Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № e-2(071)-822/2024 17.07.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızı, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsində çıxarılma və pul tələbi»nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «cavabdehin torpaq sahəsindən çıxarılması və pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair, JN-0070 kod, 91004048 saylı Dövlət Aktına əsasən ona məxsus 15.63 ha torpaq sahəsinin cavabdehin tərəfindən zəbt edilmiş hissəsindən onun çıxarılmasını, həmin torpaq sahəsindən iddiaçının sərbəst istifadəsinə hər hansı bir maneçilik etməsinin cavabdehə qadağan edilməsini, iş üzrə Cavabdeh Məhəmmədhəsən oğlundan 3 illik qanunsuz olaraq torpaq sahəsindən istifadəyə görə vurulmuş ziyanın əvəzi olaraq (3 il x 2.050 manata = 6.150 manat) 6.150 manat pul vəsaitinin, həmçinin məhkəməyə müraciətlə bağlı ona hüquqi yardım göstərilməsi üçün ödənilmiş 300 manat vəsaitin və 82.40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 (bir yüz) manat müəyyən edilmişdir. Hazırda İddiaçı ərizəsinin məzmunundan müəyyən edilir ki, onun iddia tələbinin bir hissəsi cavabdehin torpaq sahəsindən çıxarılması, yəni qiymətləndirilməyən tələbdir. Belə olan halda dövlət rüsumu 100 (bir yüz) manat ödənilməli olmasına baxmayaraq, iddiaçı tərəfindən pul tələbinə dair hissədə iddianın qiymətinə uyğun olaraq daha az məbləğ yəni 82 manat ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 82 manat ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «cavabdehin torpaq sahəsindən çıxarılması və pul tələbi»nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 82 (səksən iki) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(071)-822/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №e-2(071)-822/2024
17.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver