Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-607/2025 30.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, X2 vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********92 saylı kredit müqaviləsinə əsasən 3425,34 manat əsas, 24,14 manat faiz borcu olmaqla, cəmi 3449,48 manat; xx.xx.2022-ci il tarixli, BPM**********92 saylı “Tamkart” müqaviləsinə əsasən 287,14 manat əsas borc, 26,14 manat faiz borcu olmaqla, cəmi 313,28 manat, ümumilikdə 3762,76 (üç min yeddi yüz altmış iki manat yetmiş altı qəpik) manat, 57,63 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X3 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, BPM**********92 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə 5000 manat məbləğində kredit, xx.xx.2022-ci il tarixli BPM**********92 saylı “Tamkart” müqaviləsinə əsasən ona 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin, xx.xx.2024-cü il tarixdə borclu X3 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********92 saylı kredit müqaviləsinə əsasən 3425,34 manat əsas, 24,14 manat vəfat etdiyi tarixədək olan faiz borcu olmaqla, cəmi 3449,48 manat borcu, xx.xx.2022-ci il tarixli BPM**********92 saylı “Tamkart” müqaviləsinə əsasən 287,14 manat əsas borc, 26,14 manat faiz borcu olmaqla, cəmi 313,28 manat borcu, ümumilikdə 3762,76 manat borcu yaranmışdır. Hacıqabul rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli 2V-450 saylı və xx.xx.2024-cü il tarixli 2V-491 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrindən görünür ki, X1 qalmış mirası Cavabdeh qəbul etmişdir. Müqavilələr üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə3 xx.xx.2025-ci il tarixində məhkəməyə elektron qaydada ərizə ilə müraciət edərək məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul edir və ərizənin təmin olunmasına etirazı yoxdur. Belə ki, mirası vəfat etmiş həyat yoldaşından qalmış, həmin mirası qəbul etmişdir. İş materiallarında olan kredit müqaviləsindən və kassa məxaric orderlərindən görünür ki, "xxxx" ASC (bank) ilə X3 (borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BPM**********92 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə 5000 manat məbləğində kredit, xx.xx.2022-ci il tarixli BPM**********92 saylı “Tamkart” müqaviləsinə əsasən ona 36 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X2 iddia ərizəsinə əlavə edilmiş kredit müqavilələri üzrə borcu xx.xx.2022-ci il tarixli, BPM**********92 saylı kredit müqaviləsinə əsasən 3425,34 manat əsas, 24,14 manat faiz borcu olmaqla, cəmi 3449,48 manat; xx.xx.2022-ci il tarixli, BPM**********92 saylı “Tamkart” müqaviləsinə əsasən 287,14 manat əsas borc, 26,14 manat faiz borcu olmaqla, cəmi 313,28 manat, ümumilikdə 3762,76 manat təşkil edir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ seriyalı, 393180 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Hacıqabul rayon notariat ofisinin xx.xx.2024-cü il tarixli 2V-450 saylı və xx.xx.2024-cü il tarixli 2V-491 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrindən müəyyən edilmişdir ki, X1 qalmış mirası Cavabdeh qəbul etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən Cavabdeh banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx" ASC ilə mərhum X3 arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən bank tərəfindən ona kredit verilmişdir. Lakin, X2 həmin müqavilələr üzrə bankın qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Onun iddia ərizəsində qeyd olunan məbləğlərdə icra edilməmiş pul öhdəliyinin olması, borcun düzgün hesablandığı iddiaçının təqdim etdiyi sübutlar əsasında müəyyən edilir. X3 xx.xx.2024-cü il tarixdə ölmüşdür. X3 öldükdən sonra hazırki iş üzrə Cavabdeh miras qoyanın vərəsəsi kimi ondan miras qalmış əmlakı notariat orqanına ərizə verməklə rəsmi qaydada qəbul etmiş və bu barədə onların adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiya). 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Beləliklə, məhkəmə, sadalanan qanunvericilik normalarını və işin faktiki halları nəzərə almaqla belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********92 saylı kredit müqaviləsinə əsasən 3425,34 manat əsas, 24,14 manat faiz borcu olmaqla, cəmi 3449,48 manat; xx.xx.2022-ci il tarixli BPM**********92 saylı “Tamkart” müqaviləsinə əsasən 287,14 manat əsas borc, 26,14 manat faiz borcu, cəmi 313,28 manat borcu olmaqla, ümumilikdə 3762,76 (üç min yeddi yüz altmış iki manat yetmiş altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 58,03 (əlli səkkiz manat üç qəpik) manat pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və bank xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********92 saylı kredit müqaviləsinə əsasən 3425,34 manat əsas, 24,14 manat faiz borcu olmaqla, cəmi 3449,48 manat; xx.xx.2022-ci il tarixli BPM**********92 saylı “Tamkart” müqaviləsinə əsasən 287,14 manat əsas borc, 26,14 manat faiz borcu, cəmi 313,28 manat borcu olmaqla, ümumilikdə 3762,76 (üç min yeddi yüz altmış iki manat yetmiş altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumu və bank xidmət haqqının əvəzi kimi 58,03 (əlli səkkiz manat üç qəpik) manat pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №e-2(071)-607/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-607/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver