Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-535/2024 21.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Qürbət qızına qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Qürbət qızına qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh4 “MK/34879/89/26” saylı, xx.xx.2022 tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 42829.87 manat əsas, 6134.86 manat faiz borcunun, cəmi 48964.73 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 237 manat dövlət rüsumunun tutulması və qeyd edilən vəsaitlərin ödənilməsini təmin etmək məqsədilə tələbin cavabdeh - Cavabdeh3 məxsus olan Şirvan şəhəri, X4 küçəsi, ev 14, mənzil 10 və Cavabdeh1 məxsus olan Şirvan şəhəri, X4 küçəsi, ev 14, mənzil 12 ünvanına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitlərin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, eyni zamanda Cavabdeh2 Qürbət qızının və digər şəxslərin ipoteka predmeti olan mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 3M-313 saylı və xx.xx.2022-ci il tarixli, 3M-312 saylı ipoteka müqavilələri üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınması üçün aidiyyəti orqana, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Şirvan Ərazi İdatəsinə müraciət etməməsinə baxmayaraq, həmin müraciətin nəticəsi, yəni bildirişin reyestrdə qeydiyyatının aparılmasına dair sübutu ərizəyə əlavə etməmişdir. O cümlədən sözügüdən bildirişin aidiyyəti orqana çatdırılmasını təsdiq edən sübut işə əlavə edilməmişdir. Göstərilənlərlə yanaşı iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ərizəsində digər tələblərlə yanaşı Cavabdeh2 Qürbət qızının və digər şəxslərin ipoteka predmeti olan mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, tələb bu hissədə qeyri-müəyyən olmaqla dəqiq deyildir. Belə ki, iddia ərizəsində ipoteka predmeti olan iki mənzildən, hər birində rəsmi qeydiyyatda olan və ya faktiki olaraq yaşayan şəxslərin, dolayısı ilə hazırkı tələblə maraqlarına toxunan şəxslərin dairəsi dəqiq müəyyən edilməmişdir. Belə olan halda isə işin məhkəmə baxışına hazırlanması qeyrimümkündür. Məhkəmə hazırlıq iclasında isə iddiaçının nümayəndəsi iştirak etmədiyindən qeyd olunan xüsusatların məhkəmə tərəfindən dəqiqləşdirilməsi mümkün olmamışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsində baxılmamış saxlanılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının qanunun İpoteka saxlayan bu Qanunun 36.1-ci maddəsinə əsasən 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Həmin qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 5.1.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, ərizə qaytarıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Qürbət qızına qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması, tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 237 (iki yüz otuz yeddi) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-535/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-535/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver