Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № e-2(071)-706/2024 08.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən bağ evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Ələkbərova (Tağıyeva) Aygün Qəhrəman qızı 12 aprel 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onlar arasında olan nikah Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçı mərhum atası X6 mülkiyyətində olan Əli Bayramlı şəhəri, 20 Yanvar küçəsi 1 saylı binada yerləşən, 58 saylı, 3 otaqlı, 3-cü mərtəbədə olan ümumi sahəsi 64,7 kvadrat metr olan mənzili vərəsəlik üzrə xx.xx.2007-ci il tarixində öz mülkiyyətinə keçirməklə özəlləşdirmişdir. Daha sonra İddiaçı mülkiyyətində olan Əli Bayramlı şəhəri, 20 Yanvar küçəsi, 1 saylı binada yerləşən, 58 saylı, 3 otaqlı, ümumi sahəsi 64,7 kvadrat metr olan mənzili xx.xx.2007-ci il tarixdə X2 15.394 manat məbləğinə satmışdır. İddiaçı həmin alqı-satqı müqaviləsi əsasında əldə etdiyi məbləğlə xx.xx.2007-ci il tarixdə 6.000 manat məbləğinə ünvan 1 ünvanında yerləşən bağ evini X3 alqı-satqı müqaviləsi üzrə almışdır. Daha sonra İddiaçı və onun keçmiş arvadı Ələkbərova (Tağıyeva) X4 şəhəri, Balıq Zavodu küçəsi, ev 1 ünvanına pasport qeydiyyatına alınmışlar. İddiaçı ilə cavabdeh arasında olan nikah pozulduqdan sonra isə Cavabdeh həmin ünvandan köçüb getmiş və onun həmin ünvanda qeydiyyatı formal xarakter daşımışdır. Hazırda Cavabdeh pasport qeydiyyatında qalması iddiaçının mənzilə olan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına şərait yaradır. Eyni zamanda kommunal ödənişlər baxımından da müəyyən problemlər yaşanır. Hacıqabul Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məlumatından görünür ki, Hacıqabul Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 2(071)-484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən İddiaçı və Cavabdeh birgə nikahlarından dünyaya gəlmiş X7 və X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Ələkbərova (Tağıyeva) Aygün Qəhrəman qızından hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Lakin, icra sənədi üzrə borclu Ələkbərova (Tağıyeva) Aygün Qəhrəman qızının olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2022-ci il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icra olunması üçün Hacıqabul Rayon Polis Şöbəsinə göndərilmişdir. Hacıqabul Rayon Polis Şöbəsi tərəfindən Cavabdeh barəsində xx.xx.2023-cü il tarixli 240151 saylı “mülki axtarış” işi açılmış və onun rəsmi sənədlərdə son qeydə alındığı yer xx.xx.2022-ci il tarixdə saat 13:07-də Heydər Əliyev adına hava limanından Türkiyə Respublikasının İzmir şəhərinə sərhəd keçməsi olmuşdur. Cavabdeh tapılaraq icra və probasiya şöbəsinə təhvil verilə bilməməsi onu göstərir ki, Cavabdeh artıq 2 il müddətdir ünvan 2 ünvanında yaşamır və onun pasport qeydiyyatı yalnız formal xarakter daşıyaraq mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmağa səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, hazırda Cavabdeh Azərbaycan Respublikasında yaşamır, Türkiyə Respublikası vətəndaşı ilə ailə həyatı qurub və həmin nikahdan övladı var. İddiaçı ilə birgə nikahından olan uşaqlarının saxlanılmasında iştirak etmir və aliment borcu ilə bağlı axtarışdadır. Verilən suallara cavab olaraq bildirdi ki, cavabdehin mübahisəli yaşayış sahəsinə dair istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsinə qanuni əsas yoxdur. Belə ki, həmin daşınmaz əmlak, birgə təsərrüfat nəticəsində əldə edilmiş vəsait hesabına deyil, iddiaçının öz gəlirləri hesabına alındığından birgə nikah dövründə əldə edilmiş əmlak deyildir. Həmçinin cavabdehin yeganə yaşayış sahəsi olmamaqla sonuncunun orada yaşamaq ehtiyacı yoxdur. Cavabdeh ailəlidir, Türkiyə Respublikasında qeydiyyatda olmaqla orada daimi yaşayış yeri mövcuddur. Odur ki, göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və ya onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Odur ki, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, cavabdeh onun bacısıdır, uzun müddətdir Türkiyə Respublikasında ailə həyatı qurmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Ümumilikdə cavabdehin mübahisəli əmlaka dair tələbi olmasa da, övladlarına görə istifadə hüququnun xitam verilməsinə etiraz edir. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, mübahisəli yaşayış sahəsinin alınmasında onlar qohum olaraq köməklik etmişdir, tərəflər ev alındıqdan sonra orada yaşamamış, səhv etmirsə təxminən 3 ay müddətində orada yaşamışlar. Hazırda da cavabdeh Azərbaycan Respublikasında deyil Türkiyə Respublikasında ikinci ailəsi ilə yaşayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Tağıyeva (Ələkbərova) Aygün Qəhrəman qızı arasında bağlanmış 12 aprel 2007-ci il tarixli, 88 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. - Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(071)-484/2022 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş övladları – xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixindən başlayaraq Tağıyeva (Ələkbərova) Aygün Qəhrəman qızından hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - xx.xx.2007-ci il tarixli ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan Əli-Bayramlı şəhəri, 20 Yanvar küçəsi 1 saylı binada yerləşən, 58 saylı, 3 otaqlı, 3-cü mərtəbədə olan ümumi sahəsi 64,7 kvadrat metr olan mənzili 15.394 manata X1. - xx.xx.2007-ci il tarixli 242999 saylı alqı-satqı müqaviləsinə əsasən, X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evini İddiaçı 6000 manata satmışdır. - AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2017-ci il tarixdə ********* nömrə ilə reyestrdə qeydiyyat aparılmışdır. - AR İqstisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 718 nömrəli məktubundan müəyyən edilir ki, Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 saylı binada yerləşən 58 saylı mənzilin hansı əsasla İddiaçı adına qeydiyyata alınması və müvafiq mənzilin ilk olaraq kimin adına dövlət qeydiyyatına alınması barədə məlumat verilməsi ilə bağlı məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 sayli binada yerləşən 58 saylı mənzil Əli-Bayramlı şəhər X12 tərəfindən tərtib edilmiş xx.xx.1982-ci il tarixli orderə əsasən, İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Müvafiq mənzilin ilk olaraq İddiaçı adına rəsmiləşdirildiyi müəyyən edilmişdir. - AR İqstisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-38/2-2746/2024 saylı məktubundan müəyyən edilir ki, sənədlərin təsdiq olunmuş surətinin verilməsi barədə məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. ünvan 1 ünvanında yerləşən bağ evi ilə bağlı göstərilmişdir ki, xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən Hacıqabul şəhəri, Balıq zavodu küçəsində yerləşən 0.05984 ha torpaq sahəsi və üzərində yerləşən bağ evi X5 mülkiyyətində olmuşdur. xx.xx.2017-ci il tarixli 242999 nömrəli müqavilə əsasında İddiaçı satmışdır. İddiaçı sözügedən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən bağ evini xx.xx.2010-cı il tarixli ********** nömrəli çıxarış sənədinə uyğun olaraq hüquqlarını qeydiyyata aldırmışdır. İddiaçı xx.xx.2017-ci il tarixli 4Ə-05 nömrəli bağışlanma müqaviləsinə əsasən ünvan 4 ünvanda yerləşən 0.06-ha torpaq sahəsinin (1/2 hissə, 0.03 ha) hissəsini X10 bağışlamışdır. İddiaçı yerdə qalan 0.03 ha hissəsini xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən hüquqlarını qeydiyyata aldırmışdır. - AR İqstisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3- 21-3-38/2-2826/2024 saylı məktubundan müəyyən edilir ki, xx.xx.2007-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışa əsasən Şirvan şəhər, Yanvar küçəsi, ev 1, mənzil 58 ünavnında yerləşən mənzil İddiaçı mülkiyyətində olmuşdur. İddiaçı xx.xx.2017-ci il tarixli 4Ə-101 nömrəli alqı-satqı müqaviləsinə istinadən X1. - Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh ünvan 5 ünvanında yaşaması və nə vaxt köçməsi barəsində Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-78/2-10610/2024 nömrəli məktubundan müəyyən edilir ki, Hacıqabul şəhər Balıqçılıq küçəsi, ev 1-də qeydiyyatda olan Cavabdeh barəsində, Hacıqabul RPŞ-də xx.xx.2023-cü il tarixli 240151 saylı Mülki Axtarış işi açılıb, yaxalanaraq Hacıqabul rayon İcra və Probasiya şöbəsinə təhvil verilməsi üçün tədbirlərə dair iş planı tərtib olunmuşdur. Əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saal 13:07-də Heydər Əliyev adına hava limanından (Türkiyə Respublikası İzmir şəhəri) sərhədi keçmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, iddiaçı onun bibisi oğludur. Cavabdeh Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 saylı binada yerləşən 58 saylı mənzilə gəlin köçməmişdir. Tərəflər evləndikdə sonra Şirvan şəhərindəki mənzil mövcud olsa da, ancaq iddiaçı və onun ailəsi Ağacanlı kəndinə köçmüşlər. Daha sonra həmin ev satılsa da, pulun kimlər arasında bölünməsinə dair məlumatı olmayıb. Cavabdeh Türkiyə Respublikasında ailə həyatı qurub və övladı da var. Cavabdehin özü isə axtarışdadır. Verilən suallara cavab olaraq bildirdi ki, 2007-ci ildə Ramilin və Aygünün hansı evi və necə almaları barədə məlumatı yoxdur. Onlar evləndikdən sonra Ağacanlı kəndində uzun müddət yaşamışlar. Beləliklə, yuxarıda göstərilənlərə əsasən işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin vaxt İddiaçı istifadəsində xx.xx.1982-il tarixli order əsasında Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 saylı binada yerləşən 58 saylı mənzil mövcud olmuşdur. Cavabdeh qeyd olunan mənzilə gəlin köçməmişdir. Nikahdan üç ay sonra, yəni xx.xx.2007-ci il tarixdə iddiaçı Şirvan şəhəri, 20 Yanvar küçəsi, 1 saylı binada yerləşən 58 saylı mənzili özəlləşdirməklə xüsusi mülkiyyətinə keçirdikdən sonra xx.xx.2007-ci il tarixdə 15.394 manata satmış və həmin vəsait hesabına mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən bağ evini xx.xx.2007-ci il tarixli müqavilə əsasında 6000 manata almışdır. Mübahisəli yaşayış sahəsi İddiaçı adına mülkiyyət hüququ ilə reyestrdə qeydiyyata alınmışdır. Cavabdeh isə yaşayış yeri üzrə həmin ünvana qeydiyyata alınmışdır. Daha sonra tərəflər arasındakı nikah Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və iddiaçı ilə cavabdeh arasında olan nikah pozulduqdan sonra Cavabdeh həmin ünvandan köçüb getmiş və hazırda Türkiyə Respublikasında ikinci dəfə nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin nikahdan bir övladı doğulmuşdur. Həmçinin iş materiallarından müəyyən edilir ki, cavabdehin uzun müddətdir Türkiyə Respublikasına sərhəd çıxışı qeydə alınsa da, həmin vaxtdan Azərbaycan Respublikası hüdudlarına daxil olmamış və barəsində olan icra işi üzrə axtarışdadır. Dolayısı ilə cavabdeh mübahisəli evə 2018-ci ildə yaşamamaqla onun oradakı qeydiyyatı faktiki olaraq formal xarakter daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh pasport qeydiyyatında qalması iddiaçının mənzilə olan mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına şərait yaradır. Dolayısıyla cavabdeh 2 ildən çox müddətdir ki, ünvan 1 ünvanında yerləşən bağ evində yaşamır və onun pasport qeydiyyatı yalnız formal xarakter daşıyaraq mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmağa səbəb olur. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, mübahisəli yaşayış sahəsi olan ünvan 1 ünvanında yerləşən bağ evi tərəflər birgə nikah dövründə əldə edilmiş vəsait hesabına deyil, iddiaçının ona məxsus olan digər evin satışından əldə edilmiş vəsait hesabına alındığından, həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Lakin Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə əsasən iddiaçının ailə üzvü olaraq cavabdehin həmin yaşayış sahəsinə dair istifadə hüququ yaranmış olur. Buna baxmayaraq işin halları ilə müəyyən edilir ki, cavabdeh qeyd olunan yaşayış sahəsini nikah pozulduqdan sonra tərk etmiş və həmin vaxtdan Türkiyə Respublikasına köçməklə orada nikaha daxil olmuş və onun hazırda mübahisəli yaşayış sahəsinə münasibətdə ehtiyacı aradan qalxmış olur, istofadə hüququna isə kompensasiya verilmədən xitam verilə bilər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında qeyd olunur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki qanunvericilikdə kompensasiya maddi və mənəvi xüsusiyyət daşıyır. Mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsi də müəyyən qədər əmlak itkilərinə aid edilir. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış sahəsinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Belə ki, kompensasiya məbləği iddianın predmetinə daxil deyildir. Həmçinin birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur və burada kompensasiya tələb yox, yalnız təklif kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və videoyazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni zamanda mülki prosessual qanunvericiliyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən bağ evindən istifadə hüququna xitam xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən bağ evindən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-706/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №e-2(071)-706/2024
08.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver