nağd kredit borcu olmaqla, ümumilikdə 11660,06 manat məbləğində icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun həmin məbləğdə icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. X10 xx.xx.2024-cü il tarixdə ölmüşdür. X10 öldükdən sonra onun vərəsəsi – hazırki iş üzrə cavabdeh X4 miras qoyanın yeganə vərəsəsi kimi ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya). 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və bank xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X2 vərəsəsi – cavabdeh X1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2021-cü il tarixli BPM**********36 saylı X13 Müqaviləsinə əsasən nağd kredit üzrə cəmi 2284,19 manat əsas borc, xx.xx.2021-cü il tarixli BPM**********36 saylı X13 Müqaviləsinə əsasən kart kredit limiti üzrə 300 manat əsas borc, 7,13 manat faiz borcu olmaqla cəmi 307,13 manat kart kredit borcu, xx.xx.2023-cü il tarixli CL-EE001913047 saylı Kredit Müqaviləsinə əsasən nağd kredit üzrə 8958,95 manat əsas borc, 109,79 manat faiz borcu olmaqla, cəmi 9068,74 manat nağd kredit borcu olmaqla, ümumilikdə cəmi 11660,06 (on bir min altı yüz altmış manat altı qəpik) manat və xidmət haqqı daxil olmaqla ödənilmiş 125,38 (yüz iyirmi beş manat otuz səkkiz qəpik) manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-53/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-53/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver